Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   ...   9   10   11   12   13   14   15   16   17

47 

 

  Müxtəlif heyvan növlərinin tüklərində nüvəcik kanalının inkişafı da müxtəlif 



olur. Bununla da tüklərin xüsusi və həcmi çəkiləri də fərqlənir. Yerüstü həyat tərzi 

keçirən xəzlik  vəhçi heyvanlarında nüvəcik kanalı çox inkişaf etdiyindən bunların 

həcmi  çəkiləri  xüsusi  çəkidən  az  olur.  Suda-quruda  və  suda  yaşayan  xəzlik  vəhşi 

heyvanalrın tük kanalı zəif inkişaf etdiyindən həcmi çəkisi xüsusi çəkidən çox olur. 

  Tüklərin  dartılması  zamanı  davamlılığı  həcmi  çəki  göstəricilərindən  çox 

asılıdır.Əgər  tüklərin  həcmi  çəkisi  nə  qədər  çox  olarsa,  onlar  gönlə  möhkəm 

birləşir və xəzlərin geyilməyə qarşı davamlılığı da möhkəm olur. 

  Tük  örtüyünün  əzilməsi.  Tük  örtüyünün  əzilməsi  dedikdə,  gön  təbəqəsinə 

perpendikulyar  olaraq  tük  örtüyünə  müəyyən  qüvvə  təsiri  ilə  basdıqda,tük 

örtüyünün qalınlığının azalması kimi başa düşülür. Tüklərin əzilməsi başlıca olaraq 

onların sıxılmağından, uzunluğundan, qalınlığından və elastikliyindən, tüklərin gön 

qatına  nisbətən  dönmə  bucağından,  örtücü  və  tiftik  tüklərini  say  münasibətindən 

və.s  çox  asılıdır.  Tüklərin  əzilmə  qabiliyyəti  onun  istilik  saxlama  xassəsi  ilə  sıx 

sürətdə əlaqədardır. Tük örtüyü nə qədər çox əzilə bilərsə,o bir o qədər də az istilik 

saxlama  qabiliyyətinə  malik  ola  bilər.  Bu  göstəricini  E.E.Vışnevskinin 

komperesementr  sistemilə  təyin  edirlər.  Dərilərin  müxtəlif  sahələrində  tük 

örtüyünün əzilmə dərəcəsi müxtəlif olur. 

  Tük örtüyünün elastikliliyi. Tük örtüyünün elastikliliyi dedikdə, ona qüvvə 

ilə  təsir  edib,  buraxdıqda  qalınlığının  əvvəlki  vəziyyətinin  olması  başa  düşülür. 

Tük  örtüyünün  elastikliyi  xəz  xammalı  üçün  müsbət  xassə  hesab  olunur.  Elastik 

tük  örtüyü  üçün nə qədər yuxarı  olarsa,onun keçəllənmə  qabilliyyəti  də  çoc aşağı 

olur.  Xarici  qüvvə  götürüldükdən  sonra  tük  örtüyündən  qalın  sıxlaşması  tük 

örtüyünün plastikliyi adlanır. 

  Tük  örtüyünün  keçəllənməsi.Tük  örtüyünün  bəzi  növ  xəzlik  vəhşi 

heyvanaların  tük  örtüyü  keçəlləşməyə  məruz  qalırlar.  Tükün  keçəlləşdəmə 

qabiliyyəti  kutikul  təbəqəsində  elastikliyindən,  Qıvrımlıq  dərəcəsindən,  tüklərin 



48 

 

qalınlığından,  uzunluğundan,    örtük  və  tiftik  tüklərin  say  münasibətindən  çox 



asılıdır. Rütubətli tüklər quru tüklərə nisbətən daha keçəlləşirlər. 

  Tük  örtüyünün  rəngi.  Xəz  dərilərinin  tük  örtüyünün  istühsal  xassələrini 

yaradan  ən  əsas amillərədn birisi  onları tük  örtüyünü  rəngi  hesab  edilir.  Bəzi xəz 

dəri xammalı  hazır  məmulat  istehsalına təbii rəngdə, bir  hissəsi  isə  təbii rəngində 

baç  verən  rəng  çatışmamazlığını  aradan  qaldırma  məqsədilə  rənglənmiş  halda 

istifadə olunur. Tük örtüyünün rənginə görə xəz mallarını qara,qəhvəyi,ağ,boz,sarı 

və  tül  rənglərində  olurlar.  Xəzlərin  rəngi  müxtəlif  kateqoriyalı  rənglərin 

birləşməsindən  çox  asılırdır.  Tük  örtüyündə  rəng  fərqlənməsi  eyni  səviyyədə 

boyanmışlara  (su  samuru,qunduz),  xal-xal  və  ya  zolaqlı  rəngli  (çöl  pişiyi, 

bəbirburu,  qiduk),  qurşaq  rəngli  (issuriya,  yenotu,  ağ  döş  dovşanı),  ayrı-ayrı  ağ 

tüklərilə  rəngli  tük  örtüyü  ilə  əlaqəlanmiş  rəngli(samur,gümüşü-qara  tülkü)  halda 

rast  gəlinir.  Müəyyən  vaxt  keçdikdən  sonra  tükün  təbbi  rəngi  get-gedə  solur  və 

qara  rəngə  çalan  rəngə  düşür.  Bu  isə  tükün  tərkibindəki  keratin  maddəsinin 

bozarması hesabına baş verir. 

  İşığa  davamlılıq.  Xəz  dəri  xammalının  boyanmasına  hazırlığından  və  rəng 

birləşməsindən  asılı  olaraq  alınmış  tük  örtüyünün  rəngi  işığa  davamlılığına  görə 

müxtəlif  olur.İsığa  davamlılıq  göstəriləri  müxtəlif  növ  xəz  dəri  üçün  standartda 

göstərilir.  Xəz dərilərinin tük örtüyünün rəngini işığa  qarşı davamlılığını fotometr 

markalı  xüsusi  cihazda  öyrənilir.Bu  cihazda  tədqiqatdan  keçirilən  nümunə  qövs 

şəkilli  lampanın  köməyilə  işıq  şüaları  ilə  şüalandırılır.  Tədqiqat  zamanı 

temperatura  38-40  və  nisbi  rütubət  isə  65-70%  saxlanılır.Şüalandırma  müddəti 

50,75  və  100  saat  davam  etdirilir.  Bu  müddət  qara  rəngə  boyanmış  xəzlər 

üçün,lakin  qəhəvyi,boz  və  digər  rənglərə  boyanmış  xəzlər  isə  5,10,20  və  30  saat 

davam etdirilir. 

  Tük  örtüyünün  quru  halda  sürtünməyə  qarşı  davamlılığı.  Boyadılmış 

xəzlər  istehsal  zamanı  xəzin  yaxşı  yuyulmaması,tüklə  yaxşı  əlaqədə  olmayan 




49 

 

rəngdən  təmizlənməməsi  üçün  geyilmə  prosesində  öz  rəngini  digər  materiallara 



keçirə  bilir.  Bu  göstəricini  PM-3  markalı  xüsusi  cihazla  təyin  edirlər.  Qara  rəngə 

boyanmış xəzlər üçün bu göstərici 3 balla və digər rəngə boyanmış xəzlər üçün isə 

2 balla qiymətləndirilir. 

  Tük  örtüyünün  gurluğu.  Bu  göstərici  bəzi  növ  xəz  dərilərinin  tük 

örtüyünün  xarakterik  əlamətlərindən  biri  sayılır.  Tük  örtüyünün  yatırdılması 

tüklərin  hündürlüyündən,sıxlığından  və  elastikliyindən  asılıdır.  Gurlu  görkəmə 

malik  xəz  dəriləri  daha  çox  qiymətli  xəz  hesab  edilir.  Belə  növ  xəz  dərilərinə, 

samur, dələ, şimal tülküsü, ussuriya yenotu və.s xəzlər aid edilir. 

  Tük  örtüyünün  dalğavari  rəngliyi.  Bu  göstərici  bəzi  xəz-dəri 

yarımfabrikatlarının  keyfiyyətinin  qiymətləndirilməsində  əsas  əlamət  olub,  onun 

gözəlliyini  təşkil  edə bilir.  Dalğavari rənglik ən çox qaragül tipli qoyun  xəzlərinə 

aiddir.(qaragülçə  müasir  və.s).Bundan  əlavə  olaraq  bu  göstərici  həm  də 

dayça,buzov  və  keçi  balasının  da  tük  örtüyünə  xas  olur.  Dalğavari  rənglik 

dedikdə,ayrı-ayrı  qrup  tüklərin  az  dərəcədə  və  müəyyən  istiqamətlərdə 

qıvrıllaşması deməkdir və xəz dərilərinə gözəl görünüş verir. 

  Tük  örtüyünün suyadavamlılığı.  Bu  xassələrə tük  örtüyünün  islanması  və 

daxilinə  suyun  keçməsi  göstərciiləri  aiddir.  Müxtəlif  xəz-dəri  növləri 

suyadavamlılığına görə müxtəlif olur. Bu göstərici tük örtüyünün hündürlüyündən, 

sıxlığından  və  qalınlığından  çox  asılıdır.  Bundan  əlavə  bu  xassə  ötürücü  və  tiftik 

tüklərin  say  münasibətindən,  formasından,  tüklərin  qalınlığından,  tük  qatının 

quruluşundan və həcmi çəkisindən çox asılıdır. 

  Tük örtüyü  sıx,qalın  və  hündür  tüklərdən ibarət xəz-dəriləri, örtücü  tüklərin 

yaxşı inkişaf edən,həcmi çəkisi yuxarlıolan xəz dəriləri sudan islanmır və davamlı 

olur.Bu xassə ən çox suda-quruda və suda yaşayan heyvan xəzlərinə aiddir. Lakin 

alçaq  tük  örtüyünə  malik  xəz  dəriləri  isə  suya  qarşı  davamsız  olur.Suya  qarşı 

davamlılıq  təcrübədə  tük  örtüyünün  üst  təbəqəsində  su  buxarlarından  qirov 




Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə