Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə20/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   16   17   18   19   20   21   22   23   ...   232

43 

 

bir  ço x  ərazilərində  azadlıq  hərəkatı  geniĢləndi.  Vəziyyətdən  istifadə  edən 



ġirvanĢah  Ġbrahim  tabeçilikdən  imtina  etdi,  tam  müstəqillik  qazandı.  Tey murilər 

ġirvanın müstəqilliyin i tanımalı oldular. 



Azərbaycanda  dövlət  quruluĢu  və  idarə  sistemi.  Hərbi-feodal, 

mütləq iyyət  üsuli-idarəsindən  ibarət  olan  Hü laku lar  dövlətin in  təsisi  və  köçəri 

monqol-türk  qəbilə lərinin  Azə rbaycanda  məskunlaĢması  ictimai-siyasi  həyatın  bir 

sıra  sahələri  ilə  yanaĢı,  ölkənin  dövlət  quruluĢuna,  idarə  sisteminə  də  təsir 

göstərirdi.  Monqol  imperiyası  mü kəmməl  idarə  sistemi,  kargüzarlığı  ilə  seçilird i. 

Monqollar  Azərbaycana  qərarlaĢmıĢ  idarə  sistemi  ilə  gəlmiĢdilər.  La kin  onlar  boĢ 

səhralara  və  yaxud  zəif  inkiĢaf  etmiĢ  ölkəyə  deyil,  ictimai-iqtisadi,  mənəvi  və 

mədəni  cəhətdən  xeyli  inkiĢaf  etmiĢ  bir  diyara  gəlmiĢ,  dünya  miqyaslı  yüksək 

mədəniyyətə malik o lan xalqlarla qarĢılaĢ mıĢdılar.  

Hülakulara  (ümu miyyətlə,  monqollara)  məxsus olan dövlət quruluĢu və  idarə 

sistemi  Azərbaycanda  qərarlaĢmıĢ  yerli  dövlət  quruluĢu  və  idarə  sistemi  ilə 

çulğaĢmıĢdı. Ölkədə iki ənənəvi idarə sisteminin - yerli əhaliyə və köçəri monqollara 

məxsus  olan  sistemlərin  qarĢılıqlı  təsiri  nəticəsində  tədricən  vahid,  təkmilləĢmiĢ, 

inkiĢaf  etmiĢ  idarə  sistemi  meydana  gəlmiĢdi.  Monqollar  hərbi  sahədə  öz 

üstünlüklərini  qoruyub  saxlamıĢdılar,  lakin  mülki  idarədə  və  maliyyə  sistemində 

yerlilərə  məxsus  cəhətlər  üstünlüyə  malik  idi.  Monqollar  özləri  ilə  bir  sıra  hərbi, 

mülki  və  s.  anlayıĢlar  da  gətirmiĢdilər  ki,  onların  bəzisi  (bukavul,  bəxĢi,  yurdçi, 

bəlarquçi  və  s.)  vətəndaĢlıq  hüququ  qazanmıĢ,  həmin  dövrün  yeni  idarə  sistemində 

iĢlən miĢdir. 

Hülakular dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu.  Qurultaylar öz 

vəzifələrinə  görə  2 yerə  bölünürdü:  Böyük  qurultay və ümumiyyətlə qurultay (iclas). 

Böyük  qurultaylarda  mühüm  dövlət  əhəmiyyəti  kəsb  edən  məsələlər  mü zakirə 

olunurdu: elxanlar seçilir, vilayət hakimləri və mühüm dövlət mə murları təyin olunur, 

hərbi,  təsərrüfat  planları,  müharibə,  sülh  və  dini  məsələlər  müzakirə  olunur,  dövlət 

fərmanları təsdiq edilir, əyanlara mükafatlar və ya cəzalar verilirdi.  Böyük qurultaylar 

ildə  bir  dəfə  çağırılırdı.  Onlar  3  gündən  1  ay  müddətinədək  uzana  bilirdi.  Belə 

məclislərdə  bəzən  iki  min  nümayəndə  iĢtirak  edirdi.  Qurultayın  iĢində  iĢtirak  etmək 

məcburi idi. Müzakirə olunan məsələlər qurultay nümayəndələrinin əksər çoxluğunun 

iĢtirakı  Ģəraitində,  səs  üstünlüyü  ilə  həll  o lunurdu.  Adi  qurultaylarda  -  iclaslarda 

nisbətən az əhəmiyyətli cari məsələlərə baxılırdı. 

Dövlətin baĢçısı elxan (və ya sultan) himayəsində olan ərazinin, əhalinin mütləq 

hakimi  idi  və  onun  səlahiyyəti  məhdudlaĢdırılmırdı.  Hülaku lar  taxt-tacına  sahiblik 

irsi  idi.  Adətən,  atanı  oğlu  əvəz  edirdi.  Belə  hallarda  Hülakular  sülaləsinin  bütün 

üzvləri öz razılığını bildirməli, həmin  məsələ qurultayda həll olunmalı, yeni hökmdar 




44 

 

tacqoyma mərasimini keçməli və Ali  monqol xaqanlığı tərəfindən təsdiq olunmalı idi. 



Əslində  isə  Hülakular  səltənətinə  sahib  olmaq  üçün  aĢağıdakı  üç  yoldan  istifadə 

edilirdi:  1)  yeni  elxan  qurultayda seçilirdi;  2)  yeni elxan  öz sələfinin  vəsiyyətinə görə 

təyin olunurdu; 3) yeni elxan zorla hakimiyyətə yiyələnirdi. 

Hülakular  dövlətin in  adi  idarə  sis temində  ikinci  yeri  naib  əs -səltənət 

(səltənət  naibi)  tuturdu.  Naib  əs -səltənət  elxanın  mərkəzdə  olmad ığı  məqamlarda 

dövlətin  idarəsi  ilə  məĢğul  olur,  qalan  vaxtlarda  isə  ölkənin  vəziyyəti,  mühüm 

xəbərləri barədə elxana məlu mat verir, onu gerçək Ģəraitlə tanıĢ edirdi. 

Dövlətin  idarə  sistemində  üçüncü  yeri  ölkənin  baĢ  əmiri  -  əmir  ül-ü məra 

tuturdu.  Hərbi  və  inzibati  bölgü  bir-b irinə  uyğunlaĢdırılmıĢdı:  in zibati  baxımdan  

vilayət  hesab  olunan  ərazi  hərbi  baxımdan  ölkə  adlan ırdı.  Mərkəzi  dövlət 

aparatında hərbi-inzibati idarələri birləĢdirən orqan əmarət (əmirlik) adlanırdı və bu 

orqan  baĢ  əmir  tərəfindən  idarə  olunurdu.  BaĢ  əmir  dövlətin  dörd  əsas  əmirləri 

sırasından seçilir və elxan tərəfindən təsdiq olunurdu. Əmarətə ö lkə əmirliyi, tümən  

əmirliyi,  min lik və yüzlü k əmirlikləri, yarğu (məhkəmə) əmirliy i, eləcə də ali hərbi 

vəzifələr  -  inaq,  bukavul,  tavaçi,  yasavul,  bəlarquçi,  bəxĢi  və  s.  daxil  idi.  Ġnaqlar 

hərbi  məsləhətçilər  id i.  Bu kavullar  divandan  ayrılmıĢ  ixracatı  və  yürüĢlərdə  əldə 

edilmiĢ qənimət i hərbi hissələr arasında bölür, ordu hissələrinin təminatı ilə  məĢğul 

olurdular.  Tavaçilər  ü mu mi  səfərbərliklə  məĢğul  olurdular.  Yasavullar  qoĢun 

hissələrini döyüĢ meydanlarına aparıb onları  döyüĢə hazır vəziyyətdə saxlamalı id i. 

DüĢərgədə,  yaylaq  və  qıĢlaqlarda  hökmdarın  və  hərbi  hissələrin  yerləĢdiyi 

məskənlər-yurdlar  yurdçilər  tərəfindən  salınırdı.  Bəlarquçi  qoĢun  hissələri 

çəkildikdən sonra öz dəstəsi ilə döyüĢ meydanlarında, yurdlarda qalıb itkin düĢmüĢ, 

azmıĢ  adamları,  mal-qaranı  və  əĢyaları  toplayıb  sahiblərinə  çatdırmalı  id i.  Hərbi 

kargüzarlıq bəxĢilər tərəfindən aparılırdı. 

Elxan ilərin  qoĢun  təĢkilatında  aĢağıdakı  bölgü  mövcud  idi.  Bütün  ordu 

tümənlərə  (onminliklərə)  ayrılırdı.  Tü mən lərə  on minbaĢılar  baĢçılıq  edird ilər. 

Tümənlər  minliklərə,  minliklər  yüzlü klərə,  yüzlüklər  isə  onluqlara  bölünürdü. 

Minliklərə  minbaĢıla r, yüzlüklərə yüzbaĢıla r, onluqla ra onbaĢılar baĢçılıq ed ird ilə r. 

Ordu  nəfərlərinin  adları  b ir-bir  kitabda  qeydə  alınırdı.  Azərbaycanda  mülki  idarə 

divan sistemi üzrə aparılırdı. Mərkə zi dövlət aparatında 20-dən artıq divan mövcud 

idi. Həmin bölgələrdə mühasibat iĢləri 7 dəftər əsasında həyata keçirilirdi.  

Mərkəzi  divanlar  vəzirlər  tərəfindən  idarə  olunurdu.  Vəzirlər  ölkənin  

ümu mi  iqtisadi  vəziyyətini  n izamlamalı,  tənəzzül  və  inkiĢafın  səbəblərin i 

müəyyənləĢdirməli,  maliyyə  məsələlərini  həll  etməli  və  ilk  növbədə,  səltənətin, 

Ģahzadələrin,  onların  ailə  üzv lərinin  təchizatını  təmin  etməli  id ilər.  Vəzirlərin 

xüsusi kö məkçiləri - müav inləri (naibi-vəzirət) vardı. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə