F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə37/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   33   34   35   36   37   38   39   40   ...   161

 

182 


qanunidir,  təbiidir!  İlk  addımı  sən  atmalısan.  Sən  bunu  elə, 

onda o da səni heç bir qeydsiz-şərtsiz bağışlayar. 

–  Qeydsiz-şərtsiz!  Bu  mümkün  deyil,  Vanya,  nahaq 

yerə  məni  məzəmmət  eləmə!  Mən  bu  barədə  gecə-gündüz 

düşünmüşəm,  yenə də düşünürəm. O gündən ki mən onları 

atıb gəlmişəm, bəlkə də elə bir gün olmamışdır ki, mən bu 

barədə düşünməyim. Biz axı bu barədə dəfələrlə danışmışıq! 

Axı sən özün bilirsən ki, bu mümkün olan şey deyil! 

– Sən buna bir təşəbbüs elə! 

–  Yox,  əzizim,  olmaz!  Mən  təşəbbüs  etsəm,  onun 

qəzəbini  daha  da  artıraram.  O  şey  ki  olub  qurtarıb  –  onu 

daha  geri  qaytarmaq  olmaz!  Özü  də  bilirsən  nəyi  geri 

qaytarmaq  olmaz?  Mənim  onlarla  bir  yerdə  keçirdiyim 

xoşbəxt  uşaqlıq  illərini!  Bunu  daha  geri  qaytarmaq  olmaz! 

Atam  məni  bağışlasa  da,  o  indi  məni  heç  tanıya  bilməz.  O 

məni,  yekə  bir  qız  olduğum  halda,  uşaq  kimi  sevərdi.  O 

mənim  uşaq  sadəlövhlüyümdən  həzz  alardı,  yeddi  yaşında 

olanda o  mənə  necə nəvaziş göstərərdi, başımı  sığallayardı, 

mən  onun  dizləri  üstə  oturub  ona  öz  uşaq  nəğmələrimi 

oxuyardım. Lap ilk uşaqlıq illərindən ta axır vaxtlara kimi, o 

downloaded from KitabYurdu.org



 

183 


mənim  çarpayıma  yaxınlaşar,  yatmazdan  qabaq  mənə  xaç 

vurardı.  Bu  bədbəxtlik  üz  verəndən  bir  ay  əvvəl  o  mənə 

sırğa  almışdı,  özü  də  məndən  gizlədirdi  (amma  mən  bunu 

bilirdim),  bunu  eşidəndə  mənim  nə  dərəcə  fərəhlənəcəyimi 

təsəvvür  edərək,  bir  uşaq  kimi  sevinirdi,  lakin  mən  ona 

deyəndə  ki  sırğa  alındığını  çoxdan  bilirəm,  onun  hamıya, 

hamıdan da əvvəl mənə bərk acığı tutdu. Evdən gedəndən üç 

gün  əvvəl  o  gördü  ki,  mən  qəmginəm,  o  saat  özü  də  son 

dərəcə qəmgin oldu, bir təsəvvür elə ki, kefimi açmaq üçün 

məni teatra aparmaq fikrinə düşdü, gedib bilet aldı!.. Vallah, 

o  bununla  mənim  qəm-qüssəmi  dağıtmaq  istəyirdi...  Təkrar 

edirəm:  o  məni  ancaq  xırdaca  bir  qız  kimi  tanıyır,  xırdaca 

bir qız kimi də sevirdi, mənim də bir zaman qadın olacağımı 

heç  düşünmək  istəmirdi...  Bu  onun  heç  ağlına  da  gəlmirdi. 

İndi  mən  evə  qayıtsam,  o  məni  heç  tanımaz  da.  O  məni 

bağışlasa  da,  qarşısında  kimi  görəcək?  Mən  daha  əvvəlki 

Nataşa  deyiləm,  mən  daha  uşaq  deyiləm,  mən  çox  şeylər 

görmüşəm.  Mən  özümü  ona  istətsəm  də,  o  yenə  də  ötüb-

keçən  o  xoş  günləri  xatırlayıb  ah  çəkəcək,  mənim  əvvəlki 

Nataşa  olmadığımı  görüb  qəmgin  olacaq,  o  zaman  ki  məni 

downloaded from KitabYurdu.org



 

184 


bir uşaq kimi sevirdi... Keçmiş adama həmişə yaxşı görünür! 

Yada düşərək qəlbə iztirab verir! – o öz dediklərinə uyaraq 

həyəcanla  əlavə  etdi.  –  Ah,  Vanya,  keçən  günlər  nə  yaxşı 

günlər  idi!  –  bu  sözlər  iztirabla  onun  qəlbindən  qoparaq 

sözünü kəsdi. 

Mən dedim: 

–  Nataşa,  sənin  dediklərin  doğrudur.  Deməli,  o  indi 

səni  yenidən  tanımalı,  yenidən  sevməlidir.  Xüsusilə,  gərək 

səni tanısın. Bunda axı nə var ki? O səni sevər də. Yoxsa sən 

elə zənn edirsən ki, elə bir adam, elə bir qəlbə malik olan bir 

insan səni daha tanıya bilməz, səni başa düşə bilməz?! 

–  Ah,  Vanya,  haqsız  danışma!  Məni  başa  düşməyə  nə 

var  ki?!  Mən  bunu  demirəm.  Bilirsən, ata  məhəbbətində  də 

qısqanclıq  var.  O  bundan  inciyir  ki,  Alyoşa  ilə  olan  bu 

məsələ  onsuz  başlanmış,  onsuz  da  həll  olunmuşdur,  o 

bundan xəbər tutmamış, bunu gözdən qaçırmışdır. O bilir ki, 

bunu  heç  əvvəldən  də  duymamışdır,  bizim  sevgimizin  belə 

bədbəxtliklə nəticələnməsini, mənim evdən qaçmağımı o öz 

sirlərimi  belə  “nanəcibliklə”  gizlətməyimdə  görür.  Mən  lap 

sevməyə  başlayanda  gəlib  bunu  ona  demədim,  sonra  da 

downloaded from KitabYurdu.org



 

185 


bütün tutduğum işləri gəlib ona söyləyərək, onun qarşısında 

tövbə etmədim, əksinə, mən hər şeyi öz ürəyimdə gizlətdim, 

ona söyləmədim. Vanya, səni inandırıram ki, sevgimi ondan 

gizlətməyim,  ona  bu  sevginin  nəticəsindən,  yəni  mənim 

evdən  getməyimdən,  özümü  sevdiyim  adama  təslim 

etməyimdən  daha  artıq  ağır  gəlir.  O  bundan  daha  artıq 

inciyir,  özünü  daha  artıq  təhqir  olunmuş  hesab  edir.  Tutaq 

ki,  o  indi  məni  bir  ata  kimi,  məhəbbətlə,  mehribanlıqla 

qarşıladı,  lakin  ədavət  toxumu  yenə  də  onun  ürəyində 

qalacaq.  İki-üç  gündən  sonra  keçmişi  yada  salıb  məni 

danlayacaq, aramızda inciklik, anlaşılmazlıq əmələ gələcək. 

Bir də  ki, o  məni qeydsiz-şərtsiz bağışlamayacaq. Tutaq ki, 

mən  ona  lap  doğrusunu  dedim,  lap  ürəkdən  dedim  ki,  mən 

sizi nə dərəcədə təhqir etdiyimi, nə dərəcədə sizin qarşınızda 

müqəssir  olduğumu  başa  düşürəm.  Alyoşa  ilə  olan  bu 

xoşbəxtliyin  mənə  neçəyə  tamam  olduğunu,  mən  özüm  nə 

qədər əzab çəkdiyimi o başa düşmək istəməsə də, bu mənim 

qəlbimi  nə  qədər  ağrıtsa  da,  mən  canımı  dişimə  tutub  buna 

dözəcəyəm,  ancaq  bununla  da  o  kifayətlənməyəcək.  O 

məndən  mümkün  olmayan  bir  şey  tələb  edəcək,  o  tələb 

downloaded from KitabYurdu.org




 

186 


edəcək  ki,  mən  bu  keçmiş  günlərimi  lənətləyim,  Alyoşanı 

qarğıyım,  öz  sevgimdən  peşman  olduğumu  bildirim!  O 

mümkün olmayan bir şey istəyəcək: bizim həyatımızdan bu 

yarım ili silib atmaq, keçmiş günləri geri qaytarmaq... Lakin 

mən  heç  kəsə  qarğış  etməyəcəyəm,  mən  tövbə  edə 

bilmərəm...  İş  belə  gətirib,  belə  olub...  Yox,  Vanya,  indi 

olmaz. Hələ bunun vaxtı deyil! 

– Bəs bunun vaxtı nə vaxt olacaq? 

–  Bilmirəm.  Bizim  gələcək  xoşbəxtliyimizi  yenidən 

çox-çox  əzab çəkməklə əldə etmək lazımdır, onu yeni-yeni 

əzablarla  satın  almaq  lazımdır.  Hər  şey  əzabla  təmizlənir... 

Ah, Vanya, həyatda nə çox iztirab var! 

Mən susur, fikirli-fikirli ona baxırdım. 

– Sən niyə mənə elə baxırsan, Alyoşa, yox ey, Vanya? 

– o səhv etdiyi üçün gülümsədi. 

– Nataşa, mən sənin üzündəki təbəssümə baxıram. Belə 

gülümsəməyi  sən  haradan  öyrənmisən?  Əvvəllər  sən  belə 

gülümsəməzdin. 

– Mənim gülümsəməyimdə nə var ki? 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə