Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə200/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   196   197   198   199   200   201   202   203   ...   232

409 

 

 



qismi  zorla  Ġrana  köçürülmüĢdü.  Bu  hadisədən  sonra  Naxçıvan  əhalisinin 

sayı daha da azalmıĢdı. 

XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda  mühüm  siyasi  və  iqtis adi 

mərkəz  kimi  Ģöhrət  tapan  Ģəhərlərdən  biri  də  Gəncə  idi.  Gəncə  Təkcə 

Azərbaycanda deyil, bürün Cənubi Qafqazda gözəl və böyük Ģəhərlərdən sayılırdı. 

Bağlı-bağatlı  və  yaraĢıqlı  küçələri  olan  Gəncə  Ģəhəri  yaĢıllıq lara  bürün müĢdü. 

Səyyah Avril Filip  Gəncəyə gəliĢini belə təsvir edir: " Biz oraya  (Gəncəyə. -  məsul 

red.)  baharın  ortalarında  gəldik,  saysız-hesabsız  çiçə kli  və  yarpaqlı  ağacla rla  

örtülən  evləri  yaĢıllıq  daha  da  gözəlləĢdirird i,  mən  belə  bir  valehedici  mənzərə 

görməmiĢəm". 

Gəncə  Ģəhərinin  yerləĢdiyi  bölgə  dəmir,  mis,  qurğuĢun,  duz  və  s.  faydalı 

qazıntılarla  da  zəngin  idi.  Bu  təbii  zənginlik  öz  növbəsində  Gəncə  Ģəhərində 

sənətkarlığın  in kiĢafı  üçün  əlveriĢli  zəmin  yaratmıĢdı.  Gəncə  Ģəhərində  hazırlanan 

sənətkarlıq  əĢyaları  Təkcə  daxili  bazarda  satılmır,  xaricə  də  ixrac  ed ilird i.  Gəncə 

eyni adlı  xan lığ ın paytaxtı olandan sonra dəfələrlə  Kartli-Ka xeti çarlığı və Qarabağ 

xanlığı  tərəfindən  hədələnmiĢ,  hətta  qısa  müddətə  həmin  feodal  dövlətləri 

tərəfindən zəbt olun muĢdu. 

1778-c i  ildə  saray  çəkiĢmə lərin in  qurbanı  olan  Gəncə  xan lığ ının  hakimi 

Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaĢı Məhəmməd  xan əvəz etdi. Onun 

hakimiyyəti  dövründə  Gəncə  xanlığı  xeyli  zəiflədi.  Vəziyyətin  belə  bir  Ģəkil 

almasından  istifadə  edən  II  Ġrakli  Gəncəni  zəbt  etmək  fıkrinə  düĢdü.  Lakin  o, 

tələsməyib  bu  iĢdə  Azərbaycanda  böyük  nüfuza  malik  o lan  və  tez-tez  ittifaqa 

girdiy i  qarabağlı  Ġb rahimxəlil  xandan  istifadınə  etməyi  qərara  aldı.  Zəngin  Gəncə 

Ģəhərində çoxdan gözü olan Ġbrahimxəlil  xan tərəddüd etmədən II Ġraklinin təklifıni 

qəbul etdi. 

Beləliklə,  1780-ci  ildə  Ġrakli  və  Ġbrahim  xan ın  qoĢunları  Gəncə  qalasını 

mühasirəyə  aldılar.  Ciddi  müqavimət  göstərə  bilməyən  Gəncə  qarnizonu  təslim 

oldu.  Qaliblər  Gəncə  xanlığ ını  birlikdə  idarə  etməyi  qərarlaĢdırıb,  öz 

nümayəndələrin i Gəncə Ģəhərində yerləĢdirdilər. 

Bu  hadisədən  sonra  altı  il  müddətində  Gəncə  xanlığı  Ġbrah im  xan ın  təyin 

etdiyi  Hə zrətqulu  bəy  və  II  Ġra klinin  nü mayəndəsi  Keyxosrov  tərəfındən  idarə 

olundu. Lakin tezliklə Ġbrahimxə lil  xan la II Ġrakli arasında  Gəncə üstündə ziddiyyət 

baĢ verdi. 

Hər  iki  hakim  feodal  Gəncə  xanlığına  tam  sahib  olmaq  üçün  tədbirlər 

görməyə baĢladı. Mübarizə yerli feodalların kö məyindən istifadə edən Ġbrahimxəlil 

xanın  qələbəsi  ilə  nəticələndi.  II  Ġraklinin  nümayəndəsi  və  qoĢunları  Gəncəni  tərk 



410 

 

etməli  oldular.  Lakin  bu  hadisədən  sonra  Ġbrahimxəlil  xan ın  nümayəndəsi  də 



Gəncədə  çox  qala  bilməd i.  Gəncəlilər  üsyan  qaldırıb  onu  da  qovdular.  Beləliklə, 

Gəncə  xanlığı  üsyan  baĢçılarından  biri  olan  Rəhim  bəyin  əlinə  keçdi.  Lakin  bir 

ildən sonra onu xan taxtında qardaĢı Cavadın xan əvəz etdi. 

1786-cı  ildə  Gəncəni yenidən Qarabağ  xan lığ ı və Ka rtli-Ka xet i  Çarlığının   

qoĢunları mühasirəyə ald ılar. Nəticədə Ģəhərə ciddi ziyan dəydi. 

XVIII əsrin  ikinci yarısında Azərbaycanın ən böyük Ģəhərlərindən biri də 

Təbriz  idi.  Bu  Ģəhər  Azərbaycanın  tarixən  əmələ  gəlmiĢ  ticarət  mərkəzlərindən 

olmaqla bərabər, ö lkən in siyasi tarixində də böyük  rol oynamıĢdır.  Təbriz tutduğu 

coğrafi və strateji  mövqeyinə görə ġərqlə Qərb arasındakı əlveriĢli ticarət yolunun 

düyün  nöqtəsi  idi.  Bu  Ģəhər  hələ  ço x  qədimdən  yalnız  A zərbaycanda  deyil  bütün 

Yaxın ġərq Ģəhərləri arasında zəngin liy inə və ticarət əlaqələrinə görə  müstəsna yer 

tuturdu. Təbrizdən keçən və böyük iqt isadi əhəmiyyətə malik olan karvan yolları bu 

dövrdə  Ģəhərin  inkiĢafında  mühüm  ro l  oynamıĢdır.  Mənbələrdə  Təbrizin  iqtis adi 

əhəmiyyətindən bəhs edilərək, Ģəhərin ölkənin Avropa və Asiya ilə ticarətdə önəmli 

yer  tutduğu  göstərilir.  Bu,  Təbrizin  əlveriĢli  coğrafi  mövqeyi  və  tranzit  yolunda 

yerləĢməsi ilə izah edilir. 

Azərbaycan müvəqqəti olaraq Ġran dövlətinin əsarəti altında düĢdüyü zaman 

Təbriz Ģəhəri nəinki ö z ticarət əhəmiyyətini itirməmiĢ, hətta Ġranın paytaxtı Ġsfahanı 

belə bu sahədə geridə qoymuĢdu. XVIII  əsrin  ikinci yarısında yaĢamıĢ rus tarixçisi 

M.Çulkov  Təbriz  Ģəhərin in  üstünlüyündən  bəhs  edərək  yazır  ki,  bu  Ģəhər  Ġsfahan 

kimi  qəĢəng  və  zəngin  bazara  malikdir.  Təbriz  baza rı  "Qeysəriyyə"  -  yəni  "Ģah 

bazarı" adlanırd ı. 

XVIII  əsrin  ikinci  yarısında  müstəqil  xanlığ ın  mərkəzinə  çevrildikdən 

sonra Təbriz Ģəhəri bir növ öz  zənginliyin in qurbanı olmuĢdur. ġəhər bir neçə dəfə 

qonĢu  xanlıqlar,  xüsusilə  Urmiya  və  Xoy  hakimləri  tərəfindən  basqın  və  qarətə 

məruz qalmıĢdır. Bu isə təsərrüfata və əhalin in sayına mənfi təsir göstərmiĢdir. 

Yu xarıda  haqqında  bəhs  edilən  Ģəhərlərlə  yanaĢı,  Azərbaycanın  bir  ço x 

Ģəhərləri, o cümlədən Ərdəbil,  Xoy, Urmiya,  Lənkəran, Dərbənd və s. XVIII əsrin 

ikinci yarısında ayrı-ayrı bölgələrin həm ticarət, həm də siyasi mərkəzləri id i. Qeyd 

etmək  lazımd ır  ki,  adı  çəkilən  Ģəhərlərin  demək  olar,  hamısı  ya  feodal  ara 

müharibələrin in,  yaxud  da  Xaricdən  basqınların  qurbanı  olmuĢdur.  Bu  isə,  ilk 

növbədə,  vaxtilə  çiçəklənən  Ģəhərləri  tənəzzülə  gətirib  çıxarmıĢdır.  Qədim 

Ģəhərlərin tənəzzüllü ilə yanaĢı, XVIII əsrin  ikinci yarısında Azərbaycan ərazisində 

bir  sıra  yeni  Ģəhərlər  də  meydana  gəlmiĢdir.  Yen i  Ģəhərlərin  təĢəkkülü  qədim 

Ģəhərlərin  meydana  gəlməsindən  tamamilə  fərq lənir.  Yen i  Ģəhərlər,  ilk  növbədə, 

xanlıqların istinadgahı kimi yaran mıĢ, sonralar isə təcridən ö lkən in həm siyası, həm 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə