Qulu məHƏRRƏMLİ



Yüklə 1,65 Mb.
səhifə36/65
tarix25.06.2018
ölçüsü1,65 Mb.
#51762
1   ...   32   33   34   35   36   37   38   39   ...   65

 

179 


düşməyəcək. Xeyli aşağıda yerləşdirəndə isə işıq 

birbaşa    obyektivə 

düşərək bərq    vuracaq.    Ə.i.-nin    düzgün 

qurulması    studiyadan 

kənarda    işləyən işıqçıdan    ötrü    heç də    asan   

vəzifə deyil. İşıq 

cihazlannın əksəriyyəti döşəmə dayaqlarına 

bərkidildiyindən çəkiliş 

obyektinin    arxasında qoyulan əks işıq qaynağı 

kadra düşə bilər. 

Əgər bu, çox mane olursa, döşəmə dayağını 

kadrdan çıxarmaq üçün 

ya cihazın,    ya obyektin, ya da kameranın yerini 

dəyişdirmək lazım 

gəlir. 

      ƏKS KADR    (cutback) - 1) kinokadr, yaxud 



çap mətninin    bir 

hissəsi (kəsiyi);    2)    kinoməhsulda    montaj 

əlavəsi    və nəqli-verbal 

diskurslarda      hərəkətlərin      ardıcıllığını      pozan       

kompozisiya 

dəyişiklikləri. Kəsikləri, əlavələri və salınma 

kadrlan bildirmək üçün 

c u t - a w a y  sözündən də istifadə olunur. 

      ƏKS-SƏDA (echo) - səs dalğalarının hər hansı 

bir maneədən səs 

mənbəyinə    doğru qayıdan əksi, eşidilən səsi. 

Analoji mənada:    Ə.s 

radiolokasiyada,      ultrasəs      defektoskopiyacında     

əks    olunmuş 

radiodalğalan ifadə edir. 



 

180 


      ƏKSİNƏ KİNOÇƏKİLİŞ (retrace shoooting) -   

ekranda əksinə 

hərəkət effekti almaq üçün istifadə olunan üsul. 

Əgər    kinoçəkiliş 

aparatı əksinə gedişə malikdirsə və    çəkiliş 

elektrik    mühərrikinin 

hərlənməsi, yaxud əllə əksinə hərlədilməsi ilə 

yerinə yetirilirsə, Ə.k.-i 

həyata keçirmək mümkündür. 

      ƏKSOLUNMA    QANUNU (refraction law) - 

eyni    tipli dalğa 

üçün izotrop mühitdə düşmə bucağmın əksolunma 

bucağma bərabər 

olduğunu ifadə edən qanun. 

      ƏLAVƏ    İNFORMASİYA    (additional   

information/news)    - 

teleradio yayım siqnalının tərkibində ötürülən və 

əsas proqramlarla 

heç bir əlaqəsi    olmayan    hərfli, rəqəmli,    qrafık, 

səsli və    digər 

informasiyalar (bax İnformasiya). 

      ƏLAVƏ      MƏLUMAT     

(additional/extra/supplementary)      - 

məzmunca TV və ya radio yayımı siqnalının 

tərkibində ötürülən əsas 

teleradio proqramlarının məzmunu ilə birbaşa, 

yaxud ümumiyyətlə

bağlı olmayan hərfli, rəqəmli, qrafik, səsli və digər 

məlumat. 

      ƏLAVƏ RƏNGLƏR (complementary 



colors/complementaries) - 


 

181 


əsas rənglərin (göy, yaşıl, qırmızı, ağ və s.) malik 

olduğu əlavə rəng 

(san, al qırmızı, mavi və s.) çalarlan. 

      ƏLDƏ SAXLANILMAQLA ÇƏKİLİŞ 

APARILAN    KİNO- 

APARATLAR (minicam/hand held camera) 

sənədli, xronikal və 

elmi-kütləvi, son illər isə həm də TV filmlərinin 

istehsalında geniş 

istifadə edilən aparatlar. Bu növ aparatlarm 

ayn-ayn    modelləri 

reportaj xassəli sinxron kinoçəkilişlərində də 

tətbiq olunur. 

      ƏLLƏ    NİZAMLAMA    REJİMİ    (manual   



mode)    -    video- 

kameranm avtomatik    vəziyyəti. Ə.n.r. hər cür   

işıq    şərtlərində ən 

yaxşı    çəkiliş imkanını təmin edir.    Ancaq xüsusi 

çəkilişlər    üçün əl 

nizamlamalanna ehtiyac var. A u t o - l o c k    

düyməsini aşağı 

endirdikdə (işıq söndükdə) heç bir nizamlama 

apanlmaz. Amma bu 

rejimi    söndürdükdən sonra    cəmləşdirmə,    ağ 

rəngin    tarazlığı və 

təsvirin dəqiqləşdirilməsini müəyyən etmək olar. 

      ƏLDƏN ÇƏKİLİŞ (manual shooting) - TV 

çəkilişinin dayaqsız 

(ştativsiz)    aparılması.    Bu    halda    operator 

görüntüləri    çiyninə 

qoyduğu (TV-də), yaxud əlində saxladığı (kinoda)   

kamera ilə çəkir. 




 

182 


Ə.ç. üsulu yalnız operativ hadisə süjetlərinin 

çəkilişi zamanı tətbiq 

olunur. Bütövlükdə çəkilişin    ştativsiz (operator 

dayağı) aparılması 

məqbul deyildir. 

      ƏLVANLIQ (diversity of colors) - dolğunluqla   

rəng tonunun 

məcmusu. Rəng tonu və dolğunluq rəngin 

keyfiyyət dərəcələridir. 

      ƏMTƏƏ    NİŞANI    (trade   



mark/blackstripe)    -    malın    adının 

özünəməxsus şriftlərlə yazılışı və ya simvolik 

işarəsi. Reklam üçün 

vacib    komponentdir.      Adətən, patentləşdirilir   

və      başqa    oxşar 

mallarda onun istifadəsinə yol verilmir. 

      ƏSAS AXIN - "MEYNSTRİNİNQ'' 

(mainstreaming) - sutkanın 

ən azı 4-5 saatını TV ekranı qarşısında keçirən 

"əzabkeş"    tamaşa- 

çılarda həyati dəyərlərə ümumi baxışların 

formalaşması prosesi. 

      ƏSAS    FİLİAL (basic    affiliate)    -    əsas   

xidmət    üçün    bir 

teleşəbəkənin proqramlarından istifadə edən 

telestansiya. 

      ƏSAS FOKUS (basic focus) - əsas optik oxun 

sonsuz uzaqlaşrmş 

obyekti göstərən nöqtəsi.    Hər bir linzada və hər 

bir obyektivdə iki 

əsas fokus olur: ö n    və    a r x a . 




 

183 


      ƏSAS FOKUS MƏSAFƏSİ (basic focal 

length) - kinoçəkiliş 

obyektivinin (arxa) əsas nöqtəsindən (arxa) əsas 

fokusunadək olan 

məsafə. Ə.f.m. kinoçəkiliş obyektivinin mühüm 

səciyyəsidir və digər 

məlumatlarla birlikdə onun sağanağında 

(çərçivəsində) göstərilir. 

Ə.f.m. nə qədər böyük olarsa, digər bərabər 

şəraitdə təsvir də bir o 

qədər iri olar. 

      ƏSAS FORMUL (basic formula)    - xəbər 

proqramlannm janr 

xüsusiyyətlərinin təhlili üçün tətbiq edilən termin. 

U.Riversin və bu 

sahə üzrə Amerikanın digər nəzəriyyəçi 

mütəxəssislərinin    fikrincə, 

əsas formul baş-ayaq çevrilmiş    piramida   

şəklində təsəwür edilə 

bilər. Bu isə qısa preambula ilə başlanan və hadisə, 

eləcə də onun 

konteksti haqqında daha    müfəssəl söhbətlə bitən 

informasiyanın 

genişlənmə prosesini bildirir. Xəbərlərin 

məzmunundan asılı olaraq 

giriş hissəsi,    ya əsas faktların sakitcə    qısa 

sadalanmasından, ya da 

onlann ixtisar edilmiş "kapsul" variantından ibarət 

ola bilər. Yaxud 

preambulaya ya qıcıqlandırıcı,    ya    da zarafatyana 

-    lətifəvari 




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə