F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə16/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   12   13   14   15   16   17   18   19   ...   161

 

75 


Sonra xaçı qızının boynundan asdı, qızına xaç vuraraq 

əlavə etdi: 

–  Sağlığına  qismət  olsun!  Bir  vaxt  vardı  ki,  yatandan 

qabaq  mən  sənə  belə  xaç  vurardım,  dua  oxuyardım,  sən  də 

mənim  dualarımı  təkrar  edərdin.  Amma  indi  sən  ayrı  cür 

olmusan,  Allah  da  sənin  ruhuna  təskinlik  vermir.  Ah, 

Nataşa,  Nataşa!  Mənim  ana  qəlbimdən  çıxan  dualarım  da 

sənə kömək eləmir! – Qarı bunu deyib ağladı. 

Nataşa  kirimişcə  onun  əlini  öpüb  qapıya  tərəf  getdi, 

lakin  birdən  cəld  döndü,  atasına  yaxınlaşdı.  Onun  sinəsi 

həyəcanla qalxıb-düşürdü. 

O, nəfəsi tıxana-tıxana: 

–  Atacan!  Siz də öz qızınıza  xaç  vurun,  –  deyib  onun 

qabağında diz çökdü. 

Biz  hamımız  onun  bu  gözlənilməz,  son  dərəcə 

həyəcanlı  hərəkətinə  donub  qaldıq.  Qoca  özünü  tamamilə 

itirmişdi, bir qədər ona baxdı. Nəhayət, çığıraraq dedi: 

–  Nataşenka,  övladım,  qızım,  əzizim,  sənə  nə  olub?  – 

Yaş onun gözlərindən sel kimi axmağa başladı. – Niyə belə 

dərdlisən? Niyə gecə-gündüz ağlayırsan? Axı mən hamısını 

downloaded from KitabYurdu.org



 

76 


görürəm,  gecələr  də  yatmıram,  yerimdən  qalxıb  gəlirəm, 

otağının qabağında durub qulaq asıram!.. Nataşa, dərdini aç 

de mənə, bu qoca atana, biz də... 

Sözünü  qurtarmadı,  Nataşanı  qaldırıb  bağrına  basdı. 

Nataşa  titrəyə-titrəyə  özünü  onun  sinəsinə  sıxaraq  başını 

çiyninə  qoydu.  Ağlamağını  boğaraq,  daxili  həyəcandan 

nəfəsi tıxana-tıxana dedi: 

– Bunun eybi yoxdur, eybi yoxdur... Bir az kefsizəm... 

Atası dedi: 

– Mənim əziz balam, istəkli balam, mən sənə öz xeyir-

duamı  verirəm,  Allah  səni  öz  pənahında  saxlasın!  Qoy  o 

sənin qəlbinə təskinlik versin, səni hər  cür  dərddən-bəladan 

saxlasın!  Əzizim,  Allaha  dua  elə,  qoy  o  mən  günahkarın 

duasını qəbul etsin! 

Nataşanın anası da gözyaşı tökə-tökə əlavə etdi: 

– Mənim də, mənim də xeyir-duamı! 

Nataşa astadan dedi: 

– Sağlıqla qalın! 

O, qapının ağzında dayandı, bir də dönüb onlara baxdı, 

yenə  nə  isə  demək  istədi,  ancaq  deyə  bilmədi,  tez  otaqdan 

downloaded from KitabYurdu.org



 

77 


çıxdı. Mən pis bir hadisə üz verəcəyini hiss etdiyimdən cəld 

onun ardınca getdim. 

 

downloaded from KitabYurdu.org




 

78 


VIII FƏSİL 

 

Nataşa  başını  aşağı  dikərək,  mənə  baxmadan,  tez-tez, 



kirimişcə  gedirdi.  Lakin  küçənin  keçidindən  və  sahil 

küçəsinə  ayaq  basdıqdan  sonra  birdən  dayanıb  mənim 

qolumdan tutdu, pıçıldayaraq dedi: 

– Nəfəsim tutulur! Ürəyim sıxılır... nəfəsim tutulur! 

Mən qorxaraq çığırdım: 

– Nataşa, qayıt! 

Nataşa dərdli-dərdli mənə baxaraq dedi: 

– Vanya, mən evdən həmişəlik çıxmışam, bir daha geri 

qayıtmayacağam, yoxsa sən bunu görmürsən? 

Mənim  elə  bil  ki,  ürəyim  düşdü.  Mən  onlara  gedəndə 

bunları  hiss  etmişdim;  bəlkə  də  çox-çox  əvvəl  bunları 

dumanlı  şəkildə  təsəvvür  etmişdim,  lakin  indi  onun  sözləri 

məni heyrətə saldı. 

Biz qəmgin-qəmgin sahil küçəsilə gedirdik. Mən danışa 

bilmirdim;  düşünürdüm,  götür-qoy  edirdim,  heç  bilmirdim 

ki,  nə  edim!  Başım  hərlənirdi.  Nataşanın  bu  hərəkəti  mənə 

heç mümkün olmayan, çox çirkin bir şey kimi görünürdü. 

downloaded from KitabYurdu.org




 

79 


Nəhayət, o dedi: 

– Vanya, sən məni müqəssir görürsən? 

– Yox, ancaq... Mən buna inanmıram; bu ola bilməz! – 

dedim, lakin nə dediyimi heç özüm də bilmirdim. 

– Vanya, bu daha olub qurtarıb! Mən ata-anamı qoyub 

getdim,  heç  bilmirəm  onların  başına  nə  gələcək...  heç 

bilmirəm öz başıma nə gələcək! 

– Nataşa, sən onun yanına gedirsən? Eləmi? 

– Elədir. 

Mən özümdən çıxdım, çığırdım ki: 

–  Bu  mümkün  deyil!  Nataşa,  mənim  zavallı  Nataşam, 

sən  bilirsənmi  ki, bu  mümkün  deyil?!  Bu  divanəlikdir!  Sən 

ata-ananı  məhv  edirsən, özün də  məhv  olarsan!  Nataşa, sən 

bunu bilirsənmi? 

–  Bilirəm,  –  dedi,  –  ancaq  nə  edim,  bu  mənim 

iradəmdən  asılı  deyil.  –  Onun  sözlərində  elə  bir  kədər  və 

ümidsizlik vardı ki, sanki o, edam olunmağa gedirdi. 

Mən ona yalvarmağa başladım: 

–  Nataşa,  nə  qədər  gec  deyil,  qayıt,  qayıt!  –  Mən 

söylədiyim nəsihətlərin heç bir xeyri, bu anda onların heç bir 

downloaded from KitabYurdu.org



 

80 


mənası  olmadığını  dərk  etdikcə,  ona  daha  hərarətlə,  daha 

təkidlə  yalvarırdım.  –  Nataşa,  sən  bu  hərəkətinlə  atana  nə 

edəcəyini  başa  düşürsənmi?  Sən  bunu  fikirləşdinmi?  Axı, 

onun  atası  sənin  atanın  düşmənidir;  axı,  knyaz  sənin  atanı 

təhqir etmişdir, ondan pul oğurlamaqda şübhələnmişdir; onu 

oğru  adlandırmışdır.  Hələ  də  onların  məhkəmə  işi 

qurtarmamışdır… hələ bu nədir ki! Sən bilirsənmi, Nataşa… 

(ah,  ilahi,  sən  bunların  hamısını  bilirsən!)  bilirsənmi… 

knyaz  sənin  ata-anandan  bir  şeydə  də  şübhələnmişdi,  guya 

Alyoşa  kənddə  olanda,  onlar  qəsdən  səni  Alyoşaya 

yaxınlaşdırmışlar,  –  sən  bunu  bilirsənmi?  Bir  fikirləş,  bir 

təsəvvür  elə,  gör  onda  sənin  atan  bu  böhtandan  nə  qədər 

əzab çəkmişdi! Bu iki ildə onun başı ağappaq ağarmışdır, – 

bir  ona  baxsana!  Bir  də  ki,  Nataşa,  sən  axı,  bunların 

hamısını bilirsən! Ah, ilahi! Mən hələ onu demirəm ki, səni 

həmişəlik  itirmək  onlara  necə  ağır  oturacaqdır!..  Axı,  sən 

onların gözünün işığısan, bu qocalıq çağlarında onlara qalan 

bir sənsən, onlar sənə göz dikmişlər! Bunu  mən heç demək 

istəmirəm:  sən  özün  bunu  bilməlisən!  Nəzərə  al  ki,  atan  o 

lovğa  adamlar  tərəfindən  sənin  üzərinə  böhtan  atıldığını, 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə