İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


P atoloji-a n atom ik   d ə y işilik lə r



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə52/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   48   49   50   51   52   53   54   55   ...   87

P atoloji-a n atom ik   d ə y işilik lə r. 
Limfoidli  leykozda  şişvari 
zədələnm ələr bir və  ya bir neçə orqanlarda  nəzərə  çarpır.  Qara 
ciyər kəskin şəkildə böyüyür və çəkisi 400-800 qrama çatır.  Da­
laq böyüyür, bozumtul-qırmızı rəngdə olur, üzərində çoxlu miq­
darda  bozumtul-ağ  rəngdə  düyünlər  aşkar  edilir.  Bağırsağın  di­
vara  qalınlaşır,  kütləsi  bərkimiş  olur.  Histoloji  dəyişiliklər  qa­
raciyərdə  hüceyrə mənşəli proliferatlar, hepatositlərin danəli  və 
yağ distrofıyası halında olması, dalaqda limfoid hüceyrələrin da­
ha  çox  qan  damarı,  limfofollikullar ətrafında və qırmızı  pulpada 
olması  müşahidə  edilir.
Mieloidli  leykozda  qaraciyərin,  böyrəklərin,  dalağın  və  yu­
murtalıqların kəskin böyüməsi, qaraciyərin qırmızı-palıdı rəngdə 
olması  və  üzərində  çoxlu  miqdarda  xırda  bozumtul-ağ  düyünlər 
görünür.  Analoji  dəyişiliklər  böyrəklərdə,  dalaqda  və  digər  or­
qanlarda  da  nəzərə  çarpır.  Sümük  iliyi  açıq-qırmızı  rəngdə  ol­
maqla  konsistensiyası  su  və ya jelatinvaridir.  Histoloji  dəyişdik­
lərdən  şiş  törəmələrində  promielositlərin,  mielositlərin  və  mie- 
loblastların  çoxlu  miqdarda toplanması  müşahidə edilir.  Mielosit 
və  mieloblastlar bəzən  quş  hələ  sağ  ikən  qanda da aşkar edilir.
Eritroidli  leykozda  ayrı-ayrı  orqan  və  toxumalarda  solğun­
luq, bəzən isə sarılıq qeyd olunur.  Qaraciyər bərk konsistensiya- 
lı  olub,  açıq-palıdı  rəngdədir.  Böyrəklər  və  dalaq  böyüyür, 
sümük  iliyi  yarımmaye  halındadır.
Retikuloendoteliozlu leykozda patoloji-anatomik dəyişiliklər 
limfoidli  leykozda  olduğu  kimidir.  Şişvari  düyünlər  əsasən  qa­
raciyərdə böyrəklərdə,  dalaqda,  fabrisiy kisəsində,  timusda, yu­
murtalıqda  və  digər orqanlarda görünür.  Orqanlarda mezenxima 
hüceyrələrinin  kəskin  şəkildə  proliferasiyası  qeyd  edilir.
D iaqnoz. 
Leykoza  diaqnoz  patomorfoloji  dəyişiliklər  əsa­
sında qoyulur.  Quş  cəsədində,  ayrı-ayrı orqanlarda bozumtul-ağ 
və  ya bozumtul-sarı  rəngdə  m üxtəlif böyüklkdə bərk konsisten- 
siyalı  düyünlər  müşahidə  edilir.  Laborator  diaqnostikada  kofal-
204
test, rif-sınaq, toyuq embrionları və leqqom cinsli cücələrin üzə­
rində  bioloji  sınaqdan  istifadə  edilir.
T əfriq i  d iaq n oz. 
Leykozu vərəmdən,  koliqranulomotozdan, 
Marek  xəstəliyindən  və pullorozdan  təfriq etmək  lazımdır.
Quşların  vərəmində  əsasən  qaraciyərdə patoloji  dəyişiliklər 
qeyd edilir.  Qaraciyərlərdə düyünlər leykoz düyünlərindən  fərq­
li olaraq  sarı rəngdə olur. Quşlar üçün hazırlanmış tuberkulopro- 
teinlə  allergiya  sınağı  vərəmdə  əsas hesab  edilir.
Koliqranulomatoz  zamanı  leykozdan  fərqli  olaraq  düyünlər 
bərk  kutləli  olur,  hətta qığırdaqlaşmış  halda müşahidə  edilir.
Marek  xəstəliyində  parenximatoz  orqanlarda  neoplastik  tö­
rəm ələrdən  əlavə,  həm  də  periverik  sinir  sisteminin  funksiya 
pozğunluqları  da  qeyd  edilir.  Virusoloji  müayinə  əsasında  viru­
sun ailəsi  və cinsini  müəyyən etməklə Marek xəstəliyin  leykoz­
dan  təfriq  etmək  mümkündür.
Pulloroz  zamanı  yumurta  follikullarının  distrofıyası  və  nek- 
rozu,  serozlu-fıbrinozlu,  sarılıqlı  peritonit  müşahidə  edilir.  Bak- 
terioloji  müayinə  zamanı  Salmonella  pullorum-qallinarum  mik- 
robu  aşkar edilir.
M ü alicə. 
Aparılmır.
İm m unitet. 
Öyrənilməyib.  Məlum  olmuşdur  ki,  Raus  sar- 
koma  virusunun  subonkogen  dozalarının  təsirindən  immunitet 
formalaşır.  Hal-hazırda  leykoz  virusunun  qrup  spesifik  antigeni 
və  zəif gedişli  təbii  ştamlarından  istifadə  etməklə  vaksin  əldə 
edilməsi  üçün  tədqiqatlar aparılır.
Profilaktika  və  m übarizə  təd b irləri. 
Quşlar  optimal  yem­
ləmə saxlama  şəraitində olmalı  və orqanizmin ümumi  rezistent- 
1 iyini  aşağı  salan  faktorlar ləğv edilməlidir.
İnkubasiya üçün götürülən yumurtalar xəstəliyə görə sağlam 
təsərryfatlardan  olmalıdır.  Təsərrüfata gətirilmiş yeni  quş qrupu 
profilaktiki  karantində  saxlanmalı  və  xəstəliyə  şübhə  doğuran 
hallar olduqda  müvafiq  diaqnostika sınaqları  qoyulmalıdır.
205


Quşlar arasında vaxtaşırı olaraq kliniki üsullardan istifadə et­
məklə  leykoza görə  müayinələr aparılmalıdır.
Leykoza görə şübhəli  quşları  (bürüşmüş solğun pipik, gözün 
qüseyli  qişasının  rənginin  dəyişməsi,  ətrafların  parezi  və  iflici, 
qaraciyərin  böyüməsi)  şərti  sağlam  quşlardan  ayırıb  öldürmək 
lazımdır.  Vaxtaşırı  nəzarət kəsimləri  aparmalı  və  quşların  daxi­
li  orqanları  leykoza görə yoxlanmalıdır.
Bir çox  ölkələrdə  leykoza davamlı  quş cinslərinin seleksiya­
sı  aparılır.  Leykozun  profilaktikası  üçün  quşların  yem  payına  A 
və  E vitamini, selen və kobalt daxil edilməlidir.  Keyfiyyətsiz və 
əlverişsiz yemləmə  fonunda baş verən  leykozlar zamanı  bu  təd ­
bir çox  böyük  əhəmiyyətə  malikdir.
cari dezinfeksiya aparmaq  üçün nitrometil  karbomin turşusu­
nun  metakrizollu  efirindən  istifadə  edilir.  Onun  təsiri  6  aya  qə­
dər  davam  edir.  Quş  binaları  bu  preparatın  3%-li  məhlulu  ilə 
dezinfeksiya edilir.
M arek  xəstəliyi
Marek xəstəliyi (Morbus  Marek) toyuqlar dəstəyinə mənsub 
olan  quşların  xroniki  gedişli  infeksion xəstəliyi olub parenxima- 
toz orqanlarda  neoplastik  törəm ələr və periferik  sinir sisteminin 
iltihabı  ilə  səciyyələnir.
Tarixi  m əlum at. 
Xəstəliyi  ilək dəfə  1907-ci  ildə macar ali­
mi  Marek  qeyd  etmiş  və  onu  polinevrit  adlandırmışdır.  Sonrakı 
illərdə xəstəlik müxtəlif ölkələrdə neyrolimfomatoz, quşların  if­
lici,  infeksion  neyroqranulomatoz  və  s.  adı  ilə  qeyd  edilmişdir. 
İflic  və parezlərdən əlavə  quşlarda daxili  orqanlarda  limfoidli  şiş­
lər aşkar edildyinə görə  1926-cı  ildə  Pappenqeymer və  başqala­
rı  tərəfindən  bu  visseral  limfomatoz adlandırılmışdır.  1960-cı  il­
də  bu  xəstəliyə  ilk  dəfə  onu  qeyd  edən  alimin  şərəfinə  Marek 
xəstəliyi  adı  vermişlər.
206
Rusiyada  xəstəliyin bir çox  xüsusiyyətlərinin  öyrəinlməsin- 
də  L.M.Krapivner,  R.N.Korovin  və  başqalarının  böyük  xidmət­
ləri  vardır.
X əstəliy in   törədicisi. 
Törədicisi  DNT-li  virus olub  Herpete- 
viride  ailəsinin  Herpesvirus  cinsinə  aiddir və  Herpesvirus  qalli- 
2  kimi  adlanır.  Virionları  150-250 nm  olmaqla 6  müxtəlif antig- 
enə malikdir.  Bunların əsasları А,  В, C ilə işarə edilir.  Marek xəs­
təliyi  virusunu toyuq embrionlarmda, fibroblast hüceyrə kultura- 
larında,  toyuq  və ördək embrionlarının böyrəklərində yetişdirir­
lər.  Virusun  yüksək  virulentli  ştamları  xəstəliyin  iti,  zəif viru- 
lentli  ştamları  isə  xroniki  gedişini  törədir.  Biqs  (1969)  göstər­
mişdir ki,  virusun  patogenliyi  olduqca dəyişkəndir.
Virulentlik dərəcəsinə görə  Marek  xəstəliyi  virusunun  3  se- 
rotipi  vardır.
Serotip  1 -də 5 patotip yəni zəif, xoşxassəli, virulentli, çox vi­
rulentli  və  həddən  çox  virulentli  patotipləri  mövcuddur.  Yalnız 
zəif patotipdən  vaksin  hazırlanması  üçün  istifadə  edilir.
Serotip-2  toyuqlar  üçün,  serotip-3  isə  hind  quşları  üçün  on- 
kogen  deyil  və  bunların  hər ikisindən  də  vaksin  ştamı  kimi  isti­
fadə  edilir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,  Ma­
rek  xəstəliyi  virusu  latent  infeksiya  formasında T-hüceyrələrdə, 
viremiya  formasında  isə dövr edən  limfositlərdə  saxlanır.
D avam lılığı. 
Virus  xarici  mühitdə  18-20°S  temperaturda  bir 
neçə  ay  sağ  qalır.  Üzvi  maddələrlə  zəngin  vasitələrdə  virulent- 
liyini  8  aya  qədər saxlayır.
Epizootoloji  m əlum atlar. 
Təbii halda xəstəliyə ən çox toyuq­
lar  və  xüsusilədə  2  həftəliyə  qədər  cücələr  həssasdır.  Hind 
qüşlarının,  ördəklərin,  dumaların,  kəkliklərin,  qırqovulların  xəs­
təliyə tutulması  haqqında məlumatlar mövcuddur.  Bu  qeyd olu­
nan quş növləri  xəstəliyin ehtiyat mənbəyi  kimi  epizootoloji  cə­
hətdən  mühüm  rola  malikdir.  Marek xəstəliyi  üçün yüksək  kon-
207


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə