Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə154/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   150   151   152   153   154   155   156   157   ...   232

314 

 

sonra  hicri  1002  (1593-1594)-c i  ildə  bütün  nöqtəvilərin  və  "nöqtəvilik‖ lə  bağlılıq 



ehtimalı  olan  Ģəxslərin  tutulması  haqqında  fərman  verdi.  Ġsgəndər  bəy  MünĢi  və 

Cəlal  Yəzdi  Səfəvi  dövlətinin  ərazisində  nöqtəvilərin  təqib  olunduğunu 

göstərmiĢlər.  I  ġah Abbasın dövründə nöqtəvilərin  kütləvi surətdə cəzalandırılması 

adi  hala  çevrilmiĢdi.  Ġsgəndər  bəy  MünĢi  güman  edir  ki,  I  Abbasın  bu  tədbirləri 

nöqtəvilərin  varlığına  son  qoymuĢdu.  Lakin  Zeynalabdin  ġirvani  XIX  əsrdə  də 

burada "nöqtəvilik" təliminin g izli surətdə təbliğ olunduğunu bildirir.  

XV-XVI  əsrlərdə  hürufıliyin  bir  ço x  nü mayəndələri  də  qızılbaĢlara 

qoĢulmuĢdular.  Məlu mdur  ki,  ġah  Ġsmay ılın  sarayında  "hürufılik"  fəlsəfəsini 

poeziya vasitəsilə təbliğ edən Süruri və Tüfey li kimi Ģairlər  fəaliyyət göstərmiĢlər. 

Lakin  aydındır  ki,  ġah  Ġs maylın  sarayında  yaĢayan,  hökmdarı  mədh  edən,  Ģahın 

himayəsinə  sığınan  hürufilər  əski  zamanın  üsyankar  hürufıliyin i  təbliğ  edə 

bilməzd ilər. 

Sürurin in  və  Tüfeylin in  bizə  məlu m  o lan  Ģeirlərində  isə  bidətçi  panteizm 

təbliğ  edilir,  ġah  Ġsmay ıl  "Mehdi"  adlandırılaraq  ilahiləĢdirilir,  insana  ilahi  varlıq 

kimi yanaĢılır. Bu cəhətlər həmin Ģeirlərin XV əsrin sonuna - Ġsmayılın  hakimiyyətə 

can atdığı zamana aid ed ilməsinə imkan verir. 

XVI  əsrdə  Azərbaycanda  "nöqtəvilik"lə  yanaĢı,  "bəktaĢilik",  "əliallahi", 

"əxi",  "rövĢəni"  və  s.  təlimlər  təbliğ  edilird i.  XVI  əsrin  qızılbaĢ  ideologiyasını 

səciyyələndirərək  qeyd  etmək  lazımd ır  ki,  hakimiyyətə  can  atarkən  Səfəvilərin 

arxalandığı  Ģəhərlilər  tədricən  qızılbaĢ  ideologiyas ından  uzaqlaĢdılar.  XVI-XVII 

əsrlərdə  Ģəhərlilər  əsasən  "Heydəriyyə"  adlanan  və  asketizmi  təbliğ  edən  sufı 

təĢkilatlarına, panteist meyilli "nemətullahiyyə" təliminə bağlı olmuĢlar.  

XVI  əsrdə  Azərbaycanda  fəlsəfi  və  ictimai-siyasi  fikrin  məĢhur 

nümayəndəsi  dahi  Ģair,  mütəfəkkir  Məhəmməd  Füzuli  idi.  O,  dəqiq  elmləri, 

ilah iyyatı,  fəlsəfəni  derindən  öyrənmiĢ,  Azərbaycan  (türk),  fars  və  ərəb  dillərini 

gözəl bilmiĢ, həmin dillərdə divanlar yaratmıĢdır.  Bu divanlar  Yaxın və Orta ġərqin 

fəlsəfı poeziyasının inciləridir. Divanlarla yanaĢı, Füzulin in "Tərcümət ül-əhadis əl-

ərbəin"  ("Qırx  hədisin  tərcü məsi"),  "ġah  və  gəda",  "Hədiqət  üs -süəda"  ("Səadət 

bağçası"), "Leyli və Məcnun", "ġikayətnamə", "Rind və Zahid", "Səhhət və Mərəz", 

"Ənis  ül-qəlb"  ("Könül  dostu"),  "Mətlə    ül-etiqad"  əsərləri  bizə  gəlib  çatmıĢdır. 

Füzuli  fəlsəfi və elmi əsərlərini yaĢadığı dövrün ənənəsinə uyğun olaraq ərəb, fars 

dillərində  yazmıĢdır  və  yaradıcılığı  ġərqin  XVI  əsrə  qədərki  ideoloji  və  mədəni 

təkamül  tarixi  ilə  sıx  bağlıdır.  ġərq in  peripatetik  fəl-səfəsi  və  islamın  rasionalist 

təlimləri Fü zulini daha ço x cəlb etmiĢdi. 

Füzuli  ġərq  mədəniyyətinin  dahilərindən  olan  Nizami  Gəncəvinin  fəlsəfı 

poeziyasını,  b ir  ço x  təriqətlərin  və  cərəyanların,  ilk  növbədə  sufiliyin  fəlsəfi 




315 

 

təlimlərin i,  habelə  qədim  yunanların  elm,  fəlsəfə  sahəsindəki  uğurların ı  gözəl 



bilird i. 

"Mətlə  ül-etiqad"  Füzulinin  baĢlıca  fəlsəfi  əsəridir.  Bu,  mah iyyətcə 

Azərbaycan  tədqiqatçıları  tərəfindən  fəlsəfə  tarixinə  dair  yazılmıĢ  ilk  əsərdir. 

Həmin  əsərdə  ilahiyyat  məsələləri  ilə  yanaĢı,  qədim  yunan  filosofların ın,  Yaxın  

ġərqin orta əsrlərdə yaĢamıĢ mütəfəkkirlərinin baxıĢlarının q ısa Ģərhi də verilmiĢdir. 

Fəlsəfəyə,  ilah iyyata, təbiət elmlərinə dair  mü lahizələrində Fü zuli qədim yunan və 

orta əsr ġərq fılosoflarının fikirlərinə əsaslanır. Əsər dörd hissədən ibarətdir və hər 

bir  hissə  müvafıq  qisimlərə  bölünür.  Birinci  hissədə  elmin  və  biliyin  mahiyyəti, 

idrak  prosesində  elmin  məqsəd  və  vəzifələri  nəzərdən  keçirilir.  Ġkinci  hissə 

dünyanın  baĢlanğıcı  və  mah iyyəti  məsələlərinə  həsr  edilmiĢdir.  Üçüncü  və 

dördüncü  hissələrdə  Allahın  mövcudluğu,  peyğəmbərlik,  ruhların  varlığı, 

məkanların ı  dəyiĢ məsi  haqqında  danıĢılır,  digər  mistik-ilahiyyat  problemləri 

araĢdırılır.  Təbiidir  ki,  orta  çağların  tipik  mütəfəkkiri  kimi  Fü zuli  də  dini 

dünyagörüĢünə malik id i və həmin dünyagörüĢünü təbliğ edirdi.  

Füzuli  "Mətlə  ül-etiqad"  əsərində  elmlərin  təsnifatını  vermiĢdir.  Onun 

fıkrincə,  təcrübi  və  nəzəri  elmlər  mövcuddur.  Təcrübi  elmlərin  (əxlaq,  evdarlıq  və 

siyasət)  predmeti  insandan  asılıd ır.  Fü zuli  ilahiyyatı,  riyaziyyatı  və  təbiyyat 

elmlərini nəzəri elmlərə aid ed ir. 

Məhəmməd Fü zuli "ġikayətnamə" əsərində yaĢadığı dövrdə rüĢvətxorluğun, 

satqınlığ ın, ikiüzlülüyün, zü lmün və ədalətsizliy in tam hökmran lığ ı haqqında nifrət 

hissi ilə danıĢmıĢdır. Ġctimai bəlaların dərin kö klərin i aĢkara çıxara bilməyən Füzuli 

həyatın  mənfi  hallarının  dövrün  hökmdarlarının  xarakteri  ilə  bağlı  olduğunu 

göstərir,  "ədalətli  hökmdar"  arzusu  ilə  yaĢayırdı.  Fü zuli  irsi  orta  əsrlərin  Yaxın  və 

Orta ġərq ictimai-fəlsəfı fıkrinin inkiĢafı tarixində mühü m mərhələdir. 

XVI  əsrdə  Sadiq  bəy  Əfşarın  (təbrizlidir,  1533-cü  ildə  doğulmuĢdur,  1612, 

yaxud  1616-cı  ildə  vəfat  etdiyi  güman  olunur)  estetik  nəzə riyyəsi  meydana  çıxdı. 

Sadiq  bəy  ƏfĢar  rəssam,  alim,  mütəfəkkir  idi  və  "Qanun  əs -süvar"  ("Rəssamlıq 

qanunları  haqqında  traktat")  əsərinin  müəllifı  kimi  tanın mıĢdır.  O,  incəsənəti 

gerçəyliyin  inikası  kimi  nəzərdən  keçirir,  forma  və  məzmunun  vəhdəti  məsələsini 

qoyur,  məzmunun  formadan  üstün  olduğunu  göstərir  nəzəriyyə  ilə  təcrübənin 

vəhdəti  fıkrini  təbliğ  edirdi.  Sad iq  bəy  ƏfĢar  Azərbaycan  və  fars  dillərində  elm, 

rəssamlıq,  ədəbiyyat  haqqında  10-a  yaxın  əsər  yazmıĢdır.  O  habelə  gözəl  Ģeirlər 

müəllifi kimi də  məĢhurlaĢmıĢdı. Sadiq bəy ƏfĢar sufıliklə də dərindən  maraq lanır 

və hakimiyyətə münasibətdə mü xalifliyi ilə seçilirdi. 

Hakim  mövqedə  olan  Ģiəliyin,  Səfəvi  hökmdarlarının  təqibləri  bir  ço x  elm, 

mədəniyyət nümayəndələrini, filosofları Azərbaycandan getməyə vadar etmiĢdi.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə