Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə194/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   190   191   192   193   194   195   196   197   ...   232

396 

 

- ġəki, ġa ma xı və Gəncə xanlıqlarına göndərərək onların ruslar əleyhinə çıxmasını tələb 



etdi. 

Ağa  Məhəmməd  xanın  sərbazlarının  Azərbaycanda törətdikləri  vəhĢiliklərin 

Ģahidi olan xanlar Ġran hökmdarının təbliğatına uymadılar.  Gəncəli  Cavad xan da Ağa 

Məhəmməd xanın müraciətini cavabsız qoydu. 

Cənubi  Qafqazda  mövqeyini  möhkəmlədən  Zubov  II  Yekaterinanın 

"Manifest‖  inə  əsasən  Azərbaycanda  yuxarıda  qeyd  edilən  tədbirləri  həyata 

keçirməli  id i.  Lakin  1796-cı  il  noyabrın  6-da  II  Yekaterinanın  gözlənilməz  ölü mü 

Rusiya  dövlətinin  nəzərdə  tutduğu  tədbirlərin  həyata  keçirilməsini  bir  müddət  təxirə 

saldı.  Sankt-Peterburqda  taxta  çıxan  I  Pavel  Rusiya  qoĢunlarının  tezliklə  Cənubi 

Qafqazdan  geri  dönməsi  barədə  əmr  verdi.  Rus  qoĢunları  Azərbaycandan  çıxıb 

getdikdən sonra Ağa Məhəmməd Ģah 1797-ci ildə ona müqavimət göstərənlərə divan 

tutmaq  məqsədilə  Qafqaza,  xüsusilə  Azərbaycana  ikinci  yürüĢə  baĢlamağı  qərara 

aldı. 

Azərbaycanlıların itaətsizliy indən hiddətlənən Ağa Məhəmməd Ģah bu dəfə 



onlar üçün daha ağır aqibət hazırlayırdı. Yerli əhalinin mübarizliy inə əmin olan Ģah öz 

sələflərin in  təcrübəsindən  istifadə  edərək,  Azərbaycanda  I  ġah  Abbasın  əhalini 

doğma  torpaqlarından  zorla  qürbət  yerlərə  köçürülməsi  siyasətini  tətbiq  etməyi  və 

beləliklə, xalqın müqavimətin i qırmağı qərara ald ı. Bu barədə dövrün müasirlərindən 

P.Q.Butkov yazırdı: "Onun məqsədi ĢuĢah Ġbrahim xan ı əzdikdən sonra əsas qüvvəsi 

ilə  Gü rcüstana tərəf hərəkət etmək, sonra isə vaxtilə böyük ġah Abbasın etdiyi kimi, 

Ģamaxılıları,  talıĢları,  gürcüləri  və  baĢqalarını  öz  vilayətlərinə  -Mazandaran  və 

Astrabada köçürmək idi". 

Lakin Ağa Məhəmməd Ģah Cənubi Azərbaycan xanlıqlarını tamamilə özünə 

tabe  etməmiĢ  Ģimala  doğru hücumdan  çəkindi.  Bu  məqsədlə  o,  ilk  növbədə  qardaĢı 

Əliqulu  xan  baĢda  olmaqla  böyük  bir  sərbaz  dəstəsini  Təbriz  xanlığına  göndərdi. 

Tezliklə   Ağa  Məhəmməd  Ģahın  özü  də  Ərdəbilə  gəldi.  O,  burada  birin ci  yürüĢü 

ərəfəsində  olduğu  kimi,  Azərbaycanın  bütün  xanlıqlarına  və  Kartli-Kaxeti  çarlığına 

fərmanlar göndərib onlardan tabe olmağı tələb etdi. Əks təqdirdə, yurdlarını darmadağın 

edəcəyi  ilə  hədələdi.  ġah  cavab  gözləmədən  yerli  əhali  arasında  çaxnaĢma  salmaq 

məqsədilə öz dəstələrini yaxın xanlıq lara yola sald ı. 

Naxçıvana  göndərdiyi  süvari  dəstəsinə  Ģah  konkret  əmr  vermiĢdi:  xanlığı 

darmadağın edib, əhalisini Ġranın ucqarlarına köçürsün. Bu dəfə Ağa Məhəmməd Ģahın 

daha  hazırlıqlı  qoĢunlarına  müqavimət  göstərə  bilməyəcəyinə  əmin  olan  Naxçıvan 

xanlığının  hakimi  Kəlbəli  xan  yurdunu,  özünü  və  əhalisini  gözlənilən  cəzadan 

qurtarmaq  üçün  qiymətli  hədiyyələrlə  Ərdəbilə  gəlib  Ģahdan  imdad  dilədi.  Ağa 

Məhəmməd  Ģah  hədiyyələri  alandan  sonra  1796-cı  ildə  rus  qoĢunları Azərbaycanda 




397 

 

olarkən onlarla əlaqə saxladığına görə xanın gözlərini çıxartdırıb həbs etdi və Tehrana 



göndərdi. 

Ağa  Məhəmməd  Ģah  Xoy  xanlığının  hakimi  Hüseyn  xanla  da  belə 

xa incəsinə  rəftar  etdi.  Xanı  danıĢıqlar  aparmaq  üçün  öz  düĢərgəsinə  dəvət  etdi  və 

oradaca həbsə alıb Tehrana yolladı. 

ġah  hələ  də  4000  sərbazla  Ġrəvanda  qalmaqda  olan  Təvəkkül  xana  kö mək 

məqsədilə  Zəfər  xanı  oraya  göndərdi.  Ġrəvanlı  Məhəmməd  xan  da  rus qoĢunlarının 

komandanı  V.Zubovla  məktublaĢmıĢdı.  Məhəmməd  xan  "günahını"  yumaq 

məqsədilə,  habelə  Qacar  nəslindən  olduğuna  görə  qiymətli  hədiyyələrlə  Ģahın 

düĢərgəsinə gəldi. Hədiyyələrdən imtina etməyən Ağa Məhəmməd Ģah ondan 500000 

tümən  dəxi  tələb  etdi.  Əks  təqdirdə,  xanı  dar  ağacı  ilə  hədələdi.  Məhəmməd  xan 

200000 tümən nağd pul verdikdən sonra əmlakını satıb daha 300000 tümən verəeəyinə 

and içdi. Bütün bunlara baxmayaraq, Məhəmməd  xan, arvadı və uĢaqları həbs edilib 

Qəzvinə göndərildi. 

Ağa  Məhəmməd  Ģah  TalıĢ  xanlığını  zəbt  etməyi  Süleyman  xana  tapĢırdı. 

DüĢmənin  yaxınlaĢdığını  eĢidən  Mir  Mustafa  xan  200  ailə  ilə  Sarı  adasına  köçdü. 

Lənkəranın yerdə qalan əhalisi əlçatmaz dağlara çəkild i. 

Ġran  Ģahının  yürüĢünün  əsas  istiqaməti  yenə  də  Qarabağ  idi.  Buna  görə  də 

Süleyman  xan  Lənkərandan  qayıdan  kimi  Ģah  onu  Sadıq  xan  ġəqaqi  və  10  min 

sərbazla  kəĢfiyyat  məqsədilə  Ģahm  qoĢunlarının  keçəeəyi  yolların  əmin-amanlığını 

təmin etməyə göndərdi. 

Ġran ordusunun ön dəstəsi Qarabağa hərəkət edən kimi Ağa Məhəmməd Ģah 

Sadıq  xan  ġəqqaqinin  vətəni  Sərab  xanlığ mı  zəbt  etdi.  Bu  hadisədən  sonra  Ağa 

Məhəmməd  Ģah  Qarabağa  doğru  hərəkət  edib,  Araz  çaymın  kənarında  öz 

sərkərdələrinə  çatdı.  Sərab  xanlığının  Ağa Məhəmməd  Ģah tərəfindən  zəbt olunması 

xəbərini eĢidən Sadıq xan bundan qeyzlənsə də, Ģaha hiss etdirmədi.  

Qarabağlı  Ġbrahimxəlil  xanın  əmri  ilə  Araz  üzərindəki  Xudafərin  körpüsü 

uçurulduğuna görə Ġran qoĢunları Araz çayını çox çətinliklə  keçə bildilər. Qayıqlardan 

bəzisi sürətlə axan çay sularına tab gətirməyib çevrild i. Nəticədə b ir ço x sərbaz həlak 

oldu. 

DüĢmənin  çayı  keçdiyin i  görən  qarabağlı  Ġbrah imxəlil  xan ın  əmri  ilə  onun 



döyüĢçüləri  külli  miqdarda  qayığı  arabalarla  çayın  yuxarı  baĢına  daĢıyıb  düĢmən 

düĢərgəsindən  bir  qədər  aralıda  boĢaltdılar.  Qarabağlılar  qayıqları  ağır  daĢlarla 

doldurub  qaranlıq  düĢən  kimi  çaya  buraxdılar.  Ağır  yüklü  qayıqlar  suda  çox  üzə 

bilməy ib  bir-birinin  ard mea  sahildən  uzaqlaĢ madan  batdı.  Beləliklə,  daĢla  dolu 

qayıqlar Arazm məerasını dəyiĢdi. Çay sahildən çıxıb düĢmən düĢərgəsinə tərəf güclü 

sel kimi axd ı. Gecə axan bu sel sərbazları o qədər çaĢdırdı ki, təlaĢ içərisində hərə bir 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə