F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə72/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   68   69   70   71   72   73   74   75   ...   161

 

359 


X FƏSİL 

 

Mən  düz  Alyoşanın  yanına  getdim.  O,  Malaya 



Morskaya küçəsində, atasının yanında yaşayırdı. Knyaz tək 

olsa  da,  mənzili  çox  böyük  idi.  Alyoşanın  bu  mənzildə  iki 

gözəl otağı  vardı.  Mən  Alyoşanın  yanına  çox  az  gedərdim, 

bu  vaxta  qədər  deyəsən,  bircə  dəfə  getmişdim.  Amma  o 

mənim  yanıma,  xüsusən,  Nataşa  ilə  əlaqələri  yeni  başladığı 

vaxtlarda, tez-tez gələrdi. 

Alyoşa  evdə  deyildi.  Mən  birbaşa  onun  otağına  keçib 

belə bir kağız yazdım: 

“Alyoşa,  siz,  deyəsən,  dəli  olmusunuz.  Çərşənbə 

axşamı  axşam,  atanız  özü  gəlib  Nataşadan  xahiş  etdi  ki,  o 

sizi, sizin arvadınız olmaq şərəfinə nail etsin. Siz də bundan 

sevindiniz,  bunu  mən  öz  gözümlə  gördüm.  İndi  isə  özünüz 

də  razı  olun  ki,  sizin  bu  hərəkətiniz  bu  məsələdə  bir  qədər 

qəribə  görünür.  Siz  Nataşanın  başına  nə  oyun  açdığınızı 

bilirsinizmi?  Hər  halda,  mənim  bu  kağızım  sizin  yadınıza 

salar  ki,  sizin  gələcək  arvadınız  olacaq  bir  qızın  qarşısında 

bu  hərəkətiniz  son  dərəcə  nalayiq,  yüngül  bir  hərəkətdir. 

downloaded from KitabYurdu.org




 

360 


Mən çox yaxşı bilirəm ki, sizə öyüd-nəsihət verməyə heç bir 

haqqım  yoxdur,  lakin  mən  buna  heç  bir  əhəmiyyət 

vermirəm. 

P.S.  Nataşanın  bu  kağızdan  xəbəri  yoxdur  və  sizin 

barənizdə o mənə heç bir şey deməmişdir”. 

Zərfin  ağzını  yapışdırıb  stolun  üstünə  qoydum.  Mən 

onun  nə  vaxt  gələcəyini  soruşanda,  xidmətçi  dedi  ki, 

Aleksandr Petroviç çox az-az evə gəlir, bu gün də, o ancaq 

səhərə yaxın evdə olacaqdır. 

Mən güclə gəlib evə çatdım. Başım hərlənir, ayaqlarım 

gücdən  düşür,  titrəyirdi.  Otağımın  qapısı  açıq  idi.  Nikolay 

Sergeiç  İxmenev  içəridə  oturub  məni  gözləyirdi.  O,  stolun 

yanında  oturub,  dinməz-söyləməz  təəccüblə  Yelenaya 

baxırdı.  Yelena  da  təəccüblə  ona  baxır,  o  da  susurdu. 

Düşünərək  öz-özümə  dedim:  “Yəqin  bu  qız  ona  qəribə 

görünəcək”. 

– Qardaş, düz bir saatdır səni gözləyirəm, özü də etiraf 

edirəm  ki,  səni  bu  halda  görəcəyimi...  Heç  gözləmirdim.  – 

Nikolay Sergeiç bu sözləri deyə-deyə otağa baxır, Yelenaya 

işarə  edərək  gizlincə  mənə  göz  vururdu.  Onun  gözlərində 

downloaded from KitabYurdu.org



 

361 


təəccüb əlaməti vardı. Lakin yaxından ona diqqətlə baxdıqda 

onu  həyəcanlı  və  qəmgin  gördüm.  Onun  üzü  əvvəlkindən 

solğun idi. 

Nikolay Sergeiç əl-ayağa düşərək fikirli halda dedi: 

–  Bir  otur,  otur  görək!  Sənin  yanına  tələsə-tələsə 

gəlmişəm,  işim  var.  Sənə  axı  nə  olub?  Sir-sifətin  gör  nə 

kökdədir. 

– Kefim yoxdur. Lap səhərdən başım gicəllənir. 

– Özünü gözlə ha! Soyuq dəyib, nədir? 

– Yox, ürəkgetmə naxoşluğudur. Bəzən bu məndə olur. 

Sizin kefiniz necədir? 

–  Pis  deyil,  pis  deyil!  Çox  tələsmişəm,  bu  ondandır. 

İşim var. Otur. 

Stulu  çəkib  stol  arxasında  onunla  qabaq-qənşər 

oturdum. Qoca bir az mənə tərəf əyilərək astadan dedi: 

–  Ona  baxma,  özünü  elə  göstər  ki,  biz  ayrı  şeydən 

danışırıq. Bu qonaq kimdir, sənin evində oturub? 

–  Nikolay  Sergeiç,  sonra  sizə  deyərəm.  Bu  zavallı  bir 

qızdır, yetimdir, heç kəsi yoxdur, burda yaşayan və qənnadı 

dükanında ölən Smitin nəvəsidir. 

downloaded from KitabYurdu.org



 

362 


– Belə de, onun nəvəsi də varmış! Qardaş, bu əcaib bir 

qızdır!  Adama  elə  baxır,  elə  baxır  ki!  Beşcə  dəqiqə  də 

gəlməsəydin, mən daha burada otura bilməyəcəkdim. Qapını 

güclə  açdırmışam,  o  vaxtdan  bəri  bircə  kəlmə  də  söz 

deməyib, adamı dəhşət alır, bu heç insana da oxşamır. O axı 

bura  hardan  gəlib  çıxıb?  Hə,  başa  düşdüm,  yəqin  babasının 

yanına gəlib, bilməyib ki, o ölüb. 

– Bəli, o çox bədbəxt bir qızdır. Qoca öləndə onu yad 

eləmişdi. 

–  Bəli!  Babası  necə,  nəvəsi  də  elə.  Sonra  hamısını 

mənə  danışarsan.  O  ki  belə  bədbəxtdir,  bəlkə  bir  köməyim 

dəydi...  İndi,  qardaş,  ona  demək  olmazmı  çıxıb  getsin? 

Çünki səninlə ciddi sözüm var. 

– Onun getməyə yeri yoxdur. Elə burda yaşayır. 

Mən  məsələni  qısaca  ona  izah  etdim,  bunu  da  əlavə 

etdim ki, onun yanında danışmaq olar, çünki o uşaqdır. 

–  Bəli...  Əlbəttə,  uşaqdır.  Ancaq  qardaş,  sən  məni  lap 

heyrətə saldın. İlahi, gör bununla kim yaşayır! 

Qoca təəccüblə bir də ona baxdı. Yelena hiss edirdi ki, 

onun  barəsində  danışırlar.  O,  başını  aşağı  dikib  kirimişcə 

downloaded from KitabYurdu.org



 

363 


oturmuşdu,  xırdaca  barmaqları  ilə  divanın  üzünü 

didişdirirdi.  O,  təzə  paltarını  geyinmişdi,  paltar  onun  lap 

əyninə  idi.  Saçını  əvvəlkinə  nisbətən,  daha  səliqə  ilə 

daramışdı,  kim  bilir,  bəlkə  də  bunu  təzə  paltar  geyindiyi 

üçün  etmişdi.  Ümumiyyətlə,  onun  baxışındakı  bu  qəribəlik 

olmasaydı, o çox sevimli qız olardı. 

Qoca yenə də sözə başladı: 

–  Qardaş,  bilirsən  nə  var,  qısaca  və  aydın,  uzun 

məsələdir, mühüm məsələdir... 

O,  başını  aşağı  dikərək  vüqarla,  düşüncəli  bir  halda 

oturmuşdu,  nə  qədər  tələssə  də,  məsələ  nə  qədər  “qısa  və 

aydın”  olsa  da,  başlamağa  söz  tapmırdı.  Mən  öz-özümə 

dedim: “Yəqin mühüm bir iş var!” 

–  Vanya,  mən  sənin  yanına  böyük  bir  xahiş  üçün 

gəlmişəm.  Ancaq  qabaqcadan...  Mən  özüm  indi  başa 

düşürəm, bəzi məsələni... son dərəcə böyük bir diqqət tələb 

edən bir məsələni sənə izah etməliyəm... 

Qoca  öskürüb  ötəri  mənə  baxdı,  qızardı  və  lazımi  söz 

tapa  bilmədiyi  üçün  öz-özünə  acığı  tutdu,  acıqlandı  və  qət 

etdi, dedi ki: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə