Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə147/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   143   144   145   146   147   148   149   150   ...   232

300 

 

Ģücaəti əks etdirən qılınc, qalxan, at, qoç, qartal; hörmətli və qoca bir Ģəxsin və ya 



ruhaninin  məzar  daĢında  isə  təsbeh,  rəhil,  qadın  məzar  daĢı  ü zərində  iynə,  sap, 

qayçı,  güzgü  və s.  təsvirlərə  təsadüf olunur.  Məzar  daĢları  üzərində  bir  çox  rəmzi 

mah iyyət  daĢıyan  rəsmlər  də  vardır.  Ġslamın  rəmzi  olan  Ay  və  ulduz  təsvirləri, 

GünəĢin  rəmzi  olan  svastika  və  ya  zo laqlı  dairə,  d igər  rəs mlər  bu  qəbildəndir. 

Məzarüstü daĢlarda vəfat etmiĢ Ģəxsin fəlsəfı məna daĢıyan kəlamları, görkəmli Ģair 

və  aĢıqların  sətirləri,  dua,  Ģifahi  ədəbiyyat  nümunələri  də  həkk  ed ilirdi.  Ep itafıya 

(mezar  kitabəsi)  Ģəklində  geniĢ  yayılmıĢ  bu  cür  yazılar  görkəmli  Ģəxslərin 

məzarüstü daĢlarında təkrar olunur. 

XVI-XVII  əsrlərdə  yaradılmıĢ  mə zarüstü  daĢların  bəzəyin in  əksəriyyətini 

nəbati  ornamentlər  təĢkil  edir.  AraĢdırmalar  təsdiq  edir  ki,  nəbati  ornament 

motiv ləri  və  cürbəcür  gözəl  xətlə  yazılmıĢ  kitabələrlə  bəzəd ilmiĢ  ən  nəfıs  məzar 

daĢları  bu  əsrlərdə  ġirvan-AbĢeron  ərazisində  olmuĢdur.  Asanlıqla  oyulan,  əsasən 

əhəngdaĢından  hazırlan mıĢ  ġirvan-AbĢeron  məzar  daĢları  ço x  da  böyük  olmayan 

sənduqə  Ģəklindədir.  Bu  sənduqələrin  əsas  bəzək  elementlərin i  simmetrik 

yerləĢdirilmiĢ  nəbati  motivlər,  nəs x  xətli  kitabə,  "səlcuq  zənciri"  adlanan  həndəs i 

ornament növü və bəzi  məiĢət əĢyalarının (gülabdan, rəh il və s.) təsviri təĢkil ed ir. 

Ko mpozisiya baxımından nəbati motivlər, adətən, sənduqənin yan tərəfındəki geniĢ 

sahədə, yazılar daĢın yan haĢiyəsindəki nazik qurĢaq arasında, "səlcuq zənciri" və s. 

həndəsi  naxıĢlar  isə  pyedestalda  təsvir  edilirdi.  Qəbələ  bölgəsinin  Hə zrə  və 

AbĢeronun  Buzovna  kəndlərində  aĢkar  olunan,  tariximizin  Səfəvi  dövrünə  aid 

məzarüstü daĢlar oyma sənətinin  klassik nü munələrindəndir. Məzar daĢlarında rast 

gəlinən  süjet  xarakterli  ko mpozisiyaların  əksəriyyəti  dəfn  olunmuĢ  Ģəxsin  xey irli 

əməllərini  əks  etdirən  mövzulardır.  Bu  mövzu lar  içərisində  kiĢi  məzarlarında 

baĢlıca  olaraq  ov  səhnələri,  qadın  məzarlarında  isə  xalçaçılıq  sənəti  ilə  bağlı 

təsvirlər əsas yer tutur. 

Süjetli  oyma  ko mpozisiyaları  içərisində  Sisyan  (keçmiĢ  Zəngəzur) 

rayonunun  Urud  kənd  qəbiristanlığında  yerləĢən  sənduqələr  xüsusilə  maraq lıd ır. 

Burada  biz  qədim  türk  tayfaların ın  əski  inamları  ilə  bağlı  olan  təsviri  sənətə 

gətirilmiĢ bir ço x orijinal  motivlərə təsadüf edirik. Bu  motivlər nəin ki Azərbaycan 

el  sənətlərinin  uzaq  keçmiĢdə  Sibir  və  Altayda  yaĢamıĢ  digər  türk  tayfaları  ilə 

əlaqəsini hətta islam fəlsəfəsinə uyğun gəlməyən möv zuların da təsvir olunduğunu 

göstərir.  Bunlardan  Ģamanların  din i  mərasimi,  qədim  türk  xalq larında  zoo morf 

anlayıĢlarla  bağlı  meydana  çıxmıĢ  onqon  - quĢ  toteminin  təsvirini  və  s.  göstərmək 

olar.  Ümu miyyətlə, qeyd etmək lazımd ır  ki, A zərbaycan sənətkarlığına, onun bədii 

xüsusiyyətlərinə  və  məzmununa  islamın  təsiri  hər  yerdə  eyni  olmamıĢdır.  Bu  təsir 

Ģəhərlərdə  nisbətən  güclü  olmuĢ,  ucqar  və  dağlıq  bölgələrdə  isə  əsasən,  hiss 




301 

 

edilməmiĢdir.  Dağlıq  yerlərdə  yaĢayan  feodal  təbəqəsinin  məiĢəti  Ģəhər 



feodallarının  həyat  tərzindən  fərqləndiyi  kimi,  onların  etiqadında  da  kəskin  fərq 

vardı.  Ucqarlarda  yaĢayan  feodallar  islamı  qeyd-Ģərtsiz  qəbul  etmədikləri  üçün  bu 

dinin yo xsul təbəqələr arasında yayılmasına da kəskin ehtiyac yox id i.  

Azərbaycanda  daĢ  qoç  fiqurları  xüsusilə  geniĢ  yayılmıĢdır.  Biz  onlara 

vətənimizin  cənub  sərhədlərindən  tutmuĢ  Ģimal-qərb inədə  bir  ço x  yerlərdə  rast 

gəlirik.  Ermənistanın və Gürcüstanın azərbaycanlılar yaĢayan ərazilərində də bu cür 

fıqurlara  təsadüf  olunur.  Təbiid ir  ki,  belə  geniĢ  ərazidə  daĢdan  yonulmuĢ  qoç 

fiqurlarının yayılması təsadüfi deyild i.  Dadlı ətinə,  məiĢətdə mü xtəl if ləvazimat və 

geyim  məqsədilə  istifadə olunan əvəzsiz dərisinə, gözəl  xalçaların  ipi olan yununa 

görə  qoç  əski  zamanlardan  ulu  babalarımız  üçün  bolluq  və  qələbə  rəmzinə 

çevrilmiĢdi.  DaĢ  qoç  fiqurlarımız  haqqında  ilk  məlu matlara  biz  hələ  XIX  əsrin 

əvvəllərində  rast  gəlirik.  1834-cü  ildə  Azərbaycanda olmuĢ  fransız  səyyahı  Dübua 

de Monpere Qarabağda çoxlu daĢ heyvan fiquru gördüyünü və yerli əhalin in onlara 

xüsusi  hörmət  bəslədiyini  qeyd  etmiĢdir.  XX  əsrin    əvvəllərində  Azərbaycanda 

olmuĢ rus alimi  V.M.Sısoyev qeyd edilir ki, yerli əhali hətta bu cür fiqurları bəzən 

qədim  qəbiristanlıq  xarabalağ ından,  dağlardan  taparaq  gətirir,  hörmət  əlaməti 

olaraq öz qohumlarının qəbri üzərinə qoyur. Respublikamızın cənubunda, xüsusilə 

Lerik bölgəsində təsadüf olunan qoç fiqurları həcmin in iriliyi və Ģərti dekorativliyi 

ilə  fərq lənir.  Gəncə,  Qazax,  Ağdam,  Laçın  bölgələrində  təsadüf  olunan  daĢ  qoç 

fiqurlarının da bir ço x bənzərsiz  xüsusiyyətləri vardır.  Bu ərazin in daĢ qoç fiqurları 

daha  çox  uzaq  keçmiĢlərin  arxaik  sənət  nümunələrini  xatırladır.  Uzunluğu  80-90 

santimetr,  hündürlüyü  50-60  santimetrdən  artıq  o lmayan  bu  abidələr 

monu mentallığı,  formaların ın  ümu miləĢdirilmiĢ  bir  üslubda  icrası    ilə  diqqəti  cəlb 

edir.  Naxçıvan,  Gədəbəy və Ermənistanın azərbaycanlılar yaĢamıĢ ərazilərində rast 

gəlinən  daĢ  qoç  fiqurlan  ölçü  baxımından  mü xtəlifd ir.  Onlardan  ən  böyüyünün 

uzunluğu 150, hündürlüyü 110 santimetr, ən kiçiyinin u zunluğu 45, hündürlüyü isə 

30 santimetrd ir. 

Qeyd  etdiyimiz  daĢ  qoç  fiqurlarının  dekorativ  bəzəklərini  nəbati  həndə si 

ornament  motiv ləri,  ep iqrafik  yazılar,  bəzi  hallarda  isə  süjet  səciyyəli 

ko mpozisiyalar təĢkil edir. 

Azərbaycanda daĢ qoç fiqurlu məzar daĢlarından sonra ən çox yayılmıĢ fıqur 

at  olmuĢdur.  Xalq ımızın  dünyagörüĢündə,  inamlarında  at  insanın  Ģərəfı, 

qəhrəmanlığı 

və 


qələbəsinin 

rəmzi 


olub, 

müqəddəs 

heyvan 

kimi 


qiymətləndirilmiĢdir.  XVI-XVII  əsrlərdə  hazırlan mıĢ  at  fiqurlarının  ən  bədii  və 

orijinal nümunələrinə  Laçın bölgəsinin Zabux  kəndi yaxınlığındakı qəbiristanlıqda, 

Gəncənin  Göy  imam  qəbiristanlığında  rast  gəlirik.  Yerli  bərk  boz  daĢlardan 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə