İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə11/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

24 
 
Ona görə  də bu cür məqalələrin heç bir əsası yoxdur. Azərbaycan artıq demokratik cəmiyyət qurmaq 
seçimini etmiş ölkədir. Mən bununla bağlı sizə çoxsaylı misallar gətirə bilərəm. Azərbaycanın indiki 
hakimiyyəti dövründə, prezident Heydər  Əliyevin dövründə  mətbuatda senzura aradan götürüldü. Yeri 
gəlmişkən, bu, əvvəl hakimiyyətdə, indi isə müxalifətdə olanların tətbiq etdiyi senzura idi. Ölüm hökmü ləğv 
edildi. Azərbaycan Avropa Şurasının üzvü oldu. Mən özüm Avropa Şurası Parlament Assambleyası  sədrinin 
müavini oldum.  
Bizim ölkə inkişaf yolunu seçibdir. 1993-cü ildə seçim yollarımız həddindən artıq çox idi. Qarşımızda digər 
ölkələrin də nümunələri var. Onlar başqa inkişaf yolu seçiblər. Bəlkə də o yol idarə etmək üçün daha asandır. 
Müxalifətsiz, azad mətbuatsız, söz azadlığı olmayan yol. Amma bizim seçimimiz belə olmadı. Biz 
Azərbaycanda demokratik cəmiyyət yaradılmasında dərindən maraqlı idik. İndi Azərbaycanda demokratik 
cəmiyyətin bütün elementləri mövcuddur. Amma 5-6 ilə demokratik sistem quran ölkə 200 illik demokratiya 
təcrübəsi olan ölkələrlə müqayisə edilə bilməz. Bu, reallıqdan uzaqdır. Biz isə realist olmalıyıq. Əlbəttə, bizim 
özümüzü tam qane etməyən, özümüzün xoşumuza gəlməyən məqamlar var, amma bu təbiidir. Vacib olanı odur 
ki, biz vəziyyəti düzəltməkdən ötrü əlimizdən gələni edirik. Demokratik cəmiyyət qurulması bizim hökumətin 
ən öncül məqsədidir. Ona görə də mən Azərbaycanı keçid dövründə olan ölkə, demokratik ölkə adlandırardım. 
Daha çox demokratikləşməyə doğru irəliləyən ölkə adlandırardım. O demokratiya ki, biz onu Qərbi Avropa 
ölkələrində müşahidə edirik. Amma Azərbaycan bu mərhələdə həmin ölkələrlə müqayisə olunmamalıdır.  
S u a l: Digər sovet ölkələri ilə müqayisə etmək daha düzgün olar? 
C a v a b: Məncə, keçmiş sovet ölkələri, keçmiş sosialist blokunun ölkələri – bu, əvvəllər bizim hamımızın 
olduğu mühitdir – yaddan çıxarmamalıyıq ki, Azərbaycan 70 il SSRİ-nin tərkibində olubdur və on ikinci ildir 
müstəqil ölkədir.  
Müstəqil olduğu dövrdə  də o qədər böyük problemlərlə üzləşib ki, – Ermənistanın təcavüzü, vətəndaş 
müharibəsi, bir neçə dövlət çevrilişi cəhdi – bütün bunların fonunda əldə edilənlər olduqca böyük uğurlardır.  
S u a l:  Sizə son 12 il müddətində  şəxsi keçid dövrü ilə bağlı sual vermək istəyirik. Siz özünüz çox 
dəyişmisiniz. Siyasi fəaliyyətlə daha çox maraqlanırsınız. Bir cavan adam kimi, adınız bir sıra 
məqamlarla bağlanır, bilmirik, bu söhbətlər doğrudur, yoxsa yox? 
C a v a b: Bu söz-söhbətin heç bir əsası yoxdur. Sizə deyə bilərəm ki, bu şayiələr müxalifət qüvvələri 
tərəfindən yayılıbdır. Məqsəd isə  mənim adıma xələl gətirməkdir. Yəqin elə buna görə sual verirsiniz. Sizə 
deyim ki, 1995-ci ildən mənim həyatım ictimaiyyətlə bağlı  həyat tərzidir. Parlament üzvü seçildikdən sonra 
sənin hər addımın, hər hərəkətin bütün cəmiyyətə məlumdur. Bütün həyatım boyu, uşaqlığın lap erkən çağından  
çalışmışam  elə edim ki, öz hərəkətlərimlə atamı peşman etməyim. O, Azərbaycanın lideri olub, sovet 
sistemində tanınmış siyasətçi idi və siz bilirsiniz ki, sovet  sistemi nə qədər ciddi idi. Ona görə də mən həmişə 
çalışmışam  elə  hərəkət edim ki, onun nüfuzuna xələl gəlməsin. Bu həmişə  mənim üzərimə  əlavə  məsuliyyət 
qoyurdu. Mən də məsuliyyət hiss edən adamam. İnsanlar nə istəsələr deyə bilərlər: qaraya ağ, ağa qara. Amma 
mənim adımla bağlı heç bir şayiənin, heç bir sözün əsasını, sübutunu tapmaq mümkün deyildir. Bütün şayiələr 
uydurmadır və müvafiq qurumlar tərəfindən ifşa edilmişdir.  
Mən bu cür həyat tərzini  şüurlu surətdə seçmişəm. Mən anlayıram ki, prezidentlərin ailələri, tanınmış 
adamların ailələri müxtəlif cür olur. Onların qarşısında geniş imkanlar olur. Bəziləri normal həyat tərzi seçir, 
sakit həyat tərzinə üstünlük verir, bəziləri ölkədən kənarda yaşayır, özlərini orada daha təhlükəsiz, daha 
yaraşıqlı mühitdə hiss etmək istəyirlər. Bəziləri isə valideynlərinə, onların işlərinə kömək etməyə üstünlük 
verirlər. Ümumiyyətlə isə, necə yaşamaq bir o qədər vacib deyil, əhəmiyyətlisi odur ki, sən nə iş görürsən və nə 
cür kömək edirsən? İnsanlar sənin haqqında nə düşünürlər? Sən yeni dövlətin quruculuğu işinə hansı töhfələri 
verirsən. Ona görə  də dediyim kimi, bu seçimi şüurlu etmişəm və bundan heç vaxt heyfslənmirəm və  
xoşbəxtəm ki, atamın başladığı  işi davam etdirmək mövqeyindəyəm. ümid edirəm ki, bu işi onunla birlikdə 
davam etdirəcəyik. 
S u a l: Baş nazir təyin olunmazdan əvvəl atanız Sizə nə dedi? Onunla söhbət edə bildinizmi? 
C a v a b: Bu cür variant əvvəllər də müzakirə olunmuşdu.  
S u a l: Bir neçə ay bundan əvvəl, yoxsa?.. 
C a v a b: Bir neçə ay bundan əvvəl. Amma qərarı ona görə indi verdi ki, belə fikirləşdi ki, bunu etməyin 
vaxtı gəlib çatıbdır. 20 gündən çoxdur ki, ölkədən kənardadır. Əlbəttə ki, hər şey nəzarət altındadır. Amma onun 
qərarı ilə razılaşmalıydım və mən etiraz etmədim. 
S u a l: Siz bu haqda şəxsən danışdınız? 
C a v a b:  Bəli, bəli. Mən həmin gün Ankarada, onun yanında idim. Mən buradan, Bakıdan onun yanına 
gedib-gəlirdim və  əlbəttə ki, qərar çıxarılan vaxt mən orada idim. Sonra buraya gəldim və avqustun 4-də 
parlament bu qərara razılıq verdi. 
S u a l: Belə çıxır ki, qərar həftənin 6-cı günü çıxarılıbdır. 
C a v a b: Bəli. 


25 
 
S u a l: Prezident sizə nə dedi? 
C a v a b: Dedi ki, sənə inanıram, inanıram ki, sən idarə edə biləcəksən. Məni bir qədər təriflədi, onun 
dediklərini təkrarlamaq istəmirəm, yəqin bu, təvazökarlıqdan uzaq olar. Amma mən dedim ki, heç vaxt onun 
gördüyü işi heçə endirməyə yol vermərəm. Dedim ki, indiyə qədər fəaliyyət göstərdiyim bütün sahələrdə, həm 
ölkə daxilində, həm də ölkə xaricində onun siyasətini davam etdirməyə çalışmışam və söz verdim ki, onun işi 
davam etdiriləcəkdir.  
S u a l:  Birləşmiş  Ştatlarla münasibətlərə  gəlincə, təbii ki, oraya çox getmisiniz. Bir neçə ay əvvəl, 
vitse-prezident Çeyni ilə görüşmüsünüz, prezident Buşla da görüşmüsünüz. Onlar zəng edib Sizi təbrik 
ediblər? 
C a v a b: Yox, etməyiblər. Siz haqlısınız. Prezident Buşla Hyüstonda, o, Texas ştatının qubernatoru olarkən 
görüşmüşük, yaxşı görüşümüz oldu. O, səxavət göstərdi, bizi  Texasın Ağ evində  gəzintiyə  çıxartdı  və  mənə 
fəxri texaslı adı verdi. Buna görə ona çox minnətdaram. Prezident seçkilərində isə  mən ona təbrik məktubu 
göndərdim və çox şadam ki, cavab məktubu da aldım. Cavab məktubunda deyilirdi: “Bir texaslıdan digər 
texaslıya. Təbrikinə görə sağ ol”. Birləşmiş Ştatlara kifayət qədər tez-tez gedirəm. Son bir neçə il müddətində, 
yəqin 10-15 dəfə getmişəm. Hökumətdə, digər sahələrdə çalışan çoxsaylı dostlarım var, həmişə yaxşı 
görüşlərimiz olur. Çox zaman orada olarkən, qeyd etdiyiniz kimi, vitse-prezidentlə və ya milli təhlükəsizlik üzrə 
müşavirlə, energetika naziri ilə və digər rəsmilərlə görüşürəm.  
Sizə deyə bilərəm ki, Birləşmiş  Ştatlarla münasibətlər Azərbaycanın xarici siyasətinin  ən öncül 
istiqamətlərindən biridir. Azərbaycan Birləşmiş Ştatların həqiqi müttəfiqi olduğunu ancaq sözdə deyil, praktiki 
addımlarla da nümayiş etdirdi və bu siyasət dəyişilməz qalacaqdır. Biz bu münasibətlərimizi  daha da inkişaf 
etdirməkdə çox maraqlıyıq. Bu münasibətlərimiz bir sıra sahələri əhatə edir. Məsələn, ABŞ hökumətinin dəstəyi 
olmasaydı, nəhəng Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisi mümkün olmazdı. Biz bu işi illər boyu apardıq 
və indi xoşbəxtik ki, boru kəmərinin tikintisi başlanıbdır. 
İşlər cədvələ müvafiq davam edir. Tikinti yəqin ki, gələn ilin sonunda tamamlanacaqdır. Terrorizmə qarşı 
mübarizə sahəsində bizim yaxşı münasibətlərimiz vardır. 
S u a l: Bəli, Sizə bununla bağlı sual vermək istəyirdik. 
C a v a b: Azərbaycan terrorizmdən əzab çəkmiş ölkədir. Biz terrorizmin nə olduğunu bilirik. Erməni terror 
təşkilatları  tərəfindən Azərbaycana qarşı 30-dan artıq terror aktı törədilmişdir. Bu terror aktları  nəticəsində 
2000-dən artıq günahsız adam qətlə yetirilmişdir. Yəni, biz terrorizmdən  əzab çəkməyin nə olduğunu bilirik. 
Ona görə də Birləşmiş Ştatlara qarşı dəhşətli terror hücumları həyata keçirilərkən Azərbaycan birinci olaraq öz 
dəstəyini ifadə etdi. Biz Birləşmiş Ştatların İraqda keçirdiyi əməliyyatları açıq dəstəkləyən ilk ölkələrdən olduq. 
Siz Birləşmiş  Ştatları  dəstəkləyən ölkələrin siyahısına baxsanız, orada çox ölkələrin adlarına rast 
gəlməyəcəksiniz. Bəlkə 30 ölkənin adını görərsiniz. Bu məqamda,  İraqda hər  şeyin artıq geridə qaldığı 
mərhələdə  bəlkə  də çoxları deyər ki, bəli, biz də  dəstəkləmişik. Amma hələ heç nəyin başlamadığı vaxtda 
dəstəyi ifadə etmək bizim düzgün mövqeyimizi, məsələni necə görməyimizi göstərir. 
Yeri gəlmişkən, həmin siyahıda Ermənistanı görməyəcəksiniz.  Əlbəttə, Birləşmiş  Ştatlarda erməni lobbisi 
güclüdür və çalışır ki, Ermənistanı maraq mərkəzində saxlasın. Lakin milli lobbilərlə ölkənin siyasəti arasında 
fərq var. Beləliklə, biz ABŞ-la münasibətlərimizə böyük əhəmiyyət veririk və mən əminəm ki, bu münasibətlər 
gələcəkdə daha fəal, daha geniş olacaqdır. 
S u a l: Şəxsi maraqlarınızla bağlı sual vermək istərdik. Yəqin bu təyinatdan sonra iş cədvəliniz daha 
sıx, daha gərgin olacaqdır. Siz bir çox xarici dillərdə danışırsınız, indi böyük iş başındasınız. Başqa 
maraq dairəniz nədən ibarətdir? İşləməyəndə nə ilə maraqlanırsınız? 
C a v a b:  Mən sizə dedim ki, bir sıra öhdəliklərim var. Parlamentdə, bizim partiyada, neft şirkətində, 
olimpiya komitəsində çalışıram, istəyirəm ki, bu vəzifələrin öhdəsindən layiqincə  gəlim. Sizə deyə bilərəm ki, 
bütün sahələrdə qarşıma qoyulan məsələlərin hamısında yaxşı nəticələr əldə edə bilmişəm. Nə isə digər bir iş 
görməyə isə, sadəcə, vaxtım çatmır. Amma sərbəst vaxt olanda, çalışıram ki, onu ailəmlə birlikdə keçirim. 
Bundan savayı hansısa spesifik marağım yoxdur. 
S u a l: Amma həm də idmançı görkəminiz var. 
C a v a b:  Bəli, mən idmanla məşğul olmuşam. Özümü formada saxlamağa çalışıram. Amma idmanla 
məşğul olarkən həmişə çalışmışam ki, qalib gəlim. 
S u a l: Deyək ki, bundan 5 il sonra Siz prezident olursunuz. Siz Azərbaycanı necə görmək istərdiniz? 
C a v a b: Mən elə bilirəm ki, insanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. 
Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var. Çünki hakimiyyətdə olanın əsas 
vəzifəsi həmvətəninin özünü daha yaxşı hiss etməsi üçün işləməkdir. Baxmayaraq ki, bütün iqtisadi 
göstəricilərin artımına nail olmuşuq, –  məsələn, ümumi daxili məhsulun həcmi son 6 ildə  təxminən 10 dəfə 
artmışdır, bu çox yaxşı nəticədir, – hələ də insanların həyat şəraitini yaxşılaşdırmaq üçün görüləsi işlər çoxdur. 
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  həll olunması qarşıda duran ümdə  vəzifədir. Ermənistanın 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə