Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə83/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   79   80   81   82   83   84   85   86   ...   232

170 

 

Yəzddə  Murad  bəy  Bayandur;  4)  Əbərkuhda  Rəis  Məhəmməd  Kərrə;  5) 



Səmnan,  Xar  və  Firu zkuhda  Hüseyn  Kiya  Çəlavi;  6)  Ġraqi  Ərəbdə  Barik  bəy 

Pörnak; 7)  Diyarbəkirdə Qasım bəy; 8)  KaĢanda Qazi Məhəmməd və  müttəfıqi 

Cəlaləddin  Məsud;  9)  Kirmanda  Əbülfət  bəy  Bayandur;  10)  Xorasanda  Sultan 

Hüseyn Mirzə;11) Qəndəharda Əmir Zünnun; 12) Bəlxdə Bədi əz-Zəman. 



Azərbaycan  Səfəvilər  dövlətinin  yaranması.  XV  əsrin  sonunda 

Azərbaycanın  Ģəhər  və  kəndlərində  məhsuldar  qüvvələrin  inkiĢafına  əngəl  olan 

feodal dağınıqlığı mövcud idi. 

Ağqoyunlu  dövləti  ərazisində  iri  torpaq  mü lkiyyətinin-soyurqalın 

geniĢlənməsi  mərkəzi  hakimiyyətin  zəifləməsinə,  Ģah  xəzinəsinə  daxil  olan 

gəlirlərin azalmasına gətirib çıxard ı, çünki soyurqal sahibləri vergilərdən azad olub, 

həm  də  soyurqal  ərazisində  inzibati-məhkəmə  imtiyazından  istifadə  edirdilər. 

Soyurqal sahibləri əslində dövlətin mərkəzləĢdirilməsi üçün təhlükə təĢkil edirdilər. 

Beləliklə, dövlətin nəzarət etdiyi torpaq fondu xeyli azalırd ı. To rpaqların  feodal və 

iri  torpaq  sahibkarlarının  əlində  cəmləĢməsi  prosesi  davam  edir  və  feodal 

separatizmi güclənirdi. 

Dövlət  torpaqlarının  və  buna  uyğun  olaraq  xəzinəyə  daxil  olan  vergilərin 

kəskin  surətdə  azalması  Ağqoyunlu  dövlətində  mərkəzi  hakimiyyətin  iqtisadi 

əsasını sarsıtmıĢdı. 

XV  əsrin  sonunda  Ģəhərlilərin  və  kəndlilərin  vəziyyəti  ağırlaĢ mıĢdı.  Kənd 

təsərrüfatında  məhsuldarlığın  aĢağı  düĢməsi,  tez-tez  baĢ  verən  taun  epidemiyası 

kəndlilərin kortəbii çıxıĢlara çevrilmiĢ narazılığ ının artmasına səbəb oldu. 

Azərbaycanda Ģəhər əhalisin in (xüsusilə tacirlərin və sənətkarların) vəziyyəti 

də ağır  idi.  Hələ  monqol iĢğalı dövründə tətbiq edilmiĢ və Ģəhərlilərin  əsas vergisi 

olan  tamğanın  məb ləğinin  qəti  müəyyənləĢdirilməməsi  Ģəhər  iqtisadiyyatının 

güclənməsinə  mane  olur,  istehsalın  inkiĢafını  ləngidirdi.  Feodal  müharibələri 

zaman ı  Ģəhər  bazarları  bağlanılır,  ərzağ ın  qiy məti  artırılır,  Ģəhərlərdən  fövqəladə 

vergilər alın ırdı ki, bu da aclar və yo xsullar kütləsinin sayını artırırdı.  

Uzun  Həsən  və onun  varisləri  dövründə  aqrar  sahədə  islahat  təĢəbbüsünün 

uğursuzluğu, feodal istismarının daha da güclən məsi əhalinin narazılığ ını son həddə 

çatdırdı. Bu isə öz əksini Ģiəliyin geniĢ yayılmasında tapdı. 

Azərbaycanda  bir  çox  ictimai  təbəqələr  ö lkən i  böhran  vəziyyətindən 

çıxarmaq,  vergi  sistemində  qayda  yaratmaq,  feodal  müharibələrinə  son  qoymağa 

qabil olan güclü, yeni, vahid dövlət qurmaq ideyasına tərəfdar id ilər.  

Avropa  və  Asiyada  Osmanlı  iĢğalları  hər  iki  q itənin  qarĢılıqlı  iqtisadi 

əlaqələrinə  ağır  zərbə  vurdu.  Osmanlı  sultanlarının  gömrük  siyasəti  Azərbaycanın 

iqtisadi  vəziyyətinə  mənfi  təsir  göstərdi    və  xüsusilə  Venesiyanın  vasitəçiliy i 




171 

 

sayəsində  Avropa  ilə  ipəkçilik  bölgələrin in  qızğın  ticarətini  ləngitdi.  Bu  vəziyyət 



ipək  ticarəti  hesabına  yaĢayan  tacirlərin,  habelə  öz  məhsullarının  satıĢ  bazarında 

məhru m olmuĢ to xucu-sənətkarların müflisləĢməsinə gətirib çıxardı. 

Azərbaycan  Osmanlı  iĢğalı  təhlükəsi  qarĢısında  qaldı.  Məhz  Osman lı 

imperiyası  tərəfindən,  qərbdən  gözlənilən  təhlükə  ö lkən in  müdafıə  etməyə  qabil 

olan  güclü  dövlətin  yaradılmasın ı  zərurətə  çevirmiĢdi.  Xarici  siyasi  amil 

Azərbaycan  Səfəvilər  dövlətinin  yaradılması  prosesini  xeyli  sürətləndird i.  Ġqtisadi 

baxımdan  daha  ço x  inkiĢaf  etmiĢ  Cənubi  Azərbaycan  vilayətləri  yeni  dövlə tin 

mərkəzi o ldu. 

1499-cu  ilin avqustunda Ərdəbil Ģeyxlərin in varisi hesab olunan, Lahicanda 

yerli  hakimin  sarayında  gizlədilmiĢ  gənc  Ġsmayıl  və  onun  tərəfdarları  çıxıĢ  etmək 

üçün  əlveriĢli  məqamın  yetiĢdiyini  anlad ılar.  ġey x  Heydərin  oğlu  çox  gənc  id i  və 

atasının  silahdaĢlarının,  yaxın  tərəfdarlarının  məsləhətinə  əməl  ed irdi.  Onun  əsas 

tərbiyəçisi  və  qəyyumu  Hüseyn bəy  Lələ  olmuĢdur.  Əbdüləli  bəy  Dədə  (Dədə  bəy 

TalıĢ), Xad im bəy Xəlifə (Xülafə bəy), Ġlyas bəy Ayqutoğlu (Xın ıslı),  Qarap iri bəy 

Qacar,  Rüstəm  bəy  və  Bayram  bəy  (hər  ikisi  Qaramanlı  tayfasından  idi)  onu 

müĢayiət edird ilər. 

XV əsrin sonlarında q ızılbaĢların  vəzifəsi "Səfəviyyə" təriqətinin  müridlərin i 

qısa  müddət  ərzində  öz  bayraqları  altında  toplamaq  idi.  Onlar  Deyləmdən  keçərək 

Taro ma  yetiĢdilər.  Bu  müddət  ərzində  ġamlı  və  Ru mlu  tayfalarından  olan  dəstələr 

onlara qoĢuldular. QızılbaĢların sayı 1500 nəfərə çatdı. Ġsmayıl Taro mdan Xal -xala, 

sonra  isə  Ərdəbilə  hərəkət  etdi.  Lakin  yerli  Ağqoyunlu  hakimləri  Ġs mayıla 

Ərdəbildə  qıĢlamağa  imkan  vermədilər.  Ġs mayıl  Ģəhəri  tərk  etməli  o ldu.  Ġsmayılın 

dəstəsi Ģimala  hərəkət  edərək  (1499-cu  ilin  sonu  -  1500-cü  ilin  baĢlanğıcı)  Astara 

bölgəsindəki  Ərcüvana  gəldi.  Burada  Ağqoyunlu  Əlvəndin  və  ġirvanĢah  Fərrux 

Yəsarın  casusları  Ġs mayılı  məhv  etməyə  cəhd  göstərdilər.  Lakin  qızılbaĢ 

rəhbərlərinin  sayıqlığ ı  sayəsində  bu  qəsdlər  baĢ tutmadı.  Salnamədə  deyilir  ki,  bu 

ilin  qıĢı  ço x  sərt  idi.  Soyuğun  Ģiddətindən quĢlar  uça  bilməyərək  yerə  düĢürdülər. 

Ġsmayıl  müridlərinə  qardan  böyük  qala  tikdirdi,  oraya  adamlar  qoyaraq   hərbi 

məĢqlər keçird i. 

QızılbaĢ  rəhbərləri  Kiçik  Asiyanın  Ağqoyunlu  hakimiyyəti  altında  olan 

Ərzincana Göyçə gölü yolu ilə getməy i qərara aldılar.  YürüĢə hazırlaĢ maq çağırıĢı 

ilə  qabaqcadan  tərəfdarlara  müraciət  cdilmiĢdi.  Dəstə  Göyçə  gölünün  cənub 

sahilinə yola düĢdü. Burada Qaraqoyunlu CahanĢahın nəvələrindən biri olan Sultan 

Hüseyn  Barani  Ġsmay ılı  aldadaraq  məhv  etməyə  cəhd  göstərdi.  Lakin  qızılbaĢ 

rəhbərləri  öz  Ģeyxlərini  onun  yanına  buraxmad ılar  və  Çu xursəd  (Ġrəvan  vilayəti) 

istiqamətində  hərəkət  etdilər.  Mənbələrdə  bu  zaman  Ġsmay ılın  qoĢununda 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə