Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss



Yüklə 315,22 Kb.
səhifə6/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   2   3   4   5   6   7   8   9   ...   12

Teleyayım


2016-cı il avqustun 22-dən başlayaraq hər gün İctimai Yayımın əsas xəbər buraxılışı “Moambe”nin (paralel rejimdə İkinci kanalın efirində də gedir) saat18:00 və 20:00 buraxılışları gürcü, erməni və Azərbaycan dilləri üzrə səsli treklərin müşayiəti ilə yayımlanmağa başladı. Qeyd edilmiş “Etnik azlıqlar üçün anlaşılan dildə informasiyanın əlçatanlığının təkmilləşdirilməsi” layihəsi Regional Yayım Assosiasiyası və İctimai Yayımın birgə layihəsidir və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilir.

İctimai Yayım tamaşaçılara üç dildə (26 dəq. xronometrajla) buraxılış təklif etdi, hansı ki, həm də İkinci kanalın (abxazdilli –saat 23:00-da , osetindilli –saat 23:30-da, rusdilli –saat 00:00-da) efirində yayımlanır.



Gürcüstan Cəzaçəkmə və Probasiya Nazirliyinin penitensiar müəssisələrində texniki cəhətdən mümkün limit (15 kanal) çərçivəsində, bütün millətlərdən olan məhbus və məhkumlara maraqlı televiziya kanallarının əlçatanlığını təmin edir. Bundan başqa, nazirlik peyk yayımında pulsuz şəkildə əlçatan televiziya kanallarına qoşulmanı da təmin edir. Qeyd edilməlidir ki, penitensiar müəssisələrdə televiziya kanallarının yayımı dörd dildə həyata keçirilir: gürcü, rus, türk və Azərbaycan dilində.

Radio yayım


Hesabat dövründə həftəlik radio veriliş “Bizim Gürcüstan” (xronometrajı -40 dəq.) yayımı davam etdirildi. Veriliş etnik və dini azlıqların bayramlarını, mədəni özünəməxsusluqları, ənənələri, çağırışları, etnik və dini azlıqların hüquqlarının pozulması faktlarını və vətəndaş inteqrasiyası nöqteyi-nəzərdən mövcud çətinlikləri işıqlandırır;

2016-cı il ərzində erməni və Azərbaycan dillərində sinxron şəkildə tərcümə edilmiş buraxılışları radio studiyada yazıya alınır və Birinci radionun efirində yayımlanırdı. Həmçinin 2-ci radionun efirində kürtdilli (xronometrajı -25 dəq.) həftəlik informasiya-maarifləndirici-əyləncəli verilişin yayımı davam etdirildi.



İdman və Gənclərlə İş üzrə Nazirliyi Radio jurnalistika və kommunikasiyanın idarə olunmasında tədrislayihəsini icra etdi. Proqram çərçivəsində Azərbaycan (AGFM) və erməni (VRASTAN-FM) radiosunda dörd aylıq tədris proqramı həyata keçirildi. Tədris proqramının başlıca məqsədi gənc etnik azlıq nümayəndələrinin nəzəri və praktiki bacarıq/qabiliyyətlərə yiyələnmələrini təmin etməkdən ibarətdir. Layihə çərçivəsində 5 erməni və 5 azərbaycanlı gənc işlə təmin olundu.

Azərbaycan radiosu AGFM aşağıdakı regionlarda yayımlanır: Marneuli, Bolnisi, Dmanisi, Tetridzğaro FM 101.5;Rustavi, Qardabani, Tbilisi, 100.6. Erməni radiosu VRASTAN FM aşağıdakı regionlarda yayımlanır: Axalkalaki, Ninodzminda, Axalsixe FM 106.2.

Elektron və çap mediası

Operativ informasiyanın qısa zaman ərzində yayılması üçün İctimai Yayımın çətiri altında beş dildə veb səhifə fəaliyyətə başladı: http://multitolerant.gpb.ge/, hansı ki, alt veb-səhifələri əhatə edir (www.abkh.gpb.ge; www.os.gpb.ge; www.am.gpb.ge; www.az.gpb.ge; www.ru.gpb.ge). Yeni məlumatlardan başqa veb-səhifədə televiziyanın “Qızıl fondu”nda qorunan unikal arxiv materiallarını beş dildə təklif etdi. Paralel olaraq, sosial şəbəkədə beş müxtəlif dildə səhifələr hazırlandı, hansı ki, yaradılmış məhsulları daha interaktiv edir.

İctimai Yayımın bütün verilişləri, eləcə də digər yeniliklər və eksklüziv süjetlər Youtube-a yerləşdirilir.

İl ərzində dövlətin dəstəyi ilə ermənidilli həftəlik qəzet “Vrastan” (52 nömrə; 4000 ədəd tirajla) və azərbaycandilli həftəlik qəzet “Gürcüstan” (53 nömrə, 2000 ədəd tirajla) buraxıldı. Qəzetlər həm Tbilisidə, həm də etnik azlıqların kompakt məskunlaşdığı regionlarda, Cəzaçəkmə və Probasiya Nazirliyinin müəssisələrində paylanıldı.

Kvemo Kartli regionunda 2015-ci ildən bəri gürcü və Azərbaycan dillərində “Bolnisi” qəzeti nəşr edilir; həmçinin internet portal www.bolnisi.ge fəaliyyət göstərir. Zalqada “Trialeti ekspresi”, Tetridzğaro bələdiyyəsində isə gündəlik qəzet “Didqorelilər” nəşr olunur ki, bunlar vasitəsilə qeyri-gürcüdilli əhaliyə lazımi informasiya çatdırılır. Samsxe-Cavaxeti regionunda gürcüdilli, regional, gündəlik qəzet “Cənub darvazası” buraxılır.

II. Bərabər sosial və iqtisadi şəraitin və imkanların yaradılması

Sosial səfərbərlik


Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi hesabat dövründə etnik azlıq nümayəndələri üçün səhiyyə və sosial müdafiə üzrə dövlət proqramları haqqında informasiya kampaniyası planlaşdırdı və icra etdi. Etnik azlıq nümayəndələri ilə kommunikasiyası əsasən rus dilində, kompakt məskunlaşan regionlarda isə müvafiq dildə, qeyri-rəsmi tərcüməçinin köməkliyi ilə həyata keçirilir.

2016-cı ildə “Sağlamlığın dəstəklənməsi” dövlət proqramı çərçivəsində müxtəlif aktivliklər həyata keçirildi. O cümlədən, Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi və ÜHHŞ Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz tərəfindən aşağıdakı məzmunlu maarifləndirici-məlumat xarakterli materiallar çap edildi: Tütündən istifadəyə nəzarətin gücləndirilməsi; fiziki aktivliyin dəstəklənməsi; hepatit C-nin qarşısının alınması və əhalinin maarifləndirilməsinin dəstəklənməsi (90% gürcü, 5% erməni və 5% Azərbaycan dilində).


İnfrastrukturun reabilitasiyası


Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi tərəfindən görülmüş işlər6

Hesabat dövründə infrastruktur layihələrinin icrası davam etdirildi. Layihələr qazlaşdırma, daxili yolların, irriqasiya və içməli su sistemlərinin və xarici işıqlandırmanın reabilitasiyasını və s. nəzərdə tuturdu.

Xüsusilə:

Samsxe-Cavaxeti regionu



  • Samsxe-Cavaxeti regionunda Fond çərçivəsində, ümumi dəyəri 15 450 642 lari təşkil edən 40 layihə maliyyələşdirildi.

  • ÜHHŞ Gürcüstan Bələdiyyələrinin İnkişafı Fondu tərəfindən Axalsixe bələdiyyəsində ümumi dəyəri 9 417 020 lari təşkil edən 5 layihə maliyyələşdirildi.

  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində, ümumi dəyəri 3 665 668 lari təşkil edən 410 layihə maliyyələşdirildi.

  • Yerli büdcə əsasında ümumi dəyəri 21 060 610 lari təşkil edən 292 layihə həyata keçirildi.

Kvemo Kartli regionu

  • Kvemo Kartli regionunda Fond çərçivəsində ümumi dəyəri 23 269 781 lari təşkil edən 57 layihə maliyyələşdirildi.

  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində ümumi dəyəri 6 879 074 lari olan 436 layihə həyata keçirildi.

  • ÜHHŞ Gürcüstan Bələdiyyələrin İnkişafı Fondu tərəfindən Dmanisi və Tetridzğaro bələdiyyələrində ümumi dəyəri 5 390 708 lari olan 4 layihə maliyyələşdirildi.

  • Yüksək dağlıq qəsəbələrin inkişafı fondu tərəfindən Dmanisi və Zalqa bələdiyyələrində ümumi dəyəri 816 001 lari təşkil edən 2 layihə maliyyələşdirildi.

Kaxeti regionu



  • Kaxeti regionunda (Laqodexi və Axmeta bələdiyyələrində) Layihələr Fondu çərçivəsində ümumi dəyəri 5 511 190 lari olan, 19layihə maliyyələşdirildi.

  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində ümumi dəyəri 1 849 276 lari olan, 209 layihə həyata keçirildi.

  • ÜHHŞ Gürcüstan Bələdiyyə İnkişafı Fondu çərçivəsində ümumi dəyəri 970 301 lari olan, 1 layihə maliyyələşdirildi.




Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə