Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə23/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   19   20   21   22   23   24   25   26   ...   232

49 

 

vahid  dövlət  hüdudundakı  ölkələrin  mədəni  baxımdan  qarĢılıqlı  təsirinə,  tranzit 



ticarətin inkiĢafına əlveriĢli Ģərait yaratdı. 

Kənd  təsərrüfatı  və  aqrar  münasibətlər.  Monqol  yürüĢlərinədək  o lan 

dövrdə Azərbaycan Ön Asiyanın inkiĢaf etmiĢ əkinçilik ölkələrindən biri olmuĢdur. 

Kəndlilər  ö lkə  əhalisinin  əksəriyyətin i  təĢkil  edirdilər.  Əkinçilik  və  maldarlıq  

kəndlilərin  baĢlıca  məĢğuliyyəti  id i.  Qoyunçuluq  və  atçılıq  maldarlığın  əsas 

sahələrini  təĢkil  ed irdi.  Muğan,  ġirvan,  Urmiya,  UĢnu,  Kür  və  Araz  çayları 

arasındakı ərazilərdə maldarlıq üçün əlveriĢli otlaqlar var id i. 

Monqol  iĢğallarına  qədərki  dövrdə  əkinçiliy in  inkiĢafı  sıx  suvarma 

Ģəbəkəsinə  əsaslanırdı.  Suvarmanın  çay ların,  kəhrizlərin  və  quyuların  su 

ehtiyatlarına əsaslanan üç növü mövcud idi. Araz və Kür çayları arasındakı ərazidə 

çay suvarma növündən geniĢ surətdə istifadə edilirdi.  Vergilərin  məb ləğinin dəqiq  

müəyyən  olunması,  vergi  sahəsində  bəzi  gü zəĢtlər  əkinçiliy in  d irçəlməsi  üçün 

müəyyən  Ģərait  yaratdı.  Əkinçiliyin  yüksəliĢi  prosesi  ilk  növbədə  suvarma 

Ģəbəkəsinin geniĢləndirilməsindən sonra baĢlandı. Suvarma Ģəbəkəsinin bərpası və 

inkiĢafı  isə  külli  miqdarda  xərc  tələb  edirdi.  Təbriz  və  onun  ətrafında  suvarma 

Ģəbəkəsi  xey li  geniĢləndirild i.  XIV  əsrin  əvvəllərində  bu  bölgədə  Acıçaydan 

çəkilmiĢ  kanallardan  baĢqa  900  kəhriz  vardı.  Suyun  əsas  hissəsi  əkinçiliyin  

ehtiyacların ın  ödənilməsinə  yönəldilmiĢdi.  Lakin  mövcud  olan  su  ehtiyatı  zəruri 

tələbatı  ödəmird i.  Kür-Araz  ovalığ ı  suvarma  Ģəbəkəsinin  bir  hissəsi  bərpa 

olunmuĢdu.  Qədim  əkinçilik  mədəniyyəti  bölgəsi  olan  GuĢtəsfidə  mənbəyini  Kür 

və  Araz  çaylarından  alan  kanallar  inĢa  edilmiĢdi.  Bu  kanalla rın  ətrafında  bir  sıra 

kəndlər  yaran mıĢdı.  Azərbaycanın  Urmiya,  UĢnu,  Mərənd,  Marağa,  Bəcirəvan, 

Xoy  və  s.  vilayətlərində  də  çay,  quyu  və  bulaq  sularına  əsaslanan  suvarma 

sistemləri bərpa o lundu. 

Taxılçılıq əkinçiliy in əsas sahəsi idi.  Buğda və darı əkilmiĢ  sahələr ölkənin  

bütün  vilayətlərin i  əhatə  edirdi.  Təbriz,  Marağa,  Ərdəbil,  Kür  və  Araz  çayları 

arasındakı  ərazi,  xüsusilə  Beyləqan  bölgəsi,  GuĢtəsfi,  TalıĢ  vilayətlərində  çəltik 

əkilmiĢ sahələr vardı. 

Texniki  bitkilər  arasında  daha  mühümü  və  geniĢ  yayılmıĢı  pamb ıq  id i. 

Pambıqçılıq  Naxçıvan,  Azad,  Beyləqan,  Marağa,  Kəhran,  Mərənd,  Dizmar, 

Deh xarkan,  Neylan  vilayətlərində,  Kür  çayının  aĢağı  axarında  yerləĢən  bölgələrdə 

inkiĢaf etmiĢdi. 

Bağçılıq  əkinçiliyin  əsas  sahələrindən  biri  idi.  Bağlarda  mü xtə lif  növ 

meyvələr  -  alma,  armud,  ü zü m,  ərik,  Ģaftalı,  heyva,  tut,  albalı,  gilənar,  badam, 

limon, zeytun və s. becərilirdi. 




50 

 

Təbriz,  Xoy,  Naxçıvan,  Marağa,  Bərdə,  Zünuz,  Tasuc,  MeĢkin,  Ordubad, 



Azad,  Xoy, Səlmas,  Deh xarkan,  Ley lan vilayətləri  mühü m bağçılıq və üzü mçü lük 

bölgələri idi. Azad bölgəsində hazırlan mıĢ Ģərablar geniĢ Ģöhrət qazanmıĢdı. Pa xlalı 

bitkilərin,  tərəvəzin  mü xtəlif  növləri  becərilird i.  Ən  yaxĢı  paxlalı  bitki  növləri 

Təbriz  bölgəsində  əkilird i.  Təqribən  580  hektar  sahədə  yemiĢ  becərilird i. 

Qarabağda və ġirvanda qarpız əkilən sahələr xeyli geniĢlən miĢdi.  

Əkinçilik  məhsulları  istehsahlın  mühü m  hissəsinin  Ģəhərətrafı  kənd 

bölgələrində  mərkəzləĢməsi  Ģəhər  əhalisinin  tələbatından  doğmuĢdu.  Əkinçilik 

məhsulları (ilk növbədə texn iki b itkilər) əmtəə  mübadiləsinə cəlb ed ilmiĢdi.  Lakin 

ölkənin Ģəhərlərdən uzaq olan vilayətlərində natural təsərrüfat hökm sürməkdə id i.  

XIV  əsrin  əvvəllərində  Azərbaycanın  kənd  təsərrüfatında  baĢ  vermiĢ  nisbi 

yüksəliĢə baxmayaraq,  kənd təsərrüfatı istehsalının həcmi XIII əsrin  əvvəllərindəki 

səviyyəyə çatmadı.  Bir ço x v ilayət və bölgələrdə  kənd təsərrüfatından əldə olunan 

gəlirlər təxminən 8-10 dəfə azalmıĢdı. 

Maldarlıq iki formada in kiĢaf edird i.  Köçəri  maldarlar Muğanın, Arranın və 

Cənubi Azərbaycanın çöl bölgələrində qıĢlayır, yazda və yayda isə dağlıq  ərazilərə 

köçürdülər.  Tarixçi  Ən-Nəsəvinin  məlu matına  görə,  "ən  təhlükəli  Ģəraitdə 

Beyləqan yaxınlığ ında mövcud olan bir körpünün üzərindən saysız-hesabsız qoyun 

sürüləri keçirilmiĢdi". 

Heyvandarlıq  kənd  təsərrüfatının  yeganə  sahəsi  idi  ki,  monqol  iĢğalları 

dövründə  geniĢ  surətdə  inkiĢaf  etmiĢdi.  Lakin  heyvandarlığın  inkiĢafı,  ekstensiv 

köçəri  maldarlığın  tərəqqisi  türk-monqol  mənĢəli  köçəri  tayfaların  miqrasiyası  ilə  

əlaqədar  idi.  Qoyunçuluq,  atçılıq,  iĢ  heyvanların ın  yetiĢdirilməs i  heyvandarlığın  

mühü m sahələri olmuĢdur. Ġri feodallar yüz  min lərlə qoyuna, on minlərlə ata ma lik 

idi.  Daxili və  xarici bazarlarda ticarət obyektinə çevrilmiĢ Azərbaycan atları  xüsusi 

Ģöhrət  qazanmıĢdı.  Marko  Polo  yazırdı  ki,  "burada  xey li  əla  at  vardır,  bu  atlar 

Hindistana satılmaq üçün aparılır, onlar ço x bahadır".  

XIII-XIV  əsrlə rdə  Azərbaycanda,  eləcə  də  Ya xın  və  Orta  ġərq  ölkə lərində 

torpaq  mülkiyyətinin  əvvəllə r  mövcud  olmuĢ  aĢağıdakı  forma ları  vardı:  1)  dövlət 

torpaqları  -  divani;  2)  hakim  sülaləyə  məxsus  olan  torpaq  mülkləri  -  xassə, 

Hülakular  dövründə  isə  incu  və  yaxud  xass  incu;  3)  mülklər;  4)  d ini  idarələrə  və 

xeyriyyə  təĢkilatlarına  məxsus  olan  vəqf  torpaqları;  5)  iqta  torpaqları  (dövlətə 

qulluq  müqabilində  verilmiĢ,  ço x  zaman  irsi  səciyyə  daĢıyan  torpaq sahələri);  6) 

camaat - ic ma torpaqları. 

Ġlk monqol yürüĢləri q ısamüddətli kəĢfiyyat xarakteri daĢımıĢ, A zərbaycanın 

aqrar  münasibətləri  sisteminə  əsaslı  surətdə  təsir  etməmiĢdi.  Atabəylər  dövlətinin  

süqutundan  və  monqol  iĢğalından  sonra  vəziyyət  xey li  dəyiĢdi.  Divan  və  xassə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə