İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə127/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   123   124   125   126   127   128   129   130   ...   142

Evlənsək, bu mümkün olarmı? Sən olmaya bütün Rusiyanı mənimlə dolaşmaq istəyirsən? Həm də sən
divar suvayıb, küçələrin qarını-buzunu təmizləyib ailə-uşağını necə dolandıra bilərsən? Bir
azərbaycanlı qadını, ola bilsin ki, sənin bu işin qane eləsin. Qarşısına belə böyük məqsədlər qoymuş
rus qızını isə qane eləməz!”
Rusiyanın ucqar əyalətindən gəlmiş, əyalət adamlarına xas olan sadəliyini qoruyub saxlayan bir rus
qızı həyata baxışları ilə onu heyrətləndirirdi. Darya, dedi, mənim də ulu babalarım Sibirdən köç
eləyib isti torpaqlara gediblər. Babalarımın yaşadıqları torpaqlarda olmağı çox arzulayıram. Yay
tətilində Sibirə gedəndə mən də səninlə gedərəmmi?
Qız heç düşünmədən razılıq verdi, gedərik, dedi, istəsən bütün yayı qalarsan. Kəndimiz meşənin
içindədir, Yenisey lap yanımızdan keçir. Çayda çimər, balıq tutar, göbələk yığarıq.
Coni Kəlbiqeyrətə məktub yazdığını unutmuşdu ki, axşam Olqa Kəlbiqeyrətin məktubunu ona verdi,
poçtalyon gündüz gətirmiş, amma o evdə olmadığından Olqaya vermişdi. Coni otağa keçib, heç
paltarlarını soyunmadan konverti cırıb məktubu çıxartdı və ucadan oxumağa başladı.
 
“Şansız məktub.
Əbləh Coni! Məktubunu aldım. Mən sağ və salamatam, özüm cağbacağ, kefim saz, vəziyyətim əla.
Sümüklərimi də günəşdə qızdırıram, özümü də. Sənin vəziyyətini soruşmayacağam, çünki necə
olduğunu özün yazıbsan. Yaran qan verir, şaxtada bir az da incidir. Bu məni çox sevindirdi, Allahın
köməyi ilə bir az da dərinə düşər. Beyinsiz Coni, sevənləri ayırarlar, hələ bir o tərəfə də keçərlər.
Ayırdım, təkcə sən bədbəxt oldun. Ayırmasaydım, qızım da bədbəxt olacaqdı. Coni, sizlərdə
nəsillikcə beyin yoxdur, həyat nədir, qanmırsız. Nağıllarla yaşayırsız. Qara keşiş Əslini Kərəmə
versəydi, sevənləri qovuşdursaydı, bunun millətə bir faydasımı olacaqdı? Olmayacaqdı, Coni. Sizin
ağlınız olsaydı qara keşişi söyməz, gecə-gündüz ona dua elərdiz. Sevənləri ayırmazlar deyə nə qədər
Əsliləri verdilər Kərəmlərə, qazancımız nə oldu? Təkcə Kərəmlər yox, biz də yandıq. Kərəm bir dəfə
yandı, biz isə dəfələrlə.
Coni ehsan xəyalları qurma, ehsanımı yeyə biləcəyinə əmin deyiləm. Mən hələ bundan sonra da uzun
illər yaşayacaq, neçə illər bundan sonra da sümüklərimi günəşdə qızdıracağam. Səninsə öz dediyin
kimi, işin bitib. Yaran qan verəcək, verəcək, axır qanın qurtaracaq, alasəy babalarının yanına köç
eləyəcəksən.
Amma mən sənin ehsanını yeməyəcəyəm. Çünki itlərə ehsan vermirlər, lap versələr də, mən yemərəm.
Sənin ciyərini yandıran və hələ də yandırmaqda davam eləyən Kəlbiqeyrət”.
 
Coninin əlləri əsirdi, sifəti ağarmışdı. Heysiz halda stula oturub ağır–ağır dedi:
– Qoca oğraşın ciyərini yandıra bilmədim. Qızını vermədiyi gün, məni necə yandırmışdısa, bu gün də
elə yandırdı.
 
 
 
 


XXX. Vətəndə
 
 
Qıza deyirdi, mən öz torpağımıza gedirəm. Getməyə məcburam, sarı rənglər, soyuq bezdirdi, təngə
gətirdi məni. Öz qaraqaş, qaragöz, qarasaç qızlarımızdan biriylə evlənəcək, millətimizin sayını
artıracağam. Biz azıq, buna zəruri ehtiyacımız var.
 
***
Əfi zəng eləyib kiçik qardaşının toyuna kəndə getmək istədiyini dedi, bu dəfə qısa danışdı. Heç onun
nə vaxt gələcəyini də soruşmadı. Səhəndi soruşanda isə qadın qısaca “yaxşıdır” deməklə kifayətlənib
telefonu söndürdü.
Səhərisi böyük qaynı zəng eləyib: – Təcili gəlməlisən, – dedi, – Əfi qəzaya düşüb, ölüb. Səni
gözləyirik.
Həmişə olduğu kimi, əlavə heç nə demədən telefonu söndürdü. Qayınlarının bircə dəfə də olsun yalan
danışdıqlarının şahidi olmamışdı, amma bu zəng ona tələ kimi gəlirdi. Bəlkə elə qayınları da duyuq
düşmüşdülər, başını kəsmək üçün onu bəhanəylə vətənə çağırırdılar? Səmoşa zəng elədi, Səmoş da
xəbəri təsdiqlədi, doğrudur, dedi, biz də getmişdik. Dəfn eləmək üçün səni gözləyirlər.
Gələcəksənmi? – qadın soruşdu, səsində sonsuz həyəcan, ümid var idi.
– Gələcəyəm! – söz verdi.
Coniyə işin nə yerdə olduğunu danışdı, Lena verən puldan cəmisi iki yüz dollarını xərcləmişdilər,
əvəzində isə yeni işdən aldığı pulları da var idi. Coni ona min dollar verib dedi, Səmoşa verərsən.
Bax vəziyyətə, istəsən, qayıtma, mən də ayın axırına kimi işləyib gələcəyəm.
Pori Darya ilə vidalaşdı, qız hədsiz kədərlənmişdi, danışmağa söz tapa bilmirdi. Dodaqlarını bir-
birinə kip sıxmış, onun əlindən möhkəmcə yapışmışdı. Yalnız Sverdlovskiyə yola düşən qatarın
pilləkənində onun əlini buraxdı, qatar yola düşənə kimi perronda dayandı və ona sonuncu dəfə əl
eləyib, iti addımlarla vağzala doğru getdi. Ağlamasını Porinin görməsini istəmirdi.
Hər bir ayrılıq Pori üçün əzab idi. Onu sıxır, əzir, həyatın puçluğunu, faniliyini ona elə ağrılı-acılı
tərzdə təlqin eləyirdi ki, yaşamaq gözündən düşürdü. Həmən gün Sverdlovskidən Bakıya uçan
təyyarəyə bilet aldı, qaynı ilə danışıb Bakıda nə vaxt olacağını dedi.
Təyyarədən düşüb qeydiyyatdan keçdi, çöldə artıq başkəsənlərin göndərdiyi maşın onu gözləyirdi.
Qayınlarından birinin maşınıydı, yanında da bir nəfər var idi. Onunla xala xətrin qalmasın görüşdülər.
Əfinin harda qəzaya düşdüyünü soruşdu. “Gedərik, kənddə öyrənərsən”, – qaynı dedi.
Daha heç nə soruşmadı. Qohum olduqları bu neçə vaxtı başkəsənləri yaxşı tanıya bilmişdi. Lap elə
soruşsaydı da, deyən deyildilər, bunlar yeznəni adam hesab eləmirdilər ki, durub hər sözü ona
danışalar.
Yaşca hər ikisi ondan cavan idi, qabaqda, qaynının yanında oturan isə lap yeniyetməydi. Amma
qabaqda ona yer verməyi xəyalına da gətirmədi. Ürəyində başkəsənləri söyürdü, başkəsən oldunuz,
qanmaz oldunuz, adam olmadınız. Tərbiyə verdiyiniz uşaqlar da bunlardır! Niyə burunlarını belə dik
tutublar, olmaya Tanrı bizləri palçıqdan yaradıb, bunları isə məxsusən göydən zənbildə yerə salıb?
İllər uzunu qəlbində qövr eləyən qəzəbi aşıb-daşırdı. Qaynı arxa qapını açıb, ona oturmaq üçün yer
göstərəndə səbir kasası daşdı. Dünənki uşaqların özünə qarşı hörmətsizliyini qəbul eləyə bilmədi.
Heç olmaya dilucu da desəydilər ki, keç, qabaqda otur, oturmazdı. Amma demədilər, təklif


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə