Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   2   3   4   5   6   7   8   9   ...   53

bığlı kişi peyda oldu və əvvəlcə sanki bu iri bədənini göstərdiyinə pərt oldu, divarın dibinə 
çəkilib ona söykəndi. Yəqin ki qarılar da indi pilləkənlə enirdilər. K.-nın Kullixə acığı tutdu 
ki, niyə onların diqqətini həmin kişiyə cəlb etdi. Özü onu hamıdan əvvəl görmüşdü, hətta 
bəlkə gözləmişdi də... 
– O tərəfə baxmayın! – deyə çəmkirdi və heç ağlına da gəlmədi ki, qarşısındakı müstəqil 
adamlardır, onlarla bu tərzdə danışmaq yaxşı deyil. Ancaq bunun fərqinə varmaq lazım 
olmadı, çünki həmin anda taksi gəlib çıxdı, yola düşdülər. K. yalnız indi xatırladı ki, nə 
inspektorun, nə də keşikçilərin getdiyinə fikir verməyib, əvvəlcə onlar iş yoldaşlarını görməyə 
qoymamışdılar, indi də iş yoldaşları onları... Deməli, gözlənilməz təsadüflərə hazır deyilmiş 
və qərara aldı ki, belə məsələlərdə daha dəqiq olsun. Qeyri-ixtiyari döndü, bir az dikəlib 
maşının arxa şüşəsindən baxdı ki, bəlkə inspektorla keşikçiləri görə bildi. Lakin tez də başını 
çevirdi, maşının bir küncündə yerini rahatladı, daha heç kəsi itirib-axtarmadı. Üzündən 
görünməsə də, məhz bu anda kiminləsə danışmağa ehtiyacı vardı, ancaq oğlanlar yorğun 
görünürdülər. Rabenştayner maşının pəncərəsindən sağa, Kullix isə sola baxırdı, yalnız irişən 
Kaminerlə danışa bilərdi, ancaq onu da ələ salmağa insanlıq yol vermirdi. 
 
* * * 
 
K. bu yaz axşamlarını adətən belə keçirirdi: işdən sonra imkan olanda – çox vaxt saat doqquza 
kimi otağında qalıb işləyirdi – tək və ya iş yoldaşları ilə bir az gəzişirdi, sonra da pivəxanaya 
gedirdi, həmişəki stolun arxasında adətən yaşlı adamlarla saat on birə qədər otururdu. Bəzən 
bu düzəndə müstəsnalar da olurdu: məsələn, işçilərinə, aralarındkı etimada xüsusi önəm verən 
bank direktoru onları maşın gəzintisnə və ya villasında axşam yeməyinə dəvət edirdi. Bundan 
əlavə, həftədə bir dəfə gecəni səhərə qədər meyxanalardan birində xidmətçi işləyən, gündüzlər 
qonaqlarını elə yataqda qarşılayan Elza adlı bir qızın yanına gedirdi. 
Ancaq bu axşam – gərgin işlədiyindən, ad günü münasibətilə coxlu təbriklərdən, arzulardan 
sonra gün çox tez ötüb keçmişdi – evə getmək istədi. İş arası qısa fasilələrdə həmişə bu barədə 
düşünmüşdü. Nəyi nəzərdə tutduğunu dəqiq bilməsə də, ona elə gəlirdi ki, busəhərki hadisə 
frau Qrubaxın mənzilində nəsə bir intizamsızlıq yaradıb və oranı özü qaydaya salmalıdır. 
Orada hər şey qaydaya düşsə, hər şey əvvəlki kimi olardı. Xüsusilə, o üç məmurdan ehtiyat 
etməyə dəyməzdi, onların başı yenə də ağır bank işlərinə qarışmışdı, heç birində də dəyişiklik 
hiss olunmurdu. K. üçünü də gah tək-tək, gah da birlikdə otağına çağırmış, məqsədi də onları 
müşahidə etmək olmuş və bütün hallarda da razı qalmışdı. 
Saat onun yarısında yaşadığı evin qarşısına çatanda, girişdə ayaqlarını aralı qoyaraq qəlyan 
çəkən bir gənclə rastlaşdı. 
– Kimsiniz? – deyə tez soruşdu və başını oğlana tərəf uzatdı, çünki dəhlizin yarıqaranlığında 
onu yaxşı görə bilmədi. 


– Dalandarın oğluyam, mərhəmətli cənab, – deyə oğlan qəlyanını ağzından çıxararaq yana 
çəkildi. 
– Dalandarın oğlu? – bir də soruşan K. səbirsizliklə əlindəki əsa ilə döşəməni tıqqıldatmağa 
başladı. 
– Bəlkə mərhəmətli cənaba nəsə lazımdır?! Atamı çağırım? 
– Xeyr, xeyr, – K.-nın səsində nəsə rəhmdillik duyulurdu, elə bil oğlan pis iş görmüşdü, K. da 
onu bağışlayırdı. Sonra: – Hər şey qaydasındadır, – deyərək yoluna davam etdi, ancaq 
pilləkənə çatar-çatmaz bir də dönüb baxdı. 
İstəsə, birbaşa öz otağına gedə bilərdi, ancaq frau Qrubaxla danışmaq istədiyi üçün onun 
qapısını döydü. Frau əlində corab stolun arxasında oturmuşdu və stolun üstündə də bir yığın 
köhnə corab vardı. K. nə edəcəyini bilməyərək, belə gec gəldiyi üçün üzr istədi, ancaq frau 
Qrubax onu çox mehriban qarşıladı, üzr istəməyə qoymadı və dedi ki, istədiyi vaxt gələ bilər, 
çünki K. onun ən yaxşı, ən sevimli kirayənişinidir. K. yan-yörəsinə boylandı: otaqda hər şey 
əvvəlki yerində idi, səhər yeməyi gətirilmiş, qab-qacaq da pəncərənin yanındakı balaca 
stoldan yığışdırılmışdı. “Sakitlik olanda, qadın əlləri çox iş görə bilir...” – deyə ürəyindən 
keçirdi. Özü onları elə yerindəcə sındırardı, heç vaxt harayasa daşıyıb aparmazdı. Bir növ, 
minnətdərlıq hissi ilə frau Qrubaxa baxdı. 
– Niyə gecənin bu vaxtı da işləyirsiniz? – deyə soruşdu. 
Hər ikisi stolun arxasında oturmuşdu və K. da hərdən əlini onun üstündəki corabların arasına 
salırdı. 
– İş çoxdur, – qadın dilləndi, – gündüzlər kirayənişinlərin ixtiyarında oluram. Yalnız axşamlar 
öz işlərimlə məşğul ola bilirəm. 
– Yəqin bu gün də mən sizə xeyli əlavə iş yaratdım... Özü də qeyri– adi bir iş... 
– Necə yəni? – qadın dikəldi və əlindəki işi saxladı. 
– Bu gün səhər tezdən gələn kişiləri deyirəm. 
– Belə de... – qadın sakitləşdi. – Mənim üçün heç bir əlavə iş yaratmadılar... 
K. sakitcə onun işinə təzədən başlamasını seyr etdi. “Deyəsən, mənim bu barədə söhbət 
açdığıma təəccübləndi...” -deyə fikirləşdi, – “bu haqda danışdığıma yaxşı baxmır...” 
– Xeyr, yəqin ki yaratmış oldum. Ancaq bir də belə şey olmayacaq. 
– Yox, bir də belə şey ola bilməz! – qadın K.– nın dediklərini təsdiqlədi və kədərli bir 
təbəssümlə onun üzünə baxdı. 
– Ciddi sözünüzdür? 
 


– Bəli! – qadın yavaşdan dilləndi. – Ancaq bunu da çox ürəyinizə salmayın. Bu dünyada nələr 
olmur ki! Bir halda ki mənimlə belə səmimi söhbət edirsiniz, cənab K., onda boynuma alıram 
ki, bir az qapının arxasında dayanıb qulaq asdım, bir az da o iki keşikçi ilə söhbət etdim. 
Əslində, söhbət sizin gələcəyinizdən gedir və doğrudan da sizə heyfim gəlir, bəlkə də bunun 
mənə heç dəxli yoxdur, çünki mən, olsa-olsa, sizin ev sahibəsiyəm. Düzdür, bəzi şeylər 
eşitdim və deməzdim ki, vəziyyət çox pisdir. Xeyr! Düzdür, siz həbs olunmusunuz, ancaq 
oğru kimi tutulmamısınız. Oğru kimi həbs olunmaq pis şeydir, ancaq sizin tutulmağınız... 
Mənə elə gəlir, burda nəsə bir elmi cəhət var... Əgər səfeh-səfeh danışıramsa, üzr istəyirəm... 
Düzdür, nə olduğunu başa düşmürəm, ancaq mənə elə gəlir, burda nəsə bir elmi cəhət var. 
Bəlkə də bunu heç başa düşmək lazım deyil... 
– Dedikləriniz heç də səfeh sözlər deyil, frau Qrubax, ən azı, mən də qismən sizin kimi 
düşünürəm, ancaq bütün olub-keçənləri daha kəskin şəkildə mühakimə edirəm və burda da 
heç bir elmilik görmürəm, hamısını mənasız şey hesab edirəm. Məni pis yerdə yaxaladılar, 
vəssalam... Oyanan kimi Annanın gecikməsindən çaşmayıb ayağa dursaydım, kimliyindən 
asılı olmayaraq, qarşıma çıxanlara fikir verməyib birbaşa sizin yanınıza gəlsəydim, müstəsna 
hal kimi, bu dəfə mətbəxdə nahar etsəydim, sizdən paltarlarımı gətirməyi xahiş etsəydim, bir 
sözlə, ağıllı tərpənsəydim, heç nə də olmazdı, sonradan baş verənlərin hamısının qarşısı elə 
əvvəlcədən alınardı. Ancaq adam belə şeylərə çox vaxt hazır olmur. Məsələn, bankda belə 
şeylərə hazır oluram, orda heç vaxt başıma belə iş gələ bilməz, çünki özümün xidmətçim
şəhər telefonum var. Otağımdakı telefon aparatları qarşımdakı masanın üstündədirlər. Tez-tez 
yanıma adamlar, müştərilər, məmurlar gəlir, bundan əlavə, orda həmişə başım işə qarışır, hər 
cür təsadüfə hazır oluram və elə yerdə başıma bu cür iş gəlsəydi, əksinə, sevinərdim. Ancaq 
bütün bunların hamısı artıq arxada qalıb. Əslində, bu barədə heç danışmaq istəmirdim də, 
ancaq sizin fikrinizi, ağıllı bir qadının fikrini öyrənmək istəyirdim və çox şadam ki, bu barədə 
eyni cür düşünürük. İndi isə mənə əl verin, bu cür uyarlıq əl verməklə təsdiqlənməlidir. 
“Görəsən əl verəcəkmi?! İnspektor vermədi...” – deyə ürəyindən keçirdi və həmişəkindən 
fərqli olaraq, qadını sınayıcı nəzərlərlə süzdü. Qadın ayağa durdu, çünki K. da ayaq üstə idi. 
Frau Qrubax bir az pərt olmuşdu, çünki K.-nın dediklərinin hamısını başa düşməmişdi. Pərt 
olduğu üçün də istəmədiyi, həm də yerinə düşməyən sözlər dedi: 
– Bunu çox da ürəyinizə salmayın, cənab K.  
Həmin anda da doluxsundu və əlbəttə, əl verməyi unutdu. 
– Heç bilməzdim ki, mənə belə təsir edəcək, – deyən K. qəflətən yorulduğunu, bu qadının 
onun dərdinə şərik olduğunun mənasızlığını hiss elədi. 
Qapıya çatanda bir də soruşdu: 
– Frölayn Bürstner evdədir? 
– Xeyr, – frau Qrubax gülümsədi və bu adi məlumatı ilə, gec də olsa onun dərdinə şərik 
çıxdığına sevindi. – Teatra gedib. Onunla işiniz vardı? Nəsə çatdırmaq lazımdır? 
– Ah, ona bir-iki kəlmə sözüm vardı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə