F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə106/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   102   103   104   105   106   107   108   109   ...   161

 

533 


adi  qayda  ilə  daranmışdı.  Başqa  bir  yerdə  mən  ona  rast 

gəlsəydim,  onun  yanından  ötüb-keçər,  ona  heç  diqqət 

yetirməzdim,  lakin  o  ilk  baxışda  belə  görünürdü.  Sonra  elə 

həmin  axşam  mən  ona  daha  yaxşı,  daha  diqqətlə  baxa 

bildim...  Elə  bircə  onun  mənə  əl  verməsi,  heç  bir  söz 

söyləmədən,  bir  növ  sadəlövhcəsinə,  xüsusi  bir  diqqətlə 

xeyli  mənim  gözlərimə  baxması  öz  qəribəliyi  ilə  məni 

heyrətə  saldı,  mən  nə  üçünsə  ona  baxıb  gülümsədim. 

Görünür,  mən  o  saat  qarşımda  təmiz  qəlbli  bir  insan 

olduğunu hiss etmişdim. Qrafinya diqqətlə ona göz qoyurdu. 

Katya  mənim  əlimi  sıxıb,  tələsə-tələsə  məndən  uzaqlaşdı, 

Alyoşa  ilə  bərabər  gedib,  otağın  o  biri  başında  oturdu. 

Alyoşa mənimlə görüşərkən pıçıldayaraq dedi: “Mən buraya 

bircə dəqiqəliyə gəlmişəm, bu saat ora gedəcəyəm”. 

“Diplomat”  bir  fikri  inkişaf  etdirərək  sakit-sakit  və 

əzəmətlə  danışırdı  (Mən  onun  familiyasını  bilmirəm,  buna 

görə  də  bir  adla  adlandırmaq  üçün  ona  diplomat 

deyəcəyəm). Qrafinya ona diqqətlə qulaq asırdı. Knyaz onun 

fikrini  bəyənərək  yaltaq-yaltaq  gülümsəyirdi,  natiq  tez-tez 

ona  müraciət  edirdi,  görünür,  onu  ləyaqətli  dinləyici  hesab 

downloaded from KitabYurdu.org



 

534 


edirdi.  Mənə  çay  verib  sakit  buraxdılar,  buna  da  çox  şad 

oldum.  Mən  diqqətlə  qrafinyaya  baxırdım.  Aldığım  ilk 

təəssürat nəticəsində heç istəmədən o mənim xoşuma gəldi. 

Bəlkə  də  o  daha  cavan  deyildi,  amma  mənə  elə  gəlirdi  ki, 

onun yaşı iyirmi səkkizdən çox deyil. Üzü hələ də təravətli 

idi,  bir  vaxtlar  o  yəqin  ki,  ilk  gəncliyində,  çox  gözəl  imiş. 

Tünd-sarı saçı hələ çox gur idi, bir az yüngüllük, dəcəlcəsinə 

istehza  ifadə  olunan  baxışlarında  böyük  bir  mülayimlik  və 

mərhəmət  vardı.  Lakin  görünür,  indi  o  özünü  ələ  almışdı. 

Onun  baxışlarında,  eyni  zamanda,  çoxlu  ağıl,  amma  hər 

şeydən çox mərhəmət, şənlik ifadə olunurdu. Mənə elə gəldi 

ki,  onun  təbiətində  yüngüllük,  kef  çəkmək  həvəsi, 

xoşməzac, bəlkə də bundan daha böyük bir xudbinlik üstün 

yer tutur. O, knyazın  əli altında idi, onun üzərində knyazın 

çox  böyük  təsiri  vardı.  Mən  onların  bir-biri  ilə  yaxından 

əlaqədə  olduğunu  bilirdim.  Bunu  da  eşitmişdim  ki,  onlar 

xaricdə 

olarkən, 

knyaz 

onu 


heç  də  başqalarına 

qısqanmazmış. Mənə elə gəlirdi ki (indi də mənə elə gəlir), 

onları bir-birinə keçmiş əlaqələrindən başqa, ayrı bir şey də 

bağlayır,  bu  da  qismən,  hər  birinin  boynuna  götürdüyü, 

downloaded from KitabYurdu.org



 

535 


müəyyən  uzlaşmaya  əsaslanan  sirli  bir  təəhhüddür...  Bir 

sözlə,  onların  arasında  bir  şey  var  idi.  Onu  da  bilirdim  ki, 

knyaz  indi  onun  əlindən  bezardır,  amma  aralarındakı  əlaqə 

kəsilmirdi.  Bəlkə  də  o  zaman  onları,  xüsusilə,  Katya 

haqqında olan fikirləri əlaqələndirirdi, bu fikirlər də, söz yox 

ki, knyazın təşəbbüsü ilə həyata keçirilməli idi. Knyaz buna 

əsasən  qrafinya  ilə  evlənməkdən  yaxasını  qurtara  bildi 

(qrafinya,  doğrudan  da,  bunu  ondan  tələb  edirdi),  onu 

inandıra  bildi  ki,  öz  ögey  qızı  ilə  Alyoşanın  evlənməsinə 

kömək  etsin.  Mən  Alyoşanın  sadə  qəlblə  etdiyi 

söhbətlərindən,  hər  halda  belə  bir  nəticə  çıxara  bilmişdim, 

axı  Alyoşa  hər  necə  olsa,  bir  şey  duya  bilərdi.  Mənə  eyni 

zamanda, qismən də Alyoşanın söhbətlərindən elə gəlirdi ki, 

qrafinya tamamilə knyaza tabe olsa da, knyaz ondan qorxur, 

buna  da  yəqin  ki,  bir  səbəb  var.  Hətta  Alyoşa  da  bunu  hiss 

etmişdi.  Sonra  mən  bildim  ki,  knyaz  qrafinyanı  bir  adama 

ərə verməyi çox istəyir, onu Simbirsk quberniyasına qismən 

də  bu  məqsədlə  göndərirdi,  ümid  edirdi  ki,  bəlkə  əyalətdə 

ona ləyaqətli bir ər tapa bildi. 

downloaded from KitabYurdu.org




 

536 


Oturub qulaq asırdım, bilmirdim necə edim ki, tezliklə 

Katerina  Fyodorovna  ilə  üz-üzə  durub  danışa  bilim. 

Diplomat  qrafinyanın  sualına  cavab  verirdi,  sual  da  hal-

hazırkı  vəziyyətə,  başlanan  islahatlara,  bu  islahatlardan 

qorxub-qorxmamağa aid idi. O, ixtiyar sahibi olan bir adam 

kimi,  sakit-sakit  və  çox  uzun  danışırdı.  O  öz  fikrini 

məharətlə,  ağıllı  tərzdə  izah  edirdi,  lakin  onun  fikri  çox 

iyrənc bir fikir idi. O təkidlə deyirdi ki, bütün bu islahatlar, 

düzəlişlər  çox  tezliklə  öz  nəticəsini  göstərəcək,  adamlar  da 

bu  nəticələri  görüb  ağla  gələcəklər,  nəinki  cəmiyyətdə 

(məlum şeydir ki, onun müəyyən hissəsində) bu yeni ruh öz 

təsirini  itirəcək,  eyni  zamanda,  səhvləri  təcrübə  nəticəsində 

görəcəklər, onda daha böyük bir qüvvətlə köhnəni  müdafiə 

etməyə başlayacaqlar. Bu təcrübə təəssüfə layiq bir şey olsa 

da, çox əlverişli olacaqdır, çünki o, xilasedici köhnəliyi necə 

müdafiə  etməyi  öyrədəcəkdir, köhnəliyi  müdafiə  üçün  yeni 

dəlillər  göstərəcəkdir,  buna  görə  də  hətta  indi  arzu  etmək 

lazımdır  ki,  ehtiyatsızlıq  son  pilləsinə  daha  tez  çatsın. 

Diplomat  sözünü  belə  tamamladı:  Bizsiz  iş  keçməz,  bizsiz 

heç  bir  cəmiyyət  hələ  bu  vaxta  qədər  yaşaya  bilməmişdir. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə