Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə144/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   140   141   142   143   144   145   146   147   ...   232

294 

 

davam  etdirdilər.  Qəzvin  miniatüründə  yeni  üslubun  qərarlaĢmas ı  XVI  əsrin  70-ci 



illərində baĢ verdi. 

XVII  əsr  Azərbaycanda  min iatür  sənətinin  in kiĢafı  üçün  əlveriĢli  olmayan 

Ģəraitlə səciyyəvidir.  Bu zamandan etibarən yerli sənət məktəblərinin fəaliyyətində 

durğunluq  əlamətləri  aĢkara  ço xlu  qüdrətli  Təbriz  məktəbin in  dəyərli  bədii 

uzunmüddətli unudulma prosesi baĢlandı (XVIII əsrdə tamamilə tənəzzü la uğramıĢ 

miniatür  sənəti  yalnız  XIX  əsrin  ikinci  yarısından  sonra  dirçəlməyə  baĢ lamıĢdı). 

Ölkə  daxilində  miniatür    rəssamlığ ının  təkamülünə  əngəl  törədən  hərbi-siyasi, 

ideoloji  amillər  XVI  əsrdə  də  vardı.  Məsələn,  hakimiyyətinin  ilk  dövründə 

rəssamlığa maraq göstərən I Təh masib 1557-ci ildə tövbə fərman ı verərək rəssamlıq 

emalatxanalarını  dağıtdırd ı.  Fəaliyyətsiz  qalmıĢ  miniatürçülərin  əksəriyyəti 

Hindistana  qaçmalı  oldu.  Lakin  Səfəv i  hökmdarın ın  bu  subyektiv  tədbiri  qədim, 

zəngin  ənənələri  olan  min iatür  rəssamlığının  Ġranda  və  Azərbaycanda  inkiĢafın ın 

qarĢısını  ala  b ilmədi,  XVII  əsrdə  Azərbaycan  rəssamların ın  ço xusu  Osmanlı, 

Moğol,  Orta  Asiya,  Ġran  ərazilərində  yaran mıĢ  miniatür  mərkəzlərində  çalıĢırdı. 

XVI  əsrin  sonu  -  XVII  əsrin  əvvəllərində  miniatür  sənətinin  tərəqqisində  təbrizli 

Sadiq bəy ƏfĢarın  (1533-1610)  mühü m rolu  olmuĢdur. O, yeni estetik prinsiplərin 

və  realist  meyillərin  ifadəçisi  id i.  Sadiq  bəy  ƏfĢarın  yaradıcılığı  və  onun  "Qanun 

üs-süvar"  əsəri  Qəzvində  miniatür  sənətinin  sonrakı  in kiĢafına,  Ġsfahan  min iatür 

məktəbinin  yaran masına  və  formalaĢmasına  böyük  təsir  göstərmiĢdir.  XVI-XVII 

əsrlər Azərbaycan sənətkarlığ ı tarixində ən zəngin dövrlərdən biri sayılır.  Bu zaman 

Azərbaycanın  Ģəhər  və  kəndlərində  xeyli  toxucu,  zərgər,  misgər,  dulusçu  çalıĢırdı. 

Onların  hazırlad ıqları  sənət  nümunələrinin  Ģöhrəti  ölkən in  hüdudlarını  aĢ mıĢdı. 

ġəhər  sənətkarları  həm  müstəqil  surətdə,  həm  də  feodallara,  dövlətə  məxsus  olan 

emalatxanalarda  fəaliyyət  göstərirdilər.  Həmin  dövrdə  müstəqil  çalıĢan 

sənətkarların sayı və onların  istehsal prosesində, ictimai həyatda rolu xeyli artmıĢdı. 

Sənətkarlar  həmkarlar  təĢkilatlarında  birləĢmiĢdilər  və  onlar  vasitəsilə  öz 

mənafelərini  müdafıə edir, ictimai hadisələrə müəyyən təsir göstərə bilirdilər.    

Hazırda  respublikamızda,  eləcə  də  xaricdə  XVI-XVII  əsrlərdə  A zərbaycan 

sənətkarların ın  hazırladıqları  ço xlu  sənət  nümunəsi    qalmaqdadır.  Həmin  sənət 

nümunələri  Azərbaycanda dekorativ-tətbiqi  sənət növlərinin  bu  yüzilliklər  ərzində 

yüksək kamillik yolu keçdiyin i əyani surətdə təsdiq edir. 

Bədii  parça  və  tikmələr.  Səfəvi  sülaləsinin  adı  ilə  bağlı  olan  bu  dövrdə 

Azərbaycanda,  əsil  mənada,  bədii  parça  istehsalı  sənayesi  yaradılmıĢdı.  Vaxtilə 

yüksək  qiymətləndirilən  bu  gözəl  sənət  nümunələrinə  Venesiyada,  Genuyada, 

Hollandiyada, Fransada, Ġngiltərədə və Rusiyada böyük tələbat vardı. Qərbi Avropa 

və rus tacirləri Azərbaycanda ipək parçaların hər pudunu 15-16  manata alır, həmin 



295 

 

parçaları  ölkə  hüdudlarından  kənarda  ço x  baha  qiy mətə  sataraq  zənginləĢirdilər. 



Məsələn, Azərbaycan ipəyinin bir pudu Moskva dövlətinin  Yaroslavl Ģəhərində 50-

60 manata, Arxangelskdə isə 70 manata satılırd ı.  

Rus  alimi  A.Svirin  o  dövr  Azərbaycan  parçalarının  rus  ornamentinə,  d ivar 

rəsminə,  ikonasına  və  xüsusilə  parçalarına  böyük  təsir  göstərdiyini  qeyd  etmiĢdir. 

XVI-XVII əsrlə rdə Azərbaycan ipəyi Moskva dövləti ərazisində o qədər məĢhur idi 

ki,  qədim  rus  xalq  mahnılarındakı  "sənə  ġamaxı  ipəyindən  köynək  göndərərəm" 

misralarında ö z ifadəsini tap mıĢdır. 

Monqol hakimiyyəti dövründə (XIV əsrdə) istehsalatda geniĢ tətbiq olunmuĢ 

qul  əməyi  XVI  əsrdə  aradan  qalxmaqda  id i.  Lakin  onun  qalıqlarına  az  da  olsa 

təsadüf  edilird i.  1531-ci  ilə  aid  yazılı  məxəzlərin  birində  saray  təkəlduzçuluq 

emalatxanalarında  çalıĢ maq  üçün  Ģaha  məxsus  olan  bir  dəstə  qulun  Təbriz 

təkəlduzçuluq  emalatxanalarına  sənət  öyrənməyə  verildiyin i  o xuyuruq.  BaĢqa  bir 

məxəzdə  isə  bu  emalatxanalardakı  iĢin  ço x  ağır  olduğundan,  əmək  haqqının 

azlığ ından geniĢ surətdə bəhs edilir. 

XVI-XVII  əsrlə rdə  Azərbaycanda  olmuĢ  əcnəbi  səyyahlar  (Korneli  de 

Bruyin, ġarden,  Övliya  Çələb i və b.) bu dövrün toxucu  dəzgahları  (cəhrə,  iy və s.) 

haqqında öz  gündəliklərində  maraqlı  qeydlər  etmiĢlər.  Səyyahlar  göstərirlər  ki,  bu 

toxucu  alətləri  nisbətən  bəsit  olsa  da,  "yerli  sənətkarlar  onlarla  ço x  çevik,  cəld 

iĢləyir  və  gözəl  nailiyyətlər  əldə  edə  bilirdilər".  Bu  zaman  Azərbaycan  parçaları 

arasında  önəmli  yeri  saray  emalatxanalarında  to xunan  "ali"  və  "zərli"  adlanan 

parçalar tuturdu. Bu tip li parçalar q ızılı və gümüĢü saplarla to xunduğu üçün dünya 

bazarlarında  daha  baha  qiymətə  satılır,  ço x  zaman  isə  qızıla  bərabər  tutulurdu  (bu 

cür  parçaların  tərkibin in  15  faizi  xalis  qızıl  olurdu).  Belə  to xu ma  parçaların 

saplarını, adətən, toxucular deyil, zərgərlər hazırlay ırdılar.  

Bu  dövrdə  istehsal  olunmuĢ  Azərbaycan  parçaların ın  bədii  keyfiyyətlərinə 

nəzər  salsaq,  onların  bir  ço x  xüsusiyyətinə  Ġran,  Hindistan  və  türk  parçalarında  da 

rast  gəlirik.  Bu,  həm  Azərbaycan  ustalarının  to xuculuq  sənəti  sahəsində  ġərqdə 

tutduğu nəzərəçarpacaq mövqedən, həm də onların bir ço x ö lkələrdə çalıĢ masından 

irəli  gəlirdi.  Yazılı  mənbələrdən  məlu mdur  ki,  hələ  1514-cü  ildə  Osman lı  türkləri 

Təbrizi  ələ  keçirdikləri  zaman  I  Sultan  Səlimin  göstəriĢi  ilə  xey li  Təbriz  toxucusu 

toxuculuq  sənayesi  yaratmaq  məqsədilə  həmiĢəlik  Ġstanbula  aparılmıĢdı.  Həmin 

dövrdə  görkəmli  A zərbaycan  bədii  parça  ustaları  Hindistand a,  Orta  Asiyada  və 

bölgənin digər sənət mərkəzlərində çalıĢırdılar.  

XVI-XVII əsrlərdə Azə rbaycan parçaların ın belə geniĢ Ģöhrət qazanmasının 

səbəbi  yalnız  onların  texniki  icrası,  yaxud  davamlı  olmasında  deyildi.  Həmin 

parçaların baĢlıca qiy mətli cəhəti ondan ibarət idi ki, onlar yüksək bədii  xüsusiyyət 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə