F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə31/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   27   28   29   30   31   32   33   34   ...   161

 

151 


istəyir  ki,  öz  doğma  qızını  lap  xəyalından  silsin,  meylini 

başqa  bir  uşağa  bağlasın?  Yolda  mənim  barəmdə  sizə  nə 

deyirdi? O sizə necə göründü: sərt idimi, acıqlı idimi? Sus! 

Gəlir. Atam, qalanını da sonra söyləyərsiniz, sonra!.. Sabah 

gəlin, yadınızdan çıxartmayın... 

 

downloaded from KitabYurdu.org




 

152 


XIII FƏSİL 

 

Nikolay Sergeiç içəri girdi. O həm maraqla, həm də bir 



şeydən utanırmış kimi, bizə baxdı, qaşqabağını tökərək stola 

yaxınlaşdı. Soruşdu ki: 

–  Samovar  hanı?  Bu  vaxta  kimi  samovarı  hazır  eləyə 

bilməyiblər? 

Anna Andreyevna əl-ayağa düşdü: 

– Gətirirlər, atam, gətirirlər, budur, gətirdilər. 

Matryona  Nikolay  Sergeiçi  görən  kimi  samovarı 

gətirdi, sanki onun gəlməsini gözləyirdi. Matryona sınaqdan 

çıxmış, qoca, sədaqətli bir xidmətçi idi, lakin bütün dünyada 

olan  qulluqçuların  hamısından  deyingən  idi,  özü  də  inad, 

tərs  bir  arvad  idi.  Nikolay  Sergeiçdən  qorxurdu,  onun 

yanında  dinib-danışmırdı.  Amma  Anna  Andreyevnanın 

yanında  özünü  tamam  sərbəst  aparırdı,  hər  addımda  ona 

kobud  sözlər  deyirdi,  öz  xanımına  ağalıq  etmək  iddiasında 

olduğunu açıqca göstərirdi, eyni zamanda, həm onu, həm də 

Nataşanı  lap  ürəkdən  istəyirdi.  Bu  Matryonanı  mən  lap 

İxmenevkadan tanıyırdım. 

downloaded from KitabYurdu.org




 

153 


Nikolay Sergeiç astadan deyindi: 

– Bəli... Adam islananda heç özünü yaxşı hiss etmir... 

Bu yandan da sənə çay vermək istəmirlər. 

Anna Andreyevna o saat Nikolay Sergeiçə işarə edərək 

mənə göz vurdu. Nikolay Sergeiçin bu sirli göz vurmalardan 

zəhləsi  gedirdi,  o  bizə  baxmamağa  çalışsa  da,  üzündən 

görünürdü  ki,  Anna  Andreyevnanın  elə  bu  anda  ona  işarə 

edərək göz vurmasını lap yaxşı bilir. 

Birdən o dedi: 

– Vanya, işim var idi, bir yerə getmişdim... Çox murdar 

bir  vəziyyət  əmələ  gəlib!  Mən  sənə  demədimmi?  Məni 

tamam  müqəssir  görürlər.  Bilirsən,  mənim  əlimdə  sübut 

yoxdur, lazımi kağızlar yoxdur, arayışlar düz çıxmır... Bəli... 

O, knyazla olan məhkəmə işindən danışırdı. Bu hələ də 

davam edirdi, özü də Nikolay Sergeiç üçün çox pis bir şəkil 

alırdı.  Mən  bilmirdim  ona  nə  deyim,  susurdum.  Nikolay 

Sergeiç şübhə ilə mənə baxdı. 

Sanki o bizim susmağımızdan əsəbiləşərək birdən dedi: 

–  Qoy  belə  olsun!  Nə  qədər  tez  qurtarsa,  o  qədər 

yaxşıdır. Məhkəmə onun tələb etdiyi pulları vermək qərarına 

downloaded from KitabYurdu.org



 

154 


gəlsə  də,  hər  halda,  məni  əclaf  edə  bilməyəcəklər.  Mənim 

vicdanım  mənimlədir,  qoy  nə  qərar  çıxarırlar  çıxartsınlar! 

Heç  olmasa,  məsələ  həll  olunub  qurtarar,  mənim  də  canım 

dincələr, var-dövlətimi də talan edərlər... Hər şeyi atıb Sibirə 

gedərəm. 

– İlahi! Axı hara gedəcəksən? Niyə elə uzağa gedəsən? 

O  sanki  etiraz  edildiyinə  sevinərək,  kobud  bir  halda 

soruşdu: 

– Burada nəyə yaxınam? 

Anna Andreyevna: 

– Hər halda... adamlara... – deyərək dərdli-dərdli mənə 

baxdı. 


Nikolay  Sergeiç  gah  mənə,  gah  da  ona  baxaraq 

həyəcanla dedi: 

–  Hansı  adamlara?  Hansı  adamlara?  Talançılara, 

böhtançılara,  xainlərə?!  Belə  adamlar  hər  yerdə  çoxdur! 

Narahat olma, Sibirdə də belələrinə rast gələcəyik. Mənimlə 

getmək  istəmirsənsə,  onda  buyurub  qala  bilərsən,  mən  səni 

zorla aparmıram. 

Zavallı Anna Andreyevna çığırdı: 

downloaded from KitabYurdu.org



 

155 


–  Nikolay  Sergeiç,  atam!  Mən  sənsiz  necə  qala 

bilərəm?!  Axı  dünyada  mənim  səndən  başqa  heç  kimim 

yoxdur!.. 

Anna  Andreyevna  kəkələyərək  susdu,  qorxu  ifadə 

olunan  bir  nəzərlə  mənə  baxdı,  sanki  o  müdafiə  edilməsini 

məndən xahiş edir, məni köməyə çağırırdı. Nikolay Sergeiç 

acıqlanmışdı,  hər  sözə  söz  qaytarırdı,  ona  etiraz  etmək 

olmazdı. 

Mən: 

– Anna Andreyevna, – dedim, – sakit olun. Sibir elə də 



pis yer deyil, adı pis çıxıb. Əgər bir bədbəxtlik üz versə, siz 

İxmenevkanı  satmalı  olsanız,  onda  Nikolay  Sergeiçin  fikri 

çox  yaxşı  fikirdir:  Sibirdə  çoxlu  torpaq  əldə  etmək  olar, 

onda... 


–  İvan,  heç  olmasa,  sən  ağıllı  bir  söz  deyirsən!  Mən 

bilirdim ki, sən elə belə də deyəcəksən. Hər şeyi atıb, çıxıb 

gedəcəyəm. 

Anna Andreyevna əlini əlinə çırparaq həyəcanla dedi: 

–  Vanya,  mən  bunu  səndən  heç  gözləmirdim!  Sən  də 

deyirsən  ora  getsin?  İvan  Petroviç,  mən  bunu  səndən  heç 

downloaded from KitabYurdu.org



 

156 


gözləmirdim... Gərək ki, sən bizdə mehribanlıqdan başqa bir 

şey görməmisən, amma indi... 

– Ha-ha-ha! Bəs sən nə gözləyirdin? Biz axı burada nə 

ilə  yaşayacağıq, heç  bunu  bir  fikirləşirsənmi?  Pul  xərclənib 

qurtarıb, axırıncı qəpikləri xərcləyirik! Olmaya, buyurursan 

ki,  knyaz  Pyotr  Aleksandroviçin  yanına  gedim,  ondan  əfv 

diləyim? 

Knyazın adını eşidəndə qorxudan qarının bütün bədəni 

titrədi. Əlindəki çay qaşığı nəlbəkiyə dəyərək cingildədi. 

Nikolay Sergeiç, duyduğu hiddət və göstərdiyi inaddan 

sevinərək, bu sevinclə özünü qızışdırıb dedi: 

–  İvan,  doğrudan  da,  sən  necə  bilirsən,  gedim,  hə? 

Sibirdə  axı  nə  var?  Yaxşısı  budur  ki,  sabah  geyinib-

kecinərəm, Anna Andreyevna da təzə bir manişka hazırlayar 

(elə bir adamın yanına başqa cür getmək olmaz), tam kübar 

qaydasınca  bir  əlcək  də  alar,  mən  də  birbaşa  knyaz 

həzrətlərinin  yanına  gedərəm,  deyərəm  ki:  zati-aliləri,  ey 

mənim  vali-nemətim,  ey  mənim  doğma  atam,  məni  əfv  et, 

günahımdan  keç,  bir  parça  çörək  ver,  evdə  arvadım  var, 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə