F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə19/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   15   16   17   18   19   20   21   22   ...   161

 

91 


–  Mən  onu  dəlicəsinə  sevirəm,  –  dedi.  –  Vanya,  mən 

səni  heç  vaxt  belə  sevməmişəm.  Özüm  də  bilirəm  ki,  dəli 

olmuşam, lazım olduğu kimi sevmirəm. Adamı belə sevmək 

yaxşı deyil… Vanya, qulaq as, gör, nə deyirəm: mən əvvəl 

də  bilirdim, hətta bizim  ən  xoşbəxt  dəqiqələrimizdə  də  hiss 

edirdim ki, o mənə ancaq əzab verəcək. Axı, nə etmək olar: 

indi  onun  mənə  verdiyi  əzab da  mənim  üçün  xoşbəxtlikdir! 

Yoxsa,  mən  onun  yanına  ürəyim  açılmaq  üçün  gedirəm? 

Yoxsa,  mən  ondan  nələr  görəcəyimi,  ondan  nələr 

çəkəcəyimi  indidən  bilmirəm?  O  məni  həmişə  sevəcəyinə 

and  içib,  hər  cürə  vədlər  verib,  amma  mən  onun  vədlərinə 

inanmıram,  onlara  heç  əhəmiyyət  vermirəm,  əvvəl  də  heç 

əhəmiyyət  vermirdim,  lakin  bunu  da  bilirdim  ki,  o  mənə 

yalan demir, heç yalan deməyi bacarmır da. Mən özüm ona 

dedim,  özüm  dedim  ki,  mən  heç  bir  şeylə  sənin  əl-qolunu 

bağlamayacağam.  Bu  yaxşıdır:  əl-qolu  bağlanmağı  heç  kəs 

xoşlamır,  birinci  elə  mən  özüm  xoşlamıram.  Bununla  belə, 

mən  onun  qulu  olmağa,  öz  könlümlə  onun  qulu  olmağa 

şadam!  Onun  hər  bir  hərəkətinə,  hər  bir  əzabına  dözməyə 

hazıram,  –  ancaq  o  mənimlə  olsun,  ancaq  mən  onu  görə 

downloaded from KitabYurdu.org



 

92 


bilim,  ona  baxa  bilim!  Lap  elə  qoy  başqasını  sevsin,  ancaq 

bu mənim yanımda olsun, mən də orada olum… – Birdən o 

mənə baxaraq dedi: – Vanya, gör bu nə alçaqlıqdır! – Onun 

gözləri qızdırmalı adam gözləri kimi parıldayırdı. Bir anlığa 

mənə  elə  gəldi  ki,  o  sayıqlayır.  –  Axı,  belə  bir  şeyi  arzu 

etmək  alçaqlıqdır!  Nə  etmək  olar?  Özüm  deyirəm  ki, 

alçaqlıqdır, amma o məni atsa, mən onun dalınca dünyanın 

lap o başına gedərəm – məni lap rədd etsə də, qovsa da, yenə 

gedərəm! Budur, sən mənə öyüd-nəsihət verirsən, çalışırsan 

ki, mən  geri  qayıdım:  tutaq  ki, elə qayıtdım:  bundan  axı  nə 

çıxar? Qayıdaram, amma sabah yenə də çıxıb gedərəm, əmr 

edər,  yenə  onun  yanına  gedərəm;  fit  verib  məni  bir  it  kimi 

səslər,  –  mən  də  onun  ardınca  yüyürərəm.  Əzabmı 

deyirsən?!  Mən  onun  verəcəyi  əzabdan  qorxmuram!  Mən 

biləcəyəm  ki,  bu  əzabı  o  verir…  Ah,  Vanya,  bunu  izah 

etmək mümkün deyil! 

Mən düşünərək öz-özümə dedim: “Bəs atan, anan?” 

Nataşa elə bil ki, onları unutmuşdu. 

– Nataşa, deməli, o səninlə evlənməyəcək? 

downloaded from KitabYurdu.org




 

93 


–  Evlənəcəyinə  söz  verib,  söz  verib!  O  elə  indi  məni 

ona  görə  çağırmışdır  ki,  sabah  şəhərdən  kənarda,  gizlincə 

gedib  nikahımızı  oxutduraq,  axı  o  heç  özü  də  nə  etdiyini 

bilmir!  O  bəlkə  də  heç  nikah  oxutdurmağın  qaydasını  da 

bilmir!  Bir  də,  axı,  ondan  nə  ər?!  Gülməli  deyilmi! 

Evləndimi – bədbəxt olacaq, məni danlamağa başlayacaq… 

Mən  istəmirəm  ki,  o  məni  bir  şey  üstündə  danlasın!  Mən 

bütün  varlığımı  ona  verərəm,  qoy  o  mənə  heç  bir  şey 

verməsin! Əgər o evləndikdən sonra bədbəxt olacaqsa, onda 

niyə onu bədbəxt eləyim? 

Mən: 

– Nataşa, – dedim, – bu ki sərsəmlikdir! Yaxşı, sən bu 



saat onun yanına gedirsən? 

–  Yox,  o  söz  verib  ki,  bura  gəlsin,  məni  aparsın;  biz 

şərtləşmişik… 

Nataşa  ehtirasla  uzaqlara  baxdı,  lakin  hələ  heç  kəs 

görünmürdü. 

Mən hiddətlə çığırdım: 

downloaded from KitabYurdu.org



 

94 


–  O  hələ  gəlməyib!  Amma  sən  əvvəl  gəlmisən?  – 

Nataşa  səntirlədi,  sanki  onu  vurmuşdular,  o  daxilən  ağrı 

duymuş kimi üz-gözünü qırışdırdı. 

Sonra acı-acı gülümsəyərək dedi: 

– O bəlkə də heç gəlmədi. Üç gün bundan əvvəl yazırdı 

ki,  əgər  sən  mənə  söz  verməsən  ki,  gələcəyəm,  onda  mən 

istər-istəməz  öz  qərarımı  ləğv  edəcəyəm,  yəni  daha 

nikahımızı  oxutdurmayacağıq,  atam  da  məni  evləndirmək 

istədiyi  qızın  yanına  aparacaq.  Bunları  da  o,  elə  sadə,  elə 

təbii  bir  şəkildə  yazırdı  ki,  elə  bil  əhəmiyyətsiz  bir  şeydən 

bəhs  edirdi…  Vanya,  bəlkə  o  doğrudan  da  qızın  yanına 

gedib, onda nə olar? 

Mən  dinmədim.  O,  mənim  əlimi  bərk-bərk  sıxdı; 

gözləri parıldadı. 

Sonra güclə eşidiləcək bir səslə sözünə davam etdi: 

–  O,  qızın  yanındadır.  O  ümid  edirdi  ki,  mən  bura 

gəlməyəcəyəm, o da qızın yanına gedəcək, sonra da deyəcək 

ki,  “təqsir  məndə  deyil,  mən  qabaqcadan  sənə  xəbərdarlıq 

etmişdim,  sən  özün  gəlmədin”.  Mən  onun  zəhləsini 

tökmüşəm, buna görə də məndən uzaqlaşır… Ah, ilahi! Mən 

downloaded from KitabYurdu.org



 

95 


dəliyəm! Bu son görüşümüzdə o özü mənə demişdi ki, “sən 

mənim zəhləmi tökmüsən…” Daha mən niyə gözləyirəm?! 

Birdən  mən  onu  uzaqda,  sahil  küçəsində  görüb 

çığırdım: 

– Odur, gəlir! 

Nataşa  diksinib  çığırdı,  yaxınlaşmaqda  olan  Alyoşaya 

diqqətlə  baxdı,  birdən  mənim  əlimi  buraxıb  onun  üstünə 

yüyürdü.  O  da  addımlarını  yeyinlətdi;  Alyoşa  onu 

qucaqlayıb bağrına basdı. Küçədə bizdən başqa heç kəs yox 

idi. Onlar bir-birini öpürdülər, gülürdülər. Nataşa həm gülür, 

həm  də  ağlayırdı,  sanki  onlar  çox  uzun  ayrılıqdan  sonra 

görüşürdülər.  Nataşanın  solğun  yanaqları  qıpqırmızı 

qızarmışdı,  dərin  həyəcan  içində  o  sanki  özünü 

unutmuşdu… Alyoşa məni görüb elə o saat yanıma gəldi. 

 

IX FƏSİL 

 

Bundan əvvəl mən onu çox görmüşdüm, lakin yenə də 



ona  diqqətlə  baxırdım;  mən  onun  gözlərinə  baxırdım,  sanki 

onun gözləri bütün şübhələrimi həll edəcəkdi, sanki o mənə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə