İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə132/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   128   129   130   131   132   133   134   135   ...   142

XXXI. Qırxıqbaşlar
 
 
Papağının qulaqlarını açmış, uzunboğaz çəkmə geyinmiş, orta yaşlı, saqqallı rus qəbirqazan
Azərbaycandan gələn jurnalist qıza deyirdi:
– Azərbaycanlıların qəbridir. Donub qalmışdılar. Sahib çıxanları olmadı, gətirib burda dəfn elədik.
Qəbirqazan donuq gözlərini ağcaqayınların ağappaq gövdələrinə dikmişdi, ağacların qaralan çətirləri
üzərində dolaşalar uçuşurdu.
– Rusiya genişdir, – qəbirqazan deyirdi, – sizsə çox azsınız. Bir ucdan gəlirsiniz, rus çöllərində
donub ölür, itib-batır, yoxa çıxırsınız.
– Biz yoxa çıxmayacağıq, – jurnalist qız dedi, boğazını qəhər tutduğundan səsi boğuq çıxırdı, –
günlərin birində bu torpaqlardan baş qaldıracağıq.
Qəbirqazanın gözlərində kədərli və soyuq ifadə canlandı, başını yırğaladı, papağından çölə çıxmış
sarı saçları titrədi:
– İnsanlar torpaqdan baş qaldırmağa başlayanda rus torpaqlarından ruslar baş qaldıracaqlar. Siz öz
torpaqlarınıza gedin, səadətinizi orda axtarın, öz torpaqlarınızdan baş qaldırın.
 
***
Səma qurğuşun rəngdə olurdu.
Əriməyə macal tapmayan qar donmurdu.
Coni hədsiz darıxırdı, dostuna qoşulub getmədiyi üçün heyifsilənirdi. Gündüzlər adamı dara çəkən
şaxtada donmuş küçəni qardan, buzdan təmizləyəndə indi havası mülayim olan balaca cənub şəhərini,
evində uğultu ilə yanan qaz sobasını xatırlayır, qəhərlənirdi. Pori gedəndən sonra Nahid onunla
qalırdı, axşamlar oturub çay içir, söhbət eləyirdilər, o, Olqanın, Nahid isə yerlilərinin yanına gedirdi.
Nahid evlərindən necə çıxmasını, necə yola düşüb gəlməsini azından hər gecə ona danışırdı. Artıq
Coni onun buralara necə gəlməsini, yolda nələr görməsini, havanın necə olmasını əzbər bilirdi.
Bu axşam yenə də eyni mövzuda danışmağa başladı. “Günəş alov topu kimi şərqdəki yaşıl təpələrdən
qopub ayrılanda evdən çıxdım, tozlu yay yoluna qızılı küləşlər səpələnmişdi, yolun kənarındakı
qurumuş turşənglər titrəşirdi, qaragilə kolunda ala-bəzək quş oxuyurdu”.
– Quşun adı nəydi? – Coni soruşdu.
– Alacəhrə.
– Bu nə addır belə?
– Nə bilim, – Nahid çiyinlərini çəkdi.
Nahid gülümsədi. Yazda sizin yerlər də gözəl olur, deyirdi, bir dəfə erkən yazda dostlarımla sizin
yerlərə gedib çıxdıq. Meşəyə girəndə gözlərimizə inanmadıq. Elə bil ağacların dibinə xalı
döşəmişdilər, hər yer bənövşə idi, havadan, sudan, yerdən, göydən adamı sərxoş eləyən bənövşə
qoxusu gəlirdi.
Elədir, təsdiq elədi, bizdə erkən yazda kolların, ağacların dibi bənövşə ilə örtülür. Poriylə meşəyə
gedib bənövşə, şinappa, novruzgülü yığır, qurudur, ya da bankalara yığıb üstünə şəkər tozu tökərək
qışa saxlayırdıq. Gözəl çayı olur, çox adam çayxanaya bənövşə çayı içməyə gəlirdi. Amma Pori
bizim meşələrin ağaclarını sevməz, iynəyarpaqlı ağacların vurğunudur, hətta həyətinə də cərgə ilə şam
ağacları əkib. Çünki onun babaları Sibirdən gəliblər. Sibiri xatırladan hər şey ona doğma gəlir.


– Onda niyə gedib Sibirdə yaşamır?
– Çünki Sibiri sevir, amma şaxtasını sevmir.
Nahid də keçmiş döyüşçü idi, Qarabağda döyüşmüş, hətta əsir də düşmüşdü. Coni ondan necə əsir
düşməsini soruşdu, Nahid könülsüz halda danışmağa başladı: “Gecə ermənilər kəndi mühasirəyə
aldılar, komandir dedi, kim necə bacarırsa, çıxsın, səhər açılanda heç birimiz burdan salamat çıxa
bilmərik. Mən də silahlı adamların arasından birtəhər keçib yola düzəldim. Hara getdiyimi
bilmirdim. Səhər açılanda gəlib bir kəndə çıxdım. Heç özümə gəlməyə macal tapmamış tüfənglə,
yabayla silahlanmış adamlar məni yaxalayıb tutdular. Adamların qara saçları, mənalı gözləri, iri
burunları, yastı sifətləri var idi, qaraçılara oxşayırdılar. Dərhal haylar olduğunu başa düşdüm.
Düşündüm, sonum gəldi, hayların əllərinə keçən əsirlərlə necə rəftar elədiklərini bilirdim. Dedim,
məni öldürməyin, axı biz sizlərə pislik eləməmişik. Dedilər: “Müharibəyə qədər siz bizə pislik
eləməyibsiz, biz də sizə. İndi isə müharibədir. Siz bizi öldürürsüz, biz də sizi. Öldürməsək, bunun
harası müharibə oldu? Burda bütün kəndlərdə heç olmaya bir türk öldürüblər. Bizim kənd isə indiyə
kimi bircə dənə də türk öldürülməyən yeganə kənddir. Tanrı tezliklə bizə bir türk göndərsin, biz də
onu öldürüb, arzumuza çataq deyə, kilsədə dua eləyirdik. Tanrı duamızı eşidib, səni bizim üçün
göndərib”.
“Niyə axı məni öldürürsüz?” – onlardan soruşdum. “Türksən, ona görə”, – dedilər. “Siz dünyadakı
bütün türkləri öldürəcəksiz?” “Bütün türkləri yox, əlimizə düşənləri. Biz düşmənik, biz öldürməsək,
siz gəlib bizi öldürəcəksiz. Tanrı bu iki xalqı bir-biriylə qonşuluq eləmək üçün yox, bir-birlərini
öldürmək üçün yaradıb”.
Əsgərlikdə birlikdə olduğum, onların tank komandiri olan Valeri gəlib ora çıxmasaydı, haylar məni
öldürüb arzularına çatacaqdılar və beləliklə onların bütün kəndlərində türk öldürülmüş olacaqdı.
Valeri məni hayların əlindən alıb ön cəbhəyə gətirdi və ordan özümüzkülərin yanına ötürdü.
Nahid susdu, bu mövzuda danışmaq onun üçün ağır idi. Geyinib dostlarının yanına getdi, o isə
Olqanın yanına düşdü. Qapını açan Olqa gülümsəyirdi, ərim evdədir, pıçıltı ilə dedi, amma sən
narahat olma. Bir halda gəlibsən, sizi tanış elərəm.
Coninin gözləri hədəqəsindən çıxmışdı, nə, ərin evdədirsə, məni hara çağırırsan? Mən nəyə görə
ərinlə tanış olmalıyam? Heç dəxli var, tanış olub ona nə deyəcəyəm, olmaya bura niyə gəldiyimi açıb
danışacağam?
Olqa az qala zorla onu içəri saldı, otaqda, yemək masasının arxasında idmançı bədənli cavan oğlan
oturmuşdu, qolunun əzələləri köynəyini qabartmışdı. Beləsi adamda salamat sümük qoymazdı.
Təşvişə düşmüşdü, Olqa isə adi, həyəcansız səslə onları tanış elədi.
– Yuxarıda olur, – ərinə dedi, – evdə nə xarab olursa, onu çağırıram.
Oğlan onun əlini möhkəmcə sıxdı, tanışlıqlarına şad olduğunu dedi. Masanın üstündə iri tavada
yumurta ilə qızardılmış kartof, bir şüşə də araq var idi. Oğlan stəkanlara araq süzdü, onların içib-
içməməsi ilə maraqlanmadan qədəhini başına çəkirdi. Arağı su kimi içirdi. Olqa bir şüşə də araq
gətirdi və bu şüşə də boşalandan sonra oğlan masanın arxasındaca yatdı. Olqa onu yataq otağına
apardı.
Qayıdıb gəldi, gülürdü, yatdı, gecə bizimdir. Sən qorxma, – Olqa onu divana tərəf aparırdı, –
yatdımı, bir də səhər oyanacaq.
Olqa divanda oturdu, onu özünə tərəf necə dartdısa, birbaşa qadının qucağına yıxıldı, isti, ətirli qadın
bədəninin qoxusunu duyunca hər şeyi unutdu.
Səhər yenə də işə getdilər, donmuş küçələrin, qarın üzəriylə əsən külək nəfəslərini kəsirdi. Qalın şərf,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə