İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə58/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   54   55   56   57   58   59   60   61   ...   142

imkanı, pulu olsa da, heç vaxt oğurlamaq fürsətini əldən verməz. Rus isə yalnız özünə lazım olanı
oğurlayar. Əgər zirzəmisində bir kisə kartof, soyuducusunda bir şüşə araq varsa, oğurlamaq ağlının
ucundan da keçməyəcək. Yalnız soyuducunu açıb, orda araq görməyəndə, zirzəmidə kartofu
qurtaranda oğurlamaq haqda düşünməyə başlayacaq.
Bir də qızın ən çox özünü qədim millətlərin, qədim xalqların nümayəndəsi adlandıranlardan zəhləsi
gedirdi. Qədim xalqlar xəstə olurlar, deyirdi, müxtəlif maniyalara yoluxurlar. Bunun da səbəbləri
çoxdur. Çoxlu dəhşətlər, vəhşətlər, müharibələr, qırğınlar görüblər, hamısı da gen-qan yaddaşlarında
iz buraxıb. Beyinlərini korlayıb. Müasir dövrdən fərqli olaraq onda indiki kimi nəqliyyat və əlaqə
vasitələri yox idi, kimsə təyyarəyə, qatara minib ölkəsindən min kilometrlərlə kənara gedə bilmirdi.
Əmioğlu əmiqızını çəkirdi çəpər dibinə, kol dibinə, xalaoğlu da xalaqızını. Genləri, qanları
təmizlənməyib, nə xəstəlikləri varsa, hamısını özləriylə daşıyıb müasir dövrə qədər gətiriblər. Ona
görə də dünyada nə baş verirsə, bu qədim xalqların ambisiyaları üzündən baş verir. Heç axtarsan
qədim vaxtlarda millət, xalq anlayışı olmayıb. Adamları onların yaşadıqları yerlərə görə
tanıyırmışlar. Bax, elə müsəlmanların dini kitabında, Quranda Allah yəhidilərə yəhudilər deyə
müraciət eləməyib, İsrail oğulları deyə müraciət eləyib.
Qobi Tanyaya deyirdi, səndən xahiş eləyirəm, mənə tarix haqda danışma. Mən sənin şagirdin yox,
sevgilinəm. Mənə nə qədim millətlərdən? Sən danışırsan mənim başım şişir.
Qobi öz tayfalarının tarixini, dəniz kənarından dağdakı kəndə necə gəlmələrini, balıq başı yediklərinə
görə yerli adamların onlara balıq başı yeyənlər dediklərini və özünün də bu tayfanın sağ qalan
sonuncu nümayəndəsi olduğunu, kənddəki qan davası haqda qıza danışdı. Qız ona qulaq asıb dedi,
yanılırsan. Sən silahlılardan canlarını qurtarmaq üçün öz torpaqlarından qaçan və gedib dağ kəndinə
çıxan balıq başı yeyənlər tayfasının sonuncu nümayəndəsisən. Amma dünyada balıq başı yeyənlər
çoxdur, harda dəniz varsa, orda bu tayfanın adamları yaşayırlar. Yunanıstandan tutmuş Türkiyəyə,
Rusiyaya, Skandinav ölkələrinə kimi. Okean sahillərində yaşayanların çoxu da balıq başı yeyənlər
tayfasındandır. Sizin tayfanızın adamları dünyanın hər tərəfinə səpələniblər. Lap elə indinin özündə
də sizin ölkədə, cənub bölgəsində bu tayfanın çoxlu nümayəndəsi yaşayır. Yəni sən sonuncu deyilsən,
sadəcə olaraq sizin qan düşmənləriniz, oğraşlar tayfasının adamları tarixi, bu tayfanın hansı coğrafi
məkanda yayıldıqlarını bilmədiklərindən sənin sonuncu balıq başı yeyən olduğunu düşünürlər.
Tanya onun yanına gələndə, Qobi manqalı yandırar, kabab bişirər, meyvə, tərəvəz alıb süfrə açardı.
Qızın onun bişirdiyi kababdan çox xoşu gəlirdi, amma bu qədər ət yeməyin əleyhinə idi.
Kökələcəyindən, ən əsası da hansısa xəstəliyə yoluxacağından ehtiyatlanırdı. Qıza deyirdi, heç
narahat olma, kökəlməyəcəksən, heç bir xəstəliyə də yoluxmayacaqsan. Bizdə qonaq gələndə həmişə
kabab bişirərlər, yəni ən çox yediyimiz kabab olar. Amma buna görə nə kökələnimiz olur, nə də
xəstəliyə yoluxanımız. Ət yeməklə insanlar xəstəliyə yoluxsaydılar, indi Azərbaycanda bircə nəfər də
yaşamırdı.
Tanya isə bunu da öz bildiyi kimi izah eləyirdi. Bilirsən siz niyə çoxlu ət, çörək, meyvə və tərəvəz
yeyirsiniz, amma sizə heç nə olmur? Çünki xalqlar sivil yaşama başladıqları ilk dövrlərdə nə
vərdişlər qazanıblarsa, nə yeməyə, necə yaşamağa alışıblarsa, o vərdişlərdən hələm-hələm əl
çəkməzlər. Deyək ki, çayın bu sahilindəki xalq yerkökünü yeyir, şirəsini içir, borşda, supda istifadə
eləyir. Amma beş addım o tərəfdə, o biri sahildə yaşayanlar yerkökünü mətbəxlərinin qapısından
içəri buraxmazlar. Yerkökünün xeyirli, faydalı olması haqdakı təbliğatlar da kara gəlməyəcək. Bir
müddət yeyəcək, istifadə eləyəcək, yenə də unudacaqlar. Yerkökü onların mətbəxində daimi yaşamaq
statusu qazana bilməyəcək. Dağda yaşayanlar balıq yeməklərinə heç vaxt aludə olmayacaqlar, dəniz


sahillərində yaşayanlar da qoyun, keçi əti yeməyə. Sizin babalarınız da meşələrdə, dağlarda
yaşayıblar. Ovladıqları heyvanların ətini yeyiblər, meşənin meyvəsini, giləmeyvəsini, çölün tərəsini,
tərəvəzini. Səfərə çıxanda torbalarında yalnız arpa unundan bişirilmiş çörəklər olardı. Acanda daş
kimi bərk olan bu çörəkləri suda isladar, ya da daşın arasına qoyub əzər, yeyərdilər. Sizin
mətbəxlərdə də həmişə ilk yeri çörək və ət tutacaq. Bunlar sizin əsrlərlə yediklərinizdir, sizə heç bir
zərər yetirməz. Başqa xalqlara, millətlərə isə zərər verər. Hə, indi çörəyi və əti həmişə tapa
biləcəksinizmi, o artıq başqa mövzunun söhbətidir.
Bir dəfə Vanyagildə gözləri qıyılmağa, başı dumanlanmağa başladı. İşin nə yerdə olduğunu başa
düşən Vanya təmizləyib bu məqsədlə hazır saxladığı quru balığı tavaya qoyub, qazda qaynatdı. Balıq
bişəndən sonra gətirdi. Tanya Qobinin yarıçiy balığı acgözlüklə necə yeməsinə heyrətlə baxırdı.
Balıq öz sehrli təsirini tez göstərdi, tədricən şüuru aydınlaşır, gözləri ətrafı seçməyə başlayırdı.
Tanya onu belə vəziyyətlərdə yalnız balığın xilas elədiyini öyrənəndə təşvişə düşdü. “Bu adamla
qurtardım! – dedi. – Bütün qaraların anormal olduqlarını, hər zaman baş kəsə biləcəklərini bilirdim.
Bunların beyni çevrilir, insanlıqdan çıxırlar. Bunun isə əvvəldən beyni qaydada deyilmiş. Birdən
birlikdə olanda beyni bürüşdü, mən də vaxtında balıq qaynadıb verə bilmədim, onda necə olacaq?
Məni tanımayacaq, kim olduğumu bilməyəcək, götürəcək bıçağı, başımı kəsəcək. Canımdan
bezməmişəm!”
Nə qədər təkid eləsələr də, Tanya qalmadı, çıxıb getdi. Hətta evə ötürülməyinə belə razı olmadı.
Taksi ilə gedəcəyini deyirdi. O bunu istəmirdi, amma qızdan da inciməmişdi, əksinə, hardasa ona
haqq qazandırırdı. Nəyə görə başı xarab birisi ilə vaxt keçirməli, onu sevməliydi? Belə düşünsə də,
özünə söz verirdi: “Bir də uzunboğaz qızlara yaxın düşməyəcəyəm”.
Vanyanın Tanya ilə onu barışdırmaq cəhdi nəticəsiz qaldı, Tanya Qobinin adını belə eşitmək
istəmirdi, hələ bir onlardan incimişdi də. Kişinin kökü kəsilibmiş, bu qədər rusun içində mənim üçün
axtarıb-axtarıb bir qara tapmağınız azlıq eləyir, o qədər qaranın içində də başdan xarabını tapırsınız!
Canımdan bezmişəm?
Heç Qobi də Tanyayla görüşməyə təşəbbüs göstərmirdi. Vanya yenidən onu evlərinə dəvət elədi,
Svetanın hansısa bir tanışı da gələcəkdi. Bir qədər tərəddüd eləyəndən sonra Vanyadan soruşdu:
– Vanya, o qızın boğazı uzundur?
– Boğazı uzun olanda nə olur? – Vanyanın gözləri hədəqəsindən çıxdı.
– Mən onunla tanış ola bilmərəm.
Vanya Svetaya zəng elədi.
– Sveta, – dedi, – xətkeş götür, rəfiqələrinin boğazlarını ölç, ən qısa boğazı olan kimdirsə, onu bizə
dəvət elə, Qobiylə tanış eləyək.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə