Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   ...   9   10   11   12   13   14   15   16   17

44 

 

120mm  arasında,  qoyun  dərilərində  isə  200mm  qədər  ola  bilir.  Bəzi  növ  xəz 



yarımfabrikatlarında tüləri qayçılamaq səhəsində 12-18 mm-ə qədər çatdırla bilir. 

  Tük örtüyünün sıxlığı. Tüklərin sıxlığı xəz-dəri xammalı,yarımfabrikatı  və 

məmulatlarında  ən  vacib  göstəricisi  hesab  edilir.  Tüklərin  sıxlığından  asılı  olaraq 

xəz xammalının  istilik saxlama  və  sıx quruluşa malik xəz  dəri  növləri  daha  yaxşı 

istilik  saxlama  qabiliyyətinə  malik  olur.  Tüklərin  henderleye  kimi  sıxlığı  da 

çüxtəlif  növ  xəzlik  heyvan  dərilərində  eyni  olmayıb  müxtəlif  amillərdən  asılıdır. 

Tüklərin sıxlığını 1 sm-ə düşən tüklərin sayilə təyin edirlər.Bu nöqteyi nəzərincə 1 

sm  sahəyə  düşən  tüklərin  sayı  2mindən(su  iti  dərisində)  30  minə(su  qunduzu)  və 

bəzəndə daha  çox ola  bilər.  Dərinin  topoqrafiyasından  asılı  olaraq tüklərin  sıxlığı 

da  eyni  olmur.  Heyvanın  soyuğa  qarşı  daha  çox  həssas  olan  yeri  daha  sıx  tüklə 

örtülmüş  olur.  Məsələn,bəzi  heyvan  növü  vardır  ki,onun  onurğasında  daha 

çox,peysərində  isə  dah  az  sayda  tük  yerləşə  bilir.  Belə  ki,Lena  çayı  sahillərində 

yaşayana dələ tipli heyvanların onurğa nahiyyəsində 10 min və peysərində isə 6.6 

min ədəd ən çox olanı isə su sumuru dərisidir. Onun onurğa nahiyyəsində 34 min 

və peysərində isə 50 min ədəd 1 sm-də tük yerləşə bilir. 

  Dərilərin  emal  edilməsi  zamanı  tədbiq  edilən  əməliyyatlar  təsirindən  tük 

örtüyündəki sayı da azla bilər.  Belə  ki,  dərilər emal  edildikdə,  onlar genişlənir  və 

yaxud sıxılır,örtücü tüklər qoparıb yox edilir. Müxtəlif mexaniki təsirlərdən tüklər 

özləri təkülə bilir və.s.  

  Tükün  qalınlığı.  Tüklərin  qalınlığını  daha  çox  dəqiqlikdə  hesab 

edirlər.Tüklərin  qalınlığından  asılı  olaraq  digər  xassələrdə  dəyişə  bilir.  Məsələn, 

yumşaqlılığı, geyinməyə qarşı davamlılığı,istilik saxlama qabilliyəti və.s. Tüklərin 

qalınlığı  mövsümündə  yaşdan,heyvanın  cinsindən  və.s  əlamətlərindən  asılı  olaraq 

dəyişilə  bilir.İstiqamətləndirici  və  ost  tüklərinin  qalınlığı  40-dan  150  mikroba 

qədər çata bilir,tiftik tüklərinin qalınlığı isə 10-dn 40 milli mikrona bərabər olur. 

  Eyni dərinin müxtəlif topoqrafiya sahələrində tüklərin qalınlığı müxtəlif olur. 




45 

 

  Tük örtüyünün yumşaqlığı. Tük örtüyü  yumşaq, şəfəqli şevə tüklərinə malik xəz 



dəri xammalı çox qiymətli xəz növü olur. 

  Tük  örtüyünün  yumşaqlığı  dedikdə,  tüklərin  əyilməyə  qarşı  müqavimət 

göstərməsi  başa  düşülür.  Bu  öz  növbəsində  tüklərin  mikro-quruluşundan,tükün 

qalınlığının  uzunluğuna  olan  münasibətinsən,örtücü  və  tiftik  tüklərinin  say 

münasibətindən,onların  inkişaf  və  qalınlıq  dərəcəsindən  çox  asılıdır.  Tüklərin 

yumşaqlığını orqanoleptik üsullarla təyin edirlər.  Standart üzrə xəz dəriləri ipəyəb 

bənzər,yumşaq,yarım yumşaq,qaba,daha tüklü dərilərə bölünürlər. 

Laboratoriya  şəraitində  tüklərin  yumşaqlığını,daha  dəqiq  olaraq  aşağıdaki 

düsturla  hesablayırlar.Burada,  T-tüklərin  qalınlığıdır  mikronla,mkm.  D-Tüklərin 

uzunluğudur,mm-də 



  Tüklərin  davamlılığı.  Bu  göstərici  xəz  dərilərinin  ən  vacib  xassələrindən 

sayılan  geyilməyə  qarşı  davamlıq  göstəricisinin  əsasını  təşkil  edir.  Bu  xassə 

tüklərin  qalınlığından, 

onun 


mikroquruluşundan 

habelə,qazamaq  qatının 

nüvəciyinə  olan  münasibətindən  çox  asılıdır.  Tüklərin  davamlılığını  dartma  və 

təkrar  qatlanma  üsulu  vasitəsilə  təyin  etmək  olur.Dartma  vasitəsilə  tüklərin 

davamlılığını  dinonometr  vasitəsilə  təyin  edirlər.  Tüklərin  dartılması  zamanı 

davamlılığını cırılma,yükü ifadəsilə və ya kg sm hesabilə təyin etmək olar.Müxtəlif 

heyvan dərilərinin tük örtüyünün tüklərinin davamlılığı eyni olmayıb,1-dən 150-qr-

a  qədərə  çata  bilir.  Heyvan  dərisinin  topoqrafisayından  asılı  olaraq  onların 

tüklərinin davamlılığı da eyni olmur. 

  Xəz məmulatları  istifadə zamanı  onun tük  örtüyü təkrar çatlamalara həmişə 

məruz  qalır.Tüklərin  davamlılığını  müxtəlif  cihazların  köməyilə  yəni  SİNUS 

markalı  Macarıstandan  alınmış  cihazlarda  prof.B.F.Serevitnikov  və  digərlərinin 

iştirakı ilə yaradılmış Besidiono adlı cihazlarda təyin edirlər. 

  Tüklərin  gön  təbəqəsilə  əhatəsinin  davamlılığı.Müxtəlif  dəri  örtüyü 

birləşməsi  əlaqəsi  müxtəlif  olur.Bəzi  növ  xəzlik  dərilərinin  tükləri  dəri  qatı  ilə 



46 

 

möhkəm əlaqədə olur  və dartma zamanı dəridən qopmur, lakin qırılır,  bəzilərində 



isə  asanlıqla  dartan  zaman  tüklər  qopurlar,  hətta  bəzi  növlərində  isə  ütülənmə 

prosesi nəticəsində tüklər öz-özünə tökülürlər. 

Tüklərin dərilərlə payızın son aylarında daha möhkəm əlaqədə olurlar.  Çünki 

bu dövrdə tüklərin inkişafı tam halda başa çatmamış olurlar. Yazda tüklər dəri qatı 

ilə  çox  zəif  olduğundan  dəridə  tükyökmə  xassəsi  baş  verir.  Bu  zaman 

buynuzlaşmış  tüklər  tük  qatlarının  yuxarı  hissəsində  yerləşir.  Konserviləşdirmədə 

vaxtında yerinə yetirilmədiyindən tüklərin tez tökülməsi baş verir. 

  Emal  və  boyadılma  prosesi  zamanı  tüklərin  gön  qatı  ilə  əlaqəsi  ya  zəifləyə 

bilər  və  ya  arta  bilər.  Temperaturanın  emal  edilmə  prosesi  zamanı  düzgün 

müəyyənləşdirilməməsi üzündən tüklərin əlaqəsi dəri qatı ilə pozulur və vaxtından 

əvvəl düşür. 

  Xəz  dərilərin  emal  edilməsi  zamanı  gön  qatının  qısalmasından  və  aşılanma 

prosesinin  düzgün  yürinə  yütirilməsindən  tüklərin  gön  qatı  ilə  əlaqəsi  daha  da 

artır.Bu  göstəricini  A.İ.Savelyevin  1959-cu  ildə  tərtib  etdiyi  tük  örtüyünün 

davamlılığı  göstəricisi  üsulu  ilə  təyin  edirlər.Burada  bir  dəst  tükün  dəridən 

qopmasına sərf edilən tükün qr-larla miqdarı əsas göstərici götürülür. 

  Tüklərin xüsusi və həcmi çəkiləri.Müxtəlif xəz dəri növlərinin həcmi çəkiləri 

müxtəlif  olub,1.25-1.30  arasında  dəyişilə  bilir.  Tüklərin  həcmi(görünən  xüsusi) 

çəkiləri  tük örtüyünün  məsaməliliyi  barəsində fikir  yürütməyə  imkan  verir.Tükün 

həcmi  çəkisi  tez-tez  dəyişilə  bilir  və  tükün  daxili,  yəni  nüvəcik  kanalının  inkişaf 

dərəcədindən  çox  asılıdır.  Tükün  nüvəscik  kanalı  nə  qədər  çox  inkişaf  etmiş 

olarsa,onun həcmi də o qədər az olar. 

  Zərif  yunlu  qoyun  dərilərinin  tüklərinin  nüvəciyi  tamamilə  yox 

dərəcəsindədir.  Buna  görə  də  bunun  xüsusi  həcm  çəki  göstəriciləri  də  eynidir. 

Xəzlik vəhşi heyvan dərilərinin tük örtüyünün tüklərində nüvəcik kanalı daha çox 

inkişaf etdiyindən həcmi çəki xüsusi çəkidən az olur. 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə