Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən görülmüş işlər



Yüklə 315,22 Kb.
səhifə12/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   ...   4   5   6   7   8   9   10   11   12

Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən görülmüş işlər


Hesabat dövründə Gürcüstan Parlamenti Milli Kitabxanası Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı, Gürcüstan Xalq Müdafiəçisi Aparatı yanında Tolerantlıq Mərkəzi, Gürcüstanda yaşayan etnik azlıqların icmaları ilə aktiv əməkdaşlıq edirdi.

Tərəfdaş təşkilatlarla sıx əməkdaşlıq nəticəsində 2016-cı ildə Milli Kitabxanada 4 tədbir keçirildi. Onlar sırasında rəsm və foto sərgilər, konsertlər, kitab təqdimatları da yer almışdır. Milli Kitabxananın lüğət üzrə vahid bazasına Ukrayna-gürcü, abxaz-gürcü, rus-gürcü, erməni-gürcü və gürcü-osetin lüğətləri yerləşdirildi.

Yuxarıda qeyd edilmiş tədbirlərin başlıca məqsədi Gürcüstanda yaşayan etnik azlıqların mədəni irsinin, incəsənətin və ənənələrin populyarlaşdırılmasından ibarətdir.

Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən aşağıdakı tədbirlər həyata keçirildi:



  • Serqo Paracanovun 92 illik yubileyinə həsr edilmiş tədbir; Yuri Meçitovun fotoları sərgiləndi.

  • Azərbaycan poeziyası və musiqi axşamı;

  • Gürcü və azərbaycanlı rəssamların əsərlərinin birgə sərgisi;

  • Müvazinət layihəsi çərçivəsində Axalkalaki bələdiyyəsi Bavri kəndinin kütləvi məktəbində gürcü kitabxanası təşkil olundu.



Tbilisi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər


  • 2016-cı il martın 7-də Tbilisi şəhər Meriyasının Mədəniyyət üzrə Şəhər Xidmətinin dəstəyi ilə Gürcüstan Milli Kitabxanasının sərgi salonunda təşkil olunmuş sərginin kataloqu dərc olundu, kataloqda gürcü və Azərbaycan rəssamlarının nümunələri təqdim olunmuşdur.

  • Keçən il Tbilisoba bayramı çərçivəsində, hamamlar ərazisində Azərbaycan guşəsi təqdim edilmişdir ki, burada folklor ansambllarının, müğənnilərin və rəqqasların tamaşaları, milli mətbəx və şirniyyatların sərgisi təşkil olunmuşdur.

  • Muştaidi bağında, Tbilisi meriyasının qeyri-kommersiya hüquqi şəxsi (QKHŞ) “Mədəniyyət tədbirləri mərkəzi”nin maliyyə dəstəyi və “Gürcüstan Qadınlar Şurası”nın təşkilatçılığı ilə “Xalqların dostluq tarixi” tədbiri keçirildi, hansı ki, Muştaidi bağının əsasının qoyulması tarixinə həsr olunmuşdur.

Tbilisi şəhər bələdiyyə meriyası Təhsil, İdman və Gənclərlə İş üzrə Şəhər Xidmətinin “Tbilisi gənclər mərkəzləri birliyi” QKHŞ-i “Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət strategiyasının 2015-2020-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “Dostluq Evi” layihəsini həyata keçirir ki, burda da əsas məqsəd Tbilisidə yaşayan etnik azlıq nümayəndələrinin inteqrasiyasını dəstəkləməkdən ibarətdir. Hesabat dövrü ərzində “Dostluq Evi”ndə intensiv surətdə müxtəlif xarakterli tədbirlər və görüşlər təşkil edilirdi.




Batumi şəhər bələdiyyəsi tərəfindən həyata keçirilmiş işlər


Hesabat dövrü ərzində Batumi şəhər bələdiyyəsi tərəfindən yaradılmış QKHŞ “Batumi Mədəniyyət Mərkəzi ” nəzdində mövcud “Dostluq Evi”ndə etnik azlıq nümayəndələri ilə görüşlər keçirildi. Qeyd edilmiş görüşlərdə Batumi şəhər meriyası tərəfindən təhsil, səhiyyə, sosial və gender bərabərliyi mövzusunda planlaşdırılmış və həyata keçirilmiş proqramlar müzakirə edildi.

Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən görülmüş işlər


Gürcüstanda yaşayan “Etnik azlıqların inteqrasiyasının dəstəklənməsi proqramı” ölkədə etnik azlıq nümayəndəsi olan gənclərin inkişafını, onlarda aktiv vətəndaşlıq ideyasının, dövlətçilik və sərbəst düşüncənin formalaşmasını dəstəkləyir. Bu istiqamətdə silsilə proqramlar və layihələr həyata keçirildi:


  • Audio tamaşaların qoyulması və DVD disklərə yazılması prosesi davam etdirildi – Vaja Pşavelanın “Qonaq və ev sahibi” (gürcü, abxaz, osetin, Azərbaycan, rus dillərində); Akaki Seretelinin “Mürəbbi” (gürcü və abxaz dillərində); Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” (gürcü, Azərbaycan, erməni dillərində). Qeyd edilmiş DVD disklər Gürcüstanın müxtəlif regionlarına paylanmışdır;

  • 2016-cı ildə nazirlik tərəfindən “Gürcüstan mənim Vətənimdir” ədəbiyyat məcmusu yaradıldı, bunun vasitəsilə Gürcüstanda yaşayan etnik azlıq nümayəndələri sırasından poeziya istedadı ilə seçilən gənclər önə çıxarıldı; məcmu həmçinin Brayl şrifti ilə də dərc olundu;

  • Alpinistlər düşərgəsi –“Çaoxidə ekspedisiya” – proqramı çərçivəsində Gürcüstanda yaşayan etnik azlıq nümayəndəsi olan gənclərin iştirakı ilə çadır düşərgəsi “Çauxi -2016” ekspedisiyası təşkil olundu. Ekspedisiyanın başlıca məqsədi sağlam həyat tərzinin populyarlaşdırılmasından ibarət idi. Düşərgədə azərbaycanlı və kist gənclər iştirakçı, gürcülər və ermənilər isə təşkilatçı idilər. Onlar ekspedisiyanın beş gününü bərabər şəkildə keçirdilər. Layihədə 20 gənc iştirak etdi;

  • “Yay ekspedisiyası düşərgəsi” layihəsi Xvamli dağında həyata keçirildi. Layihə gənc etnik azlıq nümayəndələri və gürcü gəncləri arasında münasibətlərin dərinləşməsinə, yaxınlaşmasına və bir-birlərinin ənənələrinin tanımasına yardım etdi. Arxeoloji düşərgənin müddəti bir aydır və burada hər il 50 gənc iştirak edir.

  • Beynəlxalq qaçqınlar günü ilə əlaqədar Pankisi dərəsində idmanın 8 növü üzrə mədəni maarif və idman turnirləri təşkil olundu: voleybol, futbol, güləş, stolüstü tennis, qaçış, qol gücü, at yarışı, dama (qızlar arasında). İdman və Gənclərlə İş üzrə nazir yenilənmiş cüdo salonunda məşq edən gəncə idman inventarı təqdim edildi;

  • 2016-cı il ərzində Pankisi dərəsi Duisi kəndində yaşayan 150 gənc üçün cüdo üzrə idman təlimlərinin keçirilməsi davam etdirildi.

  • İdman və Gənclərlə İş üzrə Nazirliyin ÜHHŞ “Uşaqlar və Gənclərin Milli Mərkəzi” məhdud imkanlı, məcburi köçkün və xüsusi ehtiyacları olan şəxslərin inteqrasiyası proqramları departamenti, “2016-cı il gənclər festivalı” çərçivəsində “Qoridə CYNC həftəsi” və “Pankisidə CYNC həftəsi” layihəsini həyata keçirirdi. Bu layihələr Çoğolo, Birkiani, Duisi, Axmeta, Qoridə, Şavşvebi, Xurvaleti, Karaleti, Tinisxidi, Skra, Variani, Berbuk və Verxvebi qəsəbələrində şagirdlərin, xüsusilə də məhdud imkanlı və xüsusi ehtiyacı olan şəxslərin, həmçinin etnik azlıq nümayəndələrinin qeyri-formal təhsil aktivliklərə cəlb edilməsi və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsini, yeniyetmələr arasında vətəndaş şüurunun yüksəldilməsi , liderlik və qrup qabiliyyət-vərdişlərin formalaşmasını nəzərdə tuturdu. Altproqramlarda Pankisi dərəsi və Qori yaxınlığımda yerləşən qəsəbələrdə yaşayan etnik azlıq nümayəndələri də iştirak edirdi. Layihədə 13-16 yaş aralığında 70 şagird iştirak etdi.

Cəzaçəkmə və Probasiya Nazirliyinin Penitensiar müəssisində olan bütün məhbusların etnik mənşələrindən asılı olmayaraq, mədəni və idman tədbirlərində iştirak etmək hüququna malikdir. 2016-cı ilin yanvar ayından bu günə qədər penitensiar müəssisədə 254 mədəni və 39 idman tədbiri keçirildi.

V. Avrointeqrasiya prosesi haqqında informasiya /maarifləndirmənin yüksəldilməsi kampaniyası


Dövlət Naziri Aparatı, Avropa və Avro-Atlantik strukturlarına inteqrasiya məsələlərində Dövlət Naziri Aparatı ilə əməkdaşlıq əsasında etnik azlıq nümayəndələri üçün Gürcüstanın avrointeqrasiya prosesi və bu nöqteyi-nəzərdən əldə edilən faydalar haqqında informasiya kampaniyasını həyata keçirir:



  • Avrointeqrasiya məsələləri ətrafında bir neçə görüş və müzakirələr keçirildi. Müzakirələrə etnik azlıqların məskunlaşdığı regionlarda da: Tbilisi, Kvemo Kartli (Marneuli, Dmanisi, Zalqa), Samsxe-Cavaxeti (Axalkalaki, Axalsixe, Ninodzminda), Kaxetidə (Pankisi dairəsi) müxtəlif hədəf qrupları ilə: tələbələr və yuxarı sinif şagirdləri, QHT nümayəndələri, fermerlər, eləcə də regional media nümayəndələri də daxil oldu.

  • İl ərzində Gürcüstanın Avropa İttifaqına vizasız gediş-gəliş haqqında gürcü, abxaz, osetin, rus, erməni və Azərbaycan dillərində informasiya xarakterli materiallar hazırlandı. İnformasiya xarakterli materiallar Samsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti regionlarında erməni, Azərbaycan, rus və gürcü dillərində yayıldı.

  • Hesabat dövründə Avrointeqrasiya mövzusu haqqında (DCFTA və beynəlxalq təhsil proqramları barəsində) abxaz, osetin, Azərbaycan və erməni dillərində informasiya xarakterli video çarxlar hazırlandı. Video çarxlar Dövlət Naziri Aparatının veb-səhifəsində və sosial şəbəkədə (Facebook) yerləşdirildi. Bununla yanaşı, etnik azlıqlar, diplomatik korpus, beynəlxalq təşkilatlar, yerli özünüidarə korpusu və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün təqdimat keçirildi.

  • Diyar administrasiyasının dəstəyi ilə Milli İmtahan Mərkəzinin, Daxili İşlər Nazirliyi Polisinin və ÜHHŞ David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasının iştirakı ilə Axalsixe şəhəri və Marneuli şəhərində yerli gənclərlə informasiya xarakterli görüşlər keçirildi. Gənclər təhsil sistemində mövcud yeniliklərlə , o cümlədən avrointeqrasiya prosesinin təhsil sahəsində təklif etdiyi imkanlarla bağlı məlumatlandırıldılar.

  • Eləcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə Kaxeti regionunda Avrointeqrasiya prosesində kənd təsərrüfatı istiqamətində ölkədə mövcud yeniliklər, xüsusilə də kənd təsərrüfatı kooperativlərinin inkişafı ilə bağlı müsbət dəyişikliklər barədə Saqarecoda yerli fermerlərlə görüş keçirildi.



VI. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər

Hesabat dövrü ərzində Dövlət Naziri Aparatı tərəfindən həyata keçirilmiş tədbirlər:



  • Azərbaycan və erməni dili və ədəbiyyatı pedaqoqları üçün beynəlxalq ana dili gününü qeyd etmək üçün rəsmi qəbul təşkil olundu;

  • Gürcüstan Parlamenti Milli Kitabxanasında çeçen və inquş xalqlarının sürgün olunmasının 72-ci il dönümünə həsr edilmiş gecə keçirildi. Tədbirdə müxtəlif elm sahələrinin nümayəndələri, ictimai xadimlər, Gürcüstan ali təhsil ocaqlarının tələbələri və Pankisi dərəsindən gəlmiş qonaqlar iştirak etdilər;

  • Gürcüstanın müstəqillik gününə həsr edilmiş konsert keçirildi. Tədbirdə Tbilisidən, Samsxe-Cavaxetidən, Kvemo-Kartlidən, Şida Kartlidən və Kaxetidən gənclər iştirak edirdilər;

  • Gürcüstan Parlamenti Milli Kitabxanasında Qafqaz xalqlarının mühacirəti gününə həsr edilmiş görüş keçirildi;

  • Aparatın təşkilatçılığı ilə Qori və Batumi şəhərlərində multi-etnik incəsənət festivalı “Bir səma altında –mədəniyyətlər dialoqu” keçirildi, hansı ki, 2010-cu ildən bəri keçirilir və tədbirdə Gürcüstanda yaşayan etnik azlıqların istedadlı gəncləri iştirak edirlər. Festivalın təşkilatçılarıdır: Gürcüstan Mədəniyyət və Abidələrin Müdafiəsi, İdman və Gənclərlə İş üzrə Nazirlikləri və yerli özünüidarələr. Festival Gürcüstanın BMT Assosiasiyası tərəfindən dəstəklənir;

  • Beynəlxalq tolerantlıq gününə həsr edilmiş həftəlik çərçivəsində Tbilisi və Samsxe-Cavaxeti regionunda gənc tələbələrlə Dövlət Naziri Aparatı mühazirə və seminarlar keçirdilər. Həftəlik çərçivəsində Aparatın təşkilatçılığı və Gürcüstanın BMT Assosiasiyasının maliyyə dəstəyi ilə “Bizim rəngarəng Vətənimiz” foto müsabiqəsi keçirildi, müsabiqədə qalib gəlmiş 13 iştirakçıya qiymətli hədiyyələr verildi. Həftəlik çərçivəsində Dövlət Nazirinin rəsmi qəbulu təşkil olundu. Qəbula etnik azlıqların, diplomatik korpus, beynəlxalq təşkilatların, yerli özünüidarələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunmuşdur.

  • Kvareli bələdiyyəsinin Tivi, Çantliskuri və Saruso kəndlərinin, eləcə də Telavi bələdiyyəsi Karacala kəndinin kütləvi məktəblərinin birinci sinif şagirdləri ilə, Axmeta bələdiyyəsi Kasrisdğali kütləvi məktəbin şagirdləri ilə görüşlər keçirildi. Aparat işçiləri uşaqları folklor-yaradıcı xarakterli uşaq ədəbiyyatı ilə tanış etdilər. Gürcüstanın BMT Assosiasiyasının dəstəyi ilə məktəb kitabxanalarına kitablar, müəllimlərə isə kargüzarlıq əşyaları toplusu hədiyyə edildi.

  • İl ərzində Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı Gürcüstanda yaşayan etnik və dini azlıq nümayəndələrini –həm əhalini, həm də diplomatik korpusu –milli və dini bayramlar münasibətilə təbrik etmişdi.



VII. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi

Gürcüstan müxtəlif beynəlxalq alətlər çərçivəsində, etnik azlıqların müdafiəsi nöqteyi-nəzərdən aşağıdakı beynəlxalq öhdəlikləri yerinə yetirir:



  • İrqi diskriminasiyanın aradan qaldırılması komitəsinə (CERD) diskriminasiyanın aradan qaldırılması haqqında konvensiyanın yerinə yetirilməsi üzrə hesabat təqdim edildi. Hesabatın müzakirəsi isə 2016-cı il 1 və 2 may tarixlərində keçirildi;

  • Seçicilər Komitəsi ötən ilin yanvarında Gürcüstan tərəfindən Milli azlıqların müdafiəsi üzrə çərçivə konvensiyanın yerinə yetirilməsi haqqında ikinci dövri hesabatı dərc etdi.

Qeyd edilmiş hesabatlarda dövlət tərəfindən əldə edilmiş tərəqqi və həmçinin etnik azlıqların hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası istiqamətində çağırışlar öz əksini tapmışdır.


2016-cı ilin Fəaliyyət Planının həyata keçirilməsi prosesində Dövlət Naziri Aparatı mülki sektorla, beynəlxalq təşkilatlarla, ölkəyə akkreditə edilmiş diplomatik korpusla, yerli və beynəlxalq ekspertlərlə, Xalq Müdafiəçisi Aparatı yanında Milli Azlıqlar Şurası ilə aktiv surətdə əməkdaşlıq edirdi. Bundan başqa, Dövlət Naziri Aparatı etnik azlıqların kompakt məskunlaşdığı regionların əhalisi, yerli özünüidarələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə daimi əlaqədə idi. Eyni zamanda Dövlət Naziri nümayəndələri etnik azlıqların məskunlaşdığı regionlarda Aparatın Kvemo Kartli və Samsxe-Cavaxeti regionları üzrə işini koordinasiya edirdilər.
2016-cı ildə Fəaliyyət Planı ilə nəzərdə tutulmuş aktivliklərin, tədbirlərin və layihələrin həyata keçirilməsi məqsədilə Dövlət Naziri Aparatı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və Gürcüstan BMT Assosiasiyasına (UNAG) “Tolerantlıq, vətəndaş təfəkkürü və inteqrasiyanın dəstəklənməsi proqramı” çərçivəsində dəstək göstərirdi.

12016-cı ildə Gürcüstan Mərkəzi Seçki Komissiyası növbəti seçkilər keçirdi: 2016-cı il yanvarın 28-də Qardabani qamqebelesinin növbədənkənar seçkiləri; 2016-cı il mayın 22-də Sakrebulonun aralıq seçkiləri; 2016-cı il oktyabrın 8-də Gürcüstan Parlament seçkiləri; özünüidarə şəhəri –Axalsixe meri və özünüidarə icmaları –Bolnisi, Xaraqauli, Çiatura, Zuqdidi və Dzalencixa bələdiyyələri qamqebelisinin 2016-cı il oktyabrın 8-də növbədənkənar seçkisi; Tbilisi, Zalqa, Çiatura, Abaşi və Zuqdidi bələdiyyəsi sakrebulolarının 2016-cı il oktyabrın 8-də aralıq seçkilər; Laqodexi və Senaki bələdiyyəsi sakrebuloları 2016-cı il oktyabrın 30-da aralıq seçkilər.


2 Layihə etnik azlıqların məskunlaşdığı Qardabani, Marneuli, Telavi və Axalsixe bələdiyyələrində həyata keçirildi.

3 Layihə etnik azlıqların məskunlaşdığı Marneuli, Bolnisi, Dmanisi, Tetridzğaro, Qardabani, Rustavi, Zalqa, Telavi, Laqodexi, Saqareco, Msxeta, Axalkalaki, Ninodzminda və Axalsixe bələdiyyələrində həyata keçirildi

4 Layihə etnik azlıqların məskunlaşdığı Axalkalaki, Axalsixe, Bolnisi, Qardabani Tetridzğaro, Laqodexi, Marneuli, Ninodzminda, Zalqa, Dmanisi bələdiyyələrində həyata keçirildi.

5 Görüşlər aşağıdakı rayon və kəndlərdə keçirildi: Saqareco rayonu –Duzaqrama, Keşəli (Qaraçöp), Tüllər, Laqodexi rayonu –Qabal, Uzuntala, Telavi rayonu –Qaracala, Qardabani rayonu –Nəzərli, Kosalı, Kalinino, Birlik, Marneuli rayonu –Qızılhacılı, Algeti, Şaumyan, Bolnisi rayonu –Faxralı, Arıxlı, Bolnisi, Aşağı Bolnisi, Darvaz, Kianeti, Dmanisi rayonu –Yuxarı Qarabulaq, Hamamlı, Qızılkilsə. Zalqa rayonu –Nardevani, Ayazama, Kuşi, Arsarvan, Çoliani, Tecisi, Xaçkovi, Kaburi, Çiftkilisa. Tetridzğaro rayonu –Durnuki, Dağeti, Samşvilde, Şıxlı, Ağtəhlə, Qaratəhlə. Borcomi rayonu –Koçio, Alatumani, Bejano. Axalsixe rayonu –Axalkalaki, Qulikami, Diliska, Ninodzminda rayonu –Böyük Araqiali, Ciqraşeni.

6 Tam məlumat üçün Əlavə N1-də baxın


Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə