F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə34/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   30   31   32   33   34   35   36   37   ...   161

 

167 


nəsihətləri,  göz  yaşları  onu  məyus  edərdi,  belə  ki,  adamın 

ona  yazığı  gələrdi,  sonralar  bu  hədiyyə  üstündə  onların 

arasında  deyişmə,  inciklik,  dava-dalaş  da  olardı.  Bundan 

başqa,  Alyoşa  Nataşadan  gizlin  çox  pul  xərcləyərdi, 

yoldaşlarına  uyar,  Nataşaya  xəyanət  də  edərdi,  cürbəcür 

Jozefinaların,  Minaların  yanına  gedərdi.  Bununla  belə, 

Nataşanı  da  çox  sevərdi.  Nataşanı  o  sanki  əzab  çəkən  bir 

qəlb  ilə  sevərdi,  o  tez-tez  ovqatı  təlx,  qəmli  halda  yanıma 

gələr,  deyərdi  ki,  mən  Nataşanın  heç  çeçələ  barmağına  da 

dəymərəm,  mən  kobudam,  acıqlıyam,  onu  başa  düşə 

bilmirəm, onun sevgisinə layiq deyiləm. O qismən haqlı idi: 

onlar  tamamilə  ayrı-ayrı  adamlar  idi,  o  özünü  Nataşanın 

qarşısında uşaq kimi hiss edirdi, Nataşa özü də həmişə onu 

uşaq  hesab  edirdi.  O  Jozefina  ilə  olan  tanışlığını  mənə 

söyləyər,  bundan  peşman  olduğunu,  gözyaşı  tökə-tökə 

bildirərdi,  eyni  zamanda  yalvarardı  ki,  mən  bunu  Nataşaya 

deməyim.  O  bütün  sirrini  açıb  söylədikdən  sonra,  bəzən 

mənimlə  bərabər,  qorxa-qorxa,  əsə-əsə  Nataşanın  yanına 

gedərdi  (mütləq  mənimlə  gedərdi,  deyərdi  ki,  belə 

cinayətdən  sonra  Nataşanın  üzünə  baxmağa  qorxuram,  bu 

downloaded from KitabYurdu.org



 

168 


işdə ancaq siz mənə kömək edə bilərsiniz), Nataşa da onun 

üzünə  baxan  kimi  məsələnin  nə  yerdə  olduğunu  bilərdi. 

Nataşa  onu  çox  qısqanırdı,  bilmirəm,  necə  olurdu  ki,  onun 

bütün yüngül hərəkətlərini həmişə ona bağışlayardı. Məsələ 

həmişə  belə  olurdu:  Alyoşa  mənimlə  bir  yerdə  içəri  girər, 

qorxa-qorxa  Nataşa  ilə  danışar,  qorxu  ifadə  olunan  bir 

mehribanlıqla  onun  gözlərinə  baxardı.  Nataşa  da  dərhal 

onun  pis  iş  tutduğunu  duyardı,  ancaq  bu  barədə  əvvəl  özü 

danışmazdı,  heç  bir  şey  soruşmazdı,  əksinə,  elə  o  saat  öz 

mehribanlığını  daha  da  artırardı,  daha  artıq  nəvazişkar  və 

şən olardı.  Lakin  bu da  nə  bir  oyun, nə  də  düşünülmüş  bir 

hiyləgərlik  idi:  bağışlamaq,  mərhəmət  göstərmək,  bu  gözəl 

insana  hədsiz  dərəcədə  zövq  verirdi,  sanki  Alyoşanı  əfv 

etmək işində xüsusi və incə bir gözəllik duyurdu. Doğrudur, 

onda  məsələ  yalnız  Jozefinaya  aid  idi.  Alyoşa  onun  belə 

həlim,  mərhəmətli  olduğunu  görüb,  daha  özünü  saxlaya 

bilməzdi,  heç  soruşmadan,  elə  o  saat  özü  hamısını  açıb 

söyləyər, tutduğu işdən peşman olduğunu bildirərdi, deyərdi 

ki,  bununla  ürəyimi  boşaltmaq,  əvvəlki  kimi  olmaq 

istəyirəm.  Bağışlandığını  görüb  son  dərəcə  sevinər,  hətta 

downloaded from KitabYurdu.org



 

169 


bəzən  sevincindən,  duyduğu  riqqətdən  ağlayardı,  Nataşanı 

qucaqlayıb  öpərdi.  Sonra  da,  elə  o  saat,  yenə  kefi  açılardı, 

uşaqcasına bir ürək açıqlığıyla Jozefina ilə olan sərgüzəştini 

bütün  təfərrüatı  ilə  danışar,  qəhqəhə  ilə  gülərdi,  Nataşaya 

təşəkkürlər  edər,  onu  tərifləyərdi,  axşam  da  fərəh  və  şənlik 

içində  keçərdi.  Elə  ki,  onun  pulu  qurtardı,  başladı  aldığı 

şeyləri satmağa. Nataşanın tələbi ilə Fontankada həm kiçik, 

həm  də  ucuz  bir  otaq  tapdılar,  ora  köçdülər.  Əşyalarını 

satmaqda  davam  edirdilər.  Nataşa  hətta  öz  paltarlarını 

satmağa,  iş  axtarmağa  başladı.  Alyoşa  bunu  biləndə  son 

dərəcə  məyus  oldu.  O  öz-özünü  qarğıyar,  çığıra-çığıra 

deyərdi ki, mən özümə nifrət edirəm, lakin onun işə heç bir 

köməyi  dəymirdi.  İndi  onların  bu  satılan  şeyləri  də 

qurtarmışdı, bircə Nataşa işləyirdi, onun da işinə çox az pul 

verirdilər. 

Lap  ilk  vaxtlarda,  onlar  hələ  bir  yerdə  yaşayarkən, 

Alyoşa  bunun  üstündə  atası  ilə  bərk  dalaşmışdı.  Onda 

knyazın  Katerina  Fyodorovna  Filimonovanı  (Qrafinyanın 

ögey qızını) öz oğluna alması fikri hələ bir arzu şəklində idi, 

lakin knyaz bu arzusunu yerinə yetirməyə çalışırdı. Alyoşanı 

downloaded from KitabYurdu.org



 

170 


o  qızın  yanına  aparırdı,  deyirdi  ki,  çalış  qızın  xoşuna  gəl. 

Ona  həm  təpinir,  həm  öyüd-nəsihət  verir,  həm  də  ciddi 

dəlillər  gətirirdi,  lakin  qrafinya  razılıq  vermirdi,  məsələ  də 

buna görə baş tutmurdu. Onda knyaz da oğlunun Nataşa ilə 

olan  əlaqəsinə  qəsdən  əhəmiyyət  verməməyə,  işin  nə  yerə 

gəlib 


çıxacağını  gözləməyə  başladı.  O,  Alyoşanın 

yüngülməzac,  dəmdəməki  olduğunu  bilirdi,  buna  görə  də 

ümid edirdi ki, onun sevgisi tez bir vaxtda keçib gedəcəkdir. 

Alyoşanın  Nataşa  ilə  evlənə  bilməsi  məsələsi,  lap  son 

vaxtlara kimi, knyazı çox az düşündürürdü. Bir-birini sevən 

bu  gənclər  isə  öz  evlənmələrini  təxirə  salır,  knyazın  razılıq 

verməsini, 

ümumiyyətlə, 

vəziyyətin 

dəyişməsini 

gözləyirdilər.  Görünür,  Nataşa  bu  barədə  söz  açmaq 

istəmirdi.  Alyoşa  gizlincə  mənə  dedi  ki,  atam  belə  bir 

hadisənin  baş  verməsinə,  deyəsən,  bir  az  sevinirdi  də.  Bu 

məsələdə  Nikolay  Sergeiçin  alçaldılması  onun  xoşuna 

gəlirdi.  Lakin  rəsmiyyət  üçün  öz  oğlundan  narazı  olduğunu 

bildirirdi. Alyoşaya,  onsuz da çox az verdiyi pulu, daha da 

azaltdı  (knyaz  onlara  həddindən  artıq  xəsislik  göstərirdi), 

bunu  da  kəsəcəyi  ilə  onları  təhdid  edirdi.  Ancaq  çox 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə