F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə109/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   105   106   107   108   109   110   111   112   ...   161

 

547 


adam bunun hamısını birdən görə bilməz. Alyoşa gərək ona 

çox  ehtirasla  bağlanaydı,  mən  bunu  başa  düşdüm.  Alyoşa 

özü düşünməyi, mühakimə yürütməyi bacarmırdı, buna görə 

də  onun  əvəzinə  düşünənləri,  hətta  düşünmək  istəyənləri 

sevirdi. Katya onu öz himayəsi altına almışdı. Alyoşa nəcib, 

füsunkar  bir  qəlbə  malik  idi,  o  bütün  təmiz,  doğru,  gözəl 

şeylərə dərhal məftun olurdu. Katya öz uşaqlıq səmimiyyəti 

və  hüsn-rəğbəti  ilə  ona  çox  şey  açıb  söyləmişdi.  Alyoşanın 

zərrə  qədər  də  öz  iradəsi  yox  idi.  Katyanın  çox  inadkar, 

qüvvətli,  odlu  iradəsi  vardı,  Alyoşa  isə  ancaq  ona  ağalıq 

etməyi,  hətta  ona  əmr  etməyi  bacaran  adama  məftuniyyət 

göstərirdi.  Nataşa  əvvəllər  onu  qismən  bununla  özünə  cəlb 

edə bilmişdi, lakin Katyanın Nataşadan böyük bir üstünlüyü 

vardı: o da bu idi ki, Katya özü hələ lap uşaq idi, elə bil ki, o 

hələ  uzun  zaman  uşaq  qalacaqdı.  Katyanın  bu  uşaqlığı, 

aydın  zəkası,  eyni  zamanda,  düşüncəsində  olan  bəzi 

nöqsanlar  onu  Alyoşaya  daha  çox  yaxınlaşdırırdı.  Alyoşa 

bunu  hiss  edirdi,  buna  görə  də,  Katya  onu  özünə  get-gedə 

daha çox cəzb edirdi. Mən əminəm ki, onlar ikilikdə söhbət 

edəndə,  Katyanın  ciddi  “təşviqatyana”  danışığı  qarşısında 

downloaded from KitabYurdu.org



 

548 


əsl  iş,  bəlkə  də,  bir  oyuncaq  dərəcəsinə  enirdi.  Katya 

Alyoşanı, yəqin ki, çox tez-tez danlayırdı, ona öyüd-nəsihət 

verirdi,  həm  də  onu  öz  əlində  saxlayırdı,  bununla  belə, 

görünür,  Alyoşa  özünü  onun  yanında,  Nataşanın  yanında 

olduğundan daha artıq rahat hiss edirdi. Onlar daha artıq bir-

birinin tayı idi, əsas məsələ də bu idi. 

Alyoşa  yerindən  qalxıb,  xudahafizləşmək  üçün  əlini 

Katyaya uzatdı: 

–  Katya,  yaxşı,  yaxşı,  daha  bəsdir!  Sən  həmişə  haqlı 

çıxırsan,  mən  yox.  Bu  ona  görədir  ki,  sənin  qəlbin 

mənimkindən  təmizdir.  Bu  saat  Nataşanın  yanına  gedirəm, 

daha Lyovinkanın yanına getməyəcəyəm... 

–  Elə  ha,  Lyovinkanın  yanında  sənin  heç  bir  işin 

yoxdur.  O  ki  qaldı  sənin  indi  sözə  baxmağın,  Nataşanın 

yanına getməyin, bu cəhətdən sən çox əzizsən! 

Alyoşa qəmgin-qəmgin dedi: 

– Amma sən min dəfə hamıdan əzizsən! İvan Petroviç, 

sizə iki kəlmə sözüm var. 

Biz iki addım kənara çəkildik. 

O pıçıldaya-pıçıldaya dedi: 

downloaded from KitabYurdu.org



 

549 


–  Mən  bu  gün  biabırçı  bir  iş  tutmuşam,  alçaq  bir  iş 

tutmuşam,  mən  bu  dünyada  hamının  yanında  müqəssirəm, 

onların yanında isə hamıdan çox müqəssirəm. Bu gün atam 

məni  nahardan  sonra  Aleksandra  ilə  tanış  elədi  (fransız 

qadındır),  çox  əntiqə  arvaddır...  Mən...  ona  uydum...  Daha 

nə  deyim...  axı...  Mən  onlarla  bir  yerdə  olmağa  layiq 

deyiləm... Sağ olun, İvan Petroviç! 

Mən  yenə  də  Katyanın  yanında  oturanda  o  tələsərək 

dedi: 

–  Alyoşa  mərhəmətlidir,  nəcibdir,  ancaq  onun 



barəsində  biz  sonra  çox  danışacağıq,  indi  isə  hər  şeydən 

əvvəl, biz bir şeyi müəyyən etməliyik: knyazı siz necə adam 

hesab edirsiniz? 

– Çox pis adam. 

– Mən də elə hesab edirəm. Demək, biz bu barədə bir 

fikirdəyik,  buna  görə  də  knyaz  barəsində  danışmaq  bizim 

üçün  asan  olacaq.  İndi  keçək,  Natalya  Nikolayevnaya... 

Bilirsinizmi,  İvan  Petroviç,  indi  mən  elə  bil  zülmət 

içindəyəm ki, mən sizi bir işıq kimi gözləyirdim. Siz bunları 

mənə  başa  salın,  çünki  ən  əsas  məsələni  mən,  Alyoşanın 

downloaded from KitabYurdu.org



 

550 


mənə  söylədiyi  şeylərə  görə  mülahizə  edirəm.  Başqa 

soruşmalı adam yox idi. Əvvəla, mənə deyin görüm (bu əsas 

məsələdir),  sizin  fikrinizcə,  Alyoşa  ilə  Nataşa  birlikdə 

yaşasalar, xoşbəxt ola bilərlərmi? Qəti qərara gəlmək üçün, 

hər şeydən əvvəl, gərək mən bunu bilim, ondan sonra bilim 

görüm nə etməliyəm. 

– Bunu lap yəqin necə demək olar?.. 

O mənim sözümü kəsdi: 

–  Əlbəttə,  elədir,  lap  yəqin  olmasa  da,  hər  halda,  bu 

sizə necə görünür? Siz axı çox ağıllı adamsınız. 

– Məncə, onlar xoşbəxt ola bilməz. 

– Niyə axı? 

– Onlar bir-birinin tayı deyil. 

–  Mən  də  bu  fikirdə  idim!  –  sanki  böyük  bir  kədər 

içində  qız  əllərini  dizləri  üstə  qoydu.  –  Lap  müfəssəl 

danışın. Qulaq asın: mən çox istəyirəm ki, Nataşanı görüm. 

Çünki  mən  gərək  onunla  danışım,  mənə  elə  gəlir  ki,  biz 

ikimiz  bütün  məsələni  həll  edərik.  İndi  mən  onu  ancaq 

təsəvvür edirəm, o gərək çox ağıllı, ciddi, doğruluq sevən və 

gözəl bir qız olsun. Elədirmi? 

downloaded from KitabYurdu.org



 

551 


– Elədir. 

–  Mən  buna  əmin  idim.  Yaxşı,  əgər  o  belədirsə,  bəs 

onda  Alyoşa  kimi  bir  uşağı  necə  sevib?  Bunu  mənə  izah 

edin, mən çox vaxt bu barədə fikirləşirəm. 

–  Katerina  Fyodorovna,  bunu  izah  etmək  olmaz, 

adamın  nə  üçün  sevdiyini,  necə  sevdiyini  təsəvvür  etmək 

çətindir.  Alyoşa  uşaqdır,  buna  söz  yox.  Lakin  bilirsinizmi 

uşağı necə sevmək olar? (O ciddi, dərin bir nəzərlə, həm də 

diqqətlə,  səbirsizliklə  mənə  baxırdı,  mən  ona,  onun 

gözlərinə baxdım, ürəyim yumşaldı.) Nə qədər ki Nataşa özü 

uşağa oxşamır, nə qədər ki o ciddidir, Alyoşanı bir o qədər 

tez sevə bilərdi. Alyoşa düz adamdır, səmimidir, son dərəcə 

sadəlövhdür,  hətta  bəzən  onun  sadəlövhlüyü  qəşəng  də 

görünür.  Nataşa  onu  bəlkə  də  ona  görə  sevmişdir  ki,  bunu 

sizə  necə  izah  edim?..  Bəlkə  də  yazığı  gəldiyi  üçün 

sevmişdir... Alicənab insanlar yazığı gəldikləri üçün də sevə 

bilərlər.  Hiss  edirəm  ki,  mən  sizə  heç  bir  şey  izah  edə 

bilməyəcəyəm,  amma  sizdən  bir  şey  soruşum:  siz  onu 

sevirsinizmi? 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə