Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   51   52   53   54   55   56   57   58   59

109 
 
ziqzaqla, mərkəzdən zolağın arası isə iti ucu aĢağıya doğru olan (kənar zolaqların 
əks  istiqamətinə)  bucaqlarla  cızılıb  doldurulmuĢdur.  Beləliklə  də  gözəl  və 
zövqüoxĢayan  həndəsi  naxıĢlar  alınmıĢdır.  Bu  beĢ  zolaq  həndəsi  naxıĢla 
arakəsmələr müxtəlif heyvan rəsmləri arasında təkrar edilmiĢdir. 
Qabın  kənarı  boyu  çəkilmiĢ  hissədə  hansı  və  neçə  heyvan  olduğu  bəlli 
deyildir.  Lakin  bu  daĢ  qab  tapılan  yerdən  təqribən  5  km  qərbə  doğru  eyni  yayla 
üstündə yerləĢən Uzunboylar antik dövr qəbir abidəsindən 1981-ci ildə tapılmıĢ bu 
cür daĢ qabın da üzərində belə rəsmlər vardır. Buradakı heyvan rəsmlərinin hamısı 
görünür. Onların sayı beĢdir və Qırlartəpədən tapılan daĢ qab üstündəki rəsmlərlə 
bəziləri  uyğun  gəlir.  DaĢın  özü  isə  tam  eyni  cinslidir  və  eyni  sənətkarlıq  və 
rəssamlıq məktəbinin məhsuludur. 
Metal  tapıntıları.  Bunlar  dəmir  və  tuncdan  olub,  ət  əsləhəsinə  aid  dəmir 
gəm  və  onunla  əlaqədar  dairəvi  lövhəĢəkilli  tunc  bəzək  eləcə  də  qılınc  dəstəsilə 
tiyəsinin ayrıcında istifadə edilən ortası deĢik, cam formasında tunc əĢyadan (efes) 
ibarətdir (tablo 71). 
Gəm yan dəmirlərdən və ağıza keçirilən 8,5 sm uzunluğunda iki “8” rəqəmi 
formalı dəmir paxladan ibarətdir. Yan dəmirlər 2 sm enində və 25 sm uzunluğunda 
(qalığı,  uclarında  sınmıĢdır)  olub,  bir  ucu  düz,  digər  ucu  quĢ  baĢı  formasındadır. 
Onun əyri ucuna  yaxın  yerində (üstdə) eni 1,5, uzunu 5 sm ölçüsündə olan dəmir 
halqa  rəbt  edilmiĢdir.  Bunların  vəzifəsi  isə  at  ağzına  keçən  dəmir  halqaların 
uclarının keçirilməsindən ötrüdür. Yan dəmirlərdən birinin üstündəki oval formada 
rəbt  edilmiĢ  halqa  içərisindəki  paxlanın  ucuna  daha  bir  baĢqa  uzunsov  halqa 
keçirilmiĢdir. O biri tərəfdəki sındığından onun üstündə qalmamıĢdır. 
Gəmlə  bir  yerdə  tapılmıĢ  umbonaoxĢar  bəzək  əĢyası  çox  güman  ki,  at 
yüyəni üstündə rəbt edilmiĢdir. O bəzək və qoruyucu rolunu da oynaya bilər. Onlar 
iki  ədəd  olub  biri  sınmıĢ,  digəri  isə  bütöv  qalmıĢdır.  Bu  onların  bir  tərəfi  qabarıq 
olub ortasında kiçik düməciyi vardır. Ġçəri tərəfində  mərkəzdə dəmir rabitənin iki 
qalmıĢdır.  Bunların  kənarları  boyu  içəridən  bayıra  doğru  döymə  naxıĢla 
haĢiyələnmiĢdir. Həmin əĢyanın diametrli 12 sm-dir. 
Haqqında  danıĢdığımız  yüyən  hissələri  Nüydi  və  Uzunboylar  antik  dövr 
abidələrindən  də  tapılmıĢdır.  UmbonaoxĢar  tunc  əĢya  Nüydi  qazıntılarından  insan 
skeletinin döĢ hissəsində iki ədəd və bir ədəd baĢqa qəbirdə materiallar içərisində, 
Uzunboylar  qazıntıları  zamanı  isə  hərbçi  qəbrindən  at  əsləhəsilə  birlikdə 
tapılmıĢdır.  Deməli  onlardan  təkcə  yüyən  bəzəyi  kimi  deyil,  həmçinin  insanın 
döĢləri  üstünü  də  bəzəmək,  yaxud  zireh  kimi  (qoruyucu  vasitə)  kimi  istifadə 
edildiyini söyləmək olar. Hazırda bəhs etdiyimiz bu tunc bəzəklərə gəlincə onların 
dəmir  gəmlə  bir  yerdə  tapıldığından  yalnız  at  əsləhəsi  bəzəyi  və  ya  zirehi  kimi 
istifadə  edildiyinə  Ģübhə  yoxdur.  Dəmir  gəmin  özünə  gəlincə,  ondan  Azərbaycan 
ərazisindən cəmi dörd ədəd, bir ədəd də Gürcüstandan (R.RamiĢvili) tapılmıĢdır.  
BaĢqa bir metal əĢya daha maraqlıdır. Bu tunc cama oxĢar əĢyanın qabarıq 
tərəfdən 6 sm diametrində dairəvi içəriyə doğru batığı və onun da mərkəzində 2,5 


110 
 
sm  diametri  olan  deĢiyi  vardır.  Bu  tunc  əĢyanın  gövdəsində  üç  yerdə  bərabər 
məsafədə tunc düyməcik məhmizi vardır. Həmin məhmizlərin içəri tərəfdə üstündə 
dəmir körpücüklər rəbt edilmiĢdir. Onlar qırılmıĢ, yalnız biri qalmıĢdır. Bu əĢyanın 
və  onun  analogiyası  Uzunboylar  qəbiristanlığından  da  dağılmıĢ  qəbir  materialı 
kimi tapıldığından onun vəzifəsi bizə tam aydınlaĢmamıĢdır. Lakin 15 sm diametrə 
malik olan bu tunc əĢyanın qılınc və ya süngü dəstəsinə keçirildiyini, döyüĢ zamanı 
müdafiə əhəmiyyəti kəsb etdiyi (efes vəzifəsi daĢıdığı) güman olunur. 
Qırlartəpə  abidəsində  aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı  baĢqa  maddi-
mədəniyyət  qalıqları  ilə  yanaĢı  metal  məlumatı  tapıntıları  da  çoxluq  təĢkil  edir. 
Onlar  həm  qəbir  abidələrindən,  həm  də  yaĢayıĢ  yerlərindən  tapılmıĢdır.  Aydındır 
ki,  dəmir  alət  və  silahlar  tez  korroziyaya  uğrayaraq  sıradan  çıxır.  Ona  görə  də 
yaĢayıĢ  yerlərində  qeyd  edilən  əĢya  qalıqlarına  nisbətən  az  təsadüf  edilir.  Yalnız 
təsadüfən  əlveriĢli  Ģəraitə  düĢmüĢ,  divar  və  ya  ocaq  yerində  uzun  müddət 
tərpədilmədən  örtülü  qalmıĢ  dəmir  əĢyalar  nisbətən  salamat  qalmıĢdır.  Lakin 
qəbirlərdən nisbətən çox və həm də bütöv alət və silahlar əldə edilir. Burada isə ən 
çox  silahlara  təsadüf  olunur.  TapılmıĢ  dəmir  alət  və  silahların  çoxluğu,  həm  də 
onların  qədim  Azərbaycan  məiĢətinə  məxsus  yerli  nümunələrin  olması  baxımdan 
olduqca maraqlıdır. Məhz Qırlartəpədə metal istehsalı ilə bağlı istehsal kürülərinin 
tapılması  əldə  edilən  dəmir  at  gəminin  və  baĢqa  alət  və  silahların  elə  burdaca 
hazırlanmasına  heç  bir  Ģübhə  doğurmur.  QonĢu  abidələrdən  də  külli  miqdarda 
dəmir müxəlləfatının tapılması da bu abidələrdə dəmirçi sənəti və dəmirçixanaların 
varlığı haqqında aydın təsəvvür yaradır. 
Saxsı məlumatı. Qırlartəpə yaĢayıĢ yeri və qəbir abidələri saxsı qablarının 
çox  çeĢidliyi  və  zənginliyinə  görə  diqqəti  cəlb  edir.  Bu  xüsusiyyət  hesabat 
dövründən  aĢkar  edilmiĢ  torpaq  qəbrin  materialında  qabarıq  Ģəkildə  gözə  çarpır. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  çox  zəngin  saxsı  qablara  malik  olan  bu  qəbir 
abidəsinin  avadanlığından  salamat  qalmıĢ  və  lazımi  nümunələr  götürülmüĢdür  ki, 
həmin  material  əsasında  mülahizələr  yürüdüləcəkdir.  Belə  ki,  həmin  material 
içərsində  eramızdan  əvvəl  I  miniliyin  son  əsrləri  və  bizim  eranın  I  əsri  üçün 
səciyyəvi  sayılan  yumru  gövdəli,  ağzı  üçgül  və  ördək  dimdiyi  formasında  irəli 
uzanan  novçalı  habelə  süzgəcli  qablar  öz  zərifliyi,  keyfiyyəti,  estetik  baxımlı 
çalarlarından  da  maraqlıdır.  Həmin  qablardan  iki  nümunənin  təsvirini  veririk. 
Onlardan  biri  nisbətən  nisbətən  iri,  digəri  isə  kiçik  dolça-suddanlardan  ibarətdir. 
Həmin  qablar  sınmıĢdır  və  əsas  hissələri  bərpa  edilmiĢdir.  Nisbətən  iri  və  qalın 
saxsıya  malik  olan  qabın  ağzı  qırılıb  itmiĢdirsə  də,  onun  qalan  hissəsinə  görə 
təsəvvür  əldə  etmək  olar.  Bu  qab  əl  ilə  hazırlanmasına  baxmayaraq  çox  incə  və 
simmetrikdir.  Saxsı  nisbətən  qalın  (çəhrayı  rəngdədir)  qabın  gövdəsi  iki  çıxıntı 
Ģəkilində  çevrələnir.  Bu  çıxıntıdan  oturacağa  doğru  gövdə  tədricən  yuvarlanır, 
aldan dairəvi və hamarlanmıĢ batıq oturacağı tamamlayır. Gövdənin yuxarı hissəsi 
qabın  içərisinə  doğru  yatıq  Ģəkildədir.  Qabın  boğazı  enli  və  nisbətən  hündür 
Ģəkildədir. Onun ağzı ilə çiyninin kənarlarına yapıĢdırılmıĢ və 5 zolağa bölünmüĢ 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə