İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

28 
 
 
BAKI–TBİLİSİ–CEYHAN ƏSAS İXRAC  
NEFT BORU KƏMƏRİNİN AZƏRBAYCAN HİSSƏSİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ ZAMANI 
YERLİ VƏ XARİCİ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ 
MÜSAHİBƏ  
 
11 avqust 2003-cü il 
 
S u a l:  İlham müəllim, Bakı–Tbilisi–Ceyhan layihəsinin maliyyələşməsində  hər hansı problem 
varmı?  
C a v a b: Deyə bilərəm ki, bu layihə üçün sərmayə artıq ayrılmışdır. Bakı–Tbilisi–Ceyhan layihəsi üzrə 
işlərin 30 faizi yerinə yetirilmişdir. Bugünkü tikinti işləri onu göstərir ki, bütün işlər cədvəl üzrə  nəzərdə 
tutulmuş sürətlə gedir. Sərmayə cəhətdən heç bir problem yoxdur və olmayacaqdır. 
S u a l: İlham müəllim, həmişə Sizi Heydər Əliyev siyasi məktəbinin məzunu kimi qiymətləndirirlər. 
Siz cənab Heydər Əliyevdən bir məzun kimi nələri öyrənə bilmisiniz, nələri yox? 
C a v a b: Mən çalışıram öyrənəm. Çalışıram ki, öz fəaliyyətimlə Heydər Əliyevin siyasətinə töhfəmi verəm. 
Bu siyasət Azərbaycanda on il ərzində öz bəhrələrini veribdir. Azərbaycan inkişaf edir, iqtisadi cəhətdən 
qüdrətli dövlətə çevrilir. Əminəm bu siyasət hələ uzun illər Azərbaycana lazımdır ki, ölkəmiz çətin  şəraitdən 
çıxa bilsin, güclənsin, möhkəmlənsin. Dünyada özünə daha da möhkəm yer tutsun. Bölgədə təhlükəsizlik hökm 
sürsün. Mən çalışıram bu siyasətə öz töhfəmi verim, öz işimlə Azərbaycanın hərtərəfli inkişafına kömək edim.  
S u a l:  Cənab Prezidentlə bağlı bu günə olan məlumat varmı? Yəqin ki, Sizin əlaqəniz olur. Son 
məlumatları bilmək istərdik. 
C a v a b:  Bəli,  əlaqələr olur. Son məlumatlar yaxşıdır. Mən dünən də danışmışam. Bu gün səhər danışa 
bilməmişəm. Hər  şey qaydasındadır, səhhəti yaxşıdır. Həkimlərin də  rəyi belədir ki, sağalma prosesi müsbət 
istiqamətdə davam edir. 
S u a l: Bakıya nə zaman qayıdacağı barədə xəbər varmı? 
C a v a b: Hələlik ki, bir xəbər yoxdur.  
S u a l:  İlham müəllim, Dövlət Neft Şirkəti ilə sponsorlar qrupu arasında aparılan danışıqlar nə ilə 
nəticələnmişdir? Deyilənə görə, guya iki Amerika şirkəti Azərbaycanda işləməkdən imtina edibdir. 
C a v a b: Heç bir problem yoxdur. Azərbaycan bu günə  qədər öz payını maliyyələşdirir. Eyni zamanda 
bilirsiniz ki, gələcək maliyyə  məsələləri haqqında bp şirkəti ilə fikir mübadiləsi aparılmışdı  və razılığa 
gəlmişdik ki, bizə kredit verilənə  qədər o və başqa  şirkətlər bizim maliyyə problemlərini öz üzərinə 
götürəcəklər. Beləliklə, bizə kömək edəcəklər,  əldə olunan bütün razılaşmalar qüvvədə qalır. Yəni layihənin 
maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur və olmayacaq da. 
S u a l: Bakı–Ərzurum qaz kəmərində vəziyyət nə yerdədir? 
C a v a b: Hər şey qaydasındadır. Yəni işlər proqram üzrə gedir. Lazım gələndə Bakı–Ərzurum kəməri ilə 
bağlı  müvafiq addımlar atılacaq, bunun maliyyə  məsələləri həll olunacaqdır. Biz orada da hələlik heç bir 
problem görmürük. Mən inanmıram ki, hər hansı problem yarana bilsin. Bakı–Ərzurum kəməri tikintisinin 
dəhlizi də  təxminən elə bu yerlərdən keçir. Əlbəttə ki, Bakı–Tbilisi–Ceyhanın həyata keçirilməsi Bakı–
Ərzuruma da böyük kömək edəcəkdir.  
S u a l:  Regionlara səfərə  nə vaxt çıxacaqsınız? Yəni xüsusi bir proqramınız varmı? Ümumiyyətlə, 
İlham Əliyev səfərə nə ilə gedəcəkdir? 
C a v a b:  İlham Əliyev regionlara sevgi ilə, məhəbbətlə gedəcəkdir. Azərbaycanın hər bir guşəsi mənim 
üçün doğmadır,  əzizdir. Hər dəfə bölgələrdə olanda mən özüm üçün yeni şeylər öyrənirəm, insanlarla daha 
yaxın təmasda oluram. Ona görə  mən oraya öz məhəbbətimi aparacağam, öz fikirlərimi, öz düşüncələrimi 
aparacağam. Çalışacağam ki, Azərbaycanın hər bir regionu inkişaf etsin, bütün Azərbaycan hərtərəfli inkişaf 
etsin. Azərbaycanın hər bir guşəsində gözəl nəticələr olsun. O ki qaldı səfər nə vaxt həyata keçiriləcək, hələlik 
bunu deyə bilmərəm. Yəqin ki, bu, yaxın gələcəkdə müəyyən olunacaqdır. 
S u a l: İlham müəllim, ölkə  mətbuatında bəzi məsələlərə toxunulmuşdur. Sizin Baş nazir təyin 
edilməyiniz barədə  fərmanda hörmətli prezident Heydər  Əliyevin imzasının doğru olmaması kimi 
iddialar yer aldı. Bu barədə Sizin düşüncələrinizi öyrənmək olarmı? 
C a v a b: Bunların hamısı yalandır. Müxalifətin hər bir sözü, o cümlədən bu da yalandır. Bütün prosedur 
qanunauyğun şəkildə həyata keçirildi. Mən təəssüf edirəm ki, bu barədə müxalifət belə çirkin yalanlara əl atır.  
Mən avqustun 2-də – cənab Prezident o təqdimatı Milli Məclisə göndərən gün – Ankarada, onun yanında 
idim. Bu barədə də söhbətimiz oldu. Ondan sonra mən təyyarə ilə Bakıya uçdum. 
Avqustun 4-də Milli Məclis razılığını bildirdi və beləliklə, cənab Prezident fərman verdi. Yəni müxalifətin 
sözü də, əməli də – hamısı yalandır. Siz onların sözlərinə inanmayın. Buna, görülən bu real işə inanın. Bu, real 


29 
 
işdir, real həqiqətdir. Heydər Əliyevin siyasətidir. Biz keçmişdə çətin, gərgin anları yaşamışıq və Bakı–Tbilisi–
Ceyhanın həyata keçirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Əgər onun qətiyyəti, siyasəti, cəsarəti 
olmasaydı, heç vaxt biz tərəfdaşlarımızla birlikdə,  BP  şirkəti ilə birlikdə bunu edə bilməzdik. Azərbaycanın 
reallıqları budur. Müxalifətin dediyi deyildir.    
S u a l: Müxalifət prezident Heydər Əliyevin oğlunun bu vəzifəyə təyinatının antidemokratik olduğunu 
deyir. Bu cür iddialar barədə nə deyə bilərsiniz? 
C a v a b: Bunların da hamısı yalandır. Burada hər şey Konstitusiyaya uyğun şəkildə həll olunubdur. Mən on 
ilə yaxındır Azərbaycan Dövlət Neft Şirkətində çox məsul bir vəzifədə çalışıram və bilirsiniz ki, ümumiyyətlə, 
Azərbaycanın iqtisadiyyatı üçün neft sahəsi ən önəmli, ən vacib bir sahədir. Eyni zamanda digər vəzifələrim də 
mənə bu vəzifəni tutmağa imkan verir. Ona görə qanun pozuntusundan, Konstitusiyaya uyğun olmamaqdan 
söhbət gedə bilməz. Hər  şey Konstitusiyaya müvafiq qaydada həll edilibdir. Burada, sadəcə, müxalifət özünü 
yenidən gülünc vəziyyətə salır. Onların yalanları yenidən ortaya çıxır. Yenidən təxribat, böhtan kampaniyası 
aparırlar. Mən buna təəssüf edirəm, amma fikir vermirəm. Sizə  də  məsləhət görərdim ki, onların dediklərinə 
fikir verməyəsiniz. Azərbaycanın həyatı, Azərbaycanın reallıqları tamamilə başqadır. Biz işlə  məşğul oluruq. 
Azərbaycanı, onun iqtisadiyyatını inkişaf etdiririk. Onlar isə yalnız söz danışırlar. 
S u a l:  İlham müəllim, Türkiyə  mətbuatında bəzi adamlar bu fikirlə  çıxış edirlər ki, Azərbaycanın 
indiki iqtidarı Rusiyanın maraqlarını Türkiyənin maraqlarından üstün tutur. Yəni Azərbaycanda 
Türkiyənin maraqlarını o qədər də təmin etmirlər. Sizin fikirlərinizi bilmək olarmı? 
C a v a b: Mən bir neçə gün əvvəl bunu eşitdim. Türkiyə televiziya kanallarından birində belə bir məlumat 
getdi. Bu, tamamilə yanlış bir məlumatdır. Azərbaycan ilk növbədə öz maraqlarını  təmin etməlidir və  təmin 
edir. Azərbaycanda son on il ərzində Heydər  Əliyev tərəfindən aparılan siyasət məhz ona yönəlib ki, öncə 
Azərbaycanın maraqları təmin olunsun. Əgər Azərbaycanın maraqları təmin olunarsa, əlbəttə, bizə dost olan dövlətlər 
də bundan ancaq fayda götürə bilər. 
O ki qaldı “Əsrin müqaviləsi”ndə Rusiya şirkətinə pay verildi, Türkiyə şirkətinə pay verilmədi – mən buna 
da aydınlıq gətirmək istəyirəm. Bu müqavilə hazırlanarkən o zaman keçmiş iqtidar tərəfindən Türk  Petrolları 
şirkətinə 1,6 faiz pay verilmişdi. Heydər  Əliyevin  şəxsi təşəbbüsü ilə bu pay 5 faiz artırılaraq 6,6 faizə 
çatdırılmışdır. Nəzərə alsaq ki, Türkiyədə neft çıxmır, neft sənayesi yoxdur, biz görərik ki, Azərbaycan 
hökuməti və şəxsən prezident Heydər Əliyev bu addımla Türk Petrolları şirkətini də beynəlxalq layihəyə qoşdu, 
onları da buraya cəlb elədi.  
Bakı–Ceyhan kimi nəhəng layihənin məhz Türkiyə üzərindən keçməsi də onu göstərir. Siz bilirsiniz, nə 
qədər səylər olmuşdu ki, bu boru kəməri başqa istiqamətdən keçsin. Bizə hədələr də, təzyiqlər də olmuşdu, digər 
xoşagəlməz addımlar da atılmışdı. Ancaq biz buna getmədik. Yəni bu, Heydər  Əliyevin neft strategiyası idi. 
Ona görə belə yanlış fikirlərin səslənməsi, əlbəttə, bizi üzür. Gərək Türkiyədə belə adamlara imkan verilməsin. 
İki ölkə arasında münasibətləri pozmaq istəyən  şəxslərə  gərək televiziyalarda, xüsusilə NTV kimi tanınmış 
televiziya kanallarında yer verilməsin. Əgər yer verilirsə, gərək bizim də fikrimiz orada səslənsin.  
S u a l: Cənab Baş nazir, bu gün dövlətimizin başçısı respublikamızda vəziyyətə tam nəzarət edirmi? 
C a v a b: Respublikada hər  şey nəzarət altındadır. Heç bir narahatedici hal yoxdur. Hərə öz işi ilə 
məşğuldur. Hökumət fəaliyyəti ilə məşğuldur. Hər şey nəzarət altındadır. Heç bir narahatlığa əsas yoxdur. Sağ 
olun.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə