Fġqh təLĠMĠ



Yüklə 3,35 Kb.
Pdf görüntüsü
səhifə64/92
tarix08.03.2018
ölçüsü3,35 Kb.
#30840
1   ...   60   61   62   63   64   65   66   67   ...   92

 
 
267
 
 
 fiqh təlimi 
Diqqət: 
•  ġəhərin  bir  məhəlləsində  on  gün  qalmaq  niyyətində  olan  müsafir, 
əgər  həmin  məhəllədən  Ģəhərin  digər  bir  məhəlləsinə  getsə,  hətta  bu 
məhəllə arasındakı məsafə Ģəri məsafə qədər olsa belə namazı tam qıl-
malıdır
1

3. Müəyyən bir yerdə on gün qalmaq niyyətində olan Ģəxs, on gün əs-
nasında o yerin ətrafındakı bağlara, əkin sahələrinə və s. yerlərə gedə-
cəyini nəzərdə tutarsa, heç bir maneəsi yoxdur və namazı tam qılmalı-
dır.  
   Həmçinin əgər müsafir on gün qalmaq niyyətində olduğu yerdən Ģəri 
məsafədən  az  olaraq  uzaqlaĢacağını  əvvəlcədən  bilsə,  bu  Ģərtlə  onun 
on  gün  qalma  niyyətinə  xələl  gəlməz  və  namazını  tam  qıla  bilər  ki, 
gündüz və ya gecə bir-iki dəfə bir neçə saatlıq oradan uzaqlaĢsın. Belə 
ki, o  yerdən uzaqlaĢacağı müddət cəmisi gündüz  və  ya  gecənin üçdə 
birindən çox olmamalıdır. 
2
 
4. Əgər müsafir on gün qalmağı niyyət etdiyi yerdən 4 fərsəx məsafə 
qədər - hətta bir dəfə bir neçə dəqiqəliyə - uzaqlaĢmağı əvvəlcədən qə-
rara alsa, bu onun on gün qalma niyyətinə xələl gətirir və namazı qəsr 
qılmalıdır.
3
 
5.  Əgər  müsafir  on  gün  qalmağı  qərara  aldığı  yerdə  bir  dörd  rəkətli 
namaz (zöhr, əsr və ya iĢa) qılmamıĢdan öncə qərarından dönsə və ya 
tərəddüd  etsə,  orada  olduğu  müddətdə  namazı  qəsr  qılmalıdır.  Lakin 
                                         
1
 Şəri suallara cavab, 652-ci sual. 
2
 Şəri suallara cavab, 656, 651, və 665-ci suallar. 
3
 Şəri suallara cavab, 656, 651 və 665-ci suallar. 


 
 
268
 
 
 fiqh təlimi 
əgər  bir  dörd  rəkətli  namazı  qıldıqdan  sonra  qərarından  dönsə  və  ya 
tərəddüd  etsə,  artıq  baĢqa  bir  yerə  səfər  etməyənədək  orada  olduğu 
müddətdə namazı tam qılmalıdır (hətta bir gün qalsa belə).
1
 
6. Müəyyən bir yerdə qalma niyyəti (qəsdi-iqamət) bu iki Ģərtdən biri 
ilə baĢ tutur: 
I. Müsafir qalmağı qərara aldığı yerdə bir dört rəkətli namaz qılsın 
II.  On gün qalmağı qərara aldıqdan sonra on gün ardıcıl olaraq həmin 
yerdə qalsın
2

2. Bir yerdə qalma niyyəti baĢ tuduqdan sonra Ģəri məsafədən az ola-
raq  oradan  uzaqlaĢmağın  -  hətta  bir  neçə  dəfə  və  nisbətən  çox  bir 
müddət üçün – maneəsi yoxdur və namaz tam qılınmalıdır. Lakin əgər 
Ģəri məsafə qədər uzaqlaĢsa, müsafir hökmündədir. 
Deməli, əgər müsafir on gün qalmağı niyyət etdiyi Ģəhərdən araların-
dakı məsafə Ģəri məsafə qədər olan baĢqa bir Ģəhərə səfər etsə, Ģəhərə 
döndükdə yenidən on gün qalma niyyəti etməlidir
3
.  
8. Zövcə və övladların vətən seçmə və ya tərk etmə mövzusunda deyi-
lən hökmlər müəyyən bir yerdə on gün qalma mövzusuna da aiddir
1

6. Müsafir gedəcəyini ya qalacağını bilmədən bir ay bir yerdə 
qalsa 
Əgər Ģəri məsafəni qət edən müsafir çatdığı yerdə nə qədər qalacağını 
bilmirsə, qərara gəlməyənədək qəsr qılmalıdır. Lakin otuz gün tamam 
olan kimi, hətta bir neçə gün qalsa belə namazı tam qılmalıdır
2

                                         
1
 Şəri suallara cavab, 652, 651 və 681-cu suallar. 
2
 Şəri suallara cavab, 652, 651 və 681-cu suallar. 
3
 Şəri suallara cavab, 652, 651 və 681-cu suallar. 


 
 
269
 
 
 fiqh təlimi 
2. Böyük Ģəhər 
Vətən seçmək və müsafirin hökmlərinin böyük Ģəhərlə kiçik Ģəhərlər 
arasında    fərqi  yoxdur.  Məsələn,  böyük  bir  Ģəhəri  vətən  seçib  bir 
müddət  orada  yaĢadıqdan  sonra  həmin  Ģəhər  bütünlüklə  o  Ģəxsın 
vətəni sayılır. Həmçinin böyük bir Ģəhərdə on gün qalmağı qərara alan 
müsafir,  təkcə  qaldığı  məhəllədə  deyil,  Ģəhərin  digər  məhəllələrində 
də namazı tam qılmalıdır.
3
 
 
SUALLAR: 
1. Əgər müəyyən bir yerdə ixtiyarsız olaraq on gün qalacağını bilən 
əsgərin namazının hökmü nədir? 
2. Əgər imam Rzanın (ə) ziyarətinə gedən şəxs Məşhəddə on gündən 
az qalacağını bilsə, lakin namazını tam qılsın deyə on gün qalmağı 
niyyət etsə, bunun hökmü nədir? 
3. Bir yerdə on gün qalmağı niyyət edərkən oradan dörd fərsəxdən 
az məsafə qədər uzaqlaşmağı nəzərdə tutmaq olarmı? 
4. Bir yerdə qalma niyyəti hansı surətdə baş tutur?  
5.  Müsafir  getdiyi  yerdə  nə  qədər  qalacağını,  yəni  on  gün,  yoxsa 
daha az qalacağını bilməsə, namazını necə qılmalıdır? 
6.  Müsafirin  hökmlərinin  böyük  şəhərlə  kiçik  şəhərlər  arasında 
hansı fərqləri vardır?  
  
                                                                                                
1
 Şəri suallara cavab, 414 və 416-cı suallar. 
2
 Şəri suallara cavab, 623-cü sual. 
3
 Şəri suallara cavab,212-ci sual.  


 
 
271
 
 
 fiqh təlimi 
ƏLLĠ DÖRDÜNCÜ DƏRS 
YOVMĠYYƏ NAMAZLARI (21
- Qəza namazı 
– İsticari namaz 
– Ata və ananın qəza namazları 
1. Qəza namazı 
1) Hər kim vacib namazı müəyyən bir səbəbə görə - istər yatıb qalsın, 
istər məst halda olsun, istərsə də müəyyən bir xəstəliyə görə -  öz vax-
tında qılmasa, qəzasını qılmalıdır. Lakin əgər bir Ģəxs namaz vaxtı bo-
yu  huĢunu  itirmiĢ  olsa,  namazın  qəzası  ona  vacib  olmur.  Həmçinin 
müsəlman olan kafirin kafir olduğu müddətdə və qadının heyz və nifas 
halında qılmadığı namazların qəzası yoxdur.
1
 
2) Hər kim namaz vaxtı keçdikdən sonra qıldığı namazın düz olmadı-
ğını bilsə, onun qəzasını qılmalıdır. Məsələn, bir Ģəxs qüslün əhkamını 
bilmədıyınə  görə  Ģəriətdə  göstərilən  qaydada  qüsl  vermədiyibdirsə, 
batil və düz olmayan qüsl ilə qıldığı namazların qəzasını qılmalıdır.
2
 
3) O namazların qəzasını qılmaq vacibdir ki, insan onları tərk etdiyinə 
və ya düzgün qılmadığına əmin olsun. Lakin əgər insan ehtimal versə 
və  ya  Ģəkk  etsə  ki,  keçmiĢdə  namazlarının  bəzisini  tərk  etmiĢ  və  ya 
düzgün qılmamıĢdır, onların qəzasını qılmaq vacib deyildir.
3
 
                                         
1
 Şəri suallara cavab, 525, 522, 532, 535, 536, 532 və 531-cu suallar. 
2
 Şəri suallara cavab, 524, 525 və 521-cu suallar. 
3
 Şəri suallara cavab, 525, 522.533 və 538-ci suallar  


Yüklə 3,35 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə