F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə105/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   101   102   103   104   105   106   107   108   ...   161

 

528 


verirsiniz?  Bu  məsələ  ilə  maraqlandığım  üçün  məni  əfv 

edin, ancaq bu məsələ başqa məsələlərlə çox əlaqədardır... 

O mənim sualımı heç eşitməmiş kimi birdən soruşdu: 

– Siz necə güman edirsiniz? Bu on min qoca İxmenevə 

sözsüz-filansız  verilsə  də,  sonra  da...  sonra  da...  Bu  şeylər 

ona  deyilməsə  də,  yenə  də  bu  pulu  rədd  edərmi?  Siz  buna 

əminsinizmi? 

– Əlbəttə, rədd edər! 

Mən  birdən  acıqlandım,  hətta  acığımdan  bədənim 

titrədi.  Şübhəli  bir  ifadə  ilə  həyasızcasına  verilən  bu  sual 

mənə  elə  təsir  bağışladı  ki,  sanki  o  mənim  düz  gözümün 

içinə  tüpürdü.  Eyni  zamanda,  başqa  bir  məsələ  də  məni 

təhqir  etmişdi  ki,  bu  da  onun  kobud  kübar  hərəkəti  idi:  o 

mənim  sualımı  eşitməmiş  kimi,  cavab  vermədi,  başqa  bir 

sualla  mənim  sözümü  kəsdi, bununla  da o  yəqin  göstərmək 

istəyirdi  ki,  sən  bu  sualı  mənə  verməklə  həddindən  artıq 

uzaqlara  getmisən,  rəsmiyyətdən  çox  kənara  çıxmısan. 

Kübar  cəmiyyətinin  bu  hərəkətindən  mənim  zəhləm  gedir, 

əvvəllər  var  qüvvəmlə  çalışırdım  ki,  bu  pis  vərdişi 

Alyoşanın başından çıxardım. 

downloaded from KitabYurdu.org



 

529 


Knyaz mənim sözümə cavab olaraq sakitcə dedi: 

–  Bəli...  Siz  həddindən  artıq  tez  acıqlanırsınız,  bu 

dünyada  bəzi  işlər  sizin  təsəvvür  etdiyiniz  kimi  həll 

olunmur. Mən elə güman edirəm ki, Natalya Nikolayevna bu 

məsələnin  həllində,  az  da  olsa,  kömək  edə  bilər,  siz  bunu 

ona deyin. O öz məsləhətini söyləyə bilər. 

Mən kobudluqla dedim: 

–  Qətiyyən  kömək  edə  bilməz!  Siz  iltifat  buyurub 

bayaq axıra kimi qulaq asmadınız, mənim sözümü kəsdiniz. 

Nataşa  Nikolayevna  başa  düşər  ki,  əgər  pulu  siz  qeyri-

səmimi  olaraq,  bayaq  dediyiniz  kimi,  sözsüz-filansız 

qaytarırsınızsa,  deməli,  ondan  ötrü  atasına,  Alyoşadan  ötrü 

də 

ona 


pul 

verirsiniz, 

sözün 

qısası, 


onları 

mükafatlandırırsınız... 

– Bəli... Deməli, mənim mərhəmətli İvan Petroviçim, məsələni siz belə başa 

düşürsünüz... – knyaz güldü. (O niyə gülürdü?) – Amma, – deyərək sözünə davam 

etdi, – biz ikilikdə hələ çox, çox danışmalıyıq. İndi buna vaxt yoxdur. Ancaq sizdən 

xahiş edirəm, bir şeyi başa düşün ki, məsələ doğrudan-doğruya Natalya 

Nikolayevnaya, onun bütün gələcək həyatına aiddir, bu da qismən ondan asılıdır ki, 

ikilikdə biz bu məsələni necə həll edəcəyik, nə kimi bir nəticəyə gələcəyik. Siz bu 

işdə mütləq lazımsınız, özünüz görəcəksiniz! Buna görə də, əgər siz Natalya 

Nikolayevna ilə öz əlaqənizi davam etdirəcəksinizsə, onda, mənə nə qədər hüsn-

rəğbət bəsləməsəniz də, mənimlə izahata girişməkdən boyun qaçıra 

bilməyəcəksiniz... Budur, gəlib çatdıq... A bientot.Tezliklə görüşərik(frans.); –burdа 

– kəsilmiş söhbəti tezliklə davam etdirərik – mənasındadır. 

downloaded from KitabYurdu.org




 

530 


 

downloaded from KitabYurdu.org




 

531 


IX FƏSİL 

 

Qrafinya  çox  gözəl  yaşayırdı.  Otaqlar  dəbdəbə  ilə 



olmasa  da,  komfortla,  zövqlə  qurulub  bəzədilmişdi.  Amma 

hər  şeydə  müvəffəqiyyətlilik  hiss  olunurdu,  bu,  gen-bol 

kübar həyatı keçirilən, bu həyatın zəruri hesab edilən bütün 

şıltaqlıqları,  boş  arzuları  ilə  dolu  olan  dövlətli  bir 

familiyanın  əsaslanmış,  daimi  məskəni  deyildi,  bu  ancaq 

müvəqqəti, abırlı bir mənzil idi. Söz yayılmışdı ki, qrafinya 

yayı knyazla bərabər Simbirsk quberniyasına (xarab olmuş, 

dəfələrlə girov qoyulmuş), malikanəsinə gedəcəkdir. Mən də 

bunu  eşitmişdim,  dərdli-dərdli  düşünərək  öz-özümə 

deyirdim:  “Katya  qrafinya  ilə  gedəndə  Alyoşa  nə  edəcək?” 

Bu  barədə  hələ  Nataşa  ilə  danışmamışdım,  danışmağa 

qorxurdum,  amma  bəzi  şeylərdən  hiss  edirdim  ki,  deyəsən, 

Nataşa  da  bu  xəbəri  eşitmişdir.  Lakin  o  susur,  öz  qəlbində 

iztirab çəkirdi. 

Qrafinya  məni  çox  gözəl  qəbul  etdi,  nəzakətlə  əlini 

mənə uzadıb, çoxdan bəri burada görmək istədiyini söylədi, 

bununla  da,  knyazın  sözünü  təsdiq  etdi.  O  özü  yaraşıqlı, 

downloaded from KitabYurdu.org




 

532 


gümüş samovardan çay tökürdü, biz də – mən, knyaz, bir də 

kübar  cəmiyyətindən  olan  bir  cənab  stolun  ətrafında 

oturduq. O, yaşa dolmuş, paltarı bir az kraxmallanmış, döşü 

ulduzlu,  diplomat  ədalı  bir  adam  idi.  Deyəsən,  bu  qonağa 

çox  hörmət  edirdilər.  Qrafinya  xaricdən  qayıdandan  sonra, 

hələ bu qışı Peterburqda böyük əlaqələr yaratmağa müvəffəq 

olmamışdı,  öz  vəziyyətini  istədiyi  kimi,  nəzərdə  tutduğu 

kimi  əsaslandıra  bilməmişdi.  Bu  qonaqdan  başqa  heç  kəs 

yox  idi,  heç  kəs  də  gəlmədi.  Mən  gözlərimlə  Katerina 

Fyodorovnanı  axtarırdım,  o,  Alyoşa  ilə  o  biri  otaqda  idi, 

bizim gəldiyimizi eşidən kimi otaqdan çıxıb yanımıza gəldi. 

Knyaz  nəzakətlə  onun  əlini  öpdü,  qrafinya  məni  ona 

göstərdi. Knyaz elə o saat bizi tanış elədi. Mən səbirsizliklə, 

diqqətlə  ona  baxırdım:  o,  ağ  paltar  geyinmiş,  orta  boylu, 

zərif,  sarışın  bir  qız  idi,  üzündə  dinc,  sakit  bir  ifadə  vardı, 

gözləri,  Alyoşanın  dediyi  kimi,  tamamilə  mavi  idi,  onun 

gözəlliyi  ancaq  gənclik  gözəlliyi  idi,  vəssalam.  Mən  çox 

gözəl  bir  qız  görəcəyimi  təsəvvür  edirdim,  lakin  onda 

gözəllik  yox  idi.  Onun  uzunsov,  qəşəng,  zərif  üzü,  gur, 

doğrudan da,  gözəl  saçı,  sakit, diqqətli baxışları vardı, saçı 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə