Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   81   82   83   84   85   86   87   88   89

 
272 
üzvü ola bil
ər. Yetər ki, o, təşkilatın əsasnaməsini qəbul etsin 
v
ə  onun  işində  fəal  iştirak  etsin.  Uşaqların  təşkilata  qəbulu 
f
ərdi qaydada həyata keçirilir. Qəbul mərasimləri məktəbdə 
uşaq  təşkilatının  rəhbəri tərəfindən müəyyənləşdirirlir. 
Respublika
mızın hüdudlarından kənarda yaşayan uşaqlar da öz 
arzuları  və  təşkilat  rəhbərinin qərarı  ilə  təşkilata  üzv  ola 
bil
ərlər. Beləliklə, məktəb uşaq təşkilatı, onun da siniflərdə 7-
10 yaşlı uşaqlardan ibarət kiçik qrupları yaradılır. Siniflərdəki 
qruplar ilk t
əşkilat adlanır. 
             T
əşkilatin  öz  qanunları  var.  Qanun  uşaqlardan  aşağı-
dakı vəzifələri yerinə yetirməyi tələb edir: 
            -V
ətəni sev, onun təbiətini  qoru,  öz    xalqının  tarixini, 
dilini, m
ədəniyyətini, adət və ənələrini öyrən. 
            -
Yaşlılara hörmət et, balacaların qayğısına qal, yardıma 
ehtiyacı olanlara kömək əlini uzat. 
            -Dostuna s
ədaqətli və etibarlı ol. 
            -Bilikl
ərə yiyələn, idmanı sev, asudə vaxtından səmərəli 
istifad
ə et. 
 Az
ərbaycan  Uşaq  Təşkilatının  hər  bi  üzvü  aşağıdakı 
hüquqlara malikdir: 
 -birlik t
ərəfindən müdafiə olunmaq;  
-t
əşkilata könüllü daxil olmaq və çıxmaq;  
-t
əşkilatın idarə orqanlarına seçmək və seçilmək; 
-t
əşkilatın  fəaliyyəti ilə  bağlı  təkliflər vermək, onu 
müzakir
ə və tənqid etmək. 
              
            3.Az
ərbaycan Uşaq Təşkilatının quruluşu. Təşkilatın 
quruluşu  aşağıdan  yuxarıya,  sadədən mürəkkəbə  prinsipinə 
əsalanır.  Əsas təşkilat  ilk  təşkilatların  birliyindən  yaranır.  İlk 
t
əşkilat  məktəblərdə,  internatlarda,  uşaq  sağlamlıq  düşərgə-
l
ərində və digər tərbiyə müəssisələrində yaradılır və 10 nəfər-
d
ən  az  olmayan  uşaq  qrupundan  ibarət  olur.  Qrupa  onların 

ərisindən bir nəfər rəhbər  seçilir.  İlk  təşkilatların  hamısının 


 
273 
hüquqları bərabər olur. Onlar bərabər hüquqlar əsasında rayon 
v
ə  şəhər uşaq təşkilatlarında birləşirlər.  
            
Yerli  rayon,  şəhər  birliyinin  şuraları  öz  ərazilərində 
t
əşkilatn  məqsəd və  vəzifələrinin  həyata keçirilməsi  işini 
aparırlar.  İki  ildən  bir  onların  toplanışı  keçirilir.      Naxçıvan 
Muxtar Respublikasının uşaq təşkilatı da Azərbaycan Respub-
likası Uşaq Təşkilatnda birləşir. 
             
            4. Az
ərbaycan  Uşaq  Təşkilatının  özünüidarə 
orqan
ları,  əlaqələri və  fəaliyyət  şəraiti.  Azərbaycan  Uşaq 
T
əşkilatının  ali  özünüidarə  orqanı  uşaq  və  yeniyetmərin 
Respublika T
oplanışıdır. O, iki ildə bir dəfə çağırılır. Toplanış 
zamanı  uşaqlarla  işləyən böyüklərin konfransi keçirilir. 
Konfransda t
əşkilatın işi  ilə bağli qərarlar qəbul edilir. Qərar-
lar adi qaydada s
əs çoxluğu ilə təsdiq olunur. Növbədənkənar 
y
əni vaxtından əvvəl (2 ildən tez) toplanışlar da keçirilə bilər. 
Bu bar
ədə qərarı təşkilatın seçkili orqanı qəbul edir.  
            
Toplanışlar  arasındakı  dövrdə  Təşkilatın  Respublika 
Şurası  birliyin  işinə  rəhbərlik  edir.  Respublika  Şurasının 
üzvlüyün
ə şuranın sədri, onun müavinləri və məsul katib, hər 
rayon,  şəhər, vilayət təşkilatından  bir  nəfər nümayəndə, eləcə 
d
ə  təşkilatla  əməkdaşıq  edən müxtəlif  təşkilatların  -məsələn, 
m
əktəbəqədər təhsil müəssisələrinin,  uşaq    kitabxanalarının, 
uşaq teatrlarının  nümayəndələri daxil olur. 
           
Respublika  şurasının  ildə  bir dəfədən az olmayaraq 
yığıncağı keçirilir. Şuranın sədri aparatın işinə rəhbərlik edir. 
           T
əşkilat  Respublika  dövlət və  ictimai təşkilatlarla 
əməkdaşlıq  edir,  təhsil  orqanlarının  himayəsinə  və  köməyinə 
arxalanır.  Valdeynlərlə  müntəzəm  əlaqə  saxlayır,  əməkdaşlıq 
edir. H
əmçinin xaricdəki humanist və  demokratik  uşaq 
t
əşkilatları  ilə də əməkdaşlıq edir. Beynəlxalq və dövlətlərarası  
t
əşkilatlara üzv ola bilir. 


 
274 
             T
əşkilatın pul vəsaiti dövlətin ayırdığı vəsaitdən, uşaq 
n
əşrlərinin gəlirlərindən, idarə  və  müəssisələrin,  ayrı  -ayrı 
şəxslərin ödənclərindən yaranır. 
             T
əşkilatın  sərəncamında  müvafiq  düşərgələr, qəzet və 
jurnallar, dig
ər informasiya vasitələri  (internet  saytları  və  s.) 
ola bil
ər.  
             
             5. Az
ərbaycan  Uşaq  Təşkilatının    proqramı.  Uşaq 
t
əşkilatının  fəaliyyət  proqramında  aşağıdakı  istiqamətlərdə  iş 
növl
əri nəzərdə tutulur:  
         
1.Əqlin  çırağı.  Dərin və  möhkəm biliklər  uğrunda  mü-
bariz
ə  aparmağı,  müasir  elm  və  texnikaya yiyələnməyi,  tarixi 
kökümüzü, dilimizi, dinimizi, m
ədəniyyətimizi dərindən 
öyr
ənməyi nəzərdə tutur.  
         2.Xalq
ımızın  tarixi  irsi.  Milli adət  -ənənələrimizi, folk-
lorumuzu, tarixi abid
ələrimizi, bayramlarımızı və digər dəyər-
l
ərimizi öyrənməyi və qorumağı nəzərdə tutur. 
         3.Gücümüz birlikd
ədir.  Dostluq, həmrəylik, ölkədən 
k
ənarda  yaşayan  soydaşlarımız  və  həmyaşıdlarla  əlaqələr 
yaradılmasını, birgə tədbirlər keçirilməsini nəzərdə tutur. 
         
4.İş insanın cövhəridirKiçik yaşlardan əməyə alışmağı, 
q
ənaətcil və təsərrüfatçı olmağı nəzərdə tutur. 
         
5.Dünyanı  gözəllik xilas edəcək.  Estetik tərbiyə  işini, 
zövql
ərin  kiçik  yaşlardan  düzgün  tərbiyə  edilməsini nəzərdə 
tutur. 
         
6. Yaşıl dünya. Ekoloji tərbiyə işini nəzərdə tutur.  
         7.Güclül
ər, cəsurlar, çeviklər.  Ciddi rejimə, sanitar gigi-
y
ena qaydalarına əməl etməyi, zərərli əməllərdən uzaq olmağı, 
fiziki sağlamlığı nəzərdə tutur. 
         8. M
ərhəmət.  Maddi və  mənəvi  yardıma  ehtiyacı  olan 
insanlara 
əl tutmağı, kömək göstərməyi nəzərdə tutur. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə