“Hidrologiya”


Hidroloji rejim və axımın ölçü vahidləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

5. Hidroloji rejim və axımın ölçü vahidləri. 
 
Su obyektlərinin rejimi və ya hidroloji rejimi dedikdə, onların vəziyyətinin 
zamana görə  dəyişmələrinin səciyyəvi xüsusiyyətlərinin toplusu başa düşülür. 
Hidroloji rejim aşağıdakı ünsürlərin, çoxillik, mövsümi, sutkalıq tərəddüdlərində 
təzahür edir: 

 
suyun səviyyəsinin(səviyyələr rejimi); 

 
sululuğun (axım rejimi); 

 
buz hadisələrinin (buz rejimi); 

 
suyun temperaturunun (temperatur rejimi); 

 
axının nəql etdiyi gətirmələrin miqdarının və  tərkibinin (gətirmələr 
rejimi); 

 
həll olmuş maddələrin tərkibinin və konsentrasiyasının (hidrokimyəvi 
rejimi); 

 
çay məcrasının dəyişməsinin (məcra prosesinin rejimi); 
Dalğalanma rejimi, axının sürətlər rejimi və s. kimi terminlər də işlədilir.  
Səviyyənin və sululuğun zamana görə tərəddüdləri birlikdə su rejimi adlanır. 
Buz hadisələri müşahidə olunan su obyektlərinin vəziyyətindəki dəyişikliklərin 
toplusuna qış rejimi deyilir. 
Hidroloji rejimə  təsir göstərən hidrotexniki qurğuların olub-olmamasından 
asılı olaraq, tənzimlənmiş  və  təbii rejim anlayışlarından istifadə edilir. Su 
obyektlərinin növünə görə çayların rejimi, göllərin rejimi, bataqlıqların rejimi, 
yeraltı suların rejimi terminləri işlənir. 
Hidroloji rejim elementləri dedikdə hadisə və proseslər (məsələn, səviyyənin, 
sululuğun, suyun temperaturunun və s. tərəddüdləri) nəzərdə tutulur ki, onların 
məcmusu su obyektlərinin hidroloji rejimini səciyyələndirir. 
Hidroloji rejimin xarakteristkaları arasında çay axımı daha böyük praktiki 
əhəmiyyətə malikdir. Ərazinin su ilə  təmin olunma səviyyəsi, hidroenerji 
ehtiyatları və s. oradakı çayların axımının kəmiyyəti ilə müəyyən olunur. 
Axımın ölçü vahidləri. Çay axımının əsas ölçü vahidləri aşağıdakılardır: 
1. Axım həcmi çayın və ya su axarlarının en kəsiklərindən müəyyən müddət 
ərzində (saniyədə, saatda, sutkada, bir fəsildə, ildə və ya bir çox illərdə) keçən su 
və ya gətirmələrin miqdarıdır. Suyun axım miqdarı (W) m

və ya km
3
-lə ölçülür. 
Gətirmələr axımı tonla (t) ifadə olunur. Saniyəlik axım sərf adlanır. Deməli, 
vahid zamanada çayın canlı en kəsiyindən keçən suyun miqdarına (həcminə)  su 
sərfi deyilir və Q ilə işarə olunur. Vahid zamanda çayın canlı en kəsiyindən  keçən 
gətirmələrin miqdarı (çəkisi) gətirmələr sərfi adlanır və R
r
 ilə işarə olunur. 
Su sərfinin ölçü vahidi m
3
/s, gətirmələr sərfinin ki,  isə kq/s-dir. Gətirmələrin 
və suda həll olmuş maddələrin birlikdə axım miqdarı sülb axımı, saniyəlik axımı 
isə sülb sərfi adlanır və kq/s ilə  ifadə olunur. 
Axımı  həcmini (W) təyin etmək üçün su sərfini (Q) zamana (T) vurmaq 
lazımdır: 
 
T
Q
W

=
 
  
 
1
Behruz Melikov
Behruz Melikov


burada, T - zamandır və T=k
•t  ( k-günlərin sayı,  t-bir sutkadakı saniyələrdir-
86400san). 
Çaylarda və ya su axarlarında su sərfi zamandan asılı olaraq dəyişir. Odur ki, 
axımı  səciyyələndirmək üçün orta sutkalıq, aylıq, illik və çoxillik sərf 
anlayışlarından istifadə edilir. Orta sutkalıq sərf (Q) sutka ərzində  təyin edilmiş 
sərflərin orta ədədi qiymətidir. Orta aylıq (Q
ay
) sərfi isə belə hesablamaq olar: 
                                       
m
Q
Q
i
m
i
ay

=
=
1
 
burada, m-günlərin sayıdır. Simvollar üzərindəki xətt zamana görə orta qiymətləri 
göstərir. 
Orta illik və çoxillik sərflər müvafiq olaraq aşağıdakı ifadələrlə təyin edilir: 
 
                                       
12
12
1

=
=
i
ay
il
Q
Q
 
və 
                                       
n
Q
Q
n
i
il
i

=
=
1
"
 
burada, n-illərin sayıdır. 
2. Axım modulu-vahid zamanda sutoplayıcının (F) vahid sahəsindən axıb 
gələn suyun miqdarına deyilir. Axım modulunun ölçü vahidi 
2
1
km
san

-dir. Axım 
modulunun  ifadəsi belədir: 
F
Q
M
=
;               
[m
3
/s
km
2
] 
və ya 
F
Q
M
3
10

=
;       
[1/skm
2
] 
burada, Q-su sərfi, m
3
/s; F-sutoplayıcı sahəsi, km
2
-lə. 
3. Axım layı müəyyən zaman ərzində sutoplayıcı sahədən toplanıb axan suyun 
sahədə müntəzəm yayılmasından əmələ gələn su layıdır.(mm). Axım layını tapmaq 
üçün axım miqdarını sutoplayıcının sahəsinə bölmək lazımdır. 
3
10

=
F
W
Y
 
burada, W-axım həcmi, m
3
-la, F-sutoplayıcı sahəsi, km
2
-lə. 
İllik axım layı isə belə təyin edilir: 
M
F
Q
Y
il
5
.
31
10
5
.
31
6
=


=
 
Əgər illik axım layı məlumdursa, onda axım modulunu və illik axım həcmini 
təyin etmək olar: 
M=0.0317
⋅Y;                
2
1
km
san


və 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə