Qulu məHƏRRƏMLİ



Yüklə 1,65 Mb.
səhifə37/65
tarix25.06.2018
ölçüsü1,65 Mb.
#51762
1   ...   33   34   35   36   37   38   39   40   ...   65

 

184 


xarakter verilir. Bütün hallarda əsas məqsəd 

informasiyanın məğzini 

ifadəli şərh etməklə tamaşaçının diqqətini cəlb 

etməkdir. 

      ƏSAS XƏBƏR PROQRAMI (primenews) 

axşam saatlarmda 

(saat 20-dən 22-dək) göstərilən, ən çox tamaşaçı 

toplayan və günün 

əsas xəbərlərini çatdıran geniş informasiya 

proqramı. 

      ƏSAS İŞIQ (main light) - hər yerdə 

rastlaşdığımız, ancaq bəlli 

qaynağı    olmayan işıq.    Gün    işığı    birbaşa   

düşməyən    yerlərdə 

(təbiətdə) belə işıqla üzləşirik. Ə.i.-ı    süni yolla 

seyrəldici    cihazlar 

dəstinin və güzgüləyiciləriti köməyi ilə almaq 

mümkündür. 

      ƏSAS İŞIQ    CİHAZLARI (main   

ughting/arrangement) - həm 

studiyada, həm də studiyadankənar    çəkilişlərdə   

istifadə    olunan 

yönəldici və seyrəldici işıq cihazlan. 

Y ö n ə l d i c i  i ş ı q  q u r ğ u -  

1 a r ı kəskin, fokuslaşdırılmış, ensiz işıq şüası,     

s e y r ə l d i c i  

i ş ı q     c i h a z l a n     isə fokuslaşdırılmayan, 

nisbətən seyrək, enli 

işıq şüası yaradır. Kameraların işıq həssaslığı və 

kontrast diapazonu 

artdıqca, əsas işığa verilən tələblər də dəyişir.   

Əsas    işıq    qurğusu 




 

185 


kimi, yönəldici    işıq    cihazlan da    get-gedə daha   

çox, parçadan 

hazırlanmış    güzgüləyiciləılə əvəz olunur. Üzərinə 

alümin tökülmüş 

parçadan əks etdirilən işıq parlaq və eyni zamanda 

seyrək işıq verir. 

Həmin işıq    obyektə tutum (həcm) effekti gətirir 

və yaxud    qatı 

kölgəli sahələrin yaratdığı kontrastı yumşaldır. 

      ƏSAS    İŞIQLANMA    (main lighting)    -   

kameranın      normal 

fəaliyyəti üçün zəruri olan işıq minimumu. 

      ƏSAS NÖQTƏLƏR (primary points) - əsas 

optik oxun ə s a s  

m ü s t ə v i l ə r  l ə  kəsişmənöqtələri. 

      ƏSAS RƏNGLƏR (primary/principle/basic 

colors) - göy, yaşıl və 

qırmızı. Rəngli    təsvirlər alınmasınm additiv   

(toplayıcı)    qaydası 

zamanı elementar tərkib hissələridir. 

      ƏSAS RƏNG SİQNALI (basic color siqnal) - 

rəngbölüşdürücü 

təsvir siqnalı. 

      ƏSAS SPONSOR (rarticipating sponsor) - hər 

hansı proqramı, 

yaxud    konkret    studiyanın    fəaliyyətini   

maliyyələşdirən,    yaxud 

reklam məqsədilə teleproqram sifariş edən 

sponsor. 

      ƏYANİLİK (visuality) - gerçəkliyin 

incəsənətdə müxtəlif təsviri- 



 

 

ifadə    vasitələrinin köməyi ilə,    təsvir    olunan 



əşyanın və yaxud 

hadisənin real, konkret-hissi obrazının 

yaradılmasından ibarət olan 

və    gözlə    asanlıqla    görünməsi    mümkün olan     

bədii    inikasının 

xüsusiyyəti. 

      ƏYLƏNCƏLİ PROQRAM (entertainment 

program) - müasir 

mass-medianın informasiya sahəsində   

əhəmiyyətli    dərəcədə payı 

olan və    müxtəlif    oyunlara əsaslanan 

bədii-musiqi proqramları. 

Analitiklər Ə.p.-ı təkcə medianm asudə vaxt 

funksiyalan spektrinin 

genişləndirilməsi ilə deyil, həm də KİV-in reklam 

sponsorluğundan 

asılılığımn güclənməsi ilə əlaqələndirirlər. Belə ki, 

onlar    əyləncəli 

proqramlardan özlərinin kommersiya maraqları 

üçün istifadə edərək 

bunun köməyi ilə    reklam həvəsləndirməsinin 

müxtəlif formalannı 

təşkil edirlər.    Ə.p.-ın xəbər proqramları    ilə 

birləşməsi prosesi də 

inkişaf edir. Bu proseslər nəticəsində meydana 

çıxan infoteynment 

calaq    janrlan KİV-in kütləvi    sahəsini    daraldır     

və    əyləncəli- 

informasiya proqramlarının yayım    şəbəkəsində 

mövqeyini    möh- 

kəmləndirir. 



 

187 

      FABULA (plot/story)    -    1) bədii    əsərdə   

(kinofilmdə,    teatr 

tamaşasmda, ədəbi əsərdə) təsvir olunan hadisələrin 

müəyyən zaman 

ardıcıllığı ilə nəql olunması    (bax Süjet).    F. süjetlə 

sıx    bağlıdır: 

hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu bədii 

əsərdə F. və 

süjet məfhumları bir-birinə uyğun gəlir; 2) 

hadisələrin nəql edilməsi 

üsulu. Bu termin çoxmənalı olduğuna    görə bəzən   

süjet anlayışı ilə 

səhv salınır. Əgər süjet dedikdə təsvir edilən 

hadisələrin xronoloji 

ardıcıllığı başa düşülürsə, F. dedikdə hadisələrin nəql 

edilmə qaydası 

nəzərdə    tutulur.    Bəzi ədəbiyyatşünaslar    xronoloji   

ardıcıllığı    F., 

onlann    bədii düzülüşünü    isə süjet      adlandırırlar.   

F. ədəbi əsərin 

məzmunu, burada təsvir olunan hadisələrdir. 

Beləliklə, materialın F. 



 

 

düzülüşü süjet düzümündən onunla fərqlənir    ki,   



burada jurnalistin 

əsas işi hər hansı sosial təzahürü, yaxud problemi aça 

biləcək daha 

əlamətdar hadisələri fərqləndirməkdir. 

      FAKT (fact/case) - 1) süjet və veriliş üçün    ilkin 

material, hadisə, 

istinad sənədi, əsas, dəlil, sübut; 2 ) f ə l s ə f i      

a n l a y ı ş  - obyektiv 

və elmi F. anlayışları    bir-birindən fərqləndirilir. 

O b y e k t i v  F. 

insan fəaliyyətinin və    ya idrakının obyektini təşkil 

edən    müəyyən 

hadisəni,    təzahürü, reallığm parçasını    başa düşmək   

kimi    qəbul 

olunub. E 1 m i F. obyektiv F.-m insan şüurundakı 

inikasıdır, yəni 

onun müəyyən düin vasitəsilə təsviridir. 

      FAKTOQRAFİK    MATERİAL    (factographic 

material) -    hər 

hansı verilişin, jurnalist məhsulunun    sənədli əsası.   

F.m.    gerçək 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə