İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə54/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   50   51   52   53   54   55   56   57   ...   87

luxdurma yolu  ilə  bioloji  sınaq  qoymaq  olar.  Pustula və  prolife- 
rasiya  ocaqlarının  meydana  çıxması  patoloji  materialda  Marek 
xəstəliyi  virusunun  olmasını  göstərir.  Bundan  əlavə  4  günlük 
embrionların  sarılıq  kisəsinə  də  yoluxdurma  aparılır.  30%  yo­
luxdurulmuş embrionların  12-14 gündən sonra xorioallantois  qi­
şasında pustulaların yaranması sınağın müsbət olmasını göstərir.
Toyuq  embrionları  böyrəklərinin  hüceyrə  kulturasını  və  ya 
embrionların  fıbroblastlarım  yoluxdurmaqla da diaqnoz qoymaq 
olar.  Virus  həmin  hüceyrə  kulturalarında  xarakterik  sitopatik 
dəyişdiklər törədir.
Xəstəliyin  diaqnostikasında  diffiız  presipitasiya  reaksiya, 
passiv  hemaqqlyutinasiya  reaksiyası  və  ekspress  diaqnostikada 
isə  immunoflüoressensiya  reaksiyasından  istifadə  edilir.
T əfriq i diaqnoz. 
Xəstəliyi  limfoidli  leykozdən,  infeksion en- 
sefalomielitdən,  arvitaminoz  В  və  E-dən  təfriq  etmək  lazımdır.
Limfoidli  leykoz  xroniki  və  simptomsuz  gedir,  6-12  aylıq 
quşlar  xəstələnir,  ölüm  yalnız  3-5%  təşkil  edir.  İltihablı  orqan­
larda infıltratlar limfoblastlardan  ibarət olmaqla dəri və periferik 
sinir sistemində  zədələnm ələr qeyd olunmur.
İnfeksion  ensefalomielitdə  6-20  günlük  cücələr  xəstələnir. 
Periferik  sinir  sistemində  zədələnm ələr  qeyd  olunmur.  Daxili 
orqanlarda  və  mərkəzi  sinir  sistemində  iltihab,  proliferasiya  və 
limfoid  toplantıları  aşkar edilir.
Avitaminoz  B-də  mərkəzi  sinir sistemində  distrofiki  dəiyşi- 
liklər  qeyd  olunur,  daxili  orqanlarda  şiş  mənşəli  törəm ələr  ol­
mur.  Qaraciyərdə  yağ  distrofıyası,  böyrəküstü  vəzin  böyüməsi, 
mədə-bağırsaq  şöbəsi  selikli  qişasında  kataral  iltihab,  avitami­
noz  E-də  isə  baş  beyin  və  dərialtı  toxumanın  şişi  və  beyincikdə 
isə  nekrotiki  fokuslar aşkar edilir.
M ü alicə. 
Aparılmır.
İm m unitet. 
Xəstəliyi  keçirib  sağalmış  quşlarda  qeyri-steril 
immunitet  yaranır.  Marek  xəstəliyinin  spesifik  profilaktikası
212
üçün  attenuasiya  olunmuş  vaksinlərdən  istifadə  edilir.  Virusla 
yoluxma  quşların  ilk  günlərinə  təsadüf etdiyi  üçün  ilk  gündən 
immunluğunun təmin  edilməsi  böyük əhəmiyyət kəsb edir.  Ona 
görə  də  cücələrin  yumurtadan çıxması,  onların daşınması  və  bi­
nalarda  1-ci  həftə yaşama dövründə yoluxmanın  baş verməsinin 
qarşısının  alınması  çox  mühümdür.  İnkubatorların  və  cücə  da­
şıyan  vasitələr etibarlı  şəkildə dezinfeksiya edilməlidir.
Hal-hazırda xəstəliyə  qarşı  FS-126  ştamdan  hazırlanmış  qu­
ru  kultural  virus-vaksindən  istifadə  edilir,  cücələr  inkubatorda 
ilk gündən 0,2  ml  dozada dərialtı və ya əzələ  içi  vurulur.  İmmu­
nitet vaksinin tətbiqindən 3-4 həftə keçmiş yaranır.  M 22/72  şta- 
mından  hazırlanmış  vaksin  də  geniş  təsərrüfat  sınağından 
müvəffəqiyyətlə  keçmişdir.
Əksər tədqiqatçılar yumurtadan  çıxmış  cücələrin  ilk  gündən 
immunluğunun  təmin  edilməsi  üçün  inkubasiyanın  18-ci 
günündə  «in  vivo»  (yumurtaya)  vaksinin  vurulmasının  daha  sə­
mərəli  olmasını  göstərirlər.  İri  quşçuluq  təsərrüfatlarında  belə 
vaksinasiya  üsulu  mexanikləşdirilmiş  və  1  saat  ərzində  20000- 
50000  yumurta  vaksinasiya edilə  bilir.
Profilaktika  v ə   m übarizə  təd b irləri. 
Marek  xəstəliyinə 
qarşı əsas profilaktiki tədbir inkubatorda və quş binalarında bay- 
tarlıq-sanitariya  tədbirlərinin  gözlənməsi  və  dezinfeksiyanın 
aparılmasıdır.  Az məhsuldar və yoluxmaya şübhəli quşlar çıxdaş 
edilərək  məhv  edilir.  Marek  xəstəliyinə davamlı  toyuq  cinsləri­
nin  seleksiya  yolu  ilə  əldə  edilməsi  üçün  geniş  tədqiqatlar apa­
rılır.
Təsərrüfatda xəstəlik baş verdikdə məhtutlaşmalardan  istifa­
də  edilir.  Quşların  10-15%-nin  Marek  xəstəliyinin  klassik  for­
ması  ilə  xəstələnməsi  zamanı  qeyri-sağlam  hesab  edilən  quş 
qrupunun  hamısı  kəsilir.  Təsərrüfatda  profilaktika  fasilə  tətbiq 
edilir  və  bu  dövrdə  bina  və  avadanlıqlar  bir  neçə  dəfə  etibarlı 
şəkildə dezinfeksiya  edilir.
213


Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda cücələr həyatla­
rının  birinci  günündən yaxud  inkubatorda  «in  vivo»  vaksinasiya 
edilməlidir.
Xəstəliyin  geniş  tərzdə  qeyd  edilməsi  zamanı  inkubasiyada 
yumurtaların  realizasiyasma  icazə  verilmir,  sporadik  halda  xəs­
təlik qeyd olunursa bu zaman  fonnaldehid buxarı  ilə 4 dəfə dezin­
feksiya  aparıldıqdan  sonra  təsərrüfat  daxilində  yumurtaların  in- 
kubasiya edilməsinə  göstəriş  verilir.
İnfeksion  ensefalom ielit
İnfeksion ensefalomielit (Ensephalomielitis infektiosa) -  quş­
ların  infeksion xəstəliyi olub başın və boynun titrəməsi, hərəkət 
müvazinətinin  pozulması  və  ətrafların  parezi  ilə  səciyyələnir.
T arixi  m əlum at. 
Xəstəlik  ilk  dəfə  ABŞ-nın  Masaçusets 
ştatında Cons tərəifndən qeyd edilmişdir, və  1934-cü  ildə xəstə­
liyin  törədicisinin  virus  olmasının  göstərmişdir.  1939-cu  ildə 
ABŞ  baytarlıq assosiasiyasının  qərarına  əsasən  bu  xəstəlik  quş­
ların  infeksion  ensefalomieliti  adlandırılmışdır.
1939-cu  ildə  xəstəlik  Yeni  Zellandiya,  1940-cı  ildə  Avstra­
liyada  qeyd  edilmişdir.  1950-ci  ildə  infeksion  ensefalomielit 
ABŞ-nın  36  ştatında  müşahidə  edilmişdir.  1951-ci  ildə  xəstəlik 
İngiltərədə,  1957-ci  ildə  İsveçdə  və  digər  Avropa  ölkələrində 
qeyd  olunmuşdur.
Keçmiş  SSRİ-də  xəstəlik  ilk  dəfə  1946-cı  ildə  P.M.Sopikov 
tərəfindən  aşkar edilmiş  və  xəstəliyin  bir  sıra sahələrinin  öyrə­
nilməsində  i.N.Doroşkonun,  İ.İ.Panikarin  və  s.  alimlərin  xid­
mətləri  olmuşdur.
X əstəliyin   törəd icisi. 
Xəstəliyin  törədicisi  RNT-li  virus 
olub pikamoviride ailəsinin enterovirus cinsinə mənsubdur.  Qu­
şların  orqanizmində  1  aydan  sonra virusun  təsirindən  virusneyt- 
rallaşdırıcı  əks  cisimlər  yaranır.  Ştamlar  arasında  antigenlik
214
müxtəlifliyi  müşahidə  edilmir.  Ancaq  patogenlik  və  tropizm 
xüsusiyyətlərində  müxtəliflik  qeyd olunur.
Ştamların  bəzilərində enterotropizm,  digərlərində  isə neyro- 
tropizm  xüsusiyyəti  nəzərə  çarpır.  Bəzi  ştamlarda  yüksək  pato­
genlik  qeyd  olunur.  İnfeksion  ensefalomielit  virusunun  referent 
ştamlarına  misal  olaraq Van-Rekel  37020,  Kolnen  -   1143,  Tey- 
lor -  3014  ştamlarını  misal  göstərmək  olar.
D avam lılığı. 
Xloroforma,  pepsinə,  tripsinə  və  termiki  təsir­
lərə  davamlıdır  -   20°S  temperaturda  428  gün  liofılizasiya  və­
ziyyətində  bir neçə  il  sağ qalır.
Kimyəvi  dezinfeksiya  vasitələrinin  təsirindən  tez  inaktivlə- 
şir.  Belə  ki,  5%-li  xlorlu  əhəng  məhlulu,  5%-li  karbol  turşusu 
məhlulu,  2%-li  formalin  məhlulu  və  3%-li  natrium  qələvisi 
məhlulunun  təsirindən  virus  10-20 dəqiqəyə  inaktivləşir.
E pizootoloji  m əlum atlar. 
Xəstəliyə əsasən toyuqlar və on­
ların cücələri  həssasdır.  Bundan əlavə hind quşları və  fırəng quş­
larında  da  xəstəlik  qeyd  olunur.  Körpələrdə  xəstəlik  xarakterik 
kliniki  əlam ətlərlə  özünü  göstərdiyi  halda  yaşlılarda  çox  vaxt 
gizli  formada gedir.
İnfeksiya törədicisinin  mənbəyi  xəstə quşlar olub  bunlar yu- 
murtlayan dövrdə virusu cücələrə şaquli  yolla, yəni  transovarial 
yolla  verilir.  Bundan  əlavə  ana  antitelinə  malik  olmayan  cücə­
lərdə  üfüqi  yollarda yoluxma qeyd olunur.  Xəstə yaşlı  quşlar 4- 
5  həftə  ərzində  virusla yoluxmuş  yumurta  verir.
Ayrı-ayrı  tədqiqatçılar yaşlı  quşların  yumurtalıqlarından,  ka­
lından,  yumurtadan  və  onun  qabığından  virusu  almağa  nail  ol­
muşlar.
Xəstələnm ə  virusun  virulentlik  dərəcəsindən  və  quş  orqa­
nizmin  ümumi  rezistentliyindən  asılı  olaraq  0,2%-dən  50%-ə 
qədər,  letallıq  isə  50-80%  arasında olur.
P atogenez. 
Xəstəliyin  patogenezi  tam  şəkildə  öyrənilmə­
yib.  Məlum  olmuşdur  ki,  virus  kəskin  neyrotrop  xüsusiyyətə
215


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə