Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə193/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   189   190   191   192   193   194   195   196   ...   232

394 

 

general-mayor  Savelyevin  komandanlığı  altında  piyada  batalyonu  hərəkət  etdi.  Ağa 



Məhəmməd xanın Azərbaycanı tərk etməsinin baĢlıca səbəblərindən biri də bu oldu. 

Rus  qoĢunları  Cənuba  doğru  hərəkət  etdikləri  vaxt  11  Yekaterina  general 

Qudoviçə sərəncam  göndərərək  ondan  bütün  Cənubi  Qafqazı,  habelə  Xəzər  dənizi 

sahillərini  Ġran  təcavüzündən  qorumağı  tələb  etdi.  Bu  dövrdə  II  Yekaterina 

hökumətin in  məqsədi  Qara  dənizlə  Xəzər  dənizin i  Rusiyanın  rəqibləri  üçün 

mübarizə meydanına çevirməkdən ibarət idi. 

Xəzər  dənizi  eyni  zamanda  Rusiyanın  Orta  Asiya  ölkələrinə  də  nüfuz 

etməsində  böyük  rol  oynaya bilərdi.  Odur  ki,  II  Yekaterinanın  əmrinə  əsasən  Ġran 

qoĢunları silaha əl atdıq ları təqdirdə düĢmənə atəĢ açmaq və Ağa Məhəmməd xanın 

qoĢunlarını  ġama xı,  Bakı  və  Xəzər  dənizi  sahillərinə  buraxmamaq  tapĢırılmıĢdı. 

Sıro xnevin  və  Savelyevin  qoĢunları  Cənubi  Qafqaza  çatar-çatmaz  Rusiyadan buraya 

böyük bir hərbi qüvvə göndərilməsi qərarlaĢdırıldı.  Rus qoĢunlarının  Cənuba doğru 

hərəkət  etməsi  xəbərini  eĢidən  Ağa  Məhəmməd  xan,  yuxarıda  qeyd  edildiyi  kimi, 

Azərbaycanı tərk etməyə məcbur oldu. 

1795-ci  ildə Kartli-Ka xeti çarlığını, eləcə də Tiflis Ģəhərini darmadağın edən 

Ġran  qoĢunları  ġuĢada  qarabağlıların  qəhrəmancasına  müqavimətinə  rast  gəlib  geri 

çəkilməyə məcbur oldular. 

1796-cı  ildə  Rusiya  qoĢunlarının  Azərbaycana  yürüĢü  ilə  əlaqədar  Ġran 

tərəfındən  təhlükə  sovuĢdu.  Lakin  bunu  Rusiya  tərəfindən  Ģimali  Azərbaycanlılara 

"kömək"  adlandırmaq  olmazdı.  Çar  hökuməti  hələ  I  Pyotrun  vaxtından  Rusiyanın 

müstəmləkəçilik  siyasətini  həyata  keçirməyə  ean  atırdı.  Rusiya strateji  məqsədlərdən 

baĢqa,  Xəzər  dənizində  əlveriĢli  liman  olan  Bakıda  və  Azərbaycan  ərazisində, digər 

dayaq məntəqələrində möhkəmlənməyi nəzərdə tuturdu ki,  bu  da  Yaxın  və  Orta  ġərq 

ölkələrinin hamısı ilə ticarət üçün əlveriĢli zəmin yaratmalı idi. Bu barodə II Yekaterina 

xüsusi  "Manifest"  də  vermiĢdi.  Nəzərdə  tutulmuĢ  bütün  bu  tədbirlər  1797-ci  ildə 

həyata keçirilməli idi. 

Cənubi  Qafqaza  hazırlanan  yürüĢə  rəhbərliyi  II  Yekaterina  özünün 

sevimlilərindən  biri  olan  V.Zubova  həvalə  etdi.  Rus  ordusu  Cənubi  Qafqaza,  daha 

doğrusu  Azərbaycana  iki  istiqamətdə  irəliləməli  idi:  karvan  yolu  ilə  gedərək,  ilk 

növbədə  böyük  strateji  əhəmiyyətə  malik  Dərbənd  qalasını  ələ  keçirməli,  sonra  isə 

dəniz  yolu  ilə  Dərbəndə  doğru  bir  neçə  hərbi  gəmi  hərəkət  etməli  idi.  V.Zubov 

Dərbənd  və  Bakını  almalı,  burada  piyadalarla  gəmiləri  birləĢdirib  vahid  ordu  ilə 

qarĢıda  duran  tədbirləri  həyata  keçirməli  idi.  Bakı  Ģəhərində  V.Zubova  rus  qoĢunları 

üçün hərbi ləvazimat və ərzaq anbarı yaratmaq da tapĢırılmıĢdı. 




395 

 

1796-cı  il  aprelin  18-də  V.Zubovun  baĢçılığı  ilə  rus  qoĢunlarının 



Azərbaycana  yürüĢü  baĢlandı.  Rus  qoĢunları  Savelyevin  mühasirəyə  aldığı  Dərbənd 

qalasına yaxınlaĢdı. 

Ağa Məhəmnıəd xan Azərbaycanı tərk edəndən sonra meydanda tək qalmıĢ 

qubalı ġeyxəli  xan Rusiya tərəfindən yaxınlaĢan təhlükənin qarĢısını almaq üçün digər 

Azərbaycan xanlıqlarından kömək istədi. Lakin ġey xəli  xanın çağırıĢına cavab olaraq 

yalnız bakılı Hüseynqulu xan Dərbəndə iki ədəd top göndərməklə kifayətləndi. 

Rus qoĢunlarının yaxınlaĢması  ilə əlaqədar olaraq Dərbənddə  böyük iğtiĢaĢ 

baĢ verdi.  ġəhərdə  bir-b irinin  əksinə  iki  cəbhə  yarandı:  rus qoĢunlarının  gəlməsini 

alqıĢlayanlar  və  bunu  istəməyənlər.  Məsələdən  xəbər  tutan  V.Zubov  Dərbənd 

istiqamətindəki yürüĢünü sürətləndirdi. Həmin il  mayın 2-də rus qoĢunu Ģəhərin lap 

yaxınlığında  düĢərgə  saldı.  Dərbənd  qala  divarlarına  böyük  ümid  bəsləyən  ġeyxəli 

xan  müqavimət göstərməyi qərara aldı.  Lakin  rus ordusunun toplarından  atılan  atəĢlə 

qala divarlarının zədələnməsi ġeyxəli  xanı təslim olmağa vadar etdi. Tarixi  mənbələrə 

görə  Ģəhərdəki  ermənilərin  satqınlığı  da  bu  iĢdə  az  rol  oynamamıĢdı.  Dərbənd 

qalasında iki həftə qaldıqdan sonra V.Zubov Dərbənd xanlığının idarəsini ġeyxəli xanın 

Rusiyaya meyil edən bacısı Pəricə xanıma tapĢıraraq, Bakı istiqamətində hərəkət etdi. 

Bakılı  Hüseynqulu  xanın  rus  qoĢunlarının  AbĢeron  yarımadasına 

yaxın laĢmasına mənfi  münasibət bəslədiyindən xəbər tutan  V.Zubov təcili olaraq ona 

məktub göndərdi və yürüĢün əsl mahiyyətini ört-basdır edərək  xoĢ niyyətlə gəldiyini 

bildirdi.  Hüseynqulu  xan  V.Zubovun  səmimiyyətinə  inanmasa  da,  Rusiyanın  hərbi 

texnikasından ehtiyat edərək onu xoĢ məramla qarĢılamağı daha  üstün tutdu. 1796-cı 

il iyun ayının 13-də Hüseynqulu xan V.Zubovun düĢərgəsinə yollandı. 

Ġki  gündən  sonra  rus  qoĢunları  general-mayor  Raxmanovun  baĢçılığı  və 

ġeyxəli  xanın müĢayiəti ilə Bakı qalasına, təqribən eyni  vaxtda Qubaya daxil oldular. 

V.Zubovun əmrinə əsasən Qubada Dərbənd xanlığından asılı olmayan müstəqil xanlıq 

yarandı.  Bakıda  və  Qubada  müəyyən  miqdarda  rus  qoĢunları  saxlayan  V.Zubov 

ġamaxıya  doğru  irəlilədi.  Diplomatiya  yolu  ilə  hərəkət  edən  Zubov  çapar  vasitəsilə 

Ģamaxılı  Mustafa  xana  hədiyyələr  və  məktub  yolladı.  Hədiyyələri  və  məktubu  alan 

Mustafa  xan  Zubova  xəbər  göndərdi  ki,  onun piĢvazına  özü çıxacaq.  Rus  qoĢunları 

ġamaxıya  tərəf  hərəkət  etdikdə  ġəki  xan lığ ının  hakimi  Səlim  xan  Zubovun 

düĢərgəsinə gəldi. Həm Ģamaxılı Mustafa xan, həm də Ģəkili Səlim  xan  Zubovla yaxĢı 

münasibətdə olmaqla, hər Ģeydən əvvəl, Rusiyadan Ağa Məhəmməd  xanın əleyhinə 

hərbi kö mək almaq məqsədini güdürdülər. 

Rus  qoĢunlarının  Azərbaycanda,  Dərbənd  istisna  olmaqla,  heç  bir 

müqavimət görülmədən hərəkət etməsinə Ağa Məhəmməd  xan  biganə qala bilməzdi. 

Odur ki, Ġran hökmdan öz adamlarını, o cümlədən qardaĢı oğlu Əsgər xanı Azərbaycana 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə