İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə128/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   124   125   126   127   128   129   130   131   ...   142

eləmədilər, tam əksinə, göstəriş verdilər, “arxada otur”, dedilər. Onu adam saymırdılar, qabaqda,
onlarla yanaşı oturmasını özlərinə rəva bilmirdilər.
Pulu var idi, bu uşaqların qarşısında alçalmağı, növbəti təhqiri özünə sığışdırmadı, qüruruna
yedizdirə bilmədi. Qapını bağladı. Siz gedin, dedi, mən başqa maşınla gələcəyəm.
Qaynının gözləri hədəqəsindən çıxdı. Başqa maşınla niyə gəlirsən? Bizimlə niyə getmirsən? Ordan
bura sənin üçün maşın sürmüşük!
Qaynına cavab vermədi, yaxınlaşıb şəhərə gedən taksinin sürücüsüylə danışdı, sürücü onu iyirmi
manata aparmağa razılaşdı. Çamadanını baqaja atıb maşına mindi və yola düşdülər. Yoldan İboya
zəng elədi, onun zənginə cavab verən İboya dedi, rayona getməliyəm, sən bir maşın tap, yubanmayım.
İbo isə, sən hələ bir evə gəl, dedi, narahat olma, maşın tapılacaq. Səhər açılmamış rayonda
olacaqsan.
Telefonu sürücüyə verdi və İbo ünvanını ona dedi.
İbo şəhərin mərkəzində, təzə tikilişli binada olurdu, onu evin qarşısında qarşılayıb evə apardı.
Xanımı onu mehribancasına salamlayıb, qonaq otağına dəvət elədi. Çay gətirdi. İbo işin nə yerdə
olduğunu öyrənib çox heyifsiləndi.
– Sən çay iç, yemək ye, mən də Vasyaya zəng eləyim, birlikdə gedək. Vasya bilsə, ona deməmiş
getmişəm, inciyər. Nənəm də namaz üstədir, qoy namazını qurtarsın, onunla da görüşüm. Ona
deməsəm, evdən çıxa bilmərəm.
– Nənən? – heyrətlə səsləndi. – İbo, nənən yəhudi deyil? Yəhudilər namaz qılırlar?
– Yəhudilər namaz qılmırlar. Bu, uzun söhbətdir. İkinci Dünya müharibəsində babamı dağ rayonundan
olan molla İnşalla adlı birisi ölümdən qurtarıb. Ona kəlmeyi-şəhadəti öyrədib, almanlara deyib ki,
babam da azərbaycanlıdır, müsəlmandır. Almanlar kəlmeyi-şəhadəti soruşublar, babam da deyib.
Daha ona toxunmayıb, əsirlikdən azad olunan müsəlmanların dəstəsinə qatıblar. Ordan isə onları
Türkiyəyə aparıblar. Türkiyədə babam molla İnşallaya deyib: “Mən bir yəhudi, sən də müsəlman.
Müsəlmanlar yəhudiləri sevməzlər, bəs sən niyə məni ölümdən qurtardın?” Molla ona deyib: “Bəlkə
də elə müsəlman ölkəsi, ya da müsəlmanlar var, həqiqətən də yəhudiləri sevmirlər, amma sən bunu
bütün müsəlmanlara aid eləyə bilməzsən. Yəhudiləri dünyanın hər yerində öldürüb, dünyanın bütün
ölkələrində yəhudi qırğınları törədiblər, bircə müsəlman ölkələrindən başqa. Mən düşmənim belə
olsa, onu darda qoymaram. Bu mənim insanlıq, müsəlmanlıq borcumdur”.
Molla İnşalla ilə oturub durandan, onunla söhbətlər eləyəndən babam müsəlmanlardan daha çox
islamın qaydalarına əməl eləyib. Uzun illərdən sonra evə qayıdanda namaz qılır, oruc tuturdu. Heç
vaxt molla İnşallanı unutmur, həmişə minnətdarlıq hissiylə xatırlayırdı. Bizə də tapşırmışdı, bu adamı
axtarıb tapın, özü də sağ olmasa, balalarını tapın və balalarıyla dostluq eləyin. Onlar təmiz, dürüst
insanlardır. Mən də axtardım, molla İnşallanın öldüyünü öyrəndim, amma balaları, nəvələri qalırdı.
Ucqar dağ kəndində yaşayırdılar. Mənim gəlişimə şad oldular, bir-birimizi tanıdıq. Bu gün də dostluq
eləyir, gedib-gəlirik. Xeyir-şərlərimizdə iştirak eləyirik. Onlar da bizi unutmur, daima kənddən bal,
yağ, pendir, ət göndərirlər. Nə qədər də ömrümüz var, babalarımızın vəsiyyətinə əməl eləyib dost,
qardaş olacağıq. Əvvəllər nənəm babamın namaz qılmasına, oruc tutmasına qəribə baxarmış, babamı
dinini dəyişməkdə günahlandırarmış. Amma babam ona molla İnşalladan, onun gördüyü işlərdən,
necə saf, təmiz insan olmasından danışdıqca da qadın dəyişib. Daha babamla işi olmayıb, özü də oruc
tutub, namaz qılmağa başlayıb.
İbonun xanımı onun üçün çay, yemək gətirdi. Ac olsa da, yemək boğazından keçmirdi. Getməyə
tələsir, Vasyanın nə vaxt gəlib çıxmasını səbirsizliklə gözləyirdi. Bir stəkan çay içə bildi. İbonun


nənəsi də namazını qurtarıb gəldi, onu gülər üzlə salamladı. Ay oğul, deyirdi, mən yəhudi qızıyam,
qohumlarımın da çoxu İsraildədir. Keçən il getdim onlara baş çəkməyə, amma neyləsələr də, üç
aydan artıq qala bilmədim. Bakı üçün, adamları üçün darıxdım. Demək, bu torpaqda doğulub,
böyüyüb boya-başa çatanlar üçün milli kimlik əsas deyilmiş. Torpaq, vətən, yurd əsasmış. Orda
Azərbaycandan gedən nə qədər yəhudi varsa, bu gün də Azərbaycan yeməkləri bişirir, Azərbaycan
musiqilərinə qulaq asırlar. Əgər yenə də müharibə başlarsa, gəlib öz vətənlərini müdafiə
eləyəcəklərini deyirlər.
Vasya da gəlib çıxandan sonra İbonun maşını ilə rayona yola düşdülər. Birdən ağlına gələn fikirdən
Pori qorxuya düşdü. Başkəsənlər gündə üç dəfə namaz qılırdılar, onunla gələnlərin yəhudi, rus
olduğunu biləndən sonra dostlarına qarşı hörmətsizlik eləməzdilər ki? Nə biləsən, başkəsənlər sivil
dünyaya yad adamlar idilər, bunlardan nə desən gözləmək olardı.
Yolda İbo maşını gecə işləyən marketlərin birinin qabağında saxlayıb onlara sərin su, şirə aldı. Yas
yerinə də çay, bir kisə də qənd götürdü. Pori onu fikrindən daşındırmaq istəyirdi, lazım deyil, onlar
yasda heç nə götürməzlər.
İbo isə onunla razılaşmadı. Mən sizin tərəflərin adətlərini bilirəm, yasa əliboş getməzlər. Kimsə pul
yazdırar, kimsə də ehsanda istifadə olunsun deyə, nəsə alıb aparar. Bizim pul yazdırmağımız yaxşı
çıxmaz, qənd-çay almağımız yaxşıdır.
Pori kəsilə-kəsilə qalsa da, etiraz eləyə bilmədi, ürəyindən isə qara qanlar axırdı. Mən sizin fikrinizi
eləyirəm. Birdən başkəsənlərin gözü döndü, sizi qapıdan qovdular. Sənsə hələ qənd-çay da alırsan.
Bir yəhudinin ehsana nəsə almasını bu vəhşi tayfa qəbul elərmi?
Bir az getmişdilər, Vasya qurcuxmağa başladı, İbo ona nə olduğunu soruşanda Vasya dedi, yol qırağı
kafelərin, yeməkxanaların birində saxla, mən çölə getməliyəm.
İbo maşını yolun kənarına verib saxladı və bir az aralıdakı kolu göstərdi. Get də. Get işini gör,
müsəlman deyilsən ki, aftafa götürəsən.
Vasya bir söz demədən qapını açıb düşdü və kola doğru qaçdı. Bir az keçmiş kol tərəfdən qışqırıq,
səs-küy eşidildi. Orda nə oldu, İbo heyrətlə səsləndi, Vasya orda ayını-filanı tapdaladı, ya itin
üstündə oturdu?
Düşüb kola tərəf gedəndə ay işığında gördükləri mənzərədən dəhşətə gəldilər. Kolun dibindən qara
paltarlı bir kişi qalxıb Vasyanı söyür, qışqırıb-bağırırdı.
– Ay oğraş, gözün kordu? Mən yatmışam kolun dibində, sən də yer tapa bilmirsən, gəlib üstümə
çözkürürsən? Özümü də kişilikdən, adamlıqdan saldın, beş min dollarlıq aparatı da heç nə elədin.
Day işləməz. Yıxıldı dədəmin evi! Səni öldürməsəm, kişi deyiləm!
Vasya əllərini yuxarı qaldırıb geri çəkilir, dili dolaşa-dolaşa özünə haqq qazandırırdı.
– Mən sıxışmışdım, özümü kola güclə çatdırdım. Nə bilim sənin orda yatdığını? Sən də səsini
çıxartmırsan, mən işimi görüb qurtarandan sonra bağırırsan. Dərhal deyə bilməzdin?
– Sənin ananı, bacını… – kişi bağırırdı. – Demək, nəyin vardı hamısını boşaltdın üstümə? Mən nə
bilim. Hardan ağlıma gələrdi? Dedim, əlbət yağış yağır. Sən demə, bu, şeyini kola tutub çözkürürmüş.
Ay oğraş, gecə yarısı səni kim görəcək, bu qədər sahədə işini görə bilmirsən, gəlib it kimi kola
fışqırdırsan?
– Axı sənin orda nə işin var idi? – İbo da sözə qarışdı. – Kolun dibində niyə yatırdın?
– Mən burda radar qurmuşam, sürət ölçürəm! – adam nərildəyirdi. – Dedim, hava işıqlanana kimi bir
az gözümün acısını alım. Bu anası mələr qalan gəldi, özümü də, aparatımı da elədi heç nə!
İbo ona yüz dollar verdi, amma kişi pula yaxın durmurdu.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə