İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


A r t u r  R a s i z a d ə



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə6/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   2   3   4   5   6   7   8   9   ...   86

15 
 
A r t u r  R a s i z a d ə (Baş nazirin birinci müavini): Hörmətli cənab Baş nazir! 
Hörmətli hökumət üzvləri! 
Azərbaycan prezidenti möhtərəm Heydər  Əliyevin Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci 
vitse-prezidenti İlham Əliyevin Baş nazir təyin olunması haqqında fərmanını çox düzgün və müdrik qərar hesab 
edirəm. Bu təyinat Nazirlər Kabinetinin daha məhsuldar işləməsinə, möhtərəm prezidentimizin respublika 
hökuməti  qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinə səbəb olacaqdır. 
Hamımız İlham Əliyevi təcrübəli siyasətçi, iqtisadiyyatı dərindən bilən dövlət adamı kimi tanıyırıq. Biz İlham 
Əliyevin ətrafında sıx birləşməli, daha məsuliyyətlə və əzmlə işləməliyik. 
İcazə verin, hamınızın adından hörmətli  İlham  Əliyevi ürəkdən təbrik edim, Heydər  Əliyev siyasi xəttinin 
davamçısı kimi fəaliyyətində ona uğurlar arzulayım. 
 
* * * 
 
İ l h a m   Ə l i y e v: Hörmətli Ramiz müəllim! 
Hörmətli Artur müəllim! 
Nazirlər Kabinetinin hörmətli üzvləri! 
İlk növbədə mənə göstərilən bu böyük etimada görə cənab Prezidentə, Milli Məclisə təşəkkürümü bildirmək 
istəyirəm. Sizi əmin etmək istəyirəm ki, çalışacağam öz fəaliyyətimdə bu yüksək etimada layiq olum. 
Azərbaycanda Heydər Əliyev tərəfindən aparılan iqtisadi siyasəti çox yüksək qiymətləndirirəm. Onun icrası 
ilə bilavasitə bağlı Nazirlər Kabinetinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, yeganə 
düzgün siyasətdir. Bu siyasət bizə imkan verir ki, çox qısa bir müddət  ərzində Azərbaycan iqtisadi cəhətdən 
möhkəmlənsin, güclənsin, ölkədə güclü iqtisadi potensial yaransın.  
Təkcə neft sektorunda görülən işlərin sadalanması kifayətdir bildirək ki, biz hansı əhəmiyyətli, irimiqyaslı 
layihələri həyata keçiririk. Bu layihələr təkcə bizim üçün deyil, bütün region üçün, bütün dünya üçün böyük 
əhəmiyyət kəsb edir.  
Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində insanlarımızın rifah halı günü-gündən yaxşılaşır. Cənab 
Prezidentin son sərəncamları bir də onu göstərir ki, insana qayğı bizim siyasətin, cənab Prezidentin siyasətinin 
ən vacib bir hissəsidir. Çətin bir şəraitdə, hələ ki, Azərbaycanın bəlkə o qədər də iqtisadi imkanlarının olmadığı, 
məhdud olduğu bir vaxtda böyük bir təbəqənin maaşları artırılıbdır. Ümumiyyətlə isə, onların həyat səviyyəsi 
yenə də yaxşılaşacaqdır. Qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğı, yeni salınan şəhərciklər, qəsəbələr 
onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi siyasət düzgün siyasətdir və  gərək biz hamımız bu siyasəti 
davam etdirək.  
Mən Artur müəllimin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artur müəllim cənab Prezidentin çox 
etibarlı silahdaşıdır. Uzun illər  ərzində onun rəhbərliyi altında fəaliyyət göstərən Nazirlər Kabineti çox 
mütəşəkkil bir qurumdur, çox yaxşı  fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində Azərbaycan iqtisadiyyatda 
böyük uğurlar  əldə edibdir. Mən  əminəm ki, bundan sonra da biz hamımız birlikdə bu siyasəti davam 
etdirəcəyik.  
Mən vaxtınızı çox almaq istəmirəm. Bir məqama da toxunmaq istəyirəm. Yəqin ki, bəzi siyasi möhtəkirlər, 
müxalifətdə olan bəzi  şəxslər bu məsələləri onların maraqlarına cavab verən tərzdə  təhlil edəcəklər. Yenə  də 
çalışacaqlar ki, iqtidar daxilində hansısa ziddiyyət toxumları  səpsinlər. Mən bunu dəfələrlə demişəm, hesab 
edirəm, bu gün də bunu demək lazımdır. Sizə bir daha bəyan edirəm ki, Azərbaycanda vahid bir komanda 
mövcuddur. O da Heydər Əliyev komandasıdır. Mən də o komandanın üzvüyəm, biz hamımız onun üzvüyük. 
Mənim öz komandam yoxdur və olmayacaq.  
Ona görə istəyirəm hamı bunu bilsin ki, Nazirlər Kabineti bu vaxta qədər işlədiyi tərzdə öz fəaliyyətini 
davam etdirəcəkdir. Bu günə qədər görülən işlər bunu deməyə əsas verir. Görülən işlər çox gözəl nəticələrini 
artıq verir və bundan sonra da verəcəkdir. Ona görə, sadəcə olaraq, bunu bəyan etmək istəyirəm ki, biz hamımız 
bundan sonra da adi rejimdə  işləyəcəyik. Burada heç bir dəyişiklikdən söhbət gedə bilməz.  İqtisadiyyatda 
aparılan siyasət dəyişməz olaraq qalacaq və Nazirlər Kabinetində mövcud olan işlər də köhnə qaydada 
saxlanılacaqdır.  
Mən  əminəm ki, biz birlikdə bundan sonra da cənab Prezidentin iqtisadi siyasətinin həyata keçirilməsini 
davam etdirəcəyik. Hamımız birlikdə çalışacağıq ki, Azərbaycanda iqtisadiyyat güclənsin, insanlarımız rahat, 
firavan və rifah içində yaşasınlar. Sağ olun. Təşəkkür edirəm.  
 


16 
 
BAŞ NAZİR İLHAM ƏLİYEVİN  
JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ 
 
J u r n a l i s t: Cənab İlham Əliyev, Sizi Baş nazir təyin olunmağınız münasibəti ilə təbrik edirik. Sizə 
yeni vəzifənizdə uğurlar arzulayırıq. 
İ l h a m     Ə l i y e v: Çox sağ olun, təşəkkür edirəm. 
S u a l: Cənab İlham Əliyev, Siz Baş nazir vəzifəsinə təyin olunmağınızın yekdilliklə dəstəklənəcəyini 
gözləyirdinizmi? Bu nəticədən məmnunsunuzmu? 
C a v a b: Əlbəttə ki, çox məmnunam. Doğrusu, yekdilliklə mənə  səs verəcəklərini gözləmirdim. Bilirsiniz 
ki, bizim parlamentdə bir çox partiyaların, o cümlədən müxalifətin və bitərəflərin nümayəndələri təmsil 
olunurlar. Buna baxmayaraq, mən yekdilliklə bu vəzifəyə  təsdiq olundum və buna görə  mənə  səs verənlərə 
təşəkkür edirəm. 
S u a l: Cənab İlham Əliyev, ilk olaraq hansı addımları atacaqsınız? 
C a v a b: İlk növbədə onu deyə bilərəm ki, prezident Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyəm. 
Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatında böyük uğurlar  əldə edilib, ciddi nailiyyətlərimiz var. Azərbaycanda 
iqtisadi islahatlar həyata keçirilir və bunun nəticəsində ölkəmiz  əsaslı  şəkildə inkişaf edir. Hesab edirəm ki, 
qazandığımız təcrübəni və mövcud potensialı daha da genişləndirmək lazımdır. Hamımızın məqsədi bundan 
istifadə edib Azərbaycanı qüdrətli, güclü dövlətə çevirməkdir. Biz buna nail oluruq və  mən də  gələcək 
fəaliyyətimdə bu amala xidmət edəcəyəm. Mənim iqtisadi sahədə də kifayət qədər biliyim var. Məsələləri daha 
dərindən təhlil edib, konkret addımlar atacağıq. 
S u a l: Hökumətin tərkibində hər hansı bir dəyişiklik olacaqmı? 
C a v a b: Hökumətdə heç bir dəyişiklik olmayacaq. Bilirsiniz ki, belə  dəyişikliklərin edilməsi cənab 
Prezidentin səlahiyyətindədir. Hesab edirəm ki, bizim əsas məqsədimiz yaranmış iqtisadi sabitliyi qoruyub 
saxlamaq və bu istiqamətdə irəliləməkdir. Mən hansısa kəskin hərəkətlərin tərəfdarı deyiləm. Hesab edirəm ki, 
hər şey tədricən həll olunmalıdır. 
S u a l:  İlham müəllim, Siz cənab Prezidentə parlamentin qərarı barədə  məlumat verəcəksinizmi? 
Yəqin ki, möhtərəm Heydər  Əliyev buna çox sevinəcəkdir. Cənab Prezidentin səhhəti və  Vətənə 
qayıtması ilə bağlı nə deyə bilərsiniz? 
C a v a b: Təbii ki, mən buradan çıxandan sonra cənab Prezidentə zəng vuracam və inanıram ki, o, buna 
ürəkdən sevinəcəkdir. Onu da deyim ki, cənab Prezidentin səhhəti yaxşıdır, müalicəsi davam edir. Onun Vətənə 
qayıtması barədə təkliflər var idi, bir neçə gün bundan əvvəl cənab Prezident qayıtmaq istəyirdi. Amma yenidən 
bəzi müayinələrdən keçməsi üçün qalması məsləhət görüldü. İnanıram ki, yaxın gələcəkdə Vətənə qayıdacaqdır. 
S u a l: İlham müəllim, Milli Olimpiya Komitəsinin prezidenti kim olacaq? 
C a v a b: Hesab edirəm ki, mən bu vəzifəni də icra edə bilərəm. Onu da deməliyəm ki, səkkiz ildir Milli 
Məclisin deputatıyam, bu bina mənim üçün doğma bir evdir. Deputat yoldaşlarıma minnətdarlığımı bildirirəm, 
onlar bu məsələyə müsbət münasibət bildirdilər.  Əlbəttə ki,  mən gələcək fəaliyyətimdə çalışacağam ki, bu 
yüksək etimadı doğruldam. Mən bu vaxta qədər çalışmışam ki, tapşırılan vəzifələrin öhdəsindən ləyaqətlə gəlim, 
mənə göstərilən etimada layiq olum. Siz özünüz də gördünüz, burada da səsləndi ki, mənə tapşırılan vəzifələri 
necə ləyaqətlə yerinə yetirmişəm. Hesab edirəm ki, bu vəzifədə də gözəl nailiyyətlər əldə edəcəyəm. 
S u a l: Siz Baş nazir təyin edildikdən sonra yəqin bəziləri deyəcəklər, prezident Heydər Əliyev elə bir 
vəziyyətdədir ki, onun siyasi xəttinin davam etdirilməsinə möhkəm təminat verəcək etibarlı əlin olmasına 
kəskin zərurət yaranmışdır. Siz bu arqumenti təkzib etməli olsanız, bunu  necə edərdiniz?  
C a v a b: Hər bir insanın öz fikri ola bilər. Mən şərh vermək fikrində deyiləm. Müxtəlif fikirlər, kifayət 
qədər saxtakarlıq olacaqdır. Ona görə də hesab edirəm ki, mənim üçün başlıcası, diqqəti bu gün mənə həvalə 
olunan vəzifənin üzərində  cəmləşdirməkdir. Bu, çox böyük məsuliyyətdir. Mən ilk növbədə bu barədə 
düşünməliyəm. O ki qaldı bunu  kimin necə qəbul edəcəyinə, bu  məni o qədər də düşündürmür.    
J u r n a l i s t: Çox sağ olun, Sizə uğurlar arzulayırıq. 
İ l h a m   Ə l i y e v: Siz də sağ olun. 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə