F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə35/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   31   32   33   34   35   36   37   38   ...   161

 

171 


çəkmədi  ki,  qrafinyanın  dalınca  Polşaya  getdi.  O, 

qrafinyanın  ögey  qızını  öz  oğluna  almaq  fikrindən  əl 

çəkmirdi.  Qrafinya  öz  işi  üçün  Polşaya  getmişdi.  Əslində, 

Alyoşa  hələ  çox  cavan  idi,  evlənmək  vaxtı  deyildi,  ancaq 

burası  var  ki,  qız  çox  varlı  qız  idi,  onu  əldən  buraxmaq 

olmazdı.  Axırda  knyaz  öz  məqsədinə  çatdı.  Eşitdik  ki, 

qrafinya  Katerina  Fyodorovnanın  Alyoşa  ilə  evlənməsinə 

razılıq vermişdir. O vaxtı ki, mən təsvir edirəm, knyaz onda 

Peterburqa  yenicə  gəlmişdi.  Oğlunu  çox  mehribanlıqla 

qarşıladı,  lakin  Alyoşanın  yenə  də  Nataşadan  əl  çəkmək 

istəməməsi  onu  heyrətə  saldı,  bundan  çox  pis  oldu.  O 

şübhələnməyə,  qorxmağa  başladı.  Nataşadan  ayrılmağı 

oğlundan  çox  ciddi,  çox  təkidlə  tələb  etdi,  lakin  az  sonra 

daha  yaxşı  bir  vasitəyə  əl  atmağı  qərara  aldı.  Alyoşanı 

qrafinyanın yanına apardı. Qrafinyanın ögey qızı çox qəşəng 

idi,  ancaq  hələ  çox  cavan  idi.  O  çox  nadir  təsadüf  edilən, 

təmiz, məsum bir qəlbə malik idi; şən, ağıllı idi və mehriban 

idi.  Knyaz  bu  fikirdə  idi  ki,  hər  necə  olsa,  keçib  gedən  altı 

ay öz təsirini göstərməlidir, indi daha Nataşa onun oğlu üçün 

ilk vaxtlarda olduğu gözəlliyə malik deyildi. İndi o, Katerina 

downloaded from KitabYurdu.org



 

172 


Fyodorovnaya  altı  ay  bundan  əvvəl  baxdığı  kimi  deyil, 

başqa  nəzərlə  baxacaqdı.  Knyaz  məsələnin  ancaq  bir 

hissəsini başa  düşmüşdü... Alyoşa, doğrudan  da, qıza uydu. 

Bunu  da  əlavə  etməliyəm  ki,  knyaz  birdən-birə  oğluna  son 

dərəcə  mehriban  oldu  (amma  yenə  də  ona  pul  vermirdi). 

Alyoşa  hiss  edirdi  ki,  bu  mehribanlıq  altında  atasının 

dəyişməz qəti qərarı gizlənmişdir, buna görə də qüssələnirdi

lakin onun bu qüssəsi, Katerina Fyodorovnanı hər gün görə 

bilməməsindən  duyduğu  qüssəyə  bənzəmirdi.  Mən  bilirdim 

ki,  o,  beş  gündür  Nataşanın  gözünə  görünmür. 

İxmenevgildən  Nataşanın  yanına  gələrkən,  onun  mənə  nə 

deyə biləcəyini hiss edir, bunun həyəcanını keçirirdim. Hələ 

uzaqdan mən onun pəncərəsindən işıq gəldiyini gördüm. Biz 

öz  aramızda  lap  əvvəldən  belə  bir  şərt  qoymuşduq:  əgər  o 

məni mütləq görmək istəyirsə, onda pəncərəyə şam qoysun, 

mən  də  oralardan  keçəndə  (çox  vaxt  axşamlar  oradan 

keçirdim), pəncərədəki adi qayda ilə yandırılmayan bu işığı 

görüm,  bundan  bilim  ki,  məni  gözləyirlər,  mən  Nataşaya 

lazımam. Son vaxtlarda o tez-tez pəncərəyə şam qoyurdu... 

 

downloaded from KitabYurdu.org




 

173 


downloaded from KitabYurdu.org


 

174 


XV FƏSİL 

 

Nataşa  evdə  tək  idi.  O,  əlləri  qoynunda,  dərin  fikrə 



dalaraq, ağır-ağır otaqda gəzişirdi. Odu sönmüş samovar stol 

üstündə  idi,  görünür,  çoxdan  mənim  yolumu  gözləyirdi. 

Nataşa  gülümsəyərək,  dinməz-söyləməz  əlini  mənə  uzatdı. 

Onun bənizi solğun idi, üzündə, xəstə təbəssümündə iztirab, 

zəriflik,  səbir  ifadə  olunurdu.  Onun  mavi  gözləri,  sanki 

əvvəlkindən  böyük  idi,  saçı  gur  idi,  lakin  bunlar  ona  görə 

belə görünürdü ki, o arıqlamışdı, xəstə idi. 

Nataşa görüşmək üçün əlini mənə uzadarkən dedi: 

–  Mən  elə  bilirdim  ki,  sən  daha  gəlməyəcəksən,  hətta 

Mavranı  sənin  yanına  göndərmək  istəyirdim,  dedim  bəlkə 

xəstələnmisən. 

–  Yox,  xəstələnməmişdim.  Məni  ləngitdilər,  bu  saat 

danışaram.  Nataşa,  sənə  nə  olub?  Yoxsa,  bir  hadisə  üz 

verib? 


O sanki bu sözdən təəccübləndi: 

– Heç bir hadisə üz verməyib. Necə məgər? 

downloaded from KitabYurdu.org



 

175 


– Sən axı yazmışdın... Dünən yazmışdın ki, mən gəlim, 

özü də müəyyən vaxt təyin eləmişdin: nə tez gəlim, nə gec, 

bu heç əvvəlkilərə bənzəmir... 

–  Hə,  yadıma  düşdü!  Mən  dünən  onu  gözləyirdim, 

gələcəkdi. 

– Hələ gəlməyib? 

– Yox... – bir az susduqdan sonra əlavə etdi. – Mən də 

fikirləşirdim  ki,  əgər  gəlməsə,  onda  səninlə  danışmaq 

lazımdır. 

– Bu axşam onu gözləyirdinmi? 

– Yox, gözləmirdim, o, axşam oradadır. 

– Nataşa, necə bilirsən, o daha heç gəlməyəcək? 

Nataşa xüsusi bir ciddiyyətlə mənə baxdı: 

– Əlbəttə, gələcək. 

Mənim  tez-tez  sual  verməyim  onun  xoşuna  gəlmədi. 

Biz susduq, lakin yenə də otaqda gəzişirdik. 

Nataşa gülümsəyərək yenə sözə başladı: 

– Vanya, mən səni gözləyirdim, özü də heç bilirsən nə 

eləyirdim?  Otaqda  o  baş-bu  başa  gəzişirdim,  əzbərdən  şeir 

oxuyurdum,  yadındadırmı  bu  şeiri  zəng,  qış  yolu: 

downloaded from KitabYurdu.org



 

176 


“Samovarım  qaynayır  palıd  stol  üstündə”  vaxtilə  biz  bunu 

bir yerdə oxuyardıq

1



 



Yatdı qasırğa, tufan, yola şəfəq saçıldı

2



Gecənin milyon-milyon tutqun gözü açıldı... 

 

Sonra da: 

 

Ehtiraslı bir səda gəlib yetişir mənə, 

Kimsə zınqırov çalıb oxuyur asta-asta: 

“Ah, gələcək sevgilim, gələcək bir gün, yenə 

Dincələcəkdir mənim bu gen sinəmin üstdə. 

Xoş keçir ömrüm, günüm! İlk parıltı, ilk şüa 

Elə ki pəncərəmin şüşəsində oynayır, 

Palıd stolum üstdə samovarım qaynayır. 

Sobam yanır çataçat, şəfəqlər yaya-yaya 

Rəngbərəng örtük altda görünən çarpayıya...” 

 

                                                 



1

Y.P.Polonskinin “Yenə”(1854)şeirini oxuyur. 

2

Şeirlərin tərcüməsiƏləkbərZiyatayındır. 



downloaded from KitabYurdu.org


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə