İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

23 
 
Bu adamların ölkə idarə etmək təcrübəsi yoxdur və onların 1992-ci ildə idarəetmə dövrü bunu sübuta yetirdi. 
Onların bacarıqları, bilikləri, təcrübəsi yoxdur. Üstəgəl, cəmiyyətdən alacaqları dəstək də yoxdur. Cəmiyyət o 
dövrdəki böyük narahatlıqdan cana doymuşdur. Cəmiyyətə sabitlik lazımdır. İnsanlar iş istəyirlər, yaxşı maaş 
istəyirlər, uşaqlarını  təhlükəsiz mühitdə böyütmək istəyirlər və indi bizim vəzifəmiz onlara bu şəraiti təmin 
etməkdir. 
S u a l:  Siz dediniz ki, atanızın siyasətini davam etdirməkdə maraqlısınız. Bu, əlbəttə ki, belədir. 
Amma heç kim  eynilə digərinə  bənzəyə bilməz. Elə ola bilərmi ki, Siz başqa tip siyasətçi olasınız, 
atanızdan fərqlənəsiniz? Çünki, axı Sizin həyat təcrübəniz də müxtəlif olubdur? 
C a v a b:  Mən çalışacağam, bütün həyatım boyu çalışacağam ki, atam kimi görünüm. O, mənim üçün 
həmişə  həyatımızın nümunəsi olubdur. Onun həyatının çox çətin dövrləri olub. Kommunist Partiyası Siyasi 
Bürosunun üzvlüyündən, – bildiyiniz kimi, o, keçmiş SSRİ rəhbərliyində 8-9 adamdan biri idi, – kiçik, doğma 
Naxçıvan şəhərinə gəldi, elektrik enerjisinin olmadığı bir şəraitdə yaşamağa başladı. Orada qış ayları çox sərt 
olur. O, keçmiş sovet və Azərbaycan liderlərinin hücumlarına məruz qalmışdı. Sonra Azərbaycana yenidən 
rəhbərlik edəndə müxtəlif hakimiyyət çevrilişi cəhdləri olmuşdur. Ona qarşı terror cəhdləri olmuşdur. Bütün 
hallarda o, təkcə siyasətçi kimi deyil, həm də qorxmaz, igid adam kimi hərəkət etmişdir. 
Hesab edirəm, bununla da gənc nəslə nümunə olmuşdur. Bax, buna görə də çalışıram ki, onun kimi görünüm. 
Çünki mənim üçün o, həmişə etalon olubdur. Ancaq siyasi fəaliyyət etalonu yox, şəxsi davranış etalonu olubdur. 
S u a l: Siz elə bir vaxtda böyümüsünüz ki, Sizə Sovet İttifaqının dağılmasını görmək nəsib olubdur. 
Yeni kapitalist münasibətləri ilə  də tanışsınız.  Əhalinin Sizə dostyana münasibət bəsləyən hissəsi belə 
fikirdədir ki, Sizin hadisələrə baxışınız daha liberal, daha demokratik yönümlü olacaqdır. Sizcə bu doğ-
rudur? 
C a v a b: Deyə bilərəm ki, bizim nəslin nümayəndələri, yəqin,  əvvəlki nəslin nümayəndələrindən daha 
bəxtli olubdur. Sistem dağılarkən biz cavan idik. Biz fəal idik və yeni mühitdə özümüzə yer tapmaq gücündə 
idik. Sistem dağılarkən yaşı 50-60-a çatanlar 1990-cı illərin əvvəllərində daha çox çətinlik hiss edirdilər. Amma 
Sovet  İttifaqı dağılarkən, mən və  mənim kimi həmkarlarımın, dostlarımın, yaşıdlarımın çoxu tamamilə yeni 
həyata başladıq. Çoxları özəl bizneslərini yaratdılar, mənim özüm 3 il özəl biznes sahəsində çalışdım. Şirkətlər 
qrupunu idarə edirdim. Beləliklə, bunun nə demək olduğunu bilirəm. Biznesmenliyin nə olduğu mənə 
məlumdur. Ona görə də biznes icmasının tələblərini asanlıqla başa düşə bilərəm.  
Sizə deyə bilərəm ki, Azərbaycanda  şəxsi biznesi həvəsləndirmək, sürətləndirmək sahəsində çox işlər 
görülübdür. Biznes mühitinin əlverişli olması üçün çox iş görülübdür. Biznesmenlərin işini asanlaşdırmaq üçün 
qərarlar qəbul edilmişdir. Bu sahədə Qərbin inkişaf etmiş ölkələri bizi yaxşı nümunə göstərirlər. Möhkəm orta 
təbəqə olarsa, kiçik və orta şirkətlər çoxsaylı  və güclü olarsa, yaxşı  nəticələr  əldə edilə bilər. Elə bilirəm ki, 
hökumətin məqsədi, daha doğrusu, məqsədlərindən biri qeyri-neft sahəsinin inkişaf etdirilməsi üçün daha çox iş 
görmək olacaqdır. Çünki neft sahəsində bizim yaxşı  təcrübəmiz var və yaxşı  nəticələr  əldə edirik. İşsizliyin 
azaldılması, qeyri-neft sahəsində    yeni  iş yerlərinin yaradılması, idxalın azaldılması  məqsədi ilə yeni müəssi-
sələrin işə salınması  və bununla ixracın artırılmasına nail olunması, yəni, yerli məhsulun istehsalına təkan 
verilməsi, biznes icması üçün – həm xarici biznesmenlərin, həm də yerli iş adamlarının normal fəaliyyəti üçün 
şərait yaradılması ölkəni inkişaf etdirməyin yeganə yoludur.  
Neft sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız yaxşı nəticələr vermişdir. Ehtiyat fondu kimi, 1 
milyard dollardan artıq vəsait yığılıbdır. Neft Fondu yaradılıbdır. Bu fond tamamilə  şəffaf qurumdur. Burada 
auditi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nüfuzlu maliyyə qurumları  tərəfindən keçirilir. 
Azərbaycan Böyük Britaniyanın Baş naziri Toni Bleyrin hasilat sahələrində şəffaflıq barədə təşəbbüsünün fəal 
iştirakçısına çevrilmişdir. Bu təşəbbüs  nəticəsində qərara alınmışdır ki, bizim Neft Fondunun idarəçiliyi digər 
ölkələr üçün nümunə, örnək ola bilər. Bu cür fəaliyyət növləri neftə aid olmayan sahələrə də tətbiq edilə bilər və 
tətbiq də olunmalıdır. Əminəm ki, bunun da öhdəsindən gələ biləcəyik. 
S u a l:  Yenə  də Sizin tənqidçilərə qayıdaq. Bunu deyərkən təkcə ölkəmizdəki müxalifəti yox, Sizi 
xaricdə  tənqid edənləri də  nəzərdə tuturuq. İllər boyu xaricdə bilməyiblər ki, Azərbaycan hökumətini 
necə adlandırsınlar. Bəziləri Sizin atanızı diktator adlandırırdı. Yəqin, Sizi gənc diktator adlandıran 
məqaləni oxuyandan sonra Siz də  məyus oldunuz. Siz özünüz hökuməti necə adlandırardınız, avtoritar 
sistem, tam demokratiya, yoxsa bunların arasında nə isə? Özünüz bu sistemi necə müəyyən edərdiniz və 
Siz hansı sistemə ümid edirsiniz? 
C a v a b: Ən əvvəl hesab edirəm ki, belə məqalələri yazanlar çalışıb obyektiv olmalıdırlar. Başa düşürəm 
ki, belə  məqalələrin çap olunması üçün müəyyən, necə deyərlər, sosial sifarişlər ola bilər. Azərbaycan elə 
ölkədir ki, bədbəxtlikdən onun təkcə dostları deyil, düşmənləri də var. Bizdə kifayət qədər məlumat var ki, bu 
məqalələrin arxasında bütün dünyada gücü ilə tanınan erməni lobbisi durur. Bizim torpaqlarımızın 20 faizini 
işğal edən Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini də davam etdirir.    


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə