Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə188/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   184   185   186   187   188   189   190   191   ...   232

384 

 

Doğrudur, Fətəli xan ƏfĢar öz vətəninə qayıda bildi. Lakin o, yolda əziyyət çəkmiĢ və 



zəndlərdən  ağır  zərbə  almıĢ  qoĢunu  ilə  Qacarla  bacara  b ilməyəcəyini  an layaraq, 

Məhəmmədhəsən  xana  tabe  olduğunu  bildirdi.  Məhəmmədhəsən  xan  Qacar  Fətəli 

xan  ƏfĢarin  qoĢunlarını  götürüb  Ġran  taxt-tacı  uğrunda  mübarizədə  rəqibi  saydığı, 

ġirazı özünə iqamətgah seçmiĢ Kərim  xan Zəndə qarĢı yürüĢ etdi. BirləĢmiĢ qoĢunlar 

ġiraz istiqamətində hərəkət edərkən Fətəli  xan  ƏfĢar gözlənilmədən öz qoĢunları ilə 

birlikdə Azərbaycana qayıtdı. 

Məhəmmədhəsən  xanın  qoĢunları  ġiraza  yaxınlaĢar-yaxınlaĢmaz  Zənd 

döyüĢçüləri  ilə toqquĢmada  məğlubiyyətə  uğradı.  Həmin  qələbədən sonra  Kərim  xan 

Zənd Azərbaycana ikinci dəfə basqın etdi və Təbriz ətrafında döyüĢdə məğlub olaraq 

geri döndü. Lakin bu  məğlubiyyət heç də Kərim  xanı  ruhdan salmadı. O, Ġranın bir 

sıra vilayətlərini birləĢdirərək kü lli miqdarda qoĢun topladı. Bundan əlavə, Kərim xan 

Zənd Fətəli xan ƏfĢarın mü xtəlif yollarla ö zünə tabe etdirdiyi Azərbaycan xanlıqlarını 

Urmiya  xanlığına  qarĢı  qaldırmağa  çalıĢdı.  Kərim  xan  Zəndin  çağırıĢına  ilk  cavab 

verən  Pənahəli  xan  oldu.  Qeyd edildiyi  kimi,  onun  oğlu  Ġbrahimxəlil  ağa  Fətəli  xan 

ƏfĢarın yanında girov saxlanılırdı. 

Beləliklə, ətrafına güclü qüvvə toplayan Kərim  xan Zənd Qarabağ  qoĢunları 

ilə b irlikdə 1761-ci  ilin baharında üçüncü dəfə Urmiya  xanlığına basqın etdi. Səkkiz 

ay müqavimət göstərdikdən sonra düĢmən həmləsinə tab gətirməyən və aclığa məruz 

qalan Fətəli xan ƏfĢar tabe olduğunu bildirdi. 

Urmiya  xan lığı  Zənd  qoĢunlarının  zərbəsi  altında  süqut  etdiyi  bir  dövrdə 

Azərbaycanın  digər  ərazilərində  bir  sıra  xanlıqlar  öz  mövqelərini  möhkəmlətməkdə 

davam edirdilər. Bu qəbildən Xoy, Quba və Qarabağ xanlıqlarını xüsusilə qeyd etmək 

lazımdır.  Xoy  xanlığının  hakimi  Əhməd  xan  (1763-1786)  A zərbaycanın  bir  çox 

xanları  və  həmçinin  Kartli-Kaxeti  çarlığ ı  ilə  diplomatik  münasibətdə  idi.  Eyni 

zamanda  o,  bir  müddət  Ġrəvan,  Naxçıvan  və  Qaradağ  xanlıqlarını  da  özündən  asılı 

vəziyyətdə saxladı. Təbriz  xanlığının hakimi Nəcəfqulu xan Dünbuli də xoylu Əhməd 

xana  tabe  idi.  Lazım  gəldikdə  o,  tərəddüd  etmədən  öz  qoĢunlarını  Əh məd  xanın 

sərəncamına  verir,  bəzən  maddi  cəhətdən də ona  kömək  göstərmək  məcburiyyətində 

qalırdı. Qarabağ xanlığı Xoy xanlığının yaxın müttəfıqi id i. Hər iki xanlığın  birləĢ miĢ 

qoĢunları qənimət əldə etmək  məqsədilə bir neçə dəfə uğurlu hərbi yürüĢdə olmuĢdu. 

Belə  yürüĢlərdən  birində  Qarabağ  xanlığı  Xoy  xanlığına  tabe  edilmiĢdi.  Xanlığın 

hakimi girov götürülərək Xoy qalasına aparılmıĢdı. 

Nəcəfqulu  xanın  ölü mündən  sonra  Təbriz  xanlığı  taxtına  Əhməd  xanın 

köməyi  ilə  oğlu  Xudadad  xan  çıxdı.  Lakin  Xudadad  xan  öz  mövqeyini 

möhkəmləndirdikdən  sonra  Təbriz  xanlığından  asılılığa  son  qoydu.  Belə  bir 

vəziyyətlə  barıĢ mayan  Əh məd  xan  1785-ci  ildə  qarabağlı  Ġbrahimxəlil  xan ın 




385 

 

qoĢunları  ilə birlikdə Təbriz qalasını  mühasirəyə ald ı. Hə r  iki  müttəfıq əldə edilən 



qəniməti  yarı  bölməyə  razılaĢdı.  Əh məd  xan  eyni  zamanda  Ġbrah imxəlil  xana 

Naxçıvan  xanlığında  onun  dəstəklədiyi  Abbasqulu  xanın  hakimiyyət  baĢına 

gətirilməsinə kö mək edəcəyinə söz verdi. 

Təbriz Ģəhəri uzun müddət mühasirədə qalmadı.  ġəhərlilərin varlı təbəqəsi 

xoy lu Əh məd  xanın tərəfınə keçərək Ģəhərin düĢmənə təhvil verilməsini tələb etdi. 

Xudadad xanı əsir etdikdən və təbrizlilərdən böyük miqdarda  xə rac aldıqdan sonra 

Əh məd  xan geriyə döndü. Bu uğurlu hərbi yürüĢdən sonra Əhməd xan Ġbrahimxəlil 

xana  verdiyi  sözün  üzərində  dayanmadı  və  əldə  etdiyi  qəniməti  ö zü  ilə  Xoya 

apardı.  Əh məd  xan  həmçinin  Naxçıvanda  Abbasqulu  xanın  hakimiyyət  baĢına 

gəlməsinə  nail  o ldu.  Lakin  onu  Qarabağ  xan lığ ından  deyil,  ö zündən  asılı 

vəziyyətdə saxlad ı və  xüsusi fərman la na xç ıvanlılardan Abbasqulu  xana itaət tələ b 

etdi. 


1786-cı  ildə  Əh məd  xanın  ya xın  qohumları  onu  qətlə  yetirdilər.  Su i-

qəsdçilərdən Eəfərqulu xan rəqiblərinə üstün gələrək hakimiyyəti ə lə aldı. 

Cənubi Azərbaycanda vahid dövlət yaratmaq cəhdi puça çıxdığ ı bir vaxtda 

Azərbaycanın  Ģimalında  yerləĢən  Quba  xanlığında  bu  sahədə  bir  sıra  uğurlu 

addımlar  atılırd ı.  Hüseynəli  xanın  apardığı  məqsədyönlü  siyasət  nəticəsində 

xanlığın hərbi qüvvəsi xeyli artıb  möh kəmləndi.  1757-ci  ildə onun oğlu Fətəli  xan 

Salyana  yürüĢ  edərək  oranı  Quba  xanlığ ına  birləĢdird i.  Atasının  ölümündən  sonra 

hakimiyyət  baĢına  gələn  Fətəli  xan  (1758-1789)  xanlığın  daha  da 

möhkəmlən məsinə  nail  oldu.  Fətəli  xan  Azərbaycan  torpaqlarını  vahid  dövlət 

ətrafında birləĢdirməyə səy göstərirdi. 

Bir ço x  xanlıqların əhalisi u zaqgörən və ağıllı siyasət yeridən Fətəli  xanda 

özlərin in  xilaskarını  görür,  ondan  imdad  diləyird ilər.  XVIII  əsrin  rus  tarixçisi 

Mixail  Çu lkov  bu  barədə  belə  yazır:  "Dərbənddə  yaĢayan  Məhəmməd  Səid  xan 

təbəələrinə  zülm  verməklə  yanaĢı,  onlardan  zorla  həddən  artıq  vergi  tələb  edir, 

verməyənlərin  gözlərini çıxartdırırdı.  Xanın belə hərəkəti  xalq ı h iddətə gətirmiĢ di. 

Əhali bu zülmdən qurtarmaq məqsədilə hakimiyyət baĢında olan qubalı Fətəli  xana 

müraciət etmiĢdi ki, Dərbəndi məh z bu il silah gücü ilə alsın". 

Dərbənd  xanlığını b irləĢdirdikdən sonra Fətəli  xanın nüfuzu daha da artdı. 

Dərbənd Ģəhəri Quba xan lığ ının ikinci mərkəzinə çevrildi. 

Dərbənd  xanlığından  sonra  Fətəli  xan  diqqətini  iqtisadi  cəhətdən  zəngin 

olan  Bakı  xan lığ ına  yönəltdi.  Fətəli  xan  b ilirdi  ki,  Bakı  xan lığ ı  hərb i-siyasi 

cəhətdən zəifdir və xanlığın hakimi Məlik Məhəmməd xan xalq arasında o qədər də 

nüfuza malik deyildir. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə