Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə8/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

27
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
 
✓ Şikayətlərin həll edilməsi prosesi haqqında müştərilərin rəyləri
 
✓ Rəqiblərin məhsulları və xidmətlərinin keyfiyyəti haqqında müştərilərin rəyləri
 
✓ Satış prosesinin təşkili barəsində müştərilərin rəyləri və qiymətləri
Reklam tədqiqatı
 
✓ Müştərilərin hansı mənbələrdən məlumatları daha sürətlə və keyfiyyətli aldığını tədqiq etmək
 
✓ Reklam vasitələrinin effektivliyinin tədqiqatı və s.
Şirkətin və brendin imicinin tədqiqatı
 
✓ Şirkətin adının tanınması
 
✓ Şirkətin brendinə müştərilərin münasibəti
 
✓ Şirkətin imicinin tədqiqatı
Marketinq tədqiqatı prosesi əsasən aşağıdakı mərhələlərdən ibarətdir:
 
✓ Problemin və tədqiqat vəzifələrinin müəyyənləşdirilməsi
 
✓ Tədqiqatın formasının müəyyənləşdirilməsi
 
✓ Məlumatların seçilməsi üçün ətraflı planın tərtib edilməsi
 
✓ Ölçü vasitələrinin hazırlanması
 
✓ Məlumatların toplanması
 
✓ Məlumatların işlənilməsi
 
✓ Məlumatların təhlili
 
✓ Nəticələrin təqdim edilməsi
 
✓ Qərarın qəbul edilməsi (tədbirlər planı)
Marketinq məlumatlarının 2 əsas növü vardır:
 
✓ Təkrar məlumatlar 
(artıq mövcud olan, başqa bir məqsəd üçün hazırlanmış)
 
✓ İlkin məlumatlar
 (əvvəllər mövcud olmayan, konkret məqsədlər üçün nəzərdə tutulmuş)
Təkrar məlumat mənbələri
Daxili mənbələr
 
✓ Ümumi hesabat
 
✓ Satışlar üzrə hesabatlar
 
✓ Marketinq planları
 
✓ Planlar və hesabatlar 
Xarici mənbələr
 
✓ Statistik nəşrlər
 
✓ Digər təşkilatların araşdırmaları
 
✓ İnternet
 
✓ Dövri nəşrlər və s.
İlkin məlumatların əldə olunması üçün aparılan araşdırmaları 2 növə bölmək olar:
 
✓ Keyfiyyət araşdırması
 (nə üçün? sualına cavab vermək üçün aparılan araşdırmalar)
 
✓ Kəmiyyət araşdırması
  (nə qədər? və ya neçə nəfər? sualına cavab vermək üçün aparılan 
araşdırmalar)


28
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Keyfiyyət araşdırmasının əsas metodları:
 
✓ Qrup müzakirələri (fokus qruplar)
 
✓ Fərdi müsahibə
 
✓ Müşahidə
Kəmiyyət araşdırmasının əsas metodları:
 
✓ Sorğu
 
✓ Sınaq / Eksperiment 
 
✓ Yerində araşdırma
Masa araşdırması
Masa araşdırması bütün müvafiq nəşr mənbələrindən olan məlumatların axtarışından ibarətdir. Hətta, 
araşdırmanın hədəfi sahə araşdırmasıdırsa belə, əsas masa araşdırmasından başlamaq məqsədəuyğundur.   
Masa araşdırması üçün məntiqi başlanğıc nöqtəsi biznes/ixrac kitabxanasıdır. Masa tədqiqatı zamanı 
tədqiq olunacaq əsas nəşr mənbələrinə aşağıdakılar daxildir: 
 
 
İnternet 
– bəzi məlumatları internetdən pulsuz əldə etmək mümkündür, lakin əsas güncəl bazar 
məlumatları jurnallara, bazar məlumatı təminatçılarına və məlumat bazalarına onlayn abunə olmaqla 
əldə etmək olar
Rəsmi nəşr edilmiş statistik mənbələr
Nəşr edilmiş bazar hesabatları
Kataloqlar (sorğu kitabçaları)
Konfrans və seminar bülletenləri
Ticarət sərgilərinin kataloqları
Ticarət Assosiasiyaları
Hökumət orqanları
Tədqiqat, təhsil və digər institutlar
Professional orqanlar
Ticarətin Təşviqi Təşkilatları
Səfirliklərin kommersiya bölmələri
Gömrük orqanları
Şirkətlər – illik hesabatlar və təşviqat materialları
Qəzetlər
Ticarət jurnalları
Standartlar institutları
Bəzi ticarət məlumatlarını pulsuz əldə etmək mümkündür, lakin unutmaq olmaz ki, məlumat 
toplamağın vaxt baxımından dəyəri var. Hazırda müfəssəl bazar araşdırmalarının əksəriyyəti ödənişlidir. 
Bu baxımdan ödənişli əsaslarla təklif olunan müfəssəl bazar araşdırmalarından istifadə etmək daha 
məqsədəuyğundur (Əlavə 1-2). Masa tədqiqatı bitdikdən sonra məlumatlar tutuşdurulmalı, təhlil 
edilməli, nəticələr/tövsiyələr hazırlanmalıdır. Təhlil bazarda mövcud olan imkanları və o imkanları əldə 
etmək istəyən yeni rəqiblərin qarşılaşacaqları çətinlikləri əks etdirməlidir.
Sahə araşdırması
Növbəti mərhələ sahə tədqiqatıdır. Sahə tədqiqatı orijinaldır və hədəf bazarı daxilində həyata keçirilir. 
Sahə araşdırmasında, masa araşdırmasında toplanılan məlumatlar təsdiq və ya onlara əlavələr edilir. 
Bu tədqiqat şərtlərə uyğun ixrac olunacaq məhsullar, gözləntilər və hədəf bazarının tələbləri haqqında 


29
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
spesifik suallara cavab verməlidir. Bu suallar nadir hallarda masa tədqiqatında cavablandırılır.  Məsələn, 
mütəşəkkil əmtəə bazarları istisna olmaqla qiymət məlumatlarını masa araşdırmasından əldə etmək çox 
çətindir.    Potensial ixracatçıların aşağıdakı sualları cavablandırmaq üçün sahə araşdırmasına ehtiyacları 
var:
Məhsul/xidmət üzrə müştəri tələbləri/gözləntiləri nədir?
Məhsul yerli hüquqi tələblərə uyğundurmu?
Məhsul yerli şərtlərə uyğundurmu və qiymət rəqabətqabiliyyətlidirmi?
Müştərilər məhsula nə qədər ödəmək arzulayarlar?
Dizayn, ölçü, rəng, qablaşdırma, markalanma ilə bağlı yerli tələblər hansılardır?
Məhsul texniki, təhlükəsizlik və ya keyfiyyət standartlarına cavab verməlidirmi?
Hansı miqdar tələb olunur?
Məhsulu paylamağın ən yaxşı yolu hansıdır?
Sektorda ən yaxşı agentlər və distrübütörlər kimlərdir?
Müştəri xidməti və satış sonrası xidmət nə dərəcədə əhəmiyyətlidir?
İXRAC ÜZRƏ MARKETİNQ PLANI
İxrac üzrə marketinq planı nə üçün hazırlanmalıdır?
Yazılı marketinq planı bütün marketinq fəaliyyətini birləşdirir, sizi planlarınızı kağız üzərində əks 
etdirməyə sövq edir və bununla da tərəqqinizi izləmək imkanı verir. O, spesifik vəzifələr və hədəflər 
qoyur və onlara nail olmaq üçün gərəkli ən effektiv fəaliyyətləri müəyyənləşdirir.   
Başlanğıc
İlk dəfə marketinq plan hazırlamaq özündə bir çox ətraflı işləri ehtiva edir. Buna görə də unutmaq olmaz 
ki, marketinq planı əsasən üç suala cavab tapır:
Şirkətin hal-hazırda hansı mövqedədir?
O, hansı mövqedə olmaq istəyir?
O, həmin mövqeyə necə çatacaq?
 Sizin marketinq planınız özündə aşağıdakıları əks etdirməlidir:
Qiymət (qiymət qoymaq)
Siz özünüzün qiymət strukturunuzu müəyyənləşdirməli və onun nə qədər tutarlı və rəqabətədavamlı 
olduğunu təhlil etmək üçün rəqiblərinizin qiymətləri ilə müqayisə etməlisiniz.
Məhsullar
Siz məhsulunuzun xüsusiyyətlərini (məsələn, qablaşdırma, estetika, və s.) və onları nə dərəcədə 
təkmilləşdirməyə ehtiyac olduğunu müəyyənləşdirin.  
Paylanma kanalları
Hansı paylanma kanallarından istifadə edəcəynizi və hədəf bazarınızda hansı ticarət şərtlərinin məqbul 
olduğunu müəyyənləşdirin.  
Təşviqat
Təşəbbüs göstərəcəyiniz müxtəlif təşviqat fəaliyyətlərini (məsələn, reklam, ticarət sərgiləri, sərgilər, 
təşviqat, sponsorluq və ictimaiyyətlə əlaqələr) dəqiqləşdirin. 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə