Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


İctimai xidmətlər və cari dövlət proqramları haqqında informasiya materiallarının yayılması



Yüklə 315,22 Kb.
səhifə4/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   2   3   4   5   6   7   8   9   ...   12

İctimai xidmətlər və cari dövlət proqramları haqqında informasiya materiallarının yayılması


Etnik azlıq nümayəndələri üçün ictimai xidmətlərin əlçatanlığını yüksəltmək məqsədilə 2016-cı il ərzində Gürcüstan Ədliyyə Nazirliyi etnik azlıqların məskunlaşdığı regionlarda, onların başa düşəcəyi dildə ictimai xidmətlər və cari dövlət proqramları haqqında informasiya materiallarının yayılmasını təmin etmişdir. Qeyd edilmiş materiallar ictimai mərkəzlər və ədliyyə evləri vasitəsilə (bir ictimai mərkəzdə təqribən 80-100 buklet) yayıldı.
Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hesabat dövründə “Kənd təsərrüfatı kooperativləri üçün bələdçi” (Azərbaycan dilində 1500 ədəd, erməni dilində 1500 ədəd) broşura Azərbaycan və erməni dillərinə tərcümə edildi və dərc olundu. Broşurlar etnik azlıqların kompakt məskunlaşdığı regionlarda (Samsxe-Cavaxeti, Kvemo Kartli, Kaxeti) Kənd Təsərrüfatı Nazirliyinin məlumat-məsləhət xidməti vasitəsilə yayıldı.

Etnik azlıqların insan hüquqları və onların müdafiəsi mexanizmləri barəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi


Gürcüstan Ədliyyə Nazirliyi ÜHHŞ Ədliyyə Tədris Mərkəzi 2016-cı il ərzində “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsini həyata keçirirdi. Layihənin məqsədi vətəndaş cəmiyyətinin gücləndirilməsi, region əhalisinin hüquqi məlumatlılıq səviyyəsinin yüksəldilməsi və fərdi və praktiki qabiliyyətlərin inkişafının dəstəklənməsindən ibarət idi. Yuxarıda adı çəkilən layihə çərçivəsində üç ay ərzində Gürcüstanın 33 ictimai mərkəzində (o cümlədən etnik azlıqların kompakt məskunlaşdığı kəndlər) yerli sakinlər üçün həm hüquqi, həm də sosial məsələlərlə bağlı təlimlər keçirildi. Təlimlərdə 5350 nəfər iştirak etdi.

Etnik azlıq nümayəndəsi olan seçicilər üçün bərabər seçki mühitinin təmin edilməsi


2016-cı ildə keçirilmiş seçkilər1 zamanı etnik azlıq nümayəndələrinin seçkilərdə bərabərhüquqlu iştirakının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Mərkəzi Seçki Komissiyası (MSK) aktiv şəkildə fəaliyyətini davam etdirirdi; bu istiqamətdə silsilə tədbirlər həyata keçirildi:

Seçki prosedurları ilə bağlı materialların etnik azlıq nümayəndələrinin dillərinə tərcümə edilməsi

  • Ermənidilli və azərbaycandilli seçicilər üçün növbəti sənədlər tərcümə edilib çap olundu: seçki bülleteni, seçicinin yaddaş kitabçası, bülletenin doldurulma qaydası, seçicilərin vahid siyahısı (divardan asılacaq və stolüstü), həmçinin məntəqə seçki komissiyasında divardan asılan səsvermə prosedurunu əks etdirən plakat.




  • Ermənidilli və azərbaycandilli məntəqə seçki komissiyası üzvləri üçün erməni və Azərbaycan dillərinə tərcümə edilmiş sənədlər: Dairə Seçki Komissiyası üzvlərinin rəhbər təlimatı, komissiya sədrinin yaddaş təlimatı, seçici axınını tənzimləyən komissiya üzvünün funksiyaları, səsvermə günü dairə seçki komissiyası katibinin səlahiyyətləri; seçiciləri qeydiyyata alan komissiya üzvünün funksiyaları; seçki qutusuna və xüsusi zərflərə nəzarət edən komissiya üzvünün funksiyaları və daşınan seçki qutusunu müşayiət edən komissiya üzvünün funksiyaları, eləcə də məntəqə seçki komissiyası üzvləri üçün “Səsvermə günü prosedurları” maarifləndirici filmi də subtitrlar vasitəsilə nümayiş etdirildi.

Gürcüstan Parlamenti 2016-cı il 8 oktyabrı seçkiləri üçün MSK seçicilərinin vahid siyahısında özünün və ailə üzvlərinin məlumatlarının yoxlanılması üçün yeni xidmət təklif etdi. MSK-nın rəsmi veb-səhifəsində (voters.cec.gov.ge) seçicilərin vahid siyahısının foto-şəkilli elektron versiyası yerləşdirildi ( agentlik məlumatlarının elektron bazasında mövcud rəqəmsal formatda olan ən yeni foto şəkillərlə), burda hər bir seçiciyə özünün və ailə üzvlərinin məlumatlarını yoxlamaq imkanı verildi. Mühüm olan odur ki, siyahıda məlumatların yoxlanması zamanı istifadəçi həm də seçki məntəqəsinin yerləşmə ünvanı barəsində də məlumat alırdı. Etnik azlıqların kompakt məskunlaşdığı regionlarda yaşayan ermənidilli və azərbaycandilli seçicilər MSK-nın rəsmi səhifəsində Seçicilərin vahid siyahısı üzrə axtarış sistemindən (voters.cec.gov.ge) həm Azərbaycan, həm də erməni dillərində istifadə etmək imkanına malik idilər.

Seçicilərin həmçinin Seçicilərin vahid siyahısında özünün və ailəsinin məlumatlarını Gürcüstan miqyasında yerləşdirilmiş 7000 sürətli ödəmə terminalları vasitəsilə yenidən yoxlamaq imkanları vardır. Qeyd edilməlidir ki, seçicilərin vahid siyahısının kütləvi versiyası ilk dəfə 2016-cı il parlament seçkiləri üçün sürətli ödəmə terminallarına yerləşdirildi ki, bu da seçicilər üçün daha əlçatan və sadələşdirilmiş xidməti təmin etdi.

Qeyd edilmiş istiqamətdə MSK istifadəçilərə daha bir innovasiya təklif etdi –xüsusi applikasiya vasitəsilə istənilən vətəndaş “Android” sistemi ilə işləyən mobil telefon və ya planşetdən istifadə edərək, seçicilərin vahid siyahısında özünün və ailə üzvlərinin məlumatlarını yoxlaya və hansı seçki məntəqəsində qeydiyyata olduğunu görə bilərdi.
Bundan başqa, MSK tərəfindən hesabat dövrü ərzində təmin edildi:


  • MSK tərəfindən hazırlanmış bütün informasiya-reklam video çarxlar erməni və Azərbaycan dillərində İctimai Yayım və regional televiziya kanallarının efirinə yerləşdirilmişdir.

  • 2016-cı il 8 oktyabr parlament seçkiləri üçün MSK ermənidilli qəzet “Vrastan” və azərbaycandilli qəzet “Gürcüstan” qəzetlərində əlçatan xidmətlər və seçki günü seçicilərin səsvermə proseduru haqqında informasiyanın dərc edilməsini təmin etdi.

  • 2016-cı il 8 oktyabr parlament seçkiləri üçün MSK telefon/məlumat mərkəzi (bura 4 gənc -2 erməni, 2 azərbaycanlı –etnik azlıq nümayəndəsi cəlb olunmuşdu) vasitəsilə seçicilər seçki məsələləri ilə bağlı erməni və Azərbaycan dillərində məlumat ala bilərdilər.



Vətəndaş təşkilatları və azlıq icmaları üçün seçkilərin əhəmiyyəti haqqında informasiya kampaniyasının başladılması və seçki mədəniyyətinin gücləndirilməsi yolu kiçik qrantların verilməsi

MSK 2016-cı il 8 oktyabrda keçiriləcək Gürcüstan parlament seçkiləri prosesində həssas qrupların (o cümlədən etnik azlıqların) iştirakının dəstəklənməsini prioritet istiqamət olaraq müəyyənləşdirildi. Qrant müsabiqəsi komissiyasının qərarı əsasında qeyd edilmiş istiqamətdə tədris mərkəzi tərəfindən 8 yerli qeyri-hökumət təşkilatının layihələri maliyyələşdirildi. Layihələrdən 7-sinin hədəf qrupunu etnik azlıqlar təşkil edirdi və bunların ümumi büdcəsi 199 377 laridən ibarət idi. Yalnız 1 layihənin hədəf qrupunu həm etnik, həm də məhdud imkanlara malik şəxslər təşkil edirdi. Qeyd olunan layihənin ümumi büdcəsi 27 790 lari dəyərində idi. O da qeyd edilməlidir ki, layihələrin həyata keçirilmə coğrafi arealı tamamilə etnik azlıqların kompakt məskunlaşdığı regionları əhatə edirdi.



Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə