Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

 
263 
Ümumi c
əhətlərlə  bərabər, bütün ailə  tiplərində  həm 
xoş, həm də çətin anlar yaşana bilir. Burada  böyüklərin dav-
ranışından, istənilən məqamda ailədə uşaqların olmasını nəzərə 
almasından çox asılıdır. 
          
Uşaqlara,  onların  tərbiyəsinə  qayğı  göstərmək ailə  ilə 
b
ərabər, həm də ümumxalq işidir. Bütün cəmiyyət bu iş üçün 
cavabdehdir. Çünki uşaqlar cəmiyyətin, xalqın gələcəyidir. Bu 
v
əzifənin yerinə  yetirilməsində  məktəbin valideynlərlə  və 
ictimaiyy
ətlə  əlbir fəaliyyəti mühim əhəmiyyət kəsb edir. 
Çünki valideynl
ər  hamısı  pedoqoji  işi  incəlikləri  ilə  bilmir, 
bilm
ədiyi üçün  də uşağın tərbiyəsini məqsədəmüvafiq şəkildə 
qurmağı bacarmır. Belə  olduğu təqdirdə məktəb valideynlərin 
yaxın  köməkçisinə  çevrilir.  Uşağın  təlim və  tərbiyəsi naminə 
onunla 
əl-ələ verib işləməsi hər iki tərəfə fayda gətirir. Müəllim 
valideynl
ərlə  əlaqə  saxlamaqla dərs  dediyi  şagirdlərin ailə 
şəraiti  ilə  yaxından  tanış  olur,  çatışmazlıqları  öyrənir,  uşağın 
f
ərdi xüsusiyyətlərinə  bələdliyi  artır.  Öz  növbəsində  valideyn 
d
ə məktəblə əlaqə saxlamaqla övladının təlim hazırlığı, kollek-
tivd
ə özünüidarəsi, inkişaf imkanları barədə məlumat əldə edir. 
Bel
əliklə,  şagirdlərin həm evdəki, həm də  məktəbdəki fəaliy-
y
ətni tənzimləməkdə, nəticə  olaraq  layiqli  insan  yetişməsində 
bir  -birin
ə  yaxından  kömək  etmiş  olurlar.  Amma  bunun  üçün 
m
əktəb valideynlərin özlərini də  pedoqoji cəhətdən savadlan-
dırmalıdır.  Ailələrə  prdaqoji biliklər verilməli,  uşağa  günün 
t
ələbləri yönündən yanaşma tərzləri aşılanmalıdır. Ümummilli 
m
ənafe kontekstində  hər  bir  uşağın  fərd olaraq əsl  şəxsiyyət 
kimi  formalaşmasının  vacibliyi  öyrədilməlidir.  Onlara ailə 
t
ərbiyəsi  metodikasının  düzgün  yollarını  öyrətmək vəzifəsi 
birinci növb
ədə məktəbin üzərinə düşür.  
           
Bu  işin  sistematikliyi  və  müntəzəmliyi zərurətinin 
çiyinl
ərinə  düşdüyünü  duyub  dərk edən, bilavasitə  can yan-
dırmalı və dönmədən, “usandım” demədən çalışmalı olan mək-
t
əb  personalı  –uşaq  təşkilatı  rəhbəri, sinif rəhbərləri,  direktor 
müavinl
əri, direktor və  bütün kollektiv-  planlı  şəkildə  əlbir 


 
264 
f
əaliyyət göstərməlidir. Hər kəsin gördüyü iş vahidlik prinsipi 
əsasında həmkarlarının işi ilə qaynaqlanma lıdır. Məhz bu təq-
dird
ə  məktəb  –ailə  tandemini yaratmaq olar. A.S.Makarenko-
nun dediyi kimi: “M
əktəb dövlət təşkilatıdır,  ailə  isə  məişət 
t
əşkilatı;    ona  görə  də  məktəb dövlət    tərbiyəsinin  müvəkkili  
kimi  ail
ə  tərbiyəsinə  təsir etməlidir.” 
              
         2.M
əktəbin valideynlərlə  əlaqə  formaları.  Məktəb 
valideyn komit
əsi.  Məktəbin ailələrlə  əlbir  işinin    müxtəlif 
forma v
ə metodları var. Bunlar  aşağıdakılardır:  
          a) f
ərdi əlaqə formaları.  Valideynlərlə ən qədim və ən 
s
əmərəli əlaqə forması fərdi əlaqədir. Bu əlaqə zamanı müəllim 
h
ər bir valideyni ayrılıqda məktəbə çağırır, uşağın təlim işlərinə 
köm
ək və  ailə  tərbiyəsi barədə  valideynlərə  məsləhət verir. 
Valideyn d
ə  öz növbəsində  ailə  tərbiyəsində  çəkdiyi çətin-
likl
ərlə  bağlı  müəllimlə  fikir mübadiləsində  olur. Beləliklə, 
uşağın tərbiyəsi üçün düzgün hərəkət xətti müəyyənləşir. Belə 
əlaqələrdə  şagidrlər özləri də  müəlllimlə  ailə  arasında  əlaqə-
l
əndirici, yəni müəllimin  tapşırıqlarını  valideynlərə  çatdıran 
rolunu oynayır.   
           Pedaqoji t
əcrübədə  nisbətən  geniş  yayılmış  fərdi  əlaqə 
formalarına aşağıdakılar daxildir: 
           -
Təhsildən  yayınan,  dərslərinə  müntəzəm  davam  etmə-
yən  şagirdlərin  problemini,  onu  məktəbdən  uzaqlaşdıran  sə-
bəbləri  müəyyənləşdirmək  və  kömək  görsətmək    üçün  müəl-
limin,  sinif  rəhbərinin  ailəyə  getməsi:  bu halda, bir  tərəfdən 
şagirdin  ailə  şəraiti,  ailədaxili  münasibətlər,  ailədə  tərbiyə 
işinin qoyuluşu haqqında məlumat toplanır, digər tərəfdən isə 
uşağın  təlim  -tərbiyəsi  ilə  bağlı  valideynlərlə  söhbət  və 
məsləhətləşmələr  aparılır,  birgə  hərəkət  xətti  müyyən  edilir, 
valideynlərə pedaqoji məsləhətlər verilir.  
          -Valideynl
ərin, ictimai təşkilat  nümayəndələrinin  mək-
təbə dəvət edilməsi: bu zaman valideynləri danlamaq, uşaqdan 
şikayət  etmək  yox,  hər  hansı  konkret  pedaqoji  hadisənin 


 
265 
(təlimə  məsuliyyətsiz  münasibətin,  intizamsızlığın  və  s. 
halların)  səbəblərini  valideynlə  birlikdə  təhlil  etmək,  konkret 
çıxış  yolu  tapmaqda  kömək  etmək  lazımdır.  Valideynləri 
məktəbə yalnız xoşagəlməz hallar üçün deyil, şagirdin təlim və 
tərbiyəsindəki  uğurlar,  müsbət  dəyişikliklər,  yaxud,  müəyyən 
tədbirlərlə əlaqədar da dəvət etmək olar. 
 
-
Məktəbdə və ya sinifdə “Açıq qapı” günlərinin keçiril-
məsi: bu halda əvvəlcədən müəyyən edilmiş vaxtda (ayda və ya 
rübdə bir gün) valideynlər məktəbə gələrək istənilən müəllimlə 
görüşüb övladı barədə söhbət aparır, məsləhət alırlar. 
 
-
Məktəbli  kitabçası,  yaxud  məktub  vasitəsi  ilə  əlaqə: 
müəllim şagirdin təlim-tərbiyəsi ilə bağlı onun məktəbli kitab-
çasında, yaxud ayrıca vərəqdə qeydlər edir, valideynlərə lazımi 
göstəriş və məsləhətlər verir. 
 
-
Telefon  vasitəsi  ilə  əlaqə:  şagird  haqqında  müəyyən 
informasiya 
mübadiləsi məqsədi ilə  müəllim (sinif rəhbəri) və 
valideynlər bir –biri ilə telefon əlaqəsi saxlayırlar. 
          
b) qrup halında əlaqə formaları. Bu əlaqə valideynlərə 
pedoqoji – psixoloji bilikl
əri çatdırmaq məqəsdi daşıyır. Həmin 
m
əqsədlə  məktəbdə  valideyn universitetləri  və  lektoriyalar 
(mühazir
ələr)  yaratmaq mümkündür. Həmin unuversitetlərin 
n
əzdində şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq “Kiçik 
yaşlı  məktəblilər”, “Yeniyetmələr”, “Böyük məktəblilər” 
qruplarını  yaratmaq  və  müvafiq olararq valideynləri həmin 
qruplara c
əlb etmək faydalıdır. Lektoriya üçün aktual mövzular 
seçilm
əlidir.  
           Qeyd ed
ək ki, əvvəllər  bütün  valideyn  yığıncaqlarının 
mövzusu ancaq 
əxlaq tərbiyəsi  olurdu.  İndi  zaman  çoxçeşidli 
mövzular t
ələb edir. Məsələn, indi dərs ilinin əvvəlində  ke-
çiril
ən lektoriyanın  mövzusu    “Təhsildə  yeniliklər”,  “Yeni 
t
əyin  olunmuş  müəllimlərlə  tanışlıq”  ola  bilər. Növbəti 
d
əfələrdə  günün tələbi ilə  səsləşən  “Uşağın  ailədə  bir günü”, 
“Siz öz  uşağınızı anlaya bilirsinizmi?”, “Ailədə müstəqilliyin 
xeyri v
ə ziyanı”, “İnformasiya -kommunikasiya texnologiyaları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə