F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə21/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   17   18   19   20   21   22   23   24   ...   161

101 

bədəni  duyduğu  dəhşətdən  titrədi.  Alyoşa  onu  qucaqlayıb, 

kirimişcə özünə sıxdı. Bir neçə dəqiqə susduq. 

Mən məzəmmətlə Alyoşaya baxaraq dedim: 

–  Siz  belə  bir  qurban  verilməsini  necə  tələb  edə 

bildiniz?! 

–  Məni  müqəssir  tutmayın!  –  deyə  təkrar  etdi.  –  Sizi 

inandırıram ki, indi bu bədbəxtlik çox güclü də olsa, ancaq 

bir  dəqiqəlikdir.  Mən  buna  tamamilə  əminəm.  Bu  dəqiqəni 

keçirmək  üçün  ancaq  möhkəmlik  lazımdır,  Nataşa  da  bunu 

mənə  demişdir.  Siz  özünüz  bilirsiniz:  bütün  bunlara  səbəb 

ailə  qürurudur,  heç  kəsə  lazım  olmayan  dava-dalaşdır, 

məhkəmə çəkişməsidir!.. Lakin (sizi inandırıram ki, mən bu 

barədə  çox  fikirləşmişəm)  bunlar  qurtaracaqdır.  Biz 

hamımız  yenə  də  birləşəcəyik,  onda  tamamilə  xoşbəxt 

olacağıq,  belə  ki,  hətta  qocalar  da  bizə  baxıb  barışacaqlar. 

Kim bilir, bəlkə elə bizim evlənməyimiz onların barışmasına 

səbəb olacaq! Mən elə güman edirəm ki, hətta başqa cür ola 

da bilməz. Siz necə bilirsiniz? 

Mən Nataşaya baxıb soruşdum: 

downloaded from KitabYurdu.org



 

102 


–  Siz  evlənmək  deyirsiniz,  siz  axı  nə  vaxt 

evlənəcəksiniz? 

–  Sabah,  ya  da  o  birisi  gün,  hər  halda,  o  birisi  günün 

olması qətidir. Görürsünüzmü, heç mən özüm də hələ yaxşı 

bilmirəm,  doğrusu  da  budur  ki,  hələ  heç  bir  hazırlıq 

görməmişəm.  Mən  elə  güman  edirdim  ki,  Nataşa  bəlkə  bu 

gün  gəlmədi.  Bir  də  ki,  atam  mütləq  bu  gün  məni 

evləndirmək  istədiyi  qızın  yanına  aparmaq  istəyirdi.  Məni 

axı evləndirmək istəyirlər, Nataşa sizə deyibmi? Ancaq mən 

istəmirəm.  Buna  görə  də  mən  bu  gün  nə  olacağını  yəqin 

bilmirdim.  Hər  halda,  biz  yəqin  ki,  sabah  yox,  o  birisi  gün 

nikahımızı  oxutduracağıq.  Mənə  elə  gəlir,  çünki  axı  başqa 

cür  ola  bilməz.  Sabah  biz  Pskov  yolu  ilə  gedəcəyik.  Bu 

yaxınlıqda olan kənddə mənim bir yoldaşım var, liseydə bir 

yerdə  oxumuşuq,  çox  yaxşı  adamdır,  sizi  də  bəlkə  onunla 

tanış  elədim.  O  kənddə  keşiş  də  var,  ancaq  düzü,  dəqiq 

bilmirəm,  var,  ya  yoxdur.  Bunu  əvvəldən  bilmək  lazımdı, 

mənim vaxtım olmadı. Əslinə qalanda, bunlar hamısı xırda-

xuruş  şeylərdir.  Əsas  məsələni  gərək  nəzərdə  tutaq.  Qonşu 

kəndlərdən  birindən  keşiş  çağırmaq  olar,  siz  buna  nə 

downloaded from KitabYurdu.org



 

103 


deyirsiniz? Orada qonşu kəndlər yəqin ki, var! Ancaq heyif 

ki, hələ indiyə kimi macal tapıb, ora bircə kəlmə də söz yaza 

bilməmişəm, qabaqcadan xəbərdarlıq etmək lazım idi. Yəqin 

mənim  yoldaşım  da  heç  evində  yoxdur...  Bu  əhəmiyyətsiz 

bir  şeydir.  Əslində  gərək  qətiyyət  olsun,  qalan  şeylər  öz-

özünə düzələr, elə deyilmi? Hələlik, sabaha kimi, ya da heç 

olmasa,  sabah  yox,  o  birisi  günə  kimi,  Nataşa  mənim 

yanımda qalar, mən ayrı bir mənzil tutmuşam, biz nikahdan 

qayıdandan  sonra  da  burada  yaşayacağıq.  Mən  daha  gedib 

atamın  yanında  yaşamayacağam,  elə  deyilmi?  Siz  bizə 

gələrsiniz, mənim mənzilim çox yaxşıdır. Lisey yoldaşlarım 

da 


mənim 

yanıma 


gələcək. 

Mən 


müsamirələr 

düzəldəcəyəm... 

Mən  təəccüblə  və  kədərlə  ona  baxırdım.  Nataşa 

baxışları  ilə  mənə  yalvarırdı  ki,  onun  haqqında  sərt 

mühakimələr yürütməyim, ona güzəştə gedim. Özü isə onun 

dediklərinə qəmgin-qəmgin gülümsəyərək qulaq asırdı, eyni 

zamanda  elə  bil  ki,  onun  sözlərindən  fərəhlənirdi  də:  şən, 

mehriban, körpə uşağın boş, ağılsız, lakin xoş söhbətinə belə 

downloaded from KitabYurdu.org



 

104 


fərəhlə  qulaq  asırlar...  Mən  məzəmmətlə  ona  baxdım. 

Qəlbimdə dözülməz bir ağırlıq hiss etdim. Soruşdum ki: 

– Bəs sizin atanız? Siz lap qəti inanırsınızmı ki, o sizi 

əfv edəcək? 

–  Mütləq  əfv  edəcək!  Onun  başqa  əlacı  olmayacaq! 

Yəni,  əlbəttə,  o  əvvəl  məni  qarğıyacaq,  mən  hətta  bunu 

yəqin  bilirəm.  O  belə  bir  adamdır,  mənimlə  də  çox  ciddi 

rəftar edir. Hələ bəlkə bəzilərinə məndən şikayətlənəcək də, 

bir  sözlə,  atalıq  hakimiyyətindən  istifadə  edəcək...  Ancaq 

bunlar heç biri ciddi bir şey olmayacaq. O məni çox istəyir, 

məndən  ötrü  lap  dəlidir,  acıqlanacaq,  sonra  da  əfv  edəcək. 

Onda  hamımız  barışacağıq,  hamımız  xoşbəxt  olacağıq. 

Nataşanın atası da. 

–  Birdən  əfv  etmədi,  sonra?  Siz  bu  barədə 

düşünmüsünüzmü? 

– Mütləq əfv edəcək, ancaq ola bilsin ki, bu bir az tez 

olmayacaq. Nə eybi var?! Mən ona sübut edərəm ki, mənim 

də iradəm var, mən də öz sözümün üstündə dura bilərəm. O 

həmişə  məni  danlayır  ki,  mənim  iradəm  yoxdur,  mən 

yüngülməzacam,  indi  görər  ki,  mən  yüngülməzacam,  ya 

downloaded from KitabYurdu.org



 

105 


yox!  Axı  ailə  sahibi  olmaq  zarafat  deyil,  onda  mən  daha 

uşaq olmayacağam... Yəni onu demək istəyirəm ki, mən də 

o biri adamlar kimi olacağam... Ailəli adamlar kimi. Mən öz 

zəhmətimlə  yaşayacağam.  Nataşa  deyir  ki,  başqasının 

hesabına  yaşamaqdan,  necə  ki,  biz  hamımız  yaşayırıq,  bu 

çox-çox  yaxşıdır.  Siz  bilsəniz  ki,  Nataşa  mənə  nə  qədər 

yaxşı  şeylər  deyir!  Bu  şeylər  heç  vaxt  mənim  ağlıma 

gəlməzdi.  Mən  ayrı  cür  böyümüşəm,  ayrı  cür  tərbiyə 

olunmuşam!  Doğrudur,  mən  özüm  də  bilirəm  ki,  mən 

yüngülməzacam,  heç  bir  şeyə  qabil  deyiləm.  Ancaq 

bilirsinizmi,  üç  gündür  mənim  ağlıma  çox  qəribə  bir  şey 

gəlib.  Bunu  deməyin  indi  vaxtı  deyil,  amma  deyəcəyəm, 

qoy,  Nataşa  da  bunu  eşitsin,  siz  də  bizə  öz  məsləhətinizi 

söyləyərsiniz.  Bilirsiniz  nə  var,  mən  də  sizin  kimi  povest 

yazıb jurnallara satmaq istəyirəm. Siz mənə jurnalistlərlə işi 

yoluna  qoymağa  kömək  edərsiniz,  elə  deyilmi?  Mən  sizi 

nəzərdə  tutmuşam,  dünən  bütün  gecəni,  öz  gücümü 

yoxlamaq  üçün  bir  roman  düşünmüşəm,  bilirsinizmi,  çox 

qəşəng  bir  şey  çıxa  bilər.  Mündərəcəsini  Skribin  bir 

komediyasından  götürmüşəm...  Bunu  sizə  sonra  deyərəm. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə