İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə8/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   4   5   6   7   8   9   10   11   ...   86

19 
 
S u a l: İlham müəllim, Nazirlər Kabinetindəki çıxışınızda belə bir ifadə işlətdiniz ki, Artur Rasizadə 
Heydər  Əliyevə sadiq adamdır. Sizcə, indi hakim komanda daxilində bu sözü hamıya  şamil etmək 
olarmı? 
C a v a b: Mən bunu hamıya şamil edirəm. Hesab edirəm ki, Baş nazir kimi mənim əsas vəzifəm bundan 
ibarətdir ki, hansısa ayrı-seçkiliyə yol verməyim. Düşünürəm ki, bu çox etibarlı komandadır. Onlar Heydər 
Əliyevə, onun siyasətinə sadiq insanlardır. Ona görə bunu qeyd etdim ki, istəyirəm o insanlar da bilsinlər – 
mənim onlara münasibətim müsbətdir. Hərə öz işində rahat, sakit işləsin və heç bir şayiəyə, təxribata 
uymasınlar. 
Bilirsiniz, indi müxalifətin fəaliyyətinin bir istiqaməti də  ondan ibarətdir ki, iqtidar daxilində hansısa 
ziddiyyətlər yaratsın, kimi kiminsə  əleyhinə qaldırsın, müxtəlif  şayiələr yaysın və s. Hesab edirəm ki, bizim 
iqtidarda təmsil olunan insanlar buna əhəmiyyət verməməlidirlər.  Şəxsən mən buna əhəmiyyət vermirəm. 
Müxalifət mətbuatını oxumuram və hesab edirəm, əgər onları heç kim oxumasa, belə bir təəssürat yaranar ki, 
onlar, ümumiyyətlə, yoxdurlar. Azərbaycanda Heydər  Əliyevin tərəfindən yaradılmış vahid komanda var və 
mən də o komandanın bir üzvüyəm. Sağ olun.  


20 
 
 
RUSİYA TELEVİZİYASININ “VESTİ” XƏBƏRLƏR PROQRAMINA  
MƏXSUSİ MÜSAHİBƏ  
 
9 avqust 2003-cü il 
 
Rusiya televiziyasının “Vesti” xəbərlər proqramının axşam buraxılışında Azərbaycan prezidenti Heydər 
Əliyevin səhhəti barədə  məlumat səslənmişdir. Qeyd edilmişdir ki, Azərbaycan prezidenti Heydər  Əliyevin 
Klivlend klinikasında müayinəsinin ilkin nəticələri qənaətbəxşdir. Bunu həmin xəstəxananın həkimləri 
bildirmişlər. Bununla belə, həkimlərin sözlərinə görə, o, müalicə kursu keçməlidir...  
Azərbaycan dövlət başçısının oğlu İlham Əliyev Rusiya televiziyasına məxsusi müsahibə verərək demişdir ki, 
Heydər  Əliyev bu klinikada bir neçə  dəfə müalicə olunmuşdur və  şəxsən mənim Amerika həkimlərinə etibar 
etməməyimə əsasım yoxdur...  
İ l h a m   Ə l i y e v: Azərbaycan prezidenti Heydər Əliyevin səhhəti normaldır. Mən ölkəmizin başçısını 
müşayiət edən  şəxslərlə bir neçə saat bundan əvvəl danışdım. Hər  şey yaxşıdır, onun səhhəti tamamilə 
normaldır. Prezidentin səhhəti barədə bu gün Klivlend xəstəxanası da rəsmi məlumat yaymışdır. Məlumatda 
deyilir ki, müəyyən problemlərlə yanaşı, çox yaxşı, müsbət dinamika da var və biz ümidvarıq ki, cənab Prezi-
dent yaxın vaxtlarda tam sağalacaq və Vətənə dönəcəkdir.  
– Sizin özünüzün də iştirak edəcəyiniz prezident seçkiləri ərəfəsində Azərbaycanda vəziyyət barədə nə 
deyə bilərsiniz? 
– Təəssüf ki, bizim müxalifətçilər on il ərzində nə öz dünyagörüşündə, nə siyasi mübarizə aparmağın yeni 
formalarının axtarışında, nə də əhali arasında az-çox ciddi dəstək qazanmaq cəhdlərində müəyyən tərəqqiyə nail 
ola bilməmişlər.  İndi mənim Baş nazir vəzifəsinə  təyin olunmağım müxalifətdə böyük narahatlıq və sarsıntı 
doğurur. Onlar ümidli idilər ki, prezident Əliyevin xəstələnməsi ilə əlaqədar hakim komandada çəkişmələr, fikir 
ayrılıqları başlanacaqdır. Hər halda, onlar belə düşünür, yaxud da belə təsəvvür etməyə çalışırdılar. Lakin onlar, 
həmişəki kimi, yenə  də yanıldılar. Mənim parlament tərəfindən yekdilliklə  dəstəklənməyim və hökumət 
üzvlərinin məni tamamilə  dəstəkləməsi bir daha göstərdi ki, Azərbaycanda Heydər  Əliyevin sıx birləşmiş 
komandası var və bu komanda onun siyasətini indi də, gələcəkdə də həyata keçirməyə qadirdir.  
Onu da bildirim ki, Azərbaycan əcnəbi sərmayəçilər üçün bu gün də cəlbedicidir və bu, ölkə iqtisadiyyatında 
müsbət nəticələr verir.  
Qarşıdakı üç ildə Azərbaycanın neft sektoruna 9 milyard dollar sərmayə qoyulacaqdır. Əgər indiyədək 5-6 
milyard dollar sərmayə qoyulduğunu nəzərə alsaq, görərik ki, Azərbaycan adambaşına düşən birbaşa xarici 
sərmayələrin həcminə görə ön sıralardadır.  
– Rusiya–Azərbaycan münasibətləri haqqında fikriniz necədir? 
–  İndi biz ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin səviyyəsindən çox məmnunuq. Təəssüf ki, 
keçmişdə yaxşı qarşılıqlı  əlaqələrə nail olmaq  heç də  həmişə mümkün olmurdu. Amma sizə deməliyəm ki, 
Vladimir Putin prezident vəzifəsinə  gəldikdən sonra, xüsusən onun Azərbaycana rəsmi səfərindən və burada 
danışıqlar aparıldıqdan, habelə prezidentimizin Rusiyaya dövlət səfərindən sonra ikitərəfli münasibətlərimizə 
yeni təkan verildi. Biz məsələlərin çox geniş dairəsi üzrə razılığa gəldik və artıq  əməli nəticələr  əldə etməyə 
başlamışıq. 


21 
 
  
“VAŞİNQTON POST” QƏZETİNƏ MÜSAHİBƏ 
 
9 avqust 2003-cü il 
 
S u a l:  Birinci sualımız Prezidentlə bağlıdır. O, müayinə  və müalicəsini davam etdirmək üçün 
Birləşmiş Ştatlara gedəcəkmi? 
C a v a b: Doğrudur, o, müalicəsini Birləşmiş Ştatlarda Klivlenddə davam etdirməyi planlaşdırır. Mənə elə 
gəlir ki, bu, doğru qərardır, çünki onu orada tanıyırlar. Mən  əminəm ki, orada onun mümkün qədər tez 
sağalmasını təmin edəcəklər. 
S u a l: Hazırda aldığı müalicə nədir? Sınmış qabırğaların müalicəsidir, yoxsa başqa bir şey? 
C a v a b:  Əlbəttə ki, qabırğası  zədələndikdən sonra Prezidentin ümumi vəziyyəti də bizim istədiyimiz 
səviyyədə deyildir. Xüsusilə  də bu ixtiyar yaşda hər hansı bir zədənin sağalması vaxt aparır. Prezidentin də 
xarakteri belədir ki, işdən kənarda qalmağa alışmayıb və o hadisədən sonra işə başlaması bir qədər tez olmuşdur. 
İndi səhhəti möhkəmləndirmək lazımdır və  əminəm ki, onu artıq 4 il tanıyan həkimlər  əllərindən gələni 
edəcəklər ki, buna nail olunsun. 
S u a l: Ürəyində də problemlər var? 
C a v a b:  Bəli, 1987-ci ildən ürəyində problem olub, ilk dəfə infarkt keçirib, 1999-cu ildə Klivlenddə 
ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır.  
S u a l: Yaxın gələcək haqqında danışsaq, Prezident burada olmadığı müddətdə siz hökuməti gündəlik 
idarə edəcəksiniz? 
C a v a b:  Hər  şeydən  əvvəl, mənim təyinatım o deməkdir ki, prezident Heydər  Əliyevin Azərbaycanda 
1993-cü ildən bəri apardığı siyasət davam etdiriləcəkdir. Bu bizim ölkə üçün çox vacibdir. Çünki keçmişdə 
bizim çətin anlarımız olub – qeyri-sabitlik, qarmaqarışıqlıq vaxtları, vətəndaş müharibəsi, iqtisadiyyatın 
tamamilə dağılması. Bütün bunları geridə qoymaq üçün olduqca çox vaxt və səylər tələb olundu. Ona görə də 
cəmiyyətin əsas məqsədi sabitliyi qorumaq və aparılan siyasətin dəyişilməsinə yol verməməkdir. Düşünürəm ki, 
parlamentin mənim təyinatıma razılıq barədə qərarının əsasında da məhz bu fikirlər, düşüncələr, bu məqsədlər 
dururdu.  
Əlbəttə, mən çalışacağam bacardığımı edim ki, indiyədək əldə olunanların hamısı nəinki qorunub saxlansın, 
həm də hökumət iqtisadi  islahatlar sahəsində bu vaxtadək  əldə etdiyimiz nailiyyətləri daha da artırsın. 
İqtisadiyyat sahəsində uğurlarımız çoxdur, Azərbaycana milyardlarla dollar sərmayənin yatırılmasına müvəffəq 
olmuşuq. 
Xarici sərmayənin cəlb olunması sahəsində keçmiş SSRİ ölkələri içərisində aparıcı mövqedəyik. Neft və qaz 
sektorunda yaxşı infrastruktur yaratmağa müvəffəq olmuşuq. Üstəgəl, cəmiyyətin demokratikləşdirilməsi 
prosesi davam etməkdədir. Bu da olduqca mühüm məsələlərdən biridir. İqtisadiyyatın inkişafı ilə yanaşı, 
demokratiyanı da inkişaf etdirmək vacibdir. Mən  əminəm ki, üzümüzə  gələn seçkilər  ədalətli, demokratik 
şəraitdə keçəcəkdir. Baş nazir kimi mən də seçkilərin bu cür keçməsini təmin etmək üçün əlimdən gələni 
əsirgəməyəcəyəm. Azərbaycan gərək siyasi və iqtisadi cəhətdən güclü, demokratik ölkə olsun. Bu bizim ümumi 
məqsədimizdir. Bəlkə də sizin hazırladığınız sualların çoxuna artıq cavab verdim. 
S u a l: Əlbəttə, seçkilər mövzusu gündəlikdədir. Siz də, atanız da prezidentliyə namizəd kimi qeydə 
alınmısınız. Sizlərdən kimin seçkilərdə  iştirak etməsi ilə bağlı  qərar nə vaxt qəbul olunacaqdır? Yəqin 
atanıza qarşı olmaq istəməzsiniz? 
C a v a b:  Bəli, doğru deyirsiniz. Əslində, mənim namizədliyim irəli sürülən kimi bəyanat verdim ki, 
seçkilərdə  iştirak etməyəcəyəm. Özümün namizədlər arasına daxil edilməyimə ona görə razı oldum ki, 
prezidentin seçki kampaniyasında daha fəal iştirak etmək istəyirəm.  Şübhəsiz, mən istənilən halda seçki 
kampaniyasında iştirak edəcəkdim. Amma bu status mənə daha çox imkan açır. Mənə elə  gəlir ki, qərarın nə 
vaxt qəbul ediləcəyi barədə söhbət etmək bir qədər tezdir. Əminəm ki, Prezident seçkilərdə iştirak edəcəkdir. 
İctimaiyyətin əhval-ruhiyyəsindən, yalnız yerli deyil, beynəlxalq qurumların da keçirdiyi sorğulardan görünür 
ki, Prezident olduqca böyük üstünlüyə malikdir, əhalinin böyük əksəriyyəti ona səs vermək fikrindədir. Buna 
görə də onun bir daha yenidən seçilmək imkanı da çox böyükdür. 
S u a l: Amma eyni zamanda həm də mümkündür ki, o, qərar qəbul etsin ki, bu dəfə seçkilərdə iştirak 
etməsin. Elədirmi? 
C a v a b: Bu onun qərarından asılı olacaqdır. Amma mən düşünürəm ki, belə şey olmayacaq, o, seçkilərdə 
iştirak edəcəkdir. 
S u a l: Yəqin ki, Azərbaycanda Sizi tənqid edənlər də var. Müxalifət Sizin təyinatınızdan sonra bir 
nəslin yaratdığı monarxiya haqqında danışır. Sizin onlara cavabınız necə olardı? 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə