Fizika-1Qacarallnsonjavad layout 1


səhifə3/52
tarix05.02.2018
ölçüsü
#24986
1   2   3   4   5   6   7   8   9   ...   52

10
Dilijans, omnibus və konka
Müasir şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatın

taksi, avtobus, tramvay və s.-nin əsasında dilijanslar və om-
nibuslar dayanır. Onlar da Avropa və Amerikanın bütün
şəhərlərində geniş yayılmış, ressorlu təkərlər üzərində qu -
rulmuş evcikdən ibarət - karetlərin təkmilləşməsi və inkişafı
nəticəsində yaradılmışdır.
XVII əsrin sonu
− XVIII əsrin əvvəllərində Fransada və
Almaniyada beş-səkkiz nəfərlik karetlər hazırlayıb, ondan
şəhərdə sabit marşrutla sərnişin daşımaq üçün istifadə etmək
cəhdləri olmuşdur. Bu cəhdlər uğursuz olsa da, şəhərlərarası
sərnişindaşıyan və poçt xidməti göstərən dilijanslar yarandı
və onlar XVIIİ əsrin axırından etibarən müvəffəqiyyətlə
istifadə olundu. Dilijansın sürəti kiçik olduğundan onlar
gecə-gündüz yol gedir, ancaq atların dəyişdirilməsi və sərnişinlərin nahar etməsi üçün dayandırılırdı. Onun
hərəkət yolunda yağışdan sonra çıxan göbələk kimi aşxanaların sayı günbəgün artır, sərnişinlərin burada
dincəlib istirahət etməsi üçün şərait yaradılırdı. 
Şəhərdaxili sərnişin daşınması məqsədilə XIX əsrin birinci yarısında müəyyən tələblərə cavab verən om-
 ni buslar yaradılmışdır. Onlar qısa müddət ərzində böyük şəhərlərdə yayılmış və ictimai nəqliyyatın bir növü
kimi istifadə edilmişdir. Müasir avtobusların əcdadı sayılan omnibuslar 15-20 yerlik olur, qoşulmuş tək at və
yaxud at cütlüyü ilə hərəkət etdirilirdi. Sərnişinlər üçün oturacaq yerləri omnibusun içərisində, bəzən də onun
üstündə qurulurdu. Onun omnibus adlandırılması Fransanın Nant şəhərində babasının kontor işçilərinin
daşınmasını təşkil edən Etyen Büroya məxsusdur. Omnibus adı latınca “omnes” - hamı, “omnibus” isə hamıya,
yaxud hamı üçün mənasını verən sözlərdən götürülmüşdür. Omnibusun nəqliyyat vasitəsi kimi ilk
istifadəçilərindən olan Nant şəhərinin kontor işçiləri bu sözləri “omnibusa daxil ol”, “omnibusa otur”
mənalarında işlətməklə danışığa daxil etmişlər. 
Poçt dilijansları.
Kraliça Beatrisin (Niderland) kareti. 


Omnibusda oturacaqlar yanlarda qurulur, giriş isə onun arxa tərəfində yerləşirdi. O zaman dayanacaqlar
olmadığı üçün sərnişinlər yol kənarında dayanıb gözləyir, sürücü sərnişinin təklifi ilə omnibusu yolun kənarına çəkib
saxladıqdan sonra minir, yaxud düşürdülər. Omnibusdan düşmək istəyən sərnişin onun tavanını döyəcləyir və ya
sürücünün qoluna bağlanmış kəndiri tərpədirdi. Tezliklə kəndir zənglə əvəz olundu. Omnibusların quruluşunda
aramsız olaraq dəyişikliklər edilmiş və o daha rahat və əlverişli nəqliyyat vasitəsinə çevrilmişdir. Əvvəllər
onun üst hissəsindəki açıq meydançada sürücü və onun yanında əlavə olaraq dörd nəfər sərnişin üçün nisbətən
ucuz oturacaq yerləşirdi. Sonradan sürü cünün arxasında, omnibusun üst his səsində on kişinin arxa-arxaya
oturma sına imkan verən ucuz otura-
caq yerləri də yara dıldı.
Omnibusun da xilində də 12 nəfər
sərnişinin rahat yer lə şdiyini nə -
zərə alsaq, 26  yer ikimər təbəli
omnibuslar üçün həmişə yetərli
hesab edilmişdir. Belə omnibus-
lar yalnız for masını və rəngini
də yişməklə istifadə olunmuşdur.
Omnibusla ra gözqamaşdıran par-
laq rəng lərin verilməsi insanların
sa   vadsızlığı ilə əlaqədar idi. Belə
ki, sərnişinlər omnibusu onun
yan hissələrində yazılmış söz lə r -
lə deyil, rənginə və xarici gö  rü -
nü 
şünə görə tanıyır 
dılar. Ona
görə də hər dəfə marşrut dəyi ş -
dikdə omnibusun rəngini və for -
masını da dəyişmək lazım gəlir-   
di.
Omnibus. London. XIX əsrin ortası.
Omnibus maketi.
11


Omnibusların ömrü XX əsrin birinci yarısına qədər davam etdi. Bu zaman şəhərlərdə dəmir relslər üzərində
qoşqu atları vasitəsilə hərəkətə gətirilən konkalar və avtobuslar görünməyə başladı. Konkalar üstüaçıq, örtülü
və ikimərtəbəli olmaqla müxtəlif növdə hazırlanırdı. Konka vaqonunu dəmir yolu relsləri ilə bir cüt at çəkirdi.
Onu sürücü idarə edirdi. Dilijans, konka və omnibusun sərnişinlər üçün oturacaq yerləri olan üst hissəsi im-
perial adlanırdı. 
Konkada hərəkət et -
mək kələ-kötür yolda
hərəkət edən omnibusa
nisbətən çox rahat idi.
Buna baxmayaraq bu
vaxt böyük şə hər lərin
yollarında avtomobil-
omnibus  ad lan dırılan
avtobus lar görün məyə
başladı. Sonrakı 10-15
il  ər zində  mühərriklə  iş  lə -
yən  av to bus  və  tram  vaylar
kon ka la rı  ta   ma milə  sı xış -
dır ıb  yol  lardan  çı xartdı. 
Bakıda şə hər da xili və
şəhərlərarası nəq liy yat
dili    jans,  fa y  ton,karet
Antverpen omnibusu.
Avtomobil-omnibus. Berlin.
12


və müxtə lif növ araba ların sa yəsində  yara nmış və in kişaf et  mişdir. Yay və qış fəsilləri üçün ayrı-ayrı olmaqla iki növ
kon   kadan  is ti fadə  olu  nur du. Kon ka  vaqonu nu  onaqo şul muş iki, yoxuşlarda isə üç at dartıb hə rə kət etdi rirdi. Om-
ni bus və kon kalar mü   a sir şə hər lərin yaran masına və inki şafına çox böyük təkan vermişdir.
1889-cu ildən etibarən Ba -
kıda xalq arasında “ku kuşka”
kimi tanınan buxar tramvayı
işləməyə başlamışdı. Azərbay -
can da sovet hakimiy yəti qurul-
duqdan dərhal sonra Bakıda
konkalar elektrik ener jisi ilə iş -
ləyən sürətli tramvaylarla əvəz
edildi. 1926-cı ildə Bakı ilə
Sabunçu  qə sə bəsi  arasında
sərnişin daşı yan,  SSRİ-də ilk  şə -
hərətrafı elektrik qa 
tarı işə
salındı. 1967-ci il no  yab rın 6-
da Bakı metropoliteni sərni şin
daşı mağa baş ladı. Ha zırda 23 stan-
siyadan ibarət ol 
an bu metro
xəttinin uzunluğu 34,6 km-dir.
Konka. Avstriya.
Qədim Bakı küçələrində konka.
13


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə