İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə131/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   127   128   129   130   131   132   133   134   ...   142

gedib, amma ilk dəfə səylikləri karıma gəldi.
Növbəti dəfə həyatının ən sevimli qadınına sahib olandan sonra onun qəşəng saçlarını qəşəng
alnından kənara verib alnından, gözlərindən, dodaqlarından öpüb qadına təşəkkür elədi. Səmoş yenə
də gülür, ona deyirdi ki, indi kağız salfetlərdən qorxusuz-hürküsüz istifadə eləyə bilərsən. Daha
şortikindən, bədənindən mənim qoxum gəlməsinə görə bir kimsədən ehtiyat eləməyəcəksən.
Yanaşı uzanmışdılar, əliylə Səmoşun gur saçlarını arxaya darayırdı, bundan qadının çox xoşu gəlirdi,
xüsusi ilə də seksdən sonra, bunu xoş anlar yaşatdığı kişinin ona minnətdarlığı, nəvazişi kimi qəbul
eləyirdi.
Səmoş ona deyirdi, Pori, sən daha ora qayıtma, nəyin var orda? Nəsə ürəyimə şübhələr damır. Orda
axırınız yaxşı olmayacaq. Yenə çayxana götür, işlət. Mənim də pulum var, kömək elərəm. Coni də
gələr, ya gəlməz, öz işidir. Yəqin, indi orda rus qızlarının arxasınca ağzının suyunu axıdır.
– Səmoş, siz elə bilirsiz, biz kişilər ayağımızı rus torpağına qoyduqmu, ilk işimiz rus qızlarını yoldan
çıxartmaq olur.
– Elə bilirik, başqa necə bilməliyik? Olmaya siz orda qızları yox, duzəkənlər kimi atları, itləri yoldan
çıxardırsız? Bəlkə sən məni inandırmaq istəyirsən ki, Coni orda rus qadınlarını görəndə üzünü kənara
çevirir? Onun əlinə bir az gec qadın düşərsə, nəinki rus qızlarından, heç rus qarılarından da imtina
eləməz. Pori, bu məsələdə sizləri ayırmayaq. Elə sən də onun kimi!
Səmoş çarpayıdan düşüb xalatını geyindi, mətbəxə keçib sinidə bir şüşə şərab, quru pendir və meyvə
quruları gətirib çarpayının yanındakı balaca masanın üstünə qoydu. Şərabı sən aç, dedi, siz gedən gün
almışam. İnanmayacaqsan, ürəyimə dammışdı ki, bu şərabı Coniylə yox, səninlə içəcəyəm. Belə
düşünsəm də, buna o qədər də inanmağım gəlmirdi. Amma görürsən də, necə arzulayırdımsa,
istəyirdimsə, elə də oldu.
Pori şüşəni açıb qədəhlərə şərab süzdü. Qədəhləri toqquşdurub içdilər. Səmoşdan soruşanda ki
uşağın başında ağ zolaqlar əmələ gələndə qorxdunmu, Səmoş qətiyyətlə başını yırğaladı. Qorxmadım,
niyə də qorxum? Mənim səndən, Coninin dostundan uşağa qalmağım yaxşı deyil, əxlaq qanunlarına
ziddir, bəs bacım Conidən uşağa qalsaydı necə? Yaxşımı olacaqdı? Pori, mən belə düşünürəm, əgər
o, bacımla mənim evimdə yatağa girirdisə, mənim təkcə onun dostuyla yox, lap elə onun qardaşıyla da
harda olsa yatağa girməyə haqqım çatır. Bu adamlar özlərini kim hesab eləyirlər? Niyə onlara olar,
amma bizə olmaz? Mən səni düşündüm, dedim, Coni də bir şey eləyə bilməsə, başkəsənlər bunu sənə
bağışlamazlar. Yoxsa çəkinmədən Coniyə də, onun bütün duzəkənlərinə də uşağın səndən olduğunu
deyərdim.
Hirsindən Səmoşun yanaqları alışıb-yanırdı, Pori həmişə belə düşünmüşdü, indi də düşünürdü ki,
Səmoş hirslənəndə daha gözəl, cəzbedici olur. Bunu Səmoşa deyəndə qadın ürəkdən güldü, Coni də
mənə belə deyirdi.
Gecəyarıdan keçmiş evə gəldi, yatağına girsə də, gözlərinə yuxu getmirdi. Səmoşu xatırladıqca
ixtiyarsız gülümsəyirdi. Bu qadın getdikcə ona daha da doğmalaşır, getdikcə daha istənilən, cəzbedici
olurdu. Coni qayıdandan sonra neyləyəcəkdilər? İki dostun bir qadınımı olacaqdı? Haçana kimi bunu
gizlin saxlayacaqdılar?
Səhərisi bunu Səmoşa deyəndə qadın qətiyyətlə dedi. Mən qərarımı çoxdan vermişəm, Coni gələn
kimi ondan boşanacağam. İndi hansı dövrdür, hansı zamandır? Biz bir-birimizi sevirik, nəyə görə
onun–bunun qınağından qorxub, çəkinib bir yerdə yaşamayaq? Bizə nə duzəkənlərdən, ya
yelqovanlardan? Nəyə görə xoşbəxtliyimizi qurban verməli, öz həyatımızı yaşamamalıyıq? Nə
olacaqsa, qoy olsun! Pori, mən düzünə yaşamaq istəyirəm, həyatın gözünün içinə dik baxaraq!


Sevdiyim, birlikdə olmaq istədiyim insanla!
Səmoş öz cəsarəti ilə növbəti dəfə onu heyran eləyirdi. “Mən də düzünə yaşamaq istəyirəm, – Pori
xəcalət hissiylə düşünürdü, – ancaq həyatın gözünün içinə dik baxa bilmirəm”.
Kənddən qohumları da ona başsağlığı verməyə gəldilər, oturdular, çay içdilər, sonra əmisi ondan
soruşdu, fikrin nədir? Haçan evlənmək istəyirsən?
Pori az qala, sizə nə demək istəyirdi ki, sözü ağzından qaytardı. Başkəsənlər bir il vaxt vermişdilər,
bunlar da soruşurdularsa, demək, bunların da nəzərdə tutduqları vaxt var idi. Axı mən nəyə görə nə
vaxt evlənəcəyimi sizə deməliyəm? Mən özüm qərar qəbul eləyə bilmərəmmi? Haçana qədər mənim
əvəzimdə sizlər qərar qəbul eləyəcəksiniz? Kimlə evlənəcəyimə başqaları qərar verir, nə vaxt
evlənəcəyimə başqaları qərar verir, oğluma adı başqaları qoyur, necə yaşamalı, gəzməli, dolanmalı
olduğumu başqaları müəyyən eləyir. Öləndən sonra da harda basdırılacağıma, qəbirdə necə, hansı
tərəfə uzanacağıma, nə geyib axirət dünyasına gedəcəyimə də molla qərar verəcək. Bir insan həyata
gəlir, amma özü istədiyi, arzuladığı kimi yaşaya bilmir.
Əmisi onun dillənmədiyini görüb dedi, qırxdan sonra səni öz kəndimizdən evləndirəcəyik. Daha yad
adamların, tanımadığımız tayfanın qapısına gedən deyilik.
Qırxdan sonra evlənə bilməyəcəyini, bunun yaxşı çıxmadığını deyəndə, əmisi onu məzəmmətlədi,
dedi, yelqovanların kişiləri, il, qırx gözləməli deyillər, arvadları ölərsə, yeddisindən sonra evlənə
bilərlər. Mənim bir əmim var idi, arvadı öldü. Arvad tərəfin adamları dedilər, arvadının ili çıxmamış
evlənə bilməzsən. Yazıq məcbur qalıb gözlədi, arvadının ili çıxdı, nənəmiz öldü. Nənəmizin ili çıxdı,
babamız öldü. Onun da ili çıxandan sonra böyük əmimiz haqqın dərgahına qovuşdu.Yelqovanlar ona
dedilər, evlənə bilməzsən, doğmaca əmindir, ilini gözləməlisən. Əmim hirsləndi, dedi
gözləməyəcəyəm, evlənəcəyəm. Dedilər, necə yəni, əmin soyuq torpaqda yatacaq, inkir-minkirə
imtahan verəcək, qıl körpüsündən keçəcək, sənsə isti yataqda arvadınla qucaqlaşacaqsan?
Əmim razılaşmadı, dedi, sizə qalarsa, mən ömrümün sonuna kimi evlənə bilməyəcəyəm. Mən əmimin
ilini gözlənməsəm, əmimi isti torpaqdamı yatırdacaqlar? Arvadımla qucaqlaşmasam inkir–minkir ona
sual verməyəcək, qıl körpüsündən keçməyəcək? Ya günahlarını bağışlayacaqlar, deyəcəklər, bir halda
qardaşın oğlu evlənməyib sənin ilini gözləyir, keçdik bütün günahlarından? Belə deyib, əmimizin
üçündə evləndi. İşi belə görən yelqovanlar bir yerə yığışıb qərar qəbul elədilər, bundan sonra kim
ölürsə ölsün, yeddisi çıxan kimi, hər bir yelqovan evlənə bilərdi. Yəni sən istədiyin vaxt evlənə
bilərsən.
Qohumlarını yola salanda isə kədərlə düşünürdü, siz elə deyirsiz, amma gör başkəsənlər sizin kimi
düşünürlərmi? İldən tez evlənsəm, hamısı gəlib dayanacaq qapıma. Bu boyda risk eləməyə dəyərmi?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə