Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə130/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   126   127   128   129   130   131   132   133   ...   232

264 

 

Bu  iĢdə  yerli  tacir  və  sələmçilər  də  hindlilərdən  geri  qalmırd ılar.  Qiy mətli 



metalların  əllərdə  toplanması  və  h ifz  o lunması  getdikcə  geniĢlənird i,  dövlət 

orqanları  isə bununla mübarizə edə bilmirdi, çünki baĢda Ģah olmaqla bütün Səfəvi 

əyanları  ölkənin  iqtisadiyyatını  tənəzzü lə  doğru  aparan  yola  düĢmüĢ,  Səfəvi 

dövlətinin  bütün  ictimai-iqtisadi  və  siyasi  quruluĢunu  böhranlı  vəziyyətə 

salmıĢdılar.  Əmtəə  dövriyyəsinin  və  ticarətin   geniĢlənməsində  marağı  olan 

tacirlərin   özləri  də  dövriyyədən  qızılı  və  gü müĢü  çıxarmaqla  pu l  mübadiləsinin 

nizamın ı  pozurdular.  Ġsfahanm  əfqanlar  tərəfındən  mühasirəsi  zaman ı  (1722) 

"Zübdətüt-təvarix" əsərinin  müəllifı Məhəmməd Möhsünün baĢçılıq etdiyi bir dəstə 

evlərdən birində 14 çuval pul g izlətmiĢ tacir görmüĢdü. Hər çuvalda ümu mi çəkisi 

100  Təbriz  batmanından  çox  olan,  yenicə  zərb  edilmiĢ  "qızıl  abbası  sikkələri"  var 

idi. 

XVII əsrin son onilliyində ölkəyə gətirilən qızıl və gümüĢ məmu latın ın əsas 



mənbəyi - xarici ticarət də tənəzzü lə uğradı. 

Beləliklə,  Səfəvi  məmləkətlərində  gümüĢ  dəyərdən  düĢür,  bu  vəziyyət  isə 

Səfəvi pulların ı qiy mətdən salır, dövriyyəyə böyük  məbləğdə  qəlp pullar buraxılır, 

ölkədə  əmtəə  mübadiləsi  acınacaqlı  vəziyyətə  düĢürdü.  Sanson  bu  barədə  belə 

yazır: "Orada pullar elə ko rlan mıĢdır  ki, heç kim öz  malın ı satıb əvəzində  mis pul 

almaq istəmir". 

Pulların  yararsız  hala  düĢməsi,  ço x  güman  ki,  II  Abbasın  h akimiyyəti 

dövründə  baĢlanmıĢdı.  1662-ci  ildə  onun  verdiyi  xüsusi  hökmdə  ölkədə  yeni  pul 

zərb i məsələsinə to xunulur. Kempferin məlu matına görə, 1685-ci ilin noyabr ayında 

tədavüldə  olan  bütün  Səfəvi  pulları  öz  dəyərin i  itirmiĢ  və  onlann  dövriyyəsi 

dayandırılmıĢdı.  Dövriyyəyə  qəlp  və  dəyərsiz  pullar  buraxd ığına  görə,  Ģahın  əmri 

ilə pulkəs mə iĢinə məsul olan Ģəxsin gözləri çıxarılmıĢdı.  

Beləliklə,  XVII  əsrin  ikinci  yarısında  ölkədə  baĢ  vermiĢ  pul  böhranı  Səfəvi 

dövlətini sarsıdan səbəblərdən biri olmuĢdur. 



XVII  əsrin  sonlarında  Azər bayc anda  i qtisadi  tənəzzül.  XVII  əsrin 

axırlarına  doğru  Yaxm  və  Orta  ġərq  ölkələri  sisteminə  daxil  olan  Azərbaycanın 

iqtisadiyyatının  bütün sahələri  dərin  tənəzzül  prosesi  keçirirdi.  Ölkənin  təsərrüfat  

həyatında  tənəzzül  60-cı  illərdən  etibarən  baĢlanmıĢdı.  Fransız  səyyahı  Tavernye 

1668-c i  ildə  ġərq  ölkə lərinə  son  səyahətindən  vətənə  qayıdaraq  Səfəvilər  dövləti 

haqqında  topladığı  materia lla rı  belə  yekunlaĢdırmıĢdı:  "Keç miĢdə  Avropaya  il 

ərzində külli  miqdarda parça, məxmər, tafta gətirilirdi. Ġran  məxmərinin  xeyli qis mi 

Moskoviyaya  və  PolĢaya aparılırdı.  Lakin  indi  bütün  bu  parçalar  Avropada  həmin 

yüksək keyfıyyətlə və daha ucuz istehsal olunmaqdadır".  O,  fikrin i digər bir yerdə 

daha  aydın  Ģəkildə  ifadə  edir:  "Əvvəllər  bizi  heyrətə  gətirən  Ġran  xalçalarının, 




265 

 

parçalarının  istehsah  bizim  istehsalla  müqayisədə  tənəzzülə  uğramıĢdır.  ġah  və 



əyanlar təbəqəsi bizim  Ġrana id xal etdiyimiz parçaları daha həvəslə alırlar". Ölkənin 

iqtisadi həyatında dərinləĢən tənəzzülü ġarden daha aydın təsvir edirdi: "Mən Ġrana 

ilk  dəfə  1665-ci  ildə  II  Abbasın  hakimiyyəti  zamanında  qədəm  qoydum  və  oranı 

son dəfə 1677-ci ildə, Süley man Ģahın dövründə tərk etdim. On iki illik qısa müddət 

ərzində  ölkənin  sərvəti  sanki  yarıbayarı  azalmıĢdı.  Sikkələrin  xarab  olması  g öz 

qabağında  idi,  tam  dəyərli  pullar  artıq  yoxa  çıxmıĢdı" -  Fırıldaqçılıq  və  dövlət 

aparatındakı vəzifəli Ģəxslərin pula hərisliyi, satqınlığı  kütləvi hal almıĢdı.  Belə ki, 

Azərbaycanın  vəziri  Mirzə  Ġbrah im  Ġsfahanda  qaldığı  6  ay  müddətində  Ģaha,  baĢ 

vəzirə  və  digər  yüksək  vəzifəli  məmu rlara  60  min  tümənə  qədər  rüĢvət  verməli 

olmuĢdu.  Ölkənin  iqtisadiyyatında  hökm  sürən  durğunluq və  tənəzzü l  prosesi  çox 

uzun çəkmiĢ, yeni -  XVIII əsrə də adlamıĢ və ictimai həyatın bütün əsas sahələrinə 

mənfi təsirini göstərmiĢdi. 

Əkin  sahələrinin  azalması  və  su  təchizatının  zəifliy i  hələ  XVI  əsrin  sonu  - 

XVII əsrin əvvəllərində özünü büruzə verdi.  Bu,  Osmanlı-Səfəv i  müharibələri və I 

ġah  Abbasın  köçürmə  siyasəti  ilə  əlaqədar  idi.  Əsrin  20 -30-cu  illərində  kənd 

təsərrüfatının  bəzi  sahələri  nəzərəçarpacaq  dərəcədə  canlansa  da,  əvvəlki 

səviyyəsinə  qalxa  bilməmiĢdi.  Fransız  səyyahlarının  (Tavernye  və  ġardenin) 

məlu matlanna görə, Cənubi Azərbaycandakı suvarma sisteminin əsas mənbəyi olan 

yeraltı  kanallar  Ģəbəkəsi  (kəhrizlər)  60-80-ci  illərdə  400  dəfə  azalmıĢdı.  Suvarma 

sisteminin  tənəzzü lü  kənd  təsərrüfatı  məhsulları  istehsalının  kəskin  Ģəkildə 

azalmasına səbəb oldu. 

Ticarət  və  sənətkarlıqla  məĢğul  olan  əhalin in  Ģəhərlərdən  kütləv i  surətdə 

axın ı iqtisadiyyatın həcminin azalmasına gətirib çıxardı. Həmin dövr ərzində Təbriz 

Ģəhərinin  əhalisinin  sayı  üç  dəfədən  artıq,  digər  iri  Ģəhərlərdə  isə  daha  çox 

azalmıĢdı. Bakı Ģəhərində neft istehsalının həcmi iki dəfə aĢağı düĢmüĢdü. 

XVII  əsrin  son  illərindəki  tənəzzü l  iqtisadiyyata,  əsasən  xarici  ticarət 

sayəsində  dirçəlmiĢ  Ģəhərlərə  daha  güclü  zərər  vurdu.  Sənətkarların  və  mü xtəlif 

peĢə  sahiblərinin  Ģəhərlərdən  axın ı  ilə  əlaqədar  o laraq,  ƏrəĢ,  ġabran,  Mərənd, 

Zəncan, Miyanə, Qəbələ, Kağəzkonan, Astrabad, Mahmudabad, Cavad, Sufiyan və 

digər Ģəhərlər acınacaqlı vəziyyətə düĢdü. 

Səfəvi dövlətinin  mü xtəlif yerlərində  xam  ipəyin istehsalı və  ixracı  10 dəfə 

azalmıĢdı.  Bunun  əsas  səbəbi  Avropa  ölkələrinə  istiqamətlən miĢ  baĢ  ticarət 

yollarındakı  dəyiĢikliklər,  manufaktura  məhsulları  istehsalının  artması,  ġərq 

əmtəələrinə  və  sənətkarlıq  məhsullarına  olan  tələbatın  azalması  idi.  Səfəvi 

dövlətindən  Hindistana  aparılan  ipək  parçaların  satılması  da  qadağan  edilmiĢdi 

(Sanson). 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə