Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə122/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   118   119   120   121   122   123   124   125   ...   232

248 

 

bütün  Səfəvilə r  dövləti  ə razisində  istehsal  olunmuĢ  18  min  tay  ipəyin  2  min  tayı 



Qarabağın və 3 min tayı ġirvanın payına düĢürdü (Adam Oleari).  

Azərbaycan əski dövrlərdən əla boyayıcı key fiyyətlərə  malik olan boyaqotu 

(qızıl  boya)  bitkisinin  becərilməsi  ilə  məĢhurlaĢmıĢdı.  Bu   bitkinin   qırmızı  rəng 

verən  kökləri  digər  ölkələrə  dövlətlərə  ixrac  edilird i.  Boyaqotu  ġirvanda  (xüsusilə 

bu vilayətin ətraflarında), Arazın cənub sahillərində bitirdi.  

AbĢeron  ərazisində  xeyli  miqdarda  zəfəran  əkilib-becərilird i.  Zəfərandan 

toxuculuqda,  əyiricilik  iĢlərində,  qida  hazırlan masında  istifadə  olunurdu.  Zəfəran 

Moskvaya aparılan q iy mətli ixrac məhsullarından biri id i.  

Azərbaycanın  kənd  təsərrüfatında  tütün  yeni  bitki  olmuĢdur.  Bu  bitki 

Azərbaycana  XVI  əsrin  sonlarında  A merika   qitəsindən  portuqaliyalılar  tərəfındən 

gətirilmiĢ,  XVII  əsrin  sonlarında  isə  Səfəvi  dövləti  hüdudlarında  becərilməyə 

baĢlanmıĢdır.  Tütün  Azərbaycanın  əsasən  cənub  və  cənub -qərb  torpaqlarında, 

xüsusilə Marağada becərilird i. 

Əkin  üçün  yararlı  olan  geniĢ  torpaq  sahələrinin  mövcudluğu  Ģəraitində 

suyun azlığı,  əski  dövrlərdə  olduğu  kimi,  XVII  əsrdə  də  Azərbaycan  əkinçiliyinin  

səciyyəvi  cəhətini  təĢkil  edirdi.  Bu  baxımdan  ölkə  əkinçiliyində  süni  suvarma 

birinci  dərəcəli  əhəmiyyət  kəsb  etmiĢ,  əkin  sahələrin in  məh suldarlığ ı  əsasən 

suvarma  tədbirlərin in  həyata  keçirilməsindən  asılı  o lmuĢdur.  XVII  əsr  ərzində 

Azərbaycanda  süni  suvarman ın  təĢkili  iĢi  tədricən  pisləĢmiĢdi.  Tavernye  yazırdı: 

"Bir  dəfə  mən  Azərbaycan  maliyyə  idarəsinin  baĢçısı,  Təbrizdə  yaĢayan  Mirzə 

Ġbrahimlə söhbət edirdim. O elan etdi ki, hazırda Ġranda torpaqlarının  məhsuldarlığı 

azalmıĢdır.  Son 80  il ərzində yaln ız Təbrizdə və onun ətrafında 400 suvarma  xətti 

sıradan çıxmıĢdır. Maliyyə idarəsi baĢçısının dediyinə görə, "bu cür vəziyyət Ġrana 

xeyli  zərər  gətirməkdədir.  Çünki  kanallar  vasitəsilə  suvarma  olmadan  ölkə 

ərazisində  heç  nə bitmir".  ġarden  də  yuxarıdakı  məlu matı  təsdiqləyərək  göstərirdi 

ki,  "yalnız  Midiyada  (A zərbaycanda)  son  60  il  ərzində  yeraltı  kanalların  sayı  400 

ədəd azalmıĢdı". 

Bu  dövrdə  Azərbaycanda  süni  suvarmanın  əhəmiyyətini  anlamaq  üçün 

Tavernyenin qeydlərinə diqqət yetirmək  kifayətdir.  O yazırdı  ki, Avropa çaylarının  

əksinə  olaraq  buranın  çayları  dənizə  yaxınlaĢdıqca  bol  su  ehtiyatına  malik  o lmaq  

əvəzinə  quruyur.  Azərbaycan  Ģəhərləri  əsasən  kəhriz  suyu  ilə  təchiz  edilirdi. 

Məsələn, Övliya Çələb i göstərirdi ki, Təbriz  900  kəhrizin və kanalın, habelə 6 dağ 

çayının suyu ilə təchiz olun muĢdur. 

Əvvəlki  tarixi  dövrlərdə  olduğu  kimi,  XVII  əsrdə  də  Azərbaycanda  süni 

suvarman ın  aĢağıdakı  növləri  vardı:  çay  suları,  bulaq  suyu  əsasında  iki  yerüstü 



249 

 

suvarma  növü,  quyulardan  və  yeraltı  axın lardan  -  kəhrizlərdən  gələn  iki  yeraltı 



suvarma növü. 

Bu  dövrdə  Azərbaycanın  iqtisadi  həyatında  heyvandarlıq  mühü m  yer 

tuturdu.  Heyvandarlıq  nəinki  daxili  bazarın  tələbatın ı  ödəyirdi,  habelə  qonĢu 

ölkələrə  xırda  və  iribuynuzlu  mal-qaranın  xeyli  miqdarda  ixrac  olun masını  təmin 

edirdi. Xüsusilə zərifyunlu heyvanlara xarici bazarlarda tələbat böyük idi.  

Səfəvilərin hakimiyyəti dövründə baĢ vermiĢ hərbi əməliyyatlar  zaman ı əldə 

olunmuĢ qənimətlər sırasında  mal-qara sürülən barədə  məlu mat verilirdi. Məsələn, 

qızılbaĢların  ġərqi  Anadoludi  apardıqları  hərb i  əməliyyat  zaman ı  əldə  etdikləri 

qənimət qeyd edilə bilər: 1548-ci  ildə 5  min at, 100  min qoyun və 50  min qara  mal,  

1552-c i  ildə  isə 3  min at,  30  min qoyun və 10  min qara ma l ə la  keç irilmiĢdi. I  ġah 

Abbasın  qoĢunlarının  kürd  tayfalarına  qarĢı  Maka  vilayətindəki  əməliyyatı 

gediĢində  (1605-ci  il)  o  qədər  mal-qara  ələ  keçirilmiĢdi  ki,  Səfəvi  qoĢunlarının 

düĢərgəsində  bir  qoyunuq  qiyməti  0,5  dirhəmə,  inəyin  qiy məti  isə  bazar 

qiymətindən  bir  neça  dəfə  aĢağı,  yəni  2  dirhəmə  en miĢdi  (Ġsgəndər  bəy  MünĢi). 

Mənbələrdə Səfəvi Ģahlarının  xüsusi at ilxılarına sahib olması haqqında məlu matlar 

vardır.  Bu  cür  ilxılar  əsasən  Azərbaycanın  Marağai  Mərənd  və  Qarabağ 

vilayətlərində  saxlanılırd ı.  Ġsgəndər  bəy  MünĢinin  məlu matına  görə,  Səfəvi 

hakimiyyətinə  qarĢı  1578-ci  ildə  üsyan  etmiĢ  kürd  Mukri  tayfası  I  Təh masibə 

məxsus  olan  təqribən  10  min  cins  atı  Marağa  otlaqlarından  sürüb  aparmıĢdı. 

Məhəmməci  Yusif    Müvərrix  1641-ci  ildə  I  ġah  Səfınin  ilxılarından  olan  atlandı 

Səfəvi  sərkərdələri  arasında  bölüĢdürülməsi  faktına  xüsusi  diqqəti  yetirmiĢdir. 

ġarden  qeyd  edirdi  ki,  "Ġranda  at  ilxılarına  malik  o lmaq  hüququ  Ģahın  müstəsna 

səlahiyyətidir,  vilayətlərin  hakimləri  isə  bu  cür  ilxıları  Ģahın  adından  saxlayırlar". 

Bu  fransız  səyyahı  Midiyanı  (Azərbaycanı)  imperiyanın  ən  yaxĢı  at  cinsləri 

bəslənilən  vilayətlərindən  biri  kimi  təqdim  edird i.  At  və  qatırların  xarici  ölkələrə  

aparılması  strateji  mülahizələrə  görə  qadağan  olunmuĢdu.  Bu  heyvanları  yaln ız 

mərkəzi  hakimiyyət  orqanlarının  icazəsi  ilə  xarici  ölkələrə  aparmaq  mü mkün  idi. 

Təbiid ir  ki, bu qadağan tədbiri atların və qatırların imperiya  xaricinə çıxarılmasına 

tamamilə  mane  ola  b ilməmiĢdi.  Mənbələrdə  xüsusilə  Os manlı  imperiyasma  və 

Moğollar dövləti ərazisinə  xeyli at, qatır aparılıb satılması haqqında  xeyli  məlu mat 

vardır.  Soyuq  iqlim  Ģəraitinə  uyğunlaĢmıĢ  Azərbaycan,  dəvələri      Osman lı   

Türkiyəsində   xüsusilə   qiy mətləndirilirdi.  

Osmanlılar  A zərbaycan  dəvələrini  ö z  dəvələrindən  üstün  tuturdular 

(Tavernye). 

Azərbaycanda  arıçılığ ın  inkiĢaf  səviyyəsinə  dair  mənbə  məlu matları  da 

maraqlıdır.  Gəncə  və  Ərdəbil  balı  xüsusilə  məĢhur  id i.  Oleari  Bakı  və  ġamaxı 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə